ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə99/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   95   96   97   98   99   100   101   102   ...   106

 
212 
(ingilislərin) müqabilində ciddi müqavimət göstərən və onlarla sazişə yol 
verməyən  əmirlərdən  biri  –  əmir  Məsud  ibn  Səid  ibn  Zeyd,  onun  oğlu 
Əhməd  və  nəvəsi  Qalib  idi.  Onların  hamısı  “Məkkənin  şərifi”  adı  ilə 
tanınırdı. Sonuncusu ingilislərin istəkləri müqabilində təslim olmadı. Bu 
iş nəticəsində vəhhabilər ingilislərin təhriki ilə şərif Qaliblə təqribən əlli 
dəfə müharibə aparmışdılar.”
1
  
Buna  əsasən,  bir  tərəfdən  vəhhabilərin  təcavüzkarlıq  və  işğalçılıq 
siyasətləri, digər  tərəfdən  də  istismarçı  İngilis dövlətinin  məkrli  planları 
onların  zahirdə  yeni  ayinlərini  təbliğ  etmək  və  Hicaz  əhalisinin 
vəhhabiyyətə  yönəlməsi  üçün  bir  amil  olmuşdu.  Lakin  onlar  batində 
özlərinin  siyasi  və  iqtisadi  hədəflərinə  çatmaq  üçün  Hicaza  qoşun 
yeridirdilər. 
Vəhhabilərin Hicaza hücumlarının ardınca Məkkənin əmiri şərif Qalib 
onlarla  müharibəyə  hazırlaşdı  ki,  onları  geri  qova  bilsin.  Şafeilərin 
müftisi  Əhməd  Zeyni  Dehlan  vəhhabilərin  Məkkənin  əmirləri  ilə 
apardığı  müharibə  barəsində  belə  yazır:  “Şərif  Qalib  1205-1220-ci  h.q. 
illərində  vəhhabilərlə  əllidən  artıq  müharibə  aparmışdı.  Tərəflər 
arasındakı çarpışmaların ilk mərhələsi də doqquz il davam etdi və onların 
arasında  on  beş  mühüm  müharibə  baş  verdi,  lakin  işə  birdəfəlik  xitam 
verilmədi.” 
“Tarixçeyi  nəqd  və  bərrəsiye  əmal  və  əqaidi  vəhhabiha”  kitabının 
müəllifi 1205-1206-cı h.q illərində baş verən müharibələr barəsində belə 
yazır:  “Şərif  1205-ci  h.q  ilində  altı  yüz  cəngavər  və  qardaşı  Əbdül-
Əzizlə, eləcə də bir neçə tayfa ilə birlikdə vəhhabilərlə mübarizəyə getdi. 
O,  Əriqud-dəsəm  adlı  yerə  qədər  irəlilədi  və  Nəcd  kəndlərindən  bir 
neçəsini  öz  ixtiyarına  keçirtdi.  Həmçinin  Ənizə,  Bəsam  qəsəbələrini 
mühasirə  etdi  və  sonra  qayıdaraq  1206-cı  ildə  qardaşı  Əbdül-Əzizin 
sərkərdəliyi  ilə  yenidən  bir  qoşun  təşkil  etdi.  Məqsədi  də  Əbdül-Əziz 
Məhəmməd ibn Səudun dininə yönələn qəbilələrlə mübarizə aparmaq idi. 
Bu  müharibədə  Türbət,  Rinə  və  Bişəyə  qədər  irəlilərdi  və  bütün 
qəbilələri özünə itaətə vadar etdikdən sonra Məkkəyə qayıtdı.” 
Müharibələrin 
ilk 
iki 
ilində 
şərif  Qalib  müəyyən  qədər 
müvəffəqiyyətlər  əldə  edə  bildi.  Lakin  (hərbi  qüvvələrə  kəskin  ehtiyac 
duyulduğundan)  həmin  məntəqələrdə  daimi  qüvvələr  yerləşdirmədiyinə 
görə  qayıtmağa  məcbur  oldu  və  həmin  məsələ,  yəni  hicazlıların  sürətlə 
qayıtması da vəhhabilərin yenidən həmin məntəqələrə hakim kəsilməsinə 
səbəb olurdu. 
Doktor Əmini şərif Qalibin həmin vaxt apardığı mübarizələr barəsində 
belə yazır: “1208-ci hicri qəməri ilində Osman Müzayiqinin sərkərdəliyi 
                                                 
1
 Məhəmməd Baqir Xalisi, “Vəhhabiyyət əz didqahi əhli-təsənnün”, səh.8 


 
213 
ilə  bir  ordu  vəhhabilərlə  müharibəyə  göndərildi.  İbn  Qeyhan  “Əqilan” 
adlı  bir  yerdə  qarşıya  çıxdı  və  Osman  Müzayiqi  ilə  şiddətli  müharibə 
apardı. Bu müharibə Osmanın qələbəsi ilə sona çatdı və o, İbn Qeyhanın 
bütün dəvələrini müsadirə etdi. Lakin İbn Qeyhan yenidən hücuma keçib 
Osmanı  məğlubiyyətə  uğratdı.  Amma  öz  dəvələrini  geri  ala  bilmədi. 
1209-cu ildə şərif Qalib digər bir qoşunla və Əbdül-Müinin rəhbərliyi ilə 
vəhhabilərin  təəssübkeş  adamlarından  olan  Hadi  ibn  Qirmələ  ilə 
müharibəyə hazırlaşdı. Əbdül-Müin onu təhdid etdiyinə görə Hadi qaçdı. 
Bundan sonra İbn Səudun tabeçilərindən olan İbn Qətnanın ardınca gedib 
onu  öz  sarayında  mühasirə  etdi  və  sonra  tutub  şərif  Qalibin  yanına 
göndərdi.  İbn  Qətnan  şərifdən  onu  əfv  etməsini  istədi.  Şərif  də  onu 
bağışlayıb  azad  etdi.  Lakin  öz  şəhərinə  çatan  kimi  düşmənə  çevrilərək 
tüğyançılığa başladı. Əbdül-Müin bir nəfəri onu qətlə yetirməyə məmur 
etdi. O, İbn Səudun tabelərinin yığıldığı yerə getdi. Onlardan bir neçəsini 
öldürdü  və  sonra  Məkkəyə  qayıtdı.  1210-cu  hicri  qəməri  ilində  də  şərif 
Qalib Seyyid Nasirin rəhbərliyi ilə bir qoşun hazırlayıb döyüşə göndərdi. 
Seyyid  Nasir  vəhhabilərlə  apardığı  müharibədə  onlardan  bir  neçəsini 
öldürdü  və  sağ-salamat  qayıtdı.  Yenidən  Seyyid  Fəhid  ibn  Əbdüllahın 
rəhbərliyi  ilə  bir  qoşun  hazırlayaraq  vəhhabilərlə  müharibəyə  göndərdi, 
daha  sonra  Fəraşəyə  tərəf  hərəkət  etdi  və  İbn  Qeyhanın  rəhbərliyi  ilə 
qəhtanilərdən  bir  qrupu  ilə  qarşılaşdı  və  onlarla  müharibə  aparıb  bir 
neçəsini  öldürdü,  mal-dövlətlərini  müsadirə  etdi.  Sonra  Qəhtan 
şeyxlərindən  olan  İbn  Şəzirlə  qarşılaşdı.  Daha  sonra  bir  neçə  nəfəri 
Türbətdə  saxladı  və  özü  qayıtdı.  Bundan  sonra  Seyyid  Nasirin 
sərkərdəliyi ilə böyük bir qoşun hazırladı. Onlar Şəmasa qədər irəliləyib 
gözlənilmədən  vəhhabilərlə  qarşılaşdılar.  Tərəflər  arasında  qanlı 
müharibə baş verdi, çoxları öldürüldü və Seyyid Nasir Məkkəyə qayıtdı. 
1211-ci  ildə  Seyyid  Fəhidin  sərkərdəliyi  ilə  böyük  bir  qoşun  təşkil  etdi 
və  qoşunun  bir  bölməsini  Firməyə  göndərdi.  Onların  da  bir  neçəsi 
öldürüldü. Sonra vəhhabi ayinini qəbul etmiş olan Bəni-Hərb qəbiləsinə 
qəfil  hücum  etdilər,  Rovğun-niama  tərəf  hərəkət  etdilər.  Burada 
Həcilaninin  sərkərdəliyi  ilə  böyük  bir  iğtişaşçı  qrupla  qarşılaşdılar. 
Onların  arasında  şiddətli  müharibə  baş  verdi  və  tərəflərdən  çoxu 
öldürüldü.  Sonra  Bəqərə  adlı  bir  məntəqədə  Hadi  ibn  Qərmələ  ilə 
müharibə  apardı.  Onlardan  bir  neçəsini  öldürüb  əsir  tutdu.  Qərmələnin 
dəvəsini və atını qənimət alıb Məkkəyə qayıtdı. Sonra şərif Qalibin onun 
üçün hazırladığı ordunun köməyi ilə Rinəni öz ixtiyarına keçirtdi. 1212-
ci hicri qəməri ilində yenidən Seyyid Fəhidin sərkərdəliyi ilə bir ordunu 
Hərbdəki  vəhhabiləri  məğlub  etmək  üçün  Əriqüd-dəsəmə  göndərdi.  Bu 
dəfə  də  çoxlu  qənimətlərlə  qayıtdılar.  Daha  sonra  Seyyid  Mübarəkin 
sərkərdəliyi  ilə  bir  qoşun  hazırlandı.  Hərb  vəhhabilərinin  bir  qrupu  Əl-


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə