ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə94/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   90   91   92   93   94   95   96   97   ...   106

 
202 
illərin  vəhhabiyyəti  Feysəlin  və  Əbdül-Əzizin  vəhhabiyyətinin 
modernləşdirilmiş  formasıdır. Ərəbistan  heç bir  çətinlik  olmadan  qərbin 
iqtisad  çarxında  həzm  olunmuş,  qərb  dövlətləri  onun  iqtisadi  həyatının 
ayrılmaz bir hisəsinə çevrilmişdi; bu ölkəyə hakim olan rejimin həyatının 
davam  etdirilməsi  üçün  böyük  bir  dayaq  sayılırdı.  Buna  görə  də  80-cı 
illərdə  Feysəlin  vəhhabiyyəti  Səudi  ölkəsində  istehlakçı  mədəniyyətin 
orta  təbəqədəki  təqlidçilərin  hasilindən  əmələ  gəlmişdi.  Əlbəttə,  bu 
qarşılıqda  əsas  orta təbəqədən olanların mədəniyyətidir.  Bu  ikisi  də  bir-
birin  ilə  müxalif  olduğundan  məhz  vəhhabiyyət  rəqibin  xeyrinə  olaraq 
geri  çəkilmişdir.  Səudiyyə  Ərəbistanında  daxili  vəziyyət,  radio, 
televiziya,  eləcə  də  mətbuat  (istər  daxildə  çap  olub  yayılsın,  istərsə  də 
xaricdəki  səudilərin  idarəçiliyi  və  sərmayəsi  ilə  çap  olub  gətirilərək 
Hicaz  məntəqəsində  yayılsın)  yeni  yaranmış  bu  vəhhabiyyətin 
xüsusiyyətlərini  bəyan  edə  bilər.  Xüsusilə,  əvvəllər  şiddətli  reaksiya 
göstərdikləri şeylərə qarşı indi süstlük və  səhlənkarlıq  göstərirlər. Daha 
təhlükəlisi  budur  ki,  bu  vəhhabiyyət  ya  birbaşa  cəmiyyətə  nüfuz  edir, 
camaatın  klassik  əxlaq  və  etiqadlarını  xarab  etmək  üçün  onlara  kömək 
edir,  ya  da  belə  bir  hədəfi  izləyən  və  əsas  etibarı  ilə  fitnə-fəsadı  yayan 
amillər müqabilində laqeyd mövqe seçir.”
1
  
Qeyd olunmalıdır ki, vəhhabiliklə əlaqədar qeyd olunan və bu dövrdən 
sonra  da  bəyan  olunacaq  məsələlər  Feysəlin  ölümündən  sonrakı  dövrə, 
yəni Xalidin və xüsusilə Fəhdin hakimiyyəti dövrünə aiddir. Fəhd 1982-
ci ilin iyul ayının 13-də onun ölümündən sonra Ərəbistanda hakimiyyətə 
gəlmişdir  və  hal-hazırda  da  oraya  padşahlıq  üsul-idarəsi  ilə  hakimiyyət 
edir. 
Bu  bölmədə  vəhhabilərin  şiəlik  barədə,  xüsusilə  İran  İslam 
inqilabından sonra şiə aləmi barədəki nəzəriyyələri bəyan olunacaqdır ki, 
onların  şiələrlə  çox  qədimdən  olan  düşmənçilikləri  aydın  olsun. 
Şübhəsiz, İran  İslam inqilabının qələbəsindən sonra vəhhabi ideoloqları 
və  onu  idarə  edənlər  (səudilər)  şiəlik  və  İslam  inqilabı  ilə  əlaqədar 
nəzərlərində  dəyişiklik  yaratdılar.  Vəhhabiyyət  ilk  əvvəllərdən  şiələrə 
münasib  nəzər  yetirmirdilər,  xüsusilə  İslam  inqilabından  sonra  onların 
şiələrə  qarşı  tutduğu  mövqe  daha  da  kəskinləşdi.  Çünki,  onlar  daim 
bundan  qorxurdular  ki,  inqilab  dalğaları  onların  ölkəsinə  gəlib  çatsın, 
zəif  xalq  kütlələri  onların  əleyhinə  qiyam  etsin  və  səltənət  sütunlarını 
sarsıtsınlar.  Buna  görə  də  şiələrin  əleyhinə  hər  ayda,  yaxud  hər  həftədə 
bir  məcmuə, jurnal,  yaxud kitab  yazılırdı.
2
  Həqiqətdə bu  günkü  dövrdə 
siyasi  səhnədə  olan  vəhhabiyyət  də  (özü  də  əslində  yaranmış 
                                                 
1
 Həmin mənbə 
2
 Sübhani Cə`fər, “Fərhəngi əqaid və məzahibi İslami”, 3-cü cild, səh.65 


 
203 
vəhhabiyyətdən  tamamilə  fərqli  bir  vəhhabiyyət)  özlərini  təbliğ  etmək, 
həmçinin  şiəliklə  və  İslam  inqilabı  ilə  mübarizə  aparmaq  fikrindədir. 
Çünki,  vəhhabiyyət  özünün  əsl  formalaşmasında  çox  quru  təəssüb, 
kobud təlimlər və məntiqsiz əqidə prinsiplərindən ibarət olan bir məcmuə 
idi ki, hətta hazırkı Ərəbistanın geridə qalan nahiyələrində də onlar qəbul 
olunmur və heç kəs ona əməl etmir. 
Buna əsasən, vəhhabiyyətin şiəliklə olan düşmənçilikləri dərin köklərə 
malikdir.  “İslam  inqilabı  əleyhinə  mədəni  müharibə”  kitabının  müəllifi 
yazır:  “Vəhhabiyyətin  bütün  fəaliyyətləri  İslamın  təbliğ  olunması  və 
müsəlmanların  müdafiə  olunması  adı  ilə  yerinə  yetirilirdi.  Onlar  şiəni 
şirkin  ən  mühüm  başçılarından  hesab  edir,  onların  əleyhinə  mübarizə 
aparmağı  ən  mühüm  dini  vəzifə  hesab  edirdilər.”
1
    O,  öz  kitabının  bir 
hissəsində  vəhhabiyyətin  həm  şiələrlə,  həm  də  sünnülərlə  düşmənçilik 
aparmasına və onların keçmiş tarixlərinə işarə edərək yazır: “Vəhhabilər 
İslam  inqilabının  qələbəsindən  sonra  şiələrin  əleyhinə  kəskin  mübarizə 
aparmaqdan  əlavə,  sünnülərlə  də  münaqişədə,  düşmənçilikdə  idilər. 
Əlbəttə,  vəhhabilər  müxtəlif  siyasətlərlə  sünnüləri  öz  cəbhələrində 
birləşdirmək  istəyirdilər,  öz  yazılarında  belə  bildirirdilər  ki,  vəhhabilər 
sünnülərin müxtəlif firqələri ilə kəskin ideoloji təzadda deyillər. Onlar bu 
üslubu  da  marksistlərdən  öyrənmişdilər.  İslam  inqilabının  qələbəsindən 
sonra  vəhhabilər  çalışırdılar  ki,  sünnülərin  himayələrini  cəlb  etməklə 
şiələr əleyhinə olan fəaliyyətlərini təmmərküzləşdirsinlər sünnülərə qarşı 
mövqelərindən geri çəkilmək və onlara ürək yanğısı göstərməklə, onlara 
maddi  köməklər  etsinlər,  şiələri  müşrik  və  kafir  kimi  tanıtdırmağa 
çalışsınlar  və  qeyri-şiə  qüvvələrinin  hamısını  şiələr  əleyhinə  səfərbər 
etsinlər.  Vəhhabi  üslublarının  dəyişilməsi  xüsusilə  öz  siyasətləri 
baxımından  idi.  Çünki  İran  İslam  inqilabı  yeni  bir  hadisə  idi  və 
məntəqənin  padşah  üsul-idarəsi  əsasında  qurulmuş  hökumətləri  üçün 
çoxlu  təhlükələr  törədə  bilərdi.  Belə  ki,  bu  hərəkat  İranda  37  illik  şah 
hakimiyyətinə  son  qoymuşdu.  İkincisi,  həqiqətdə  Amerika  tərəfindən 
təyin  olunan  hökumətlər,  o  cümlədən,  Ərəbistan  hökumətinin  əlaltısı 
sayılan  şah  rejiminin  süqutu  nəticəsində  Ərəbistan  bu  məsələni  öz 
öhdəsinə  götürmək  istəyirdi.  Üçüncüsü,  İran  İslam  respublikasının 
OPEK  təşkilatında  tutduğu  yeni  üslublar  Ərəbistan  üçün  müəyyən 
çətinliklər  törədə  bilərdi.  Vəhhabilərin  malik  olduqları  bütün  imkanlara 
və  göstərdikləri  bütün  fəaliyyətlərə  baxmayaraq  hələ  də  bir  iş  görə 
bilməmişdilər.  Üstəlik  müxtəlif  İslam  firqələrinin  onlara  qarşı  nifrətləri 
günbəgün artmaqda idi.”
2
  
                                                 
1
 Mənsuri Cavad, “İslam inqilabı əleyhinə mədəni müharibə”, səh.70 
2
 Məscid Camei Məhəmməd, “Vəhhabiyyət dər cəzirətul-Ərəb” 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə