ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə102/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   98   99   100   101   102   103   104   105   106

 
218 
edib çoxlarını öldürdülər.”
1
  
Vəhhabilərin  Taifdə  insaniyyətlə  zidd  olan  vəhşicəsinə  törətdikləri  bu 
faciə bir çox tarixi mənbələrdə qeyd edilmişdir. Cəmil Sədaqi Zəhavi bu 
barədə belə yazır: “...Vəhhabilərin Taifi fəth etdikləri zaman törətdikləri 
çirkin əməllərdən biri xalqı kütləvi şəkildə qırmaq, uşaqlara və qocalara 
rəhmsizlik  etməkdən  ibarət  idi.  Onlar  südəmər  körpələrin  başlarını  öz 
analarının qucağında kəsir, Quran öyrənməklə məşğul olan dəstəni qətlə 
yetirirdilər. Yaşayış  evlərində heç bir kəs qalmadığı üçün məscidlərə və 
dükanlara hücum gətirib orada olan hər bir kəsi, hətta namaz qılan, rüku 
və  səcdə  halında  olanları  belə  öldürdülər.  Onların  arasında  olan  şərif 
müshəfləri,  “Səhihi  Buxari”,  “Səhihi  Müslüm”,  fiqh  və  hədis  barəsində 
yazılmış  digər  kitabları  küçə-bazarlarda  ayaq  altına  atdılar.  Bu  hadisə 
hicri qəməri tarixi ilə 1217-ci ildə baş vermişdi.”
2
  
Taif  vəhhabilərin  vasitəsilə  işğal  olunduqdan  sonra  Osman  Müzayiqi 
ora hakim təyin edildi. Hadisəni Səuda yazılı şəkildə xəbər verdikdə çox 
xoşhal  oldu.  O,  bu  zaman  Diriyyə  ilə  yeddi  günlük  yol  fasiləsində 
yerləşən Dehna adlı məntəqədə sakin idi və İraqla müharibə etmək üçün 
hazırlıq görürdü. 
Diqqəti  cəlb  edən  məsələlərdən  biri  də  qəbilələrin  və  qəbilə 
başçılarının  pul  və  maddi  şeylər  vasitəsilə  aldanıb  öz  əqidələrindən 
dönmələri  idi.  Hətta  Şərif  Qalib  də  Taifdən  çıxmamışdan  və  Məkkəyə 
tərəf  hərəkət  etməmişdən  öncə  bəzi  qəbilə  başçılarını  bu  üsulla  (bir 
miqdar pul verməklə) şəhəri qoruyub saxlamağı tövsiyə etmişdi. 
Başqa  bir  məsələ  də  budur  ki,  qəbilə  başçılarının  bu  xüsusiyyətlərini 
başa  düşən  vəhhabilər  Şərif  Qalibin  əksinə  olaraq  öz  məqsədlərinə  nail 
olmaq üçün onları pul və məqamla aldadırdılar. Vəhhabi səudilərin hiylə 
ilə  irəli  apardıqları  siyasətləri  nəticəsində  Osman  Müzayiqini  ələ  alaraq 
böyük müvəffəqiyyətlər əldə edə bildilər. 
Taifin nüfuzlu şəxsləri xəyanət etdikdən, eləcə də şəhər əhalisi arasında 
ixtilaf və ayrılıq yarandıqdan sonra vəhhabilər oraya hücum edib camaatı 
öldürür,  mal-dövlətlərini  qarət  edir,  evlərini  yandırır,  müxtəlif  növ 
vəhşiliyə əl atır və insaniyyətə zidd olan faciələr törədirdilər. Onların bu 
hərəkətlərinin səbəbi bəlkə də, bir tərəfdən öz qüdrətlərini göstərib digər 
qəbilələrin 
və 
tayfaların 
vəhhabilərlə 
mübarizə 
fikirlərini 
unutdurmaqları,  digər  tərəfdən  də,  belə  hərəkətlərlə  öz  səslərini  Məkkə 
və  Mədinə  şəhərlərinə  çatdırmaq  ola  bilərdi  ki,  sonradan  başqaları 
vəhhabilər müqabilində ciddi müqavimət göstərməsinlər.  
Vəhhabilər  Taifi  ələ  keçirdikdən  sonra  Hicaz  vilayətini,  o  cümlədən 
                                                 
1
  Həmin mənbə, səh. 22-23-24. 
2
 “Vəhhabilər”, 
Cəmil Sədaqi Zəhavi  səh. 301-302. 


 
219 
Məkkə, Mədinə  və Cəddə şəhərlərini ələ keçirmək  üçün  hərəkət  etdilər. 
Elə bu zaman şərif Qalib vəhhabilərin əleyhinə qiyam etmək üçün çoxlu 
məktublar  yazmaqla  və  elçilər  göndərməklə  yüksək  vəzifəli  şəxslərdən 
yardım  istəmişdi.  Lakin  həmin  vaxta  qədər  Sultan  Osman  bu  məsələyə 
ciddi  yanaşmamışdı.  Çünki  onun  başı  daxili  ixtilaflar  və  çəkişmələrlə 
qarışmışdı.  Vəhhabilərlə  mübarizə  aparmaq  barəsində  Misirin  hakimi 
Məhəmmədəli Paşaya tapşırdığı göstərişlər hələ də icra olunmurdu.  
Vəhhabilər Məkkəni ələ keçirmək fikrində idilər. Lakin bu zaman həcc 
mərasimi  gəlib  çatmışdı  və  Şamdan,  Misirdən  və  digər  məntəqələrdən 
çoxlu  zəvvar  gəlib  Məkkədə  bir  yerə  toplaşmışdı.  Buna  əsasən, 
vəhhabilər  zahirdə  Məkkə  zəvvarlarının  qətlə  yetirilməsinin  qarşısını 
almaq,  batində  isə  bu  zəvvarların  sayının  çox  olmasından  qorxu  hissi 
keçirdiklərindən  hələ  heç  bir  iş  görmək  istəmədilər  ki,  ordu  tədarükü 
görsünlər. 
Məkkə  şəhərinin  məşhur  alimləri  Nəcd  alimlərinin  məktublarını  alıb 
vəhhabilərin Taif şəhərində bir çox ağır cinayət törətmələrindən xəbərdar 
oldular.  Məhz  bundan  sonra  vəhhabilərin  kafir  olmalarına  dair  hökm 
verdilər.  Bunun  ardınca  Məkkə  əmirinə  onlarla  mübarizə  aparıb 
cinayətlərinin  qarşısını  almağı  və  bu  işdə  yubanmamağı,  həmçinin  ona 
kömək  edib  bu  müqəddəs  cihadda  onunla  birgə  olmağı  bütün 
müsəlmanlara vacib bildilər və elan etdilər ki, hər kəs hər hansı bir üzrü 
olmadan  bu  işdən  imtina  etsə  günahkar,  hər  kəs  də  onlarla  döyüşsə 
mücahiddir (Allah  yolunda vuruşan şəxslərdəndir) və hər kəs onların əli 
ilə öldürülsə şəhiddir. Amma vəhhabilərin Taifdə vəhşicəsinə törətdikləri 
cənayətlər və təhdidlər  Məkkə əhalisi və həcc zəvvarları arasına təfriqə 
salıb,  vəhhabi  səudilərin  tədriclə  Məkkəyə  daxil  olmalarına  zəmin 
yaratdı.    “Tarixçe  və  nəqd  və  bərrəsiye  əqaid  və  amali  vəhhabiha”  adlı 
kitabın  müəllifi  Taifin  vəhhabilər  tərəfindən  işğal  olunmasından  sonra 
Məkkənin  necə  işğal  edilməsi  barəsində  belə  yazır:  “...Səud  Taifi  işğal 
etdikdən  sonra  sürətlə  Hicaza  doğru  hərəkət  edib  yolda  İbn  Şəkban  və 
onun  tərəfdarları  ilə  görüşdü.  Məkkənin  yaxınlığındakı  Üyeynə  adlı 
kəndə  çatdıqda,  Məkkə  əhalisi  və  Allah  evinin  zəvvarları  onların 
gəlişindən xəbərdar olub son dərəcə qorxub vəhşətə düşdülər. Həmin ilin 
hacıları  arasında  Sultan  İbn  İmam  Müsqit,  Nəqib  Məliki,  Şam  və  Misr 
zəvvarlarının başçısı Əbdüllah Paşa və Osmanbəy Quci, eləcə də onlarla 
birlikdə  gələn  bir  çox  zair  ordu  hazırladılar.  Təsadüfən  Səud  həmin  il 
həcc mərasiminə gəlməmişdi. Həcc mərasimi sona çatdıqdan sonra Şərif 
tərəfindən bir şəxs nida edib camaatı cihada səslədi. Cəddənin valisi Paşa 
öz qoşunu ilə birlikdə hərəkət edib iki gün ərzində Səudu geri çəkilməyə 
məcbur  etdi.  Şərifin  Kəbə  zəvvarlarının  başçılarını  vəhhabilərlə  döyüşə 
təşviq etməsi ilə əlaqədar səyləri heç bir nəticə vermədi. Onların Səuda 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə