Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə6/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   2   3   4   5   6   7   8   9   ...   102

__________________Milli Kitabxana___________________ 

14 


 

Üzeyir Hacıbəylinin belə böyük xidmətləri heç də hakim dairələrin xoşıına gəlmir. Buna görə də 

Üzeyir Hacıbəylinin evi bir neçə dəfə polis tərəfindən yoxlanılmış, o, bir sıra təhqir və məzəmmətlərə 

məruz qalmışdır. Bu hədə-qorxular Üzeyiri öz sosial məqsədindən döndərə bilmir. 

 

"Leyli və Məcnundan "Arşın mal alan"a qədərki qısa bir dövr Üzeyir Hacıbəyliyə 



əsrlərə sığmayan böyük şöhrət gətirir. Yalnız "Arşın mal alan" əsərinə əsasən demek 

olar ki, Üzeyir Hacıbəyli nəinki Zaqafqaziya və Orta Asiya respublikalarında, habelə 

Yaxın Şərq ölkələrində tanınmağa başlayır. Komediyanın Amerika, Fransa, İngiltərə 

və bir sıra digər xarici ölkələrdə tamaşaya qoyulması, dünyanın  əksər dillərinə 

tərcümə edüməsi Üzeyir Hacıbəyliyə dünya şöhrəti qazandırdı. Üzeyir Hacıbəyli 

bütün ömrünü, bilik və bacarığını müasir mədəniyyətin, musiqi elmi və musiqi 

sənətinin inkişafına sərf edir. Muxtəlif təhsil sistemli musiqi məktəblərinin açılması, 

Azərbaycan Dövlət Konservatoriyasının təşkil olunması, dünya musiqi mədəniyyəti 

səviyyəli kadrların yetişdirilməsi, Azərbaycan musiqi tarixi və musiqi nəzəriyyəsinin 

yaradılması sahəsində xüsusi xidmətlər göstərir. Bununla yanaşı, bir-birinin ardınca 

musiqi təhsili və metodikasına aid dərslik və  dərs vəsaitləri çap etdirir, yeni-yeni 

musiqi  əsərləri yazır. 1934-cu ildə "Azərbaycan xalq türk musiqisinin əsasları", 

1935-ci ildə "Azərbaycan xalq mahnılarının adlarını öyrənmək üçün təlim", 

"Çahargah" mövzusunda "Birinci fantaziya", "Şur" üzərində "İkinci fantaziya" və s. 

əsərlərini çap etdirir. 1936-1937-ci illərdə Üzeyir Hacıbəyli daha zəngin fəaliyyət 

göstərir


. Zamanla səsləşən, müasir insanın zövqünə, ruhuna yatan dərin məzmunlu əsərlər 

yaratmaq, bütün musiqi kadrlarını yeni həyata səfərbər etmək üçün yollar axtarır, bu 

sahədə gözəl nümunələr göstərir. 1937-ci ildə "Koroğlu" operasını yaradır. Bu əsər eyni 

zamanda Üzeyir Hacıbəylinin dünyagörüşünün milli mahiyyəti, Üzeyir fantaziyası  və 

istedadının qüdrət və əzəmətinin ifadəsi idi. Xəlqilik, vətənpərvərlik ideyaları ilə yoğrulan 

"Koroğlu" operası yalnız bir musiqi əsəri kimi deyil, həm də klassik irsə, xalqın tarixinə, 

el ədəbiyyatına yanaşmaq, onlardan yaradıcı şəkildə istifadə etmək və xüsusilə də mədəni 

irs və folklor ənənələrini müasir dövrün tələb və prinsiplərinə uyğun davam etdirməyin 

gözəl nümunəsi idi. İlk gündən məişətə, musiqi mədəniyyətinə daxil olan bu əsər, eyni 

zamanda Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu zəngin tarixini, xalqın əyilməzliyini, 

qəhrəman keçmişi və böyük fədakarlığının təbiiliyi və qanunaııyğunluğunu  əks etdirən 

təbliği bir əsərdir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti 

dekadasında "Koroğlu"nun birinci yer tııtmasının səbəblərindən biri də bu idi. 

Qədirbilən xalqımız bütün vətəndaş ziyalılarının, sənətin inkişafı naminə 

fədakarlıqlar göstərən bütün qələm sahiblərinin həmişə dostu və xeyirxahı olmuş, 

onların xidmətlərini yüksək qiymətləndirmişdir. Fikrət  Əmirov "Üzeyir məktəbi" 

məqaləsində yazır: "...Üzeyir Hacıbəylinin gənclərə münasibətində  mən həmişə 

təmkinli bir qətiyyət, doğma bir tələbkarlıq duymuşam. Yeri gəlmişkən deyim ki, 

məni Üzeyir musiqisinin yetirməsi adlandıranlar var. Bu adla yalnız fəxr edirəm. 

Mən Üzeyir müəllimdən xalq musi- 

 

     



__________________Milli Kitabxana___________________ 

15 


 

qisinin paklığını  mənimsəmişəm. Üzeyir musiqisini nə  qədər dinləsəm, mənə elə 

gəlir ki, ilk dəfədir eşidirəm, hər dəfə o mənə  təzə görünür. Yaşa dolduqca dərk 

etmişəm ki, nə yaxşı bu böyük sənətkarla durub-oturmaq səadəti mənə də nəsib olub, 

onun unudulmaz məsləhətlərini eşitmişəm"

1



Üzeyir sənəti, Üzeyir irsi haqqında onlarca elmi-nəzəri məqalə, tədqiqat əsərləri 

və digər yazılar dərc olunmuşdur. Lakin elə bir əsər, xatirə  və  tədqiqat yoxdur ki, 

Üzeyir Hacıbəyli bir ictimai vətəndaş, yaradıcı  sənətkar və böyük vəzifələr 

daşıyıcısından başqa, müdrik və maraqlı bir şəxsiyyət, son dərəcə xeyirxah, nəcib, 

böyük ürək və  qəlb sahibi, mətin dost, sədaqətli yoldaş, alicənab ailə başçısı, hər 

şeydən əvvəl də sadə və təvazökar bir insan kimi təqdim olunmasın və xatırlanmasın. 

Böyük Üzeyir şəxsiyyəti haqqındakı bu həqiqətlər yalnız ayrı-ayrı elm və 

mədəniyyət xadimlərinin, yazıçıların,  şairlərin, bəstəkar və  rəssamların, heykəltəraş 

və incəsənət ustalarının və ümumən, müxtəlif sənət və elm sahəsində çalışan 

tanınmış mütəxəssislərin yazılarında, tədqiqat  əsərlərində qorunub saxlanılmır, 

bunlar eyni zamanda Hacıbəylinin zəngin ədəbi irsinin də zinət və bəzəyi kimi onun 

hər bir əsərində özünü büruzə verir. Bu da onunla əlaqədardır ki, Üzeyir Hacıbəylinin 

böyük yaradıcılığı ilə onun boyük şəxsiyyəti arasında möhkəm  əlaqə  və bağlılıq 

olmuşdur. Sənətkar  şəxsiyyəti ilə  sənətkar yaradıcılığı arasında olan bu qarşılıqlı 

əlaqə  və  təsirin nəticəsində yaranan böyük və dahi ədəbi  şəxsiyyətlər isə, yalnız 

xalqının içərisində qapanıb qalmır, bütün ölkənin rəğbət simvoluna çevrilir, 

minnətsiz və təmənnasız olaraq dünya klassikasına daxil olur. Üzeyir Hacıbəyli məhz 

belə  sənətkardır. "Biz böyük Üzeyir yaradıcılığındakı bu Antey qüdrətinin sirlərini 

hələ çox öyrənməliyik"

2



 

Abdulla Abasov 

                                                            

1

 

F.Əmirov. Musiqi aləmində, səh.143.



 

2

 



Yenə orada. səh.150. 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə