ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə101/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   98   99   100   101   102   103   104   105   106

 
216 
Süleyman  olmaqla  bir  qoşunu  oraya  göndərdi  və  orada  yaşayan 
vəhhabiləri  məğlub  etdilər.  Şərif  Qalib  Hülləni  qoruyub  saxlamaq  üçün 
Seyyid Mündili  məmur  etdi.  Vəhhabilər isə Həşrin  başçılığı  ilə  Hülləyə 
hücum  etdilər,  əvvəlcə  məğlubiyyətlə  üzləşdilər.  Lakin  hiyləyə  əl 
atmaqla, eləcə də Hüllə əhalisinə xəyanət etməklə şəhərə hakim oldular. 
Şərif  Qalib,  Seyyid  Səd  Qəttadinin  başçılığı  ilə  bir  qoşunu  vəhhabi 
məzhəbini qəbul etmələri barədə xəbər çatan Yəmən sahilindəki ərəblərə 
tərəf göndərdi və onlar da oraya qalib gəldilər. Sonra həmin zamanlar – 
hicri  qəməri  tarixi  ilə  1216-cı  ildə  vəhhabilər  İraqa  tərəf  gəlib  öz 
ideyalarını orada yaymağa başladılar. 
Məkkə  padşahının  vəhhabilərlə  apardığı  mübarizənin  davamında, 
vəhhabilərin  Hicaz  vilayətinə  hücum  çəkmələri  diqqəti  cəlb  edən 
məsələlərdən  biridir.  “Vəhhabilər  tarixi”  kitabının  müəllifi  bu  barədə 
belə  yazmışdır: “Həmin ildə – hicri qəmərinin 1216-cı ilində belə xəbər 
çatdı  ki,  iki  hissədən  təşkil  olunan  böyük  bir  vəhhabi  ordusu  hərəkət 
edərək  gəlir.  Bir  dəstə  Seyyid  Səd  Qəttadinin  qoşunu  ilə  döyüşməyə 
başladı.  Amma  döyüşə  bilmədiklərini  gördükdə,  onunla  müharibəni 
saxladılar.  İkinci dəstə isə Qənfəzəyə hücum etdi, Əbu Bəkr ibn Osman 
(Qənfəzə  məntəqəsinin  hakimi)  onları  şiddətlə  məğlub  etdi.  1217-ci  h.q 
ilinin  əvvəllərində  Məd  ibn  Şarr  və  Şeyx  Məhayil  on  iki  min  nəfərdən 
ibarət  bir  qoşunla  Qənfəzəyə  tərəf  hərəkət  etdib  oranın  hakimi  ilə 
mübarizə  apardılar.  Lakin  ağır  məğlubiyyətə  uğradılar.  Səud  Yəmən 
məntəqəsini  öz  hakimiyyəti  altında  gördükdə,  Salim  ibn  Şəkbanı 
Zəhranda  yaşayan  qəbilələrə  hakim  təyin  etdi.  O,  bu  qəbilələr  arasında 
ixtilaf yaradıb vəhhabi olan ərəbləri onlar üçün rəis seçirdi. Bu hadisədən 
xəbərdar  olan  Şərif  Qalib  Əbdül-Əziz  İbn  Səuda  bir  məktub  yazaraq 
onların  əhd-peymanlara  sadiq  qalmalarını  tələb  etdi.  Onların  hər  biri  də 
yazdıqları  cavab  məktublarında  bu  işə  görə  üzr  istəyib  deyirdilər: 
“Bunlar  yalan  şayiələrdir  və  bəziləri  fitnə-fəsad  törədib  sülh 
müqaviləsini pozmaq üçün belə yalan xəbərlər yayırlar.”
1
  
Sonra  şərif  Qalib  öz  tərəfindən  Zəhrana  bir  nümayəndə  göndərdi  ki, 
orada  baş  verən  hadisələri  ona  çatdırsın.  Xəbərin  düzgün  olmasını 
bildikdən sonra öz bacısı əri olan Osman ibn Əbdür-Rəhman Müzayiqini 
Əbdül-Möhsin,  Müqəttənin  şeyxi  İbn  Həmədi  və  başqalarını  sülh 
müqaviləsini yenidən tənzim etmək üçün Diriyyəyə göndərdi. 
Diriyyədə  vəhhabilərin  hiylə  və  yalanları  yenidən  başlandı.  Bu  dəfə 
onlar  Osman  Müzayiqiyə  söz  verib  dedilər  ki,  sənin  Məkkəyə  hakim 
olmağına  yardım  edəcəyik.  Bununla  da,  Osman  Müzayiqi  vəhhabiliyi 
qəbul  etdi,  Məkkənin  padşahı  şərif  Qalibə  xəyanət  edərək  Məkkədə, 
                                                 
1
  Həmin mənbə, səh. 20-21. 


 
217 
Mədinədə  və  Taifdə  vəhhabiliyi  yaymaq  üçün  vəhhabilərlə  həmkarlıq 
etməyə  başladı.  Bunun  əvəzində,  Əbdül-Əziz  Səudi  Taifin  hakimliyini 
ona  tapşırıb  həmin  şəhərdə  yaşayan  bütün  qəbilə  başçılarına  məktub 
yazdı  və  Müzayiqinin  hakim  olmasını  xəbər  verdi.  Möhsin  Əl-Əmin, 
Osman  Müzayiqinin  Taifə  hakim  olması  və  bu  işdə  vəhhabilərin  rolu 
barəsində  belə  yazır:  “Osman  Müzayiqi  Diriyyədən  çıxdıqdan  sonra 
Taifə  bir  günlük  yol  qədər  olan  Übeyla  adlı  bir  məntəqədə  öz 
yoldaşlarından  ayrılıb  oradakı  qalada  sakin  oldu.  Həmin  məntəqənin 
qəbilə  başçılarına  məktub  yazdı  və  onlar  da  ona  tabe  olacaqlarını  elan 
etdilər.  Eyni  zamanda  Şərif  Qalibin  qardaşı  və  Taifdəki  nümayəndəsi 
Şərif  Əbdül-Müinə  də  bir  məktub  yazıb  onu  vəhhabi  məzhəbinə  dəvət 
etdi.  “Tənhə”,  “Nəfə”  və  “Əsəmə”  qəbilələri  də  ona  qoşuldular.  O,  bu 
qəbilələrə arxalanıb “Ovf” və “Ərəc” qəbilələri ilə döyüşdü və onları öz 
hakimiyyəti  altına  aldı.  Bu  zaman  şərif  Qalib  üç  mindən  ibarət  bir 
qoşunu  Taifə  göndərdi.  Osman  Müzayiqi  də  sakin  olduğu  qaladan  – 
Übeyladan çıxıb Taifə tərəf hərəkət etdi. Taifin hakimi Şərif Əbdül-Müin 
də Taifdən hərəkət edib Ərəcə çatdıqda onunla Müzayiqi arasında döyüş 
başlandı.  Bu,  Müzayiqinin  məğlubiyyətinə  səbəb  olmadı  və  o, 
Übeyladakı  qalaya  pənah  apardı.  Şərif  Qalib  və  şərif  Əbdül-Müinin 
qalanı  ələ  keçirmək  üçün  göstərdikləri  səylər  heç  bir  nəticə  vermədi. 
Sonra  Müzayiqi  qaladan  çıxıb  Taifi  mühasirəyə  aldı.  Bişənin  hakimi 
Salim  ibn  Şəkban  böyük  bir  qoşunla  ona  kömək  etdi.  Həmin  gecə Şərif 
Qalibin ətrafına toplaşan ərəblər pərakəndə oldu. Böyük şəxsiyyətlərdən 
bəziləri  Məkkəyə  qayıtdılar.  Sonra  Şərif  Qalib,  Müzayiqinin  və  ibn 
Şəkbanın  Məkkəni  ələ  keçirmək  üçün  hərəkət  etmələrindən  xəbərdar 
oldu.  
Buna görə də o, öz ətrafındakı ərəblərə pul verib Taifdə qalmalarını və 
oranı  qoruyub  saxlamalarını  tələb  etdi,  özü  isə  Məkkəyə  qayıtdı.  Lakin 
Taifdə  olanların  arasında  ixtilaf  və  pərakəndəlik  yarandı.  Dəxil  ibn 
Hüveyb müxalifət edərək vəhhabilərə qoşuldu və Şərif Qalibin Məkkəyə 
hərəkət  etməsini  onlara  xəbər  vedi.  Vəhhabilər  Taifə  doğru  hərəkət 
etdilər.  Onlardan  Əbdüllah  adlı  bir  şəxs  qabağa  düşüb  Taifə  daxil  oldu, 
şəhər  camaatının  təhlükəsizliyini  təmin  etmək  üçün  bir  miqdar  pul 
xərcləyib  onlar  üçün  aman  istədi.  Əbdüllah  vəhhabilərdən  aman  almaq 
üçün  İbrahimin  evindən  çıxdı.  Taif  əhalisindən  bir  nəfər  minarədən  ona 
tərəf bir ox atıb onu öldürdü. Vəhhabilər bu hadisədən xəbərdar olduqda, 
şəhərə  hücum  etdilər.  Şəhərin  ətrafında  şəhəri  qoruyub  saxlayan  və 
onların qarşısını alacaq bir kəs olmadığından asanlıqla şəhərə daxil olub 
hamını,  hətta  uşaqları  belə  qətlə  yetirdilər.  Anaların  qucaqlarındakı 
südəmər  körpələrin  başlarını  kəsdilər.  Şəhərdən  çıxıb  qaçanları  təqib 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə