ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə105/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   98   99   100   101   102   103   104   105   106

 
224 
aralarında iki yüz əlli türk süvarisi olan digər bir qoşunu oraya göndərdi 
və  onlara  əmr  verdi  ki,  sərhəd  qoşunları  kimi  Mədrədə  qalsınlar.  Onlar 
orada  üç  ay  qaldılar.  Bu  zaman  türklər  məntəqənin  ab-havası  ilə 
uyğunlaşmayıb  xəstələndilər  və  buna  görə  də  onların  əksəriyyəti 
Məkkəyə  qayıtdılar.  Orada  qırx  nəfərdən  artıq  qalan  olmadı...  (Bundan 
əlavə) xəbər çatdı ki, vəhhabilərdən iyirmi süvari Müğəmməsə gəlmiş və 
oranı  qarət  etmişlər.  Çöl  ərəbləri  də  fürsətdən  istifadə  edib  Məkkənin 
ətrafını  qarət  etmişlər.  Şərif  on  dörd  süvari  və  iyirmi  ox  atandan  ibarət 
kiçik  bir  qoşunu  Müğəmməsə  göndərdi.  Lakin  orada  heç  bir  kəsi  tapa 
bilmədilər.  Suləyə  tərəf  hərəkət  etdikləri zaman  beş  yüz  nəfərdən  ibarət 
bir  qoşun  gördülər.  Onların  arasında  müharibə  başlandı.  Şərifin 
göndərdiyi  qoşunun  sayı  az  olsa  da,  vəhhabilərə  qalib  gəlib  onların 
çoxunu  qətlə  yetirdilər  və  onları  məğlubiyyətə  uğratdılar.  Mal-
dövlətlərini  qənimət  götürdülər.  Ölmüş  vəhabbilərin  başlarını  nizələrə 
taxıb Məkkəyə qayıtdılar...”
1
  
Möhsin Əl-Əmin  bəzi  yerlərdə qoşunun  sayını  qeyd  etməmişdir, buna 
baxmayaraq,  söhbətlərindən  belə  aydın  olur ki, vəhhabilər  Hicazın  ətraf 
məntəqələrində  fəaliyyət  göstərərək  məntəqəyə  hakim  olan  əmin-
amanlığı  pozurdular.  Bu  zamanlar  da  Şərif  Qalibin  ordusu  onların  bu 
fəaliyyətlərinin qarşısını almaq üçün onlarla silah ilə davranırdılar.  
Vəhhabilər  daha  sonra  Hicazın  qərbində  yerləşən  Yənbu  şəhərini  ələ 
keçirmək  üçün  çalışırdılar.  Çünki  bu  şəhər  strateji  baxımdan  yüksək 
əhmiyyətə malik idi. Əgər onu ələ keçirə bilsəydilər Şərif Qalibə təzyiq 
göstərə  bilərdilər.  Yənbu  şəhərini  mühüm  əhəmiyyətli  göstərən 
məsələlərdən  biri  də  Məkkə  əmirinin  və  ordusunun  insan  qüvvələri  və 
hərbi  təchizatı  idi.  Baxmayaraq  ki,  Babi-Ali  tərəfindən  vəhhabilərlə 
mübarizə  aparmaq  üçün  heç  bir  əsaslı  kömək  olunmurdu.  Lakin  Sultan 
Osmaninin  Şərif  Qalibə  etdiyi  məhdud köməkləri  də  çox  vaxtlar  Yənbu 
nahiyəsindən  təmin  olunurdu.  (Yənbu  iki  hissədən  ibarət  idi:  Quru 
ərazilər  və  Qırmızı  dəniz  sahilləri).  Buna  əsasən,  vəhhabilər  Yənbunu 
işğal etməklə bəlkə də Məkkə əmirinin bu hərbi qoşun və ordunun təmin 
olunma  mənbəsinin  bağlaya  bilərdilər.  Ümumiyyətlə,  onu  xarici 
köməklərdən  naümid  etmək  istəyirdilər  ki,  onu  öz  ixtiyarlarına  almağa 
şərait  yaransın.  Qeyd  etmək  lazımdır  ki,  Misirin  valisi  Məhəmməd 
Əlipaşanın  sonradan  (Sultan  Osmaninin  hiyləsi  ilə)  vəhhabilərlə 
mübarizə  aparmaq  istədiyi  zaman  vəhhabilərin  işğalı  altından  çıxartdığı 
ilk məntəqə Yənbu nahiyəsi idi. 
1219-cu  hicri  qəməri  ilində  vəhhabilərin  vasitəsilə  Yənbunun  necə 
işğal  edilməsi  barəsində  bunu  demək  lazımdır  ki,  Şeyx  Hərb  və  onun 
                                                 
1
 Həmin mənbə, səh. 33-35 


 
225 
qəbiləsi  vəhhabiliyi  qəbul  etdikdən  sonra  Şeyx  Cüheynə  ilə  birlikdə 
Yənbunu  mühasirə  etdilər.  Daxildə  vəhhabiliyi  qəbul  edən,  zahirdə  isə 
bunu  aşkar  etməyən  İbrahim  Rəvayəti  Yənbunun  hakimi  vəzir 
Məhəmməd  Hicrinin  yanına  göndərdilər.  “İbrahim  onu  qorxutdu  və 
aldatdı.  İşlərin  gedişini  onun  üçün  çox  çətin  qələmə  verdi.  Onun 
müharibə  fəndlərindən  heç  bir  məlumatı  olmadığı  üçün  aman  istədi. 
Halbuki, əgər o, bu işləri görməsəydi də vəhhabilərin gücü ona çatmazdı. 
Nəhayət,  vəhhabilər  Yənbuya  daxil  olub  oranın  əhalisini  qətlə 
yetirdilər.”
1
  Oranın hakimi Məhəmməd Mücri şəhərdən qaçıb Məkkəyə 
doğru  hərəkət  etdi.  Lakin  orada  xəyanətlə  ittihamlanaraq  Şərif  Qalibin 
vasitəsilə dar ağacından asıldı. 
Zahirən  vəhhabiliyin  Nəcd  və  Hicaz  qəbilələrinin  rəislərinin  vasitəsilə 
qəbul  edilməsinin  dəlillərindən  biri  də  istismarçı  yönlü  mənafelərdir. 
Çünki  özünün  qonşu  məntəqələrə  (ehtimal  verilir  ki,  onların  arasında 
keçmişdən  ixtilaflar  və  çəkişmələr  mövcud  imiş)  hücum  etməsini  bu 
məsləki  qəbul  etməklə  izah  edir  və  vəhhabiliyi  yaymaq  bəhanəsilə  öz 
məqsədlərini  həyata  keçirirdilər.  Bu  məsələ  (Nəcd  və  Hicazda)  vəhhabi 
olan  müxtəlif  qəbilələrin  bir  çox  rəisləri  və  əmirləri  barəsində 
düzgündür; Məhəmməd İbn Səuddan tutmuş, Yənbu şəhərəni işğal edən 
Şeyx  Hərb  və  Şeyx  Cüheynə  kimi  digər  şəxslər  də  bunun 
nümunələrindəndir. 
Şərif  Qalib  Yənbu  şəhərini  vəhhabilərin  işğalı  altından  çıxarmaq 
məqsədilə şəxsən özü Cəddəyə doğru  yollandı və “əsgərlər və müharibə 
avdanlığı ilə təchiz olunmuş on gəmi hazırladı. Həmin ordunun yarısı öz 
qoşunu,  yarısı  isə  türklərdən  ibarət  idi.”
2
    Türklər  vəhhabilərlə  rəsmi 
şəkildə  üzləşmədilər.  Lakin  Hicazdan  onlara  göndərilən  yardımlar 
nəticəsində  Məhəmməd  Əlipaşa  Şərif  Qalibə  yardım  etmək  məqsədilə 
Hicaza  tərəf  yalnız  bir  ordu  göndərdi.  Bundan  əlavə,  Şərifin  Cəddə 
şəhərində yaşadığı müddətdə İbrahim Rəvayətinin xəyanətinin üstü açıldı 
və Yənbu hakiminin taleyinə düçar oldu. 
Beləliklə,  Şərif  Qalibin  ordusu  üç  gün  müharibə  etdikdən  sonra 
Yənbunu  vəhhabilərin  işğalı  altından  çıxrtmağa  və  onların  böyük  bir 
qismini qətlə yetirməyə müvəffəq oldular. 
Yənbuda  çoxlu  müvəffəqiyyətlər  əldə  edən  Şərif  Qalib  on  gün 
müddətində Müzayiqini  Taifdə mühasirədə  saxladı,  sonra  heç bir nəticə 
əldə  etmədən  Məkkəyə  qayıtdı.  Bu  zaman  Leys  və  Sədiyyədə 
vəhhabilərlə  döyüşməyə  başladılar.  Hər  iki  tərəf  çoxlu  tələfat  verdilər. 
Həmçinin  İbn  Şəkban  (Bişənin  hakimi)  və  Müzayiqi  (Taifin  hakimi) 
                                                 
1
 Həmin mənbə, səh. 35. 
2
 Həmin mənbə, səh. 35. 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə