ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə104/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   98   99   100   101   102   103   104   105   106

 
222 
günahdan  təmiz,  pak-pakizə,  məsum  olan  Əhli-beytin  (ə)  həqiqi 
ardıcılları, başqa sözlə, imamiyyə şiələri həqiqi İslamın və Məhəmmədin 
(s) həqiqi dininin ən gözəl ardıcıllarıdır. Əlbəttə, İranda İslam inqilabının 
qələbə çalması və Həzrət Məhəmmədin (s) gətirdiyi həqiqi İslam dininin 
hakim olması sayəsində artıq bu barədə heç bir şəkk-şübhə qalmır. 
Vəhhabilərin Məkkə şəhərində gördükləri vəhşiliklər və yaramaz işlər, 
törətdikləri  çirkin  əməllərin    biri  də  bu  idi:  “Onlar  Məscidül-həramda 
bəzi  namazların  yerinə  yetirilməsinin  qarşısını  alır  və  göstəriş  verirdilər 
ki,  sübh  namazını  Şafei,  zöhr  namazını  Maliki,  əsr  namazını  Hənbəli, 
axşam  namazını  Hənəfi  məzhəbinə  uyğun  və  işa  namazını  isə  hər  kəs 
necə  istəsə  qılsın.  Eləcə  də  cümə  namazını  müfti  (Məkkənin  müftisi) 
qılsın... Vəhhabilər camaatın siqaret çəkməsini qadağan etdilər və onları 
məcbur etdilər ki, başqalarından kömək diləməsinlər, qəbirlərin üzərində 
məqbərə 
tikməsinlər, 
qəbirləri 
öpməsinlər, 
eləcə 
də 
onların 
(vəhhabilərin)  şirk  hesab  etdikləri  işləri  yerinə  yetirməsinlər...  (Səud) 
Məkkə  alimlərinə  göstəriş  verdi  ki,  Məhəmməd  ibn  Əbdül-Vəhhabın 
kitablarını  və  onun  əqidələrini  “Kəşfüş-şübəhat”  adlı  risalədən 
öyrənsinlər. Onlar da bununla müxalifət etməyə cürət edə bilmirdilər.”
1
  
Səud 1218-ci hicri qəməri ilində Cəddəni ələ keçirmək üçün Məkkədən 
hərəkət etdi. Cəddənin vəhhabilərin vasitəsilə səkkiz günlük mühasirəyə 
alınması  onlar  üçün  məğlubiyyətdən  başqa  bir  nəticə  vermədi.  Çünki 
Səuda  Diriyyədən  və  Nəcddən  çatan  bəzi  xəbərlər  Nəcddə  əmin-
amanlığın  aradan  getməsindən,  ixtilafın  yaranmasından  və  əcəmlərin 
Diriyyəyə  hücum  etməsindən  xəbər  verirdi.  Buna  görə  də  məcbur  oldu 
ki, Məkkəyə qayıtmadan birbaşa Diriyyəyə doğru hərəkət etsin. 
Vəhhabilərin  əmirinin  Hicazdan  çıxdığı  və  Şərif  Qalib  üçün  füsət 
yarandığı  bir  vaxtda,  o,  özünü  sürətlə  Məkkəyə  çatdırıb  vəhhabiləri 
həmin  şəhərdən  qovdu.  Sonra  Taif  və  onun  ətrafında  Müzayiqi 
(vəhhabilərin yeni rəisi) ilə döyüşdü. Həmçinin Sultan Osmaninin yanına 
məktublar  və  qasidlər  göndərdi.  Vəhhabilərlə  mübarizə  etmək  üçün 
ondan kömək istədi. Babi-Ali də türk əsgərlərindən bir neçəsini muzdur 
kimi onun üçün göndərdi. 
Belə  nəzərə  gəlir  ki,  Səud  Cəddəni  mühasirə  etməyi  tərk  etdiyi  və 
Hicazdan  xaric  olduğu  zaman  orada  özünün  vəhhabi  hakimlərinə  əmr 
etmişdi ki, Cəddəni işğal etmək üçün səy göstərsinlər. Vəhhabi əmirinin 
göstərişi nəticəsində Bişənin hakimi İbn Şəkban və Taifin hakimi Osman 
Müzayiqi 1219-cu hicri qəməri ilinin Məhərrəm ayında yenidən Cəddəni 
mühasirəyə  aldılar.  Vəhhabilərin  tarixini  yazan  təhqiqatçılardan  biri  bu 
                                                 
1
  Əl-əmin,  Möhsün.  “Tarixçe  və  nəqd  və  bərrəsiye  əqaid  və  amali  vəhhabiha”, 
tərcümə Seyyid İbrahim Seyid Ələvi, səh. 29-30. 


 
223 
barədə belə yazmışdır: 
“...İbn Şəkban və Müzayiqi 1219-cu ilin Məhərrəm ayında on iki min 
nəfər  cəngavərlə  birlikdə  Cəddəni  mühasirəyə  almaq  üçün  hərəkət 
etdilər.  Şərif  Qalib  Məkkənin  ətrafını  möhkəmləndirdi.  Çünki,  o  bilirdi 
ki,  onlar  Cəddəni  ələ  keçirə  bilməyəcəklər.  O,  əmr  verdi  ki,  camaatın 
hamısı hərəkət etsinlər. Camaat da hamılıqla silahlanıb Zahirə gəldilər və 
orada  yeddi  gün  qaldılar.  Lakin  Cəddə  şəhərini  mühasirədə  saxlayan 
vəhhabilər üç gün qaldılar. Onlar gündə bir dəfə şəhərə hücum edirdilər, 
amma  şəhərin  topxanası  onları  pərakəndə  vəziyyətə  salır,  onlar  da 
məcburyyət  qarşısında  qalıb  yenidən  öz  çadırlarına  qayıdırdılar. 
Onlardan o qədər adam ölmüşdü ki, arxlar və çalalar onların cəsədləri ilə 
dolmuşdu. Belə ki, 10-20 nəfəri bir yerdə dəfn edirdilər. Onlar vəziyyəti 
belə gördükdə qaçmağa başladılar...”
1
  
Vəhhabilər  bu  dəfə  də  Cəddənin  mühasirəsində  məğlubiyyətə 
uğradıqları  üçün  geri  çəkilmək  məcburiyyətdə  qalıb  öz  düşərgələrinə 
qayıtdılar.  Bundan  sonra,  Şərif  Qalib  Hicazın  müxtəlif  məntəqələrinə 
hərbi  qüvvə  göndərməyə  başladı.  Bu  barədə  gəlib  çatan  bəzi  xəbərlər 
vəhhabilərin  əmin-amanlığı,  nizam-intizamı  bir-birinə  vurmaqda 
göstərdikləri fəaliyyətlərini bildirir. Onların əksər hərəkətləri karvanlara 
hücum  edib  onların  mal-dövlətlərini  qarət  etməkdən,  yollarda  əmin-
amanlığı  pozmaqdan,  Hicazda  yaşayan  qeyri-vəhhabilərə  zərbə  vurmaq 
üçün gözlənilməz siyasətdən bəhrələnməkdən, bir sözlə, onların arasında 
qorxu və vəhşət hissi yaratmaqdan ibarət idi.  
Bəhsimizin  bu  hissəsində  Möhsin  Əl-Əmininin  Şərif  Qalibin 
vəhhabilərlə  üzləşməkdə  gördüyü  bəzi  hərbi  tədbirləri  barəsindəki 
nəzərini qeyd edirik: “...Şərif böyük şəxsiyyətlərin birinin sərkərdəliyi ilə 
quru  yoldan  Hüseyn  Ağanın başçılıq etdiyi  yüz  türk  süvarisini  və  dəniz 
yolu  ilə  türklərdən  ibarət  olan  başqa  bir  ordunu  Reyhanın  vəziri 
Müfərrəh Ağa Ətiqin başçılığı ilə yemək-içmək və döyüş sursatı ilə dolu 
olan  on  böyük  gəmini  Leysə  doğru  göndərdi.  Bu  qoşun  Leysə  çatdıqda 
müharibə etmədən və qan tökmədən şəhər əhalisi təslim oldular. Bundan 
sonra  quru  qoşunları  gəlib  çatdı.  Üç  gündən  sonra  dörd  min  vəhhabi 
onlara hücum etdi. Onların arasında ağır döyüş başlandı və vəhhabilərin 
məğlubiyyəti  ilə  sona  yetdi  və  onlardan  çoxu  öldürüldü.  Quru  qoşunun 
başçısı  Şərif  Həsən  də  qətlə  yetirildi.  Türklər  öldürülmüş  vəhhabilərin 
başlarını  bir  yerə  yığıb  Şərif  Qalib  üçün  göndərdilər.  O  da  bu  başları 
Məkkənin  kənarında  ağaclardan  asdı.  Camaat  da  tamaşa  etmək  üçün 
oraya  getdilər.  Sonra  Şərif  Qalib  başqa  bir  ordu  hazırlayıb  Leysə 
göndərdi.  Amma  onlar  orada  bir  kəs  də  belə  tapa  bilmədilər.  Sonra 
                                                 
1
 Həmin mənbə, səh. 33. 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə