ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə106/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   98   99   100   101   102   103   104   105   106

 
226 
sakit  qalmayıb  Məkkənin  ətraf  nahiyələrində  camaatı  öldürür  və  oranın 
əmniyyətini  pozurdular.  Bu  işlə  əlaqədar  1219-cu  hicri  qəməri  ilində 
camaatın  bir  dəstəsi  bu  fitnə  və  çəkişmələr  nəticəsində  Kəbənin 
ziyarətinə gedə bilmədilər.”
1
  
Hicazın  ətraf  nahiyələrində  məntəqəyə  hakim  olan  əmin-amanlığı 
pozan  vəhhabilər  Şərif  Qalibin  nəzarəti  altında  olan  Məkkə  ilə  sair 
şəhərlər  arasında  yaranan  daxili  ixtilaflar  əmin-amanlığın  olmaması 
nəticəsində  hacıların  Məkkəyə  ziyarətə  gəlmədikləri  üçün  Şərif  Qalibin 
qarşılaşdığı  iqtisadi  böhranlar,  Məkkənin  vəhhabilərin  vasitəsilə  hər 
tərəfdən  mühasirə  edilməsi,  Şərif  Qalibə  Babi-Ali  və  Şam  hacılarının 
əmiri və hakimi İbrahim Paşa tərəfindən əsaslı köməklər olunmaması və 
s.  kimi  digər  amillər  nəticəsində  Məkkənin  əmiri  daxildən  yavaş-yavaş 
süstlük  və  zəifliyə  düçar  oldu  və  onun  vəhhabilərlə  sülh  bağlamasına 
zəminə yaratdı. 
Həmin vaxtlar Məkkənin ətrafında yaşayan ərəblərin çoxu vəhhabilərlə 
beyət  etmişdilər.  Səud  da  öz  hakimlərinə  –  Üseyrin  hakimi  Əbdül-
Vəhhab  Əbu  Nöqtəyə,  Bişənin  hakimi  Salim  ibn  Şəkbana  və  Taifin 
hakimi Osman Müzayiqiyə göstəriş verdi ki, Məkkəni kəskin mühasirəyə 
alıb  şəhərə  gələn  yemək  ehtiyatlarının  qarşısını  alsınlar.  1219-cu  hicri 
qəməri  ilinin  Zil-həccə  ayının  axırlarında  başlanan  və  1220-ci  ilin  Zil-
qədə  ayına  qədər  davam  edən  bu  hadisə  nəticəsində  fəqirlik  və  bahalıq 
şəhər  əhalisinə  üz  gətirdi.  Belə  ki,  “camaat  şiddətli  aclıq  nəticəsində 
köhnə dəriləri, dəvənin turşumuş və iylənmiş südlərini bişirdikdən sonra 
yeyirdilər.  Hətta  pişik,  it  və  hər  bir  heyvanın  ətini  yeyir,  qan  içirdilər... 
Camaatın çoxu aclıqdan ölürdü.”
2
  
Məkkənin  mühasirəsindəki  və  camaatın  çətinliklərinin  artmasındakı 
ibrətamiz  və  əhəmiyyətli  məsələ  Məkkə  böyükləri  və  sərvətlilərinin 
vəhhabiliyə  üz  gətirmələridir.  Bu  da  göstərir  ki,  yüksək  təbəqədən  olan 
insanlar,  böyük  şəxsiyyətlər,  əşraf-əyanlar  və  sərvətlilər  müəyyən  bir 
çətinliklə  üzləşsələr  düşmənin  xeyrinə  qalxan  və  mübarizə  səhnəsindən 
qaçan  ilkin  şəxslər  olurlar.  Vəhhabilər  Şərif  Qalib  üçün  müxtəlif 
çətinliklər  yaratdıqdan  sonra  şəhəri  mühasirədən  çıxarmağa  qadir 
olmadıqlarını  gördülər.  Bu  zaman  öz  tərəfindən  onun  yanına  bir 
nümayəndə göndərib sülh istədilər. “Hineynədən olan Əbdürrəhman ibn 
Nami  adlı  bir  vəhhabi  alimi  Şərif  Qalibin  yanına  gəlib  onunla  sülh 
bağlamaq  barəsində  söhbət  etməyə  başladı.  Belə  bir  şərt  də  qoydu  ki, 
Şərif  onların  Allah  evini  ziyarət  etməyə  və  sonra  öz  məntəqələrinə 
qayıtmalarına  icazə  versin.  Əlbəttə,  camaatın  hamısı  vəhhabilərin 
                                                 
1
 Həmin mənbə, səh. 36. 
2
 Həmin mənbə, səh. 42. 


 
227 
hökuməti  altında,  Məkkə  şəhəri  isə  Şərifin  hakimiyyəti  altında  olsun. 
Həmçinin,  Hineynəni  qaytarmağı,  maddi  və  cani  zərərlərin  öhdəsindən 
gəlməyi öz üzərinə götürdü. Bir sözlə məsləhət gördükləri hər bir şeyin 
zərərini  ödəməyi  qəbul  etdi,  Məkkə  əhalisi  ilə  mülayim  və 
mehribancasına  davranmağı  söz  verdi.”
1
    Sonra  Səudu  bu  hadisədən 
xəbərdar  edib  onun  cavabını  gözlədilər.  Vəhhabilər  şəhərə  daxil  olub 
Məhərrəm  ayının  on  birinə  qədər  orada  qaldıqdan  sonra  çıxıb  getdilər. 
Şərif Qalib (1220-ci hicri qəməri ilində) Məkkəni, Cəddəni, Yənbunu və 
onların  ətraf  nahiyələrini  sahmana  salmaq  üçün  bir  fürsət  tapdı.  Həmin 
ildə  Səudun  tərəfindən  (Diriyyədən)  bir  neçə  qasid  Şərifin  yanına  gəlib 
Məhəmməd  ibn  Əbdül-Vəhhabın  əqidələrinin  bərqərar  edilməsi  ilə 
əlaqədar  məktubları  ona  verdilər.  Bu,  vəhhabilərin  Məkkəyə  nüfuz 
etmələrinin başlanğıcı idi. 
Sultan  Osmani  tərəfindən  heç  bir  yardım  almayan  Məkkə  əmiri  son 
dərəcə  zəifləmişdi.  Vəhhabilərlə  zahirdə  xoş  davranırdı.  Lakin  daxildə 
Osmanlı  dövləti  ilə  daim  əlaqədə  idi.  Məktub  yazır,  onları  Məkkə  və 
digər  şəhərləri  vəhhabilərin  əllərindən  çıxartmaq  üçün  bir  ordu 
göndərməyə  təşviq  edirdi.  Digər  tərəfdən  də  Sultan  Osmanlı  sultanı 
Misirin hakimi Məhəmməd Əlipaşanın yanına qasidlər göndərməklə onu 
Ərəbistan  yarımadasında  vəhhabilərin  işini  tamamlamağa  əmr  edirdi. 
Bəlkə də Misirin hakimi Əlipaşanın vəhhabilərin əleyhinə gec qalxmağın 
əsas dəlili bu ola bilər ki, o, Şərif Qalibin hərbi qüvvəsinin kifayət qədər 
zəifləməsini gözləyirdi ki, Misir qüvvələrinin daxil olduğu zaman onlara 
qarşı tamamilə hərbi üstünlükləri olsun. 
Cənab  Fəqihi  vəhhabilərin  Mədinə  şəhərində  gördükləri  fəaliyyətləri 
barəsində  belə  yazmışdır:  “...Vəhhabilər  1220-ci  hicri  qəməri  ilində 
Mədinəni ələ keçirtdilər. Mədinəni ələ keçirtməklə Səud Peyğəmbərin (s) 
hərəmində mövcud olan bütün qiymətli əşyaları öz ixtiyarına keçirtdi. Bu 
zaman  Məkkə  və  Mədinənin  Osmanlılar  tərəfindən  olan  qazisini 
Mədinədən  qovdu.  Sonra  qəbirlər  üzərində  tikilən  məqbərələri  və 
binaları uçurtmağa başladı.”
2
  
Vəhhabilər  Məkkənin  qaziliyini  Şeyx  Əbdül-həfizə,  Mədinənin 
qaziliyini  isə  bu  şəhərin  bəzi  alimlərinə  tapşırdılar.  Onlar  camaata 
Peyğəmbərin  (s)  qəbrini  ziyarət  etməyi  qadağan  edirdilər.  “Tarixi-
Məkkə”  kitabında  vəhhabilərin  1221-ci  hicri  qəməri  ilində  Mədinəyə 
hücumlarının elan edilməsi ilə yanaşı belə göstərilir: “(Vəhhabilər) 1221-
ci  hicri  qəməri  ilində  Mədineyi-Münəvvərəyə  hücum  edib  şəhərə  daxil 
oldular  və  orada  olan  məqbərələri,  o  cümlədən  “Bəqi”  qəbiristanlığında 
                                                 
1
 Həmin mənbə, səh. 42. 
2
 Həmin mənbə, Fəqihi, səh. 310 


 
228 
yerləşən imamların məqbərələrini uçurtdular...”
1
  
Beləliklə, həcc karvanlarının həcc mərasiminə gəlişi kəsildi və Məkkə-
Mədinə vəhhabilərin hakimiyyəti  altında  olduğuna  görə hacılar  bir  neçə 
il  həccə  gedə  bilmədilər.  Belə  ki,  “1221-ci  hicri  qəməri  ilində  Şam 
hacılarının  və  1222-ci  ildə  Misr  hacılarının  karvanının  həccə  gəlişi 
kəsildi.  İraqda  həcc  proqramı  dörd  il,  Şamda  üç  il  və  Misrdə  də  iki  il 
dayandırıldı.”
2
  
Vəhhabilərin Şərif Qaliblə sülh etməsi nəticəsində yavaş-yavaş Hicazın 
hamısı vəhhabilərin ixtiyarına keçdi. Onlar öz məslək və ayinlərini güclü 
şəkildə  təbliğ  etməyə  başladılar  və  öz  müxalifləri  ilə  də  şiddətlə 
davranırdılar. 
Vəhhabilərin  Hicaza  qələbə  çalmalarından  bir  neçə  il  sonra  misirlilər 
tərəfindən onların əleyhinə hərbi hərəkat başlandı. Bu, Sultan Osmaninin 
və  Misir  hakimi  Əlipaşanın  vəhhabilərlə  etdikləri  ciddi  rəftarlarının 
başlanğıcı  idi.  “Nizami  Ali  Səud”  kitabının  müəllifi  bu  barədə  belə 
yazmışdır: 
“...Bu  zaman  bəzi  məsələlərdən  və  xarici  müharibələrdən  çıxan 
Osmanlı  imperiyası  da  əks  hücumlara  başladı.  Misirin  hakimi 
Məhəmməd  Əlipaşa  bu  hərəkatın  rəhbəri  oldu.  Misir  qüvvələri  Tosun 
oğlu Məhəmməd  Əlinin başçılığı  ilə 1191-ci  hicri şəmsi  ilində  (1812-ci 
miladi  ilində)  Mədinəni,  sonrakı  ildə  isə  Məkkəni  aldılar.  1193-cü  hicri 
şəmsi  (1814-cü  miladi)  ilində  Səudun  kürsüsündə  əyləşən  Əbdüllah 
məcburiyyət  qarşısında  qalıb  çəkişmələri  tərk  etmək  barəsindəki 
müqaviləni imzaladı...”
3
 
 
 
 
 
 
 
 
 
                                                 
1
  “Bəqi”  qəbiristanlığı  Mədinənin  şərqində,  Sovr  darvazasının  birləşdiyi  bir  yerdə 
yerləşən böyük bir qəbiristanlıqdır. Onun divarı üç zər` hündürlüyündə olub daşdan və 
əhəngdən  tikilmişdi.  Dörd  qapısı  vardı.  Orada  imamlardan  dördü  –  İmam  Həsən  (ə), 
İmam  Səccad  (ə),  İmam  Məhəmməd  Baqir  (ə)  və  İmam  Cə`fər  Sadiq  (ə)  dəfn 
olunmuşdur.  Həmçinin  bu  qəbiristanlıqda  Peyğəmbərin  (s)  əmisi  Abbas  və  qızı 
Fatimeyi-Zəhra (s) da dəfn olunmuşdur. (Fəqihi, Həmin mənbə, səh. 410-411.) 
2
  Əl-əmin  Möhsün.  “Tarixçe  və  nəqd  və  bərrəsiye  əqaid  və  amali  vəhhabiha”, 
tərcümə Seyyid İbrahim Seyid Ələvi, səh. 5-184. 
3
 Klevd Fuiyə, səh. 23. 


 
229 
 
 
 
 
 
 
Mündəricat 
 
MÜQƏDDİMƏ ............................................................................................................ 3 
BİRİNCİ BÖLMƏ ....................................................................................................... 4 
VƏHHABİ FİRQƏSİNİN YARANMASI VƏ ONUN İDEOLOJİ RƏHBƏRLƏRİ . 4 
ƏHLİ-SÜNNƏ VƏL-CƏMAƏT ................................................................................. 4 
ƏHLİ-SÜNNƏ VƏ ONUN TARİXİNDƏKİ DƏYİŞİKLİKLƏR .............................. 4 
ƏSHABİ-RƏY ............................................................................................................. 6 
ƏSHABİ-HƏDİS ......................................................................................................... 6 
ƏHLİ-HƏDİSİN TARİXİNƏ BİR BAXIŞ ................................................................. 8 
VƏHHAB İLƏRİN İDEOLOJİ RƏHBƏRLƏRİ ...................................................... 10 
ƏHMƏD İBN HƏNBƏL (164-241 HİCRİ QƏMƏRİ)* ........................................... 10 
ƏHMƏD İBN HƏNBƏLİN ELMİ VƏ İCTİMAİ MÖVQEYİ ................................. 16 
ƏHMƏD İBN HƏNBƏLİN ETİQADLARI ............................................................. 17 
İBN HƏNBƏLİN ƏSƏRLƏRİ .................................................................................. 19 
ƏHMƏD İBN HƏNBƏLİN FİQHİ ........................................................................... 20 
ƏHMƏD İBN HƏNBƏLİN ÜSULİ-FİQHİ .............................................................. 20 
1. 
NƏQLİ DƏLİLLƏR .............................................................................................. 20 
2. 
QEYRİ-NƏQLİ YOLLAR .................................................................................... 21 
ƏHMƏD İBN HƏNBƏLİN FİQHİNİN TARİXİ İNKİŞAFI VƏ YAYILMASI ..... 22 
SƏLƏFİLİYİN LÜĞƏTDƏKİ VƏ İSTİLAHDAKI MƏNASI ................................ 26 
SƏLƏFİLƏRİN NƏZƏRİNDƏ TÖVHİD ................................................................ 27 
SƏLƏFİLƏRİN NƏZƏRİNDƏ SÜBUTİ VƏ SƏLBİ SİFƏTLƏR .......................... 27 
SƏLƏFİLƏRİN ƏMƏL  RƏFTARLARI ................................................................ 28 
ƏHMƏD İBN TEYMİYYƏ ...................................................................................... 29 
TƏRCÜMEYİ-HALI ................................................................................................. 29 
İBN TEYMİYYƏNİN MÜXALİFLƏRİ VƏ MÜDAFİƏÇİLƏRİ ........................... 39 
İBN TEYMİYYƏNİN ƏSƏRLƏRİ .......................................................................... 42 
İBN TEYMİYYƏNİN ƏQİDƏ VƏ RƏYLƏRİ ........................................................ 43 
İBN QƏYYİM COVZİYYƏ ..................................................................................... 48 
TƏRCÜMEYİ-HALI ................................................................................................. 48 
İBN QƏYYİM COVZİYYƏNİ ŞAGİRDLƏRİ ........................................................ 51 
İBN QƏYYİM COVZİYYƏNİN ƏQİDƏ VƏ RƏYLƏRİ ....................................... 51 
TÖVHİD MƏSƏLƏSİ............................................................................................... 51 
QURANIN TƏFSİRİ VƏ ŞƏRHİ ............................................................................. 52 


 
230 
HƏDİS ELMİ ............................................................................................................ 52 
FƏLSƏFƏ, HİKMƏT VƏ SUFİLİK......................................................................... 53 
İBN QƏYYİM COVZİYYƏNİN ƏSƏRLƏRİ ......................................................... 54 
ALİ ƏBDÜL-HADİ................................................................................................... 56 
VƏHHABİ FİRQƏSİNİN YARANMASI ................................................................ 62 
ÜMUMİ NƏZƏR ...................................................................................................... 62 
VƏHHABİLİYİN BANİSİ MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHAB ..................... 63 
MƏHƏMMƏD  İBN  ƏBDÜL-VƏHHABIN  FƏRDİ,  İCTİMAİ,  ELMİ  VƏ  SİYASİ 
FƏALİYYƏTİ ........................................................................................................... 66 
MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABIN İLK RƏSMİ VƏ AŞKAR DƏVƏTİ .. 71 
MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABIN FƏALİYYƏT ÜSLUBU .................... 73 
VƏHHABİLİYİN  MƏHƏMMƏD  İBN  ƏBDÜL-VƏHHAB  ÖVLADLARININ 
DÖVRÜNDƏKİ CİDDİ TƏDBİRLƏRİ ................................................................... 78 
SÜNNÜ  VƏ  ŞİƏ  ALİMLƏRİNİN  VƏHHABİYYƏT  ƏLEYHİNƏ  TƏNQİDLƏRİ
 ................................................................................................................................... 81 
İKİNCİ HİSSƏ .......................................................................................................... 85 
VƏHHABİLİYİN YARANMASI VƏ İNKŞAF ETMƏSİ AMİLLƏRİ .................. 85 
VƏHHABİLƏRİN YARANIB İNKŞAF ETMƏSİNDƏ ZONAL AMİLLƏR ........ 86 
ALİ-SƏUD  SÜLALƏSİNİN  ÖZÜNƏ  QANUNİYYƏT  QAZANMAQ  ÜÇÜN 
VƏHHABİYYƏTDƏN FAYDALANMASI ............................................................ 86 
OSMANLI İMPERATORLUĞUNUN HİCAZ VƏ NƏCD HAKİMİYYƏTİ ......... 92 
ƏRƏBİSTANIN XÜSUSİ COĞRAFİ MÖVQEYİ .................................................. 99 
1-NƏCDİN DİNİ MÖVQEYİ ................................................................................. 102 
2-NƏCDİN SOSİOLOJİ MÖVQEYİ ...................................................................... 103 
3-NƏCD ƏYALƏTİNƏ HAKİM OLAN QƏBİLƏ-İCMA QURULUŞU ............. 103 
4-MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABIN NƏCDDƏ XÜSUSİ TƏLİMLƏRİ 104 
HƏRİMƏLƏ,  ÜYƏYNƏ  VƏ  DİRİYYƏ  MƏHƏMMƏD  İBN  ƏBDÜL-
VƏHHABIN ƏQİDƏSİNİN YAYILDIĞI İLK YERLƏR ..................................... 106 
VƏHHABİ  TƏFƏKKÜRÜNÜN  YARANMASINDA  BEYNƏLXALQ  ŞƏRAİTİN 
ROLU ...................................................................................................................... 112 
İSTİSMARÇI  QÜVVƏLƏRİN  OSMANLI  İMPERATORLUĞUNDA  APARDIĞI 
İŞLƏR ...................................................................................................................... 114 
OSMANLI  İMPERATORLUĞUNUN  DAXİLİNDƏKİ  QARIŞIQLIQLAR  VƏ 
İĞTİŞAŞLAR .......................................................................................................... 116 
İNGİLİS  MÜSTƏMLƏKƏÇİLİYİNİN  VƏHHABİLİYİN  İNKİŞAF  EDİB 
GENİŞLƏNMƏSİNDƏ OYNADIĞI ROL ............................................................. 123 
ÜÇÜNCÜ HİSSƏ .................................................................................................... 133 
ALİ-SƏUD 
HÖKUMƏTİNİN 
YARANIB 
FORMALAŞMASINDA 
VƏHHABİLƏRİN ROLU ....................................................................................... 133 
MƏHƏMMƏD İBN ƏBDÜL-VƏHHABIN ALİ-SƏUDLA İDEOLOJİ VƏ SİYASİ 
BAĞLILIĞI ............................................................................................................. 134 
MİSİRLİLƏRİN DİRİYYƏYƏ HAKİM KƏSİLDİYİ VAXTA QƏDƏR ALİ-SƏUD 
DÖVLƏTİNİN TƏSİS OLUNMASI ...................................................................... 135 


 
231 
VƏHHABİLƏRİN  MƏHMMƏD  İBN  SƏUDUN  (1735–1766)  HAKİMİYYƏTİ 
DÖVRÜNDƏ TÖRƏTDİYİ CİNAYƏTLƏR ......................................................... 135 
VƏHHABİLƏRİN  ƏBDÜL-ƏZİZ  İBN  MƏHƏMMƏD  İBN  SƏUDUN 
HAKİMİYYƏTİ DÖVRÜNDƏ (1766–1803) GÖRDÜKLƏRİ TƏDBİRLƏR ..... 140 
VƏHHABİLƏRİN  SƏUD  İBN  ƏBDÜL-ƏZİZİN  RƏHBƏRLİYİ  DÖVRÜNDƏKİ 
CİNAYƏTLƏRİ (1803–1814) ................................................................................ 145 
VƏHHABİLƏRİN ƏBDÜLLAH İBN SƏUDUN HAKİMİYYƏTİ DÖVRÜNDƏKİ 
CİNAYƏTLƏRİ (1814-1818) ................................................................................. 148 
VƏHHABİ HÖKMRANLIĞININ İKİNCİ DÖVRÜ .............................................. 150 
VƏHHABİLƏRİN  İBN  RƏŞİDİN  NƏCDƏ  HAKİM  OLDUĞU  DÖVRƏ 
QƏDƏRKİ QÜDRƏTİ ............................................................................................ 150 
TÜRKİ İBN ƏBDÜLLAH (1821-1834) ................................................................. 151 
MÜŞARİ İBN ƏBDÜR-RƏHMAN İBN MÜŞARİ ............................................... 151 
FEYSƏL İBN TÜRKİ (1834-1838) ........................................................................ 153 
XALİD İBN SƏUD (1840-1842) ............................................................................ 154 
ƏBDÜLLAH İBN SƏNYAN İBN İBRAHİM (1842-1843) ................................... 154 
FEYSƏL İBN TÜRKİ (1843-1865) ........................................................................ 154 
ƏBDÜLLAH İBN FEYSƏL İBN TÜRKİ (1865-1871) ......................................... 155 
SƏUD İBN FEYSƏL İBN TÜRKİ (1871-1874) .................................................... 155 
ƏBDÜLLAH İBN FEYSƏL İBN TÜRKİ (1875-1887) ......................................... 156 
MƏHƏMMƏD İBN SƏUD İBN FEYSƏL............................................................. 157 
ƏBDÜR-RƏHMAN İBN FEYSƏL (1891) ............................................................. 157 
İBN  SƏUDUN  RİYAZA  QƏLƏBƏSİ,  ALİ-SƏUD  RƏHBƏRLƏRİNİN  YENİ 
DÖVRÜNÜN BAŞLANMASI ............................................................................... 158 
VƏHHABİLƏRİN  İBN  SƏUD  ADI  İLƏ  MƏŞHUR  OLAN  ƏBDÜL-ƏZİZ  İBN 
ƏBDÜR-RƏHMAN  İBN  FEYSƏLİN  DÖVRÜNDƏ  GÖRDÜYÜ  İŞLƏR  (1902-
1953) ........................................................................................................................ 159 
VƏHHABİLƏRİN SƏUD İBN ƏBDÜL-ƏZİZİN HAKİMİYYƏTİ DÖVRÜNDƏKİ 
CİNAYƏTLƏRİ (1953-1964) ................................................................................. 173 
VƏHHABİLƏRİN 
FEYSƏL 
İBN 
ƏDBÜL-ƏZİZİN 
RƏHBƏRLİYİ 
DÖVRÜNDƏKİ TƏDBİRLƏRİ (1964-1975) ........................................................ 183 
VƏHHABİLƏRİN  FEYSƏLDƏN  SONRA  İRAN  İSLAM  İNQİLABINA  QƏDƏR 
GÖRDÜYÜ İŞLƏR ................................................................................................. 193 
İRAN  İSLAM  İNQİLABININ  ƏZƏMƏTLİ  QƏLƏBƏSİNDƏN  SONRA 
VƏHHABİLƏRİN GÖRDÜYÜ İŞLƏR ................................................................. 195 
VƏHHABİLƏRİN SİYASİ VƏ HƏRBİ TƏDBİRLƏRİNİN ARAŞDIRILMASI 207 
VƏHHABİLƏRİN 
HÜCUMLARI 
VƏ 
SƏUDİLƏRİN 
BUNA 
QARŞI 
GÖSTƏRDİKLƏRİ REAKSİYALAR .................................................................... 208 
MƏKKƏ ƏMİRİNİN VƏHHABİLƏRLƏ APARDIĞI MÜBARİZƏ (1205-1220-Cİ 
H.Q) ......................................................................................................................... 210 
 

Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə