ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə100/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   96   97   98   99   100   101   102   103   ...   106

 
214 
elm  adlı  məntəqədə  hücuma  məruz  qaldılar,  Seyyid  Mübarək  onların 
mal-heyvanlarını  qənimət  aldı. Yol əsnasında  qırx  beş nəfər  vəhhabi  ilə 
rastlaşıb  onları  qətlə  yetirdilər.  Geri  qayıtmaq  istədikdə  Şərif  Qalib 
onların  qayıtmaması  əmrini  verib  onlara  kömək  etmək  üçün  Seyyid 
Sədin  başçılığı  ilə  bir  qoşun  göndərdi.  (Şərif  Qalib  də  Fəran 
məntəqəsində  onlara  qoşuldu  və  “Qəhtan”,  “İbn  Qərmələ”,  eləcə  də 
“Rinə” qəbilələrinə hücum etdilər.) Şərifin qoşunu Rinəyə qayıdıb orada 
da döyüşdülər və xurma ağaclarını kəsib məhv etdilər.”
1
  
Birinci  mərhələdə  (1205-1213-cü  h.q  illər)  Şərif  Qaliblə  vəhhabilərin 
arasındakı müharibələrdə əksər hallarda qələbə şərif Qalibə nəsib olurdu. 
Vəhhabilər bu mərhələdə Hicazın bəzi qəbilələrinə hakim kəsilə bildilər. 
Səbəbi də onlara qəbilə üsul-idarəsinin hakim olması idi ki, qəbilə rəisinə 
itaət  etmək  zəruri  və  əhəmiyyətli  bir  məsələ  idi.  Buna  görə  də  qəbilə 
rəisinin  vasitəsi  ilə  hər  növ  dəyişiklik  bütün  qəbilə  üzvlərinin  qəbul 
etməsi demək idi. Vəhhabilər də özlərinin xüsusi hədəflərinə görə qəbilə 
rəislərini  təhdid  etməklə,  yaxud  şirnikləndirməklə  özlərinə  tərəf 
çəkirdilər. 
1212-ci  h.q  ilinin  axırında  Məkkənin  əmiri  ilə  vəhhabilərin  arasında 
şiddətli  çarpışma  baş  verdi  ki,  bunun  da  nəticəsi  şərif  Qalibin 
məğlubiyyətə  uğrayaraq  Məkkəyə  qayıtması  oldu.  Sonra  1313-cü  h.q 
ilinin  cəmadiyus-sani  ayında  tərəflər  arasında  sülh  müqaviləsi  bağlandı. 
Bunun  nəticəsində  də  “hər  iki  tərəfin  sərhədləri,  əlləri  altında  olan 
qəbilələr  müəyyən  olundu.  Bu  müqavilədə  həm  də  münaqişənin  tərk 
edilməsi barədə öhdəçilik verildi və qərara alındı ki, vəhhabilər də həccə 
gedə bilsinlər, hamısının təhlükəsizliyi təmin olunsun.”
2
  
“Məkkə  tarixi”nin  müəllifi  bu  sülh  müqaviləsinin  sonrakı  bəndləri 
haqqında  belə  yazır:  “...Onların  alimlərindən  sayılan  Həməd  ibn  Nasir 
həmin ildə bir dəstə adamla birlikdə həccə gəldilər. Vəhhabilərin başçısı 
isə  həccə  gəlmədi.  Səbəbi  də  bu  idi  ki,  o  zaman  Bağdadın  hakimi 
Süleyman  Paşa  kəndxuda  Əlibəyin  başçılığı  ilə  onunla  müharibə  etmək 
üçün  bir  ordu  göndərib  onları  mühasirəyə  almışdı.  Lakin  vəhhabilərin 
hiylələri nəticəsində qoşun dağıldı və başçıları da fərar etdi. Hicri qəməri 
tarixi  ilə  1214-cü  ildə  Səud  ibn  Əbdül-Əziz  həcc  mərasimini  yerinə 
yetirmək  üçün  çoxlu  camaatla  birlikdə  Məkkəyə  gəldi.  O,  açıq  havada 
qurulmuş  bir  xeymədə  şərif  Qaliblə  görüşdü.  Hicri  qəməri  tarixinin 
1215-ci ilində  İbn  Səud  yenə  də iyirmi  mindən  çox  bir  qoşunla birlikdə 
Məkkəyə  yola  düşdü.  Məkkəyə  çatmamışdan  öncə  Məhəmməd  ibn 
                                                 
1
  Əmin  Məhəmməd  Hadi.  “Məkkənin  tarixi”,  Axundinin  tərcüməsi,  səh.78-79, 
177 
2
 Həmin mənbə, səh.179 


 
215 
Nasirin  vasitəsilə  şərif  Qalibə  otuz beş at  və  on  dəvə  hədiyyə  göndərdi. 
Şərif Qalib hədiyyələri qəbul edib əvəzində onun üçün başqa hədiyyələr 
göndərdi.  O,  Səud  gəlməmişdən  qabaq  onların  əhd-peymanlara  vəfalı 
olmayacaqlarından qorxub lazımi tədbirlər tökdü. Təsadüfən, Səud da öz 
qoşunu  ilə  birlikdə  Məkkəyə  daxil  olub  “Ərəfat”  səhrasında  düşərgə 
saldı.  Zil-hiccə  ayının  12-də Səud və Şərifin tərəfdarları  arasında ixtilaf 
düşdü.  Nəticədə  hər  iki  tərəf  silaha  əl  atdılar.  Lakin  Şərif  Qalib  öz 
tərəfdarlarını  bu  işdən  çəkindirdi.  Nəhayət,  Səud  hacılarla  birlikdə  gün 
batmamışdan öncə Minadan geri qayıtdı...” 
Vəhhabilər  Şərif  Qaliblə  sülh  müqaviləsi  bağladıqdan  sonra  sakit 
qalmadılar,  öz  məqsədlərini  həyata  keçirmək  məqsədilə  qəbilələr 
arasında  ixtilaf  yaratmaq  üçün  müxtəlif  hiylələrə  əl  atdılar.  “Xülasətül-
kəlam”  kitabının  müəllifi  bu  barədə  belə  yazır:  “Səud  sülh  müqaviləsi 
bağladıqdan  sonra  yorulmaq  bilmədən  hiylələrə  əl  atır,  ərəblərin  Şeyx 
Məhayil  və  Şeyx  Bariq  kimi  başçıları  və  böyük  şəxsiyyətləri  ilə  gizli 
şəkildə  məktublaşırdı.  Bu  iki  ərəb  şeyxi  ərəb  qəbilələrinin  əqidələrini 
batil hesab edirdilər. İş o yerə çatdı ki, sülh müqaviləsi pozuldu, Hicazda 
yaşayan bütün qəbilələr vəhhabi məzhəbinə üz gətirdilər...” 
Vəhhabilərin əhd-peymanlara əməl etməyib Hicazda yaşayan qəbilələri 
vəhhabi etmələri, başqa sözlə xaincəsinə işlətdikləri hiylələri nəticəsində 
Şərif  Qaliblə  onlar  arsında  olan  sülh  müqaviləsi  pozuldu,  aralarında 
yenidən  ixtilaf  yarandı  və  müharibə  başladı.  Xüsusilə,  “Üseyr”, 
“Təhamə”  və  “Bəni-Hərb”  qəbilələrinin  Səudun  tərəfdarları  sırasına 
daxil  olaraq  Şərif  Qalibə  çoxlu  əzab-əziyyət  vermələri  onların  arasında 
yenidən  ixtilafın  büruz  etməsinə  və  müharibənin  başlanmasına  səbəb 
oldu.  Bir  neçə  il  ərzində  onların  arasında  on  üç  müharibə  baş  verdi  və 
Taif məntəqəsinin işğal edilməsi ilə nəticələndi. 
Hicazda  yaşayan  qəbilələrin  vəhhabi  məzhəbinə  üz  gətirmələrinin 
səbəbi  vəhhabilərin  siyasətləri,  təhdidləri,  xüsusilə  qəbilə  başçılarını 
maddi  köməklər  etməklə  qane  etmək  idi.  Digər  tərəfdən  isə  qəbilə 
başçıları  Şərif  Qalibin  nəzarəti  altından  çıxıb  azad  və  sərbəst  olmaqları 
üçün səy göstərirdilər. Vəhhabilərin onlara verdikləri vədələri də onların 
bu  məzhəbi  qəbul  etməklərinə  səbəb  oldu.  Çünki  hər  kəs  onların 
mənafeyini  təmin  etsəydi,  ona  meyl  göstərirdilər.  Xüsusilə,  pul,  məqam 
və  qüdrətdən  söz  açıldıqda,  öz  keçmiş  əhd-peymanlarını  yaddan  çıxarıb 
onları pozurdular. 
Ümumiyyətlə,  vəhhabilər  tərəfindən  sülh  müqaviləsi  pozulduqdan 
sonra  Şərif  Qalib  vəhhabi  məzhəbinə  üz  gətirən  qəbilələrə  əzab-əziyyət 
vermək üçün öz vəzirini Qənfəzəyə göndərdi. O da onları öz hakimiyyəti 
altına ala bildi. Bundan əlavə, Şərif Qalib Hüllə məntəqəsinin əhalisinin 
vəhhabi  olmaqlarından  xəbərdar  olduqda,  başda  Seyyid  Nasir  ibn 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə