ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə95/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   91   92   93   94   95   96   97   98   ...   106

 
204 
Vəhhabilər  külli  miqdarda  neft  satışından  əldə  olunan  imkanlardan 
istifadə edərək istər islam ölkələrində, istərsə də qeyri-islam ölkələrində 
aclıqda  yaşayan  müsəlmanlar  arasına  nüfuz  edə  bildi.  Həmçinin 
imperialist qüvvələrin və onlara bağlı olan ölkələrin hərtərəfli köməkləri 
sayəsində  hal-hazırda  da  özlərinin  şiə  və  İslam  inqilabı  ilə 
qarşılaşmasındakı  vəzifələrini  davam  etdirirlər.  Cənab  Məscid  Camei 
vəhhabilərin  şiəlik  və  İran  İslam  inqilabı  ilə  düşmənçiliyinin  dəlilləri 
barəsində  belə  yazır:  “Vəhhabilərin  şiəlik  və  İslam  inqilabı  ilə 
düşmənçiliklərinin  dəlilləri kimi  onların  hədəfinin  İslamı  təqdim  etmək, 
onun  xalisliyini  və  əsalətliyini  müdafiə  etmək,  bidətləri  və  əyri 
düşüncələri  ondan  ayırmaq  məqsədi  güdməsidir...  Onların  həqiqi 
məqsədi  isə  şiəliyi  və  İslam  inqilabını  qeyri-islami  bir  formada 
tanıtdırmaqdır.  Onlar  bu  işdən  heç  də  çəkinmirdilər  və  öz  iddialarına 
görə  şiəlik  qədər  heç  bir  amil  İslamı  və  müsəlmanları  təhdid  etmir,  hər 
bir 
müsəlmanın 
vəzifəsi 
onların 
əleyhinə  amansız  müharibə 
aparmaqdır...  Vəhhabilərin  hal-hazırda  İslam  inqilabının  müsbət 
nəticələrini zərərsizləşdirmək, onunla qarşılaşmaq, onun dünyanın hər bir 
yeri  ilə  əlaqəsini  kəsmək  və  qeyri-islami  formada  təqdim  etməkdən 
başqa  bir  fikirləri  yoxdur.  Amma  onların  bütün  bu  tədbirləri  şiəliyin 
İslam  inqilabının  ideologiyası  ünvanı  ilə  məhv  edilməsi  olduğundan, 
onların  təbiri  ilə  saxta  bir  firqə  adlandırılır  və  onların  İslamla  mübarizə 
aparmaqdan,  İslam  libasında  İslama  zidd  olan  təxribatçılıq  siyasətlərini 
irəli aparmaqdan başqa heç bir məqsədləri yoxdur. Buna görə də onların 
fəaliyyətlərindən  qaynaqlanan  nəticələr  İslamın  gələcək  tarixində  də  öz 
təsirini göstərəcəkdir.”
1
  
Vəhhabilər  bu  iddialarla  yanaşı,  özlərinin  azğın  bir  firqə  olduğundan 
qafildirlər.  Onların  hədəfi  camaatı  günbəgün  daha  şiddətlə  istismar 
etmək,  onlardan  bəhrələnmək,  İslamda  doqmatizmi  yaymaq,  islami 
ideallarında  yüngülvari  və  səthi  nəzər  vermək,  Ərəbistan  ərəblərinin 
əqidəvi və mədəni cəhətdən yüksəlməsinin qarşısını almaqdır ki, bunun 
vasitəsi  ilə  ölkədəki  sonsuz  sərvətləri  mənimsəyə  bilsinlər.  Bu  yolda 
Amerika və qərb istismarçıları da onlarla çiyin-çiyinə qədəm götürür və 
bu hədəfə çatmaq üçün heç bir şeyi əsirgəmirlər. 
Vəhhabilərin İslam inqilabı və onun ideologiyası olan şiəliklə mübarizə 
aparmaqda  xüsusi  vasitələri  vardır  və  bu  vasitələrdən  öz  hədəflərinə 
çatmaq  üçün  istifadə  edirlər.  Cənab  Mənsuri  vəhhabilərin  şiəliklə  və 
İslam  inqilabı  ilə  zidiyyətdə  olmaları  vasitələrini  sayır  ki,  biz  onların 
xülasəsini aşağıda qeyd edirik: 
a)  Vəhhabilərin  xüsusi  coğrafi  mövqedə  yerləşməsi.  Onlar  iki  şərif 
                                                 
1
 Həmin mənbə, səh.72 


 
205 
hərəmin  Məkkə  və  Mədinənin  kənarında  yerləşir  və  bu  firqənin 
ixtiyarında məhz bu baxımdan xüsusi imtiyazlar vardır. 
b) Neft satışından əldə olunan külli miqdarda maddi imkanlar. 
v)  Dünya  istismarçılarının  siyasi  və  təbliğat  baxımından  heç  bir  şeyi 
vəhhabilərə  əsirgəməmələri.  Başqa  sözlə  desək,  Ali-Səudun  əsl  yol 
göstərənləri  Avropa  müstəmləkəçiləridir.  Onlar  üçün  Amerika  və  İsrail 
tərəfindən poroqram hazırlanır. 
q)  Orta  şərqdə,  xüsusilə  dünyanın  başqa  ölkələrində  şiəliyin  əksinə 
təbliğat aparmaq üçün münasib şəraitin mövcud olması. 
ğ) Şərq və qərbin Ərəbistanda vəhhabi rejiminin təbliğatlarını himayə 
etməsi. 
Buna  əsasən,  İran  İslam  inqilabının  qələbəsindən  sonra  vəhhabilər 
yuxarıda  qeyd  olunan  vasitələrdən  istifadə  edərək  şiəliyi  əleyhinə  olan 
böyük düşmən hesab edib, Amerika, qərb ölkələri və İsrailin siyasətlərini 
İslam  inqilabının  əleyhinə  tənzim  etdilər.  Çünki  “Səudiyyə  hakimləri 
Amerikanın  təhlükəsizliyini  və  iqtisadi  mənafeyini  təmin  etmək  üçün 
xüsusi rol ifa etməyi öz öhdələrinə almışlar. Neftdən gələn gəlirin böyük 
bir  qismini  Amerika  banklarına,  silahqayırma  kompaniyalarına 
verməklə,  OPEK  təşkilatına  gündə  bir  maneə  yaratmaqla,  İraq-İran 
müharibəsində  Amerikanın  xeyrinə  olaraq  məlumat  toplaması  üçün 
“Avaks” təyyarələrinin alınmasına, Fars körfəzi ölkələri şurasının təşkil 
edilməsi  və  s.  bunların  hamısı  İran  İslam  inqilabının  müqabilində  hərbi 
bir  məcmuə  təşkil  edirdi;  gündəlik  üç  yüz  min  barel  neftin  İraqın 
hesabına və Küveytin razılığı ilə satılması ilə Amerikaya və qərbə gözəl 
xidmət  etdiyini  göstərirdi.  Buna  görə  də  təhqiqatçılardan  biri  “İran-İraq 
müharibəsində Ərəbistanı İranın əleyhinə işləyən bir ölkə hesab etmiş və 
bu müddəanı (yəni vəhhabilərin İraqı müharibəyə təhrik etmələrini) isbat 
etmək  üçün  aşağıdakı  dəlilləri  (biz  onu  xülasə  şəkildə  qeyd  edəcəyik) 
irəli çəkir: 
a) İraq bu yürüşdə Ərəbistanın köməklərindən faydalanır. 
b)  İrandakı  hərbi  hissələr  barəsində  məlumatlar,  eləcə  də  ordu 
bölmələrinin  yerləşdiyi  yerlər  və  onların  məkanlarının  dəyişməsi  kimi 
işlər  Ərəbistandakı  amerikanın  “Avaks”  təyyarələri  vasitəsi  ilə  əldə 
olunub İraqa verilirdi. 
v)  Neftin  qiymətinin  birdən-birə  enərək  28  dollardan  10  dollara 
düşməsində Ərəbistanın  keçmiş neft naziri Zəki  Yəmanin hiylələri daha 
aşkar şəkildə görünməkdədir. 
Hər  bir  halda  vəhhabilər  İran  İslam  inqilabının  qələbəsindən  sonra 
inqilabçı  fikirlərin  öz  sərhədlərindən  içəri  daxil  olmasından  qorxu  hissi 
keçirərək mümkün olan hər bir vasitə ilə bu kimi fikirlərin məntəqədə və 
xüsusilə  öz  ölkələrində  yayılmasına  mane  olurdular.  Sözümüzün 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə