ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə103/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   98   99   100   101   102   103   104   105   106

 
220 
yazdıqları  birinci  məktubun  cavabında  onun  təhdidləri  ilə  üzləşdilər. 
Allah  evinin  zəvvarlarının  başçıları  ilə  Şərif  arasında  yaranan  ixtilaflar 
nəticəsində  Səuda  ikinci  bir  məktub  göndərildi.  Onun  cavabında  Səud 
onları  təhdid  etməkdən  əlavə  həm  də  əmr  vermişdi  ki,  Allah  evinin 
zəvvarları  üç  gün  ərzində  Məkkəni  tərk  etsinlər.  Səudun  bu  təhdidli 
əmrindən  sonra  zəvvarlar  Məkkədən  hərəkət  etməyə  başladılar. 
Məkkənin böyükləri  və  ağsaqqalları  bir  yerə toplaşıb Şam  zəvvarlarının 
başçısının  yanına  gəldilər  və  onların  Məkkədə  bir  gün  də  qalmalarını 
xahiş etdilər. Lakin o, bu təklifi qəbul etmədi. Şam zəvvarlarının  karvanı 
1218-ci  hicri  qəməri  ili  Məhərrəm  ayının  5-də,  sabahı  da  Misir  hacıları 
öz  başçıları  ilə  birlikdə  Məkkədən  çıxdılar.  Şərif  Paşa  da  yalqız  qaldığı 
üçün Cəddəyə tərəf hərəkət etmək məcburiyyətində qaldı.”
1
  
Şərif  Qalib  bir  tərəfdən  Məkkə  əhalisi  arasında  ixtilaf  və  təfriqənin 
yaranmasını,  digər  tərəfdən  də  Şam,  Misir  və  Cəddə  zəvvarlarının 
Məkkədən  çıxmasını  gördükdə,  özündə  vəhhabilərlə  mübarizə  aparmaq 
qüdrəti olmadığını hiss edib Cəddəyə qaçdı. Tədqiqatçılardan bəziləri də 
açıq  şəkildə  bu  məsələni  qeyd  edərək  demişlər:  “Şərif  Qalib  qüdrət  və 
qüvvəsinin  az  olmasına  və  digər  İslam  hacılarının  onu  himayə 
etməməsinə  görə  məcburiyyət  qarşısında  qalıb  Məkkəni  tərk  etdi  və 
Cəddəyə  qaçdı.”
2
    Amma  bunların  hamısını  nəzərə  alsaq  da  Şərif  Qalib 
Məkkəni  tərk  etməməli  idi.  Çünki  onun  özü  camaatın  vəhhabilərin 
əleyhinə qiyam etməsi üçün ittihad mehvəri ola bilərdi. 
Məkkədə siyasi ixtilafın yaranmasına və nəticədə camaatın vəhhabilərə 
qarşı  müqavimət  göstərə  bilmədiklərinə  görə  Şərif  Əbdül-muin  Səudla 
məktublaşıb  Məkkə  əhalisi  üçün  aman  istədi.  Bununla  yanaşı, 
vəhhabilərə  itaət  etməyi  bildirdi  və  onlardan  Məkkənin  hakimliyini 
istədi.  Səud  da  Məkkə  xalqına  aman  verib  Əbdül-muini  oraya  hakim 
təyin etdi ki, münasib bir vaxtda Məkkə əhalisi ilə də ciddi rəftar etsin. 
Möhsin  Əl-Əmin  vəhhabilərin  Məkkəyə  daxil  olması  barəsində  belə 
yazır:  “Məhərrəm  ayının  8-də  Səud  ehram  paltarı  geyinmiş  halda 
Məkkəyə daxil oldu, təvaf və səy etdi, təqribən yüz dəvə qurbanlıq kəsdi 
və  Mühəssəbdə,  Şərifin  bostanında  düşərgə  saldı.  (Tarixdə  yazılır  ki, 
vəhhabilərin qoşunu ilə birlikdə Məkkəyə gələn Əbdül-əziz Səud idi. O, 
1218-ci  hicri  qəməri  tarixinin  Məhərrəm  ayının  10-da  hacıların 
qayıtmasından  iki  gün  sonra  Məkkəyə  çatdı.)  Beləliklə,  Əbdül-əziz 
Məhəmməd  İbn  Səud  çox  rahatlıq  və  asanlıqla  Məkkəyə  daxil  oldu  və 
                                                 
1
  Əl-əmin,  Möhsün.  “Tarixçe  və  nəqd  və  bərrəsiye  əqaid  və  amali  vəhhabiha”, 
tərcümə Seyyid İbrahim Seyid Ələvi, səh. 25-26. 
2
  “Müəssiseyi  mütaliatiye  tarixi  xavəri-miyanə”,  “Süruş”  nəşriyyatı,  Tehran,  1-ci 
çap, 1369-cu il, 1-ci cild, səh.18. 


 
221 
camaat  bir  yerə  toplaşıb  onunla  beyət  etdilər.  O,  bir  az  söhbət  etdikdən 
sonra  qəbirlərin,  məqbərələrin  və  s.-nin  dağıdılaraq  yerlə  yeksan 
edilməsinə  dair  hökm  verdi.”
1
    Vəhhabilər  Məkkəyə  daxil  olduqdan 
sonra dərhal qəbirləri və məqbərələri uçurtmağa başladılar və onları yerlə 
yeksan etdilər.  
Cənab  Fəqihi  öz  kitabının  bir  hissəsində  vəhhabilərin  Məkkə  şəhərinə 
daxil  olmaları  və  onların  bu  şəhərdə  törətdikləri  əməllər  barəsində  belə 
yazır:  “Nəhayət,  vəhhabilər  Məkkəyə  daxil  olub,  orada  on  dörd  gün 
qaldılar  və  bu  müddət  ərzində  camaatı  tövbə  etdirir,  öz  gümanlarına 
əsasən  onların  İslamını  təzələyir  və  öz  əqidələrinə  əsasən  şirk  sayılan 
təvəssül,  qəbirləri  ziyarət  etmək  kimi  məsələləri  qadağan  edirdilər.  Elə 
bu  zaman  qəbirləri  və  məqbərələri  uçurtmağa  başladılar.  Əlbəttə, 
“Müəlla” qəbiristanlığındakı məqbərələri uçurtduqdan sonra Peyğəmbər 
(s),  Əbu  Bəkr  və  Həzrət  Əlinin  (ə)  doğulduqları  yerin  üzərindəki 
məqbərəni də uçurtdular. Eləcə də Xədicənin (ə) məqbərəsini, Zəm-zəm 
quyusunun  üzərində  olan  tikilini  və  Kəbədən  uca  olan  bütün  tikililəri 
uçurub  dağıtdılar.  Vəhhabilər  məqbərələri  uçurtduqları  zaman  musiqi 
çalır,  şer  və  mahnı  oxuyur,  qəbirlər  üzərində  tikilən  binalara  nalayiq 
sözlər  deməkdə  həddini  aşırdılar.  Nəhayət,  üç  gündən  sonra  bütün 
məqbərələri uçurdub dağıtdılar. İbn Bişr deyir ki, onlar bu işi gördükləri 
zaman  yeganə  Allaha  yaxınlaşırdılar.  Axırda  da  onların  hamısını  yerlə 
yeksan etdilər.”
2
  
Diqqəti  cəlb  edən  məsələ budur  ki,  vəhhabilərin  nəzərində  Allah-taala 
tərəfindən  qəbul  edilən  yeganə  firqə  onların  firqəsidir  və  sair  İslam 
firqələri məqbul sayılmır. Onların Allah yanında heç bir dəyər və qiyməti 
yoxdur.  Buna  əsasən  onlar  özlərinin  batil  əqidələrini,  azdırıcı 
hərəkətlərini, təxribatçılıq və töhmətlə yanaşı olan əməllərini digər İslam 
firqələrinə, xüsusilə şiələrə nisbət verirdilər. Cənab Nurəddin Çahardehi 
vəhhabilərin ümumi əqidələri barəsinə belə qeyd etmişdir: “Vəhhabilərin 
əqidələrinə əsasən bütün İslam firqələri – şiə və sünnülər müşrik və kafir 
olub  bütpərəstlər  zümrəsindəndirlər.  Onlar  Peyğəmbərin  (s)  və 
imamların  (ə)  qəbirlərini  ehtiramla  yad  etməyi  bidət  və  bir  növ 
bütpərəstlik  hesab  edirdilər.”
3
    Kaş,  dini  mühəqqiqlər,  elm  və  bəsirət 
sahibləri bu barədə tədqiq edəydilər. Görəsən, vəhhabi, yoxsa sair İslam 
firqələrinin  hansı  biri  haqlıdır?!  Halbuki,  tarix  göstərir  ki,  hər  bir 
                                                 
1
  Əl-əmin,  Möhsün.  “Tarixçe  və  nəqd  və  bərrəsiye  əqaid  və  amali  vəhhabiha”, 
tərcümə Seyyid İbrahim Seyid Ələvi, səh. 17. 
2
 Fəqihi, Həmin mənbə, səh. 307-308. 
3
 “Vəhhabiyyət və onun kökləri”, Nurəddin Çahardehi, “Fəthi” nəşriyyatı, 1363-cü 
il, Tehran, 1-ci çap, səh. 147. 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə