V mövzu: Təlimin qanunauyğunları, hərəkətverici qüvvələri və prinsipləri. Plan



Yüklə 316 Kb.
səhifə14/60
tarix31.12.2021
ölçüsü316 Kb.
#81381
1   ...   10   11   12   13   14   15   16   17   ...   60
5Mühazire

İkinci fəsil təhsil sisteminin mahiyyətini və məzmununu işıqlandırır.

Üçüncü fəsildə təhsil sisteminin idarə olunması təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsiməsələlərindən danışılır

Dördüncü fəsil təhsilin iqtisadiyyatından

Beşinci fəsildə təhsil sahəsində beynəlxalq əməkdaşlıqdan

Altıncı fəsildə isə keçid və yekun müddəalardan bəhs edilir.

5. Prinsip latın sözündən (prinsipium) alınıb; əsas ideya, ilkin ideya, başlıca tələb mənasında işlənib. Pedaqoji ədəbiyyatda təlimin prinsipi təlimin səmərəliliyin artıran əsas ideya, başlıca tələb kimi qəbul edilmişdir. Pedaqogikaya görə, təlimin mahiyyətindən və qanunauyğunluqlarından irəli gələn prinsiplər təlim zamanı müəllimin necə hərəkət etməli olduğunu müəyyənləşdirməyə imkan verir. Pedaqoji fəaliyyətin texnologiyasını isə müəyyən elmi-nəzəri əsaslarla işləyib hazırlamaq mümkündür. Təlimin qanunauyğunluqlarını bilmədən, onlara əsaslanmadan inandırıcı, etibarlı elmi metodika yaratmaq mümkün deyil. Təlimin prinsipi təlimin qanunauyğunluğundan törəmədir. Təlimin prinsipi müəllim və şagirdlərin birgə fəaliyyətini səmərəli qurmağa yardım edir. Təlimin prinsipi, yəni təlimin bütün mərhələsində, üsullarının tətbiqində, təşkili formalarında nəzərə alınır. Göstərilən əlamətlərə əsaslanaraq təlimin prinsipinin mahiyyəti Milli pedaqogikada belə ifadə edilir: təlimin müvafiq qanunauyğunluğundan irəli gələn, onun məzmununa, üsullarının tətbiqinə və təşkili formalarına təsir göstərən, müəllim və şagirdlərin birgə fəaliyyətini səmərəli qurmağa imkan verən didaktik ideyaya təlimin prinsipi deyilir.

6. Didaktika sahəsində çalışan tədqiqatçılar şagird imkanlarının h­ərəkətə gətirilməsinə və yeni keyfiyyətin üstün səviyyəsinin əldə olun­masına yönələn təlim layihələrinin (texnologiyalarının) işlə­nil­məsinə və tətbiqi problemlərinə xüsusi önəm verirlər. Pedaqoji ədə­biy­yatda təlim texnologiyaları barəsində materiallar əhəmiyyətli yer tu­tur. Təsadüfi deyil ki, son illərdə dərc olunan “Kurikulum”, “Azər­baycan məktəbi” və “Azərbaycan müəllimi” mətbu or­qan­la­rın əksər saylarında praktik işlə məşğul olan pedaqoqlar da daxil ol­maqla müəlliflərin “Təlim texnologiyaları və onların təkmilləş­di­ril­məsi yolları”- aspektli yazılanların şahidi oluruq. Diqqəti çəkən cə­hət budur ki, müəlliflər təqdim etdiyi təlim texnologiyalarının bu və ya digər üstün cəhətini, pedaqoji yeniliyini, metodlar və vasitələr xə­zi­nəsinin zənginləşdirilməsi işinə töhfəsini, təlim prosesinin tək­milləşdirilməsini, optimallığının artması baxımından rolunu, təh­silləndirmə, tərbiyəetmə və inkişaf vəzifələrinin məqsədəuyğun şə­ki­ldə yerinə yetirilməsinə yönələn idarəetmənin rasional təşkili nöq­teyi nəzərdən təlim priyomlarını özündə cəmləşdirməsi xüsu­siy­yət­lə­rini açmağa çalışırlar. Baxmayaraq ki, nəzəri cəhətdən əsaslan­dı-rı­lan texnologiyaların böyük bir qismi təlim praktikasında öz yerini tap­mır. Fikrimizin əyaniliyi üçün alqoritmik və evristik məntiqlərin mü­əyyən nisbətlərini özündə saxlayan təlim texnologiyalarından bi­rini– proqramlaşdırmadan təlimdə istifadə layihəsini nəzər nöqtəsi ki­mi qəbul edək.

Təlimdə proqramlaşdırma haqqında ən görkəmli pedaqoqlar də­yərli fikirlər söyləyirlər. A.M.Matyuşkin göstərir ki, təlimin rasi­onal təşkili

a) təlim materialının hissələrə bölünməsi,

b) materialın hər bir hissəsinin alqoritminin müəyyənləşdirilməsi,

c) mənimsəmə ad­dımlarının keçirilməsi haqqında əks informasiyanın alınması üçün priyomlar sisteminin mövcudluğunu tələb edir.

Bu tələblərin ödə­nilməsində, təlimin rasional təşkilində proqramlaşdırmanın əhə­miy­yəti kifayət qədər böyükdür. M.M.Mehdizadə göstərmişdir ki, proq­ramlaşdırma biliklərin şagirdlərə çatdırılması mənbələrinə, fər­di­ləşdirməyə, onların bilik, bacarıq və vərdişləri ilə silahlanmaları pro­sesi üzərində nəzarətə, zehni fəaliyyət nəticələri haqqında ver­dik­lə­ri cavabların formasına və verilən qiymətlərin ümumiləş­dir­məsinə gö­rə təlim prosesini daha da zənginləşdirir. Professor B.A.Əhmədov ya­zır ki, A.M.Matyuşkin, M.İ.Maxmutov və baş­qaları proqram­laş­dı­rılmış təlimlə problemli təlimi əlaqələndirmək, proqramlaşdırma va­si­təsi ilə problem situasiyaları yaratmaq ideyasını irəli sürmüşlər. Be­ləliklə, iki pedaqoji yenilik arasında əlaqənin yaranması işi xeyli asan­laşmış və bütün təlim metodlarının qarşılıqlı əlaqədə götü­rül­mə­sinin zəruriliyi praktik şəkildə həyata keçirilməyə başlamışdır. Nəzəri cəhətdən əsaslandırılır ki, proqramlaşdırmadan şa­gird­lərin problemli öyrənmə məqsədi daşıyan həm analitik, həm də evristik fəa­liyyətinin təşkili zamanı istifadə etmək mümkündür. Sualların for­malaşdırılmasında və materialın şərhində problemlilik prinsipi əsas götürülməklə kadrlar tətbiq edilə bilər. A.M.Matyuşkin belə he­sab edir ki, aşağıdakı üç tip kadr bu prinsipə cavab verir:

a) kadr - prob­­lem situasiyasının yaradılması üçün;

b) kadr - qoyulmuş prob­le­min həllinə əsas yaradan faktlar barədə informasiya və izah ver­mək üçün;

c) kadr - problemli tapşırıqların yerinə yetirilməsinin düz­günlüyünə nəzarət (özünənəzarət) üçün.

Proqramlaşdırılmış təlim elementlərindən istifadə edən Lən­kə­ran rayonu, Boladı kənd müəllimi Əliməmməd Ağayev öz təcrü­bə­sindən çıxış edərək yazır ki, bunun müsbət nəticələri aşağıdakı­lar­dır:



  1. Şagirdlərin təşəbbüsü və idrak fəaliyyəti genişlənir;

  2. Şagirdlər müstəqil işləməyə alışırlar;

  3. Şagirdlərin bütün diqqəti tədris prosesinə cəlb olunur;

  4. Dərslər maraqlı, intensiv və sakit keçir;

  5. Müəllimlər vaxt itirmədən sinifdə zəif oxuyan şagirdlərə da­ha çox kömək etmək imkanı qazanırlar;

  6. Bütün sinfin işinə eyni zamanda nəzarət etməklə şagirdlərin hər birinin buraxdığı səhvləri müəyyənləşdirib onları aradan qal­dır­maq üçün lazımi siqnallar verə bilir;

  7. Qısa müddətdə bütün şagirdlərin biliyinə qiymət verə bilir və s.

Qeyd etmək olar ki, nəinki proq­ram­laş­dırılmış təlimdən, hətta onun elementlərindən belə istifadə edən mü­əl­limlərimiz çox azdır. Şimal-Qərb bölgəsində ümumtəhsil mək­təb­lərindən ixtisasartırma kurslarına cəlb olunan on beş mindən ar­tıq müəllimdən əldə olunan informasiya bu fikri təsdiq edir. Bax­ma­ya­raq ki, sözügedən tex­no­lo­gi­yanın yaratdığı imkanlar nəzəri cəhət­dən L.N.Leontyev, P.Y.Qal­perin, N.F.Talızina, A.M.Matyuşkin, İ.T.Oqo­rodnikov, T.A.İlina, Q.Q.Maslova, V.Q.Boltyanski, V.İ.Kru­piç, M.M.Meh­dizadə, E.A.Kli­mov, M.İ.Maxmutov, A.İ.Rayev və baş­qaları tərəfindən pe­daqoji və psixoloji aspektli tədqiqat obyektinə çev­rilmiş, ümu­mi­ləşmələr edilmişdir.

Təlim sistemi ilə proqramlaşdırılmış təlim texologiyası ara­sın­da münasibətlərlə bağlı nöqteyi-nəzərimizi başqa bir formada Qərbi Av­ropanın (eləcə də ABŞ-ın) bir qrup tədqiqatçı pedaqoqlarının ümum­təhsil sistemi üçün üstünlüklərini vurğuladıqları təlim la­yi­hə­ləri (texnologiya və modelləri)- selektiv, birləşmiş qruplar, qarışıq qa­biliyyətlər, inteqrativ, innovasion təlimlər, fərdiləşdirilmiş, al­qo­rit­mik, mərhələli və s. barədə də söyləyə bilərik. Həmin təlim layi­hə­lərinin xarakterik cəhətlərinə diqqət yetirdikdə aydın olur ki, on­la­rın üstün keyfiyyətləri təlimin mükəmməl sistemində ehtiva olunan ya altsistemlərin, ya da imkan daşıyıcılarının funksiyalarının daha da təkmil həyata keçirilməsinə yönəldilmişdir. Araşdırma bizi belə qənaətə gətirir ki, təlim texno­lo­gi­ya­la­rı­nın işlənilməsi, seçilməsi və tətbiqi ilə bağlı aşağıdakı hallar möv­cuddur.

- elə texnologiyalar vardır ki, onlar nəzəri cəhətdən işlən­miş­dir, üstün cəhətləri dəyərləndirilmişdir və praktikada özünə yer tap­mış­dır (məsələn, təlimdə alqoritmləşdirmə).

- elə texnologiyalar vardır ki, o nəzəri cəhətdən işlənilmişdir, prak­tikada elementləri tətbiq olunur;

- elə texnologiyalar vardır ki, onlar nəzəri ümumiləşmə olaraq qal­mış və təlim praktikasında yeri yoxdur.

Bu barədə nəzəri ümumiləşməmiz belədir ki, alqoritmik və ev­ristik fəaliyyətin optimal münasibətlərini özündə ehtiva edən tə­lim sistemi təlim texnologiyalarının tətbiqinə (daxil edilməsinə) açıq­dır. Lakin məsələnin praktik həlli - texnologiyaların təlim siste­mi­nə daxil edilməsi üçün bir sıra şərtlər ödənilməlidir. Bunların ara­sın­dan aşağıdakıları fərqləndiririk:

- pedaqoji yenilik kimi dəyərləndirilən və faydalılığı arqu­ment­ləşdirilən texnologiya üçün xarakterik olan əlamətlər təlim sis­te­minin təbiətinə zidd olmamalı, onun emercentliyinə tabe ol­ma­lı­dır;

- təlim sisteminə daxil edilməsi nəzərdə tutulan texologiya alt­sis­temlərin təkmilləşdirilməsinə və onların uzlaşmasına yönəl­mə­lid­ir­;

- tətbiq olunacaq texnologiya təlim sisteminin imkan daşıyıc­ı­la­rının funksiyalarının daha üstün həyata keçməsinə yönəlməli və onların daxili əla­qə­sini pozmamalıdır.

Pedaqoji texnologiyaların yaradılması və tətbiqi üzrə spesifik prin­sipləri müəyyənləşdirmək, onların pedaqoji-psixoloji təhlilini ver­mək olduqca vacibdir. Bu prinsiplər əsas təlim prinsipləri üçün sis­temaltı, köməkçi funksiyaları yerinə yetirir. Spesifik prinsiplər pedaqoji texnologiyaları təşkil və tətbiq edər­kən rəhbər tutulan əsas müddəalardır. Pedaqoji ədəbiyyatda müx­təlif spesifik prinsiplər verilmişdir. Professor Ə.X.Paşayevin və pro­fessor F.A.Rüstəmovun təhlili maraqlıdır. Sözügedən prinsiplər üzrə onların şərhi belədir:




Yüklə 316 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə