Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə8/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   4   5   6   7   8   9   10   11   ...   102

__________________Milli Kitabxana___________________ 

21 


 

Kim eylədi tirə ruzigarın?  

Nə seyrdəsən, sənə tələb nə?  

Bu naleyi-zarinə səbəb nə?  

Dəryadə isə sənə düri-kam,  

Sən söylə, mən eyləyim sərəncam. 

 

(M u s i q i: çahargah) 



 

M ə c n u n-- 

 

Ey piri-şikəstə hali-naşad,  



Tanrıyçün əlimdən eyləmə dad.  

Demə ki, nədir bu macəralar,  

Səndən mənə yetdi bu bəlalar.  

Mən bilməz idim qəmi-cahanı,  

Təşvişi-zəminü asimanı.  

Bilməzlik ilə xoş idi halım,  

Nə hüsnü, nə eşq idi xəyalım. 

 

(M ə c n u n u n  a n a s ı gəlir və müxalif üstə oxuyur)  



 

M ə c n u n u n  a n a s ı-- 

 

Ey rahəti-canü nuri-didə!  



Fərzəndi-yeganeyi-güzidə!  

Sən sərvsən, olmagil giranbar!  

Azad ola gör, nə kim giriftar!  

Sən ləlsən, olmagil səbüksəng,  

Döndərmə günəş görüb rəvan rəng!  

Bizdən bu nəsihəti qəbul et!  

Hər ləhzə bizi, yetər, məlul et! 

 

M ə c n u n-- 



 

Ey ruhi-rəvanım ata, ana!  

Kami-dilü canım ata, ana!  

Bildim bu işi özümə layiq,  

Leyli sənəmə mən oldum aşiq.  

Sonra olubam bu işdən agah,  




__________________Milli Kitabxana___________________ 

22 


 

Amma nə deyim, nə söyləyim?  

Ah! Yoxdur bu işimdə ixtiyarım, 

 

(Çahargaha enir) 



 

Əql oldu zəifü, eşq ğalib,  

Xatir nigəran, nigari cazib. 

 

A t a s ı (çahargah üstə)-- 



 

Can vermə ğəmi-eşqə ki, eşq afəti-candır.  

Eşq afəti-can olduğu məşhuri-cahandır. 

Yaxşı görünür surəti məhvəşlərin, əmma  

Yaxşı nəzər etdikdə sərəncamı yamandır.  

Eşq içrə əzab olduğun ondan bilirəm kim,  

Hər kimsə ki, aşiqdir işi ahü fəğandır. 

 

(M u s i q i: təsnif) 



 

A t a s ı-- 

 

Durun gedək evimizə! (2 dəfə)  



 

A n a s ı-- 

            

Qeysim, Qeysim!... (1 dəfə)  

 

M ə c n u n-- 



 

Ata, ana, eşqin həvası  

Məni məcnun edəcəkdir,  

Məni məcnun edəcəkdir!... 

 

(M u s i q i)  



 

A t a s ı-- 

 

Mən sənə Leylini gedib, alıb istərəm, (2 dəfə)  



 

A n a s ı-- 

 

Oglum, oglum!... (1 dəfə) 



 


__________________Milli Kitabxana___________________ 

23 


 

M ə c n u n-- 

 

Ata, ana, eşqin həvası  



Məni məcnun edəcəkdir,  

Məni məcnun edəcəkdir. 

 

(M u s i q i)  



 

PƏRDƏ 


 

 

 



 

İKİNCİ PƏRDƏ 

 

 



Vaqe olur L e y l i n i n evində. L e y l i  v ə  a n a s ı oturubdurlar. Pərdə qalxmazdan 

qabaq musiqi (səmayi-şəms) çalınır; pərdə qalxır, Leylinin anası oxuyur.  

 

L e y l i n i n  a n a s ı-- 



 

Ey şux! Nədir bu göftügülər?  

Qılmaq sənə tənə eybculər?  

 

(M u s i q i)  



 

Nəyçün özünə ziyan edirsən?  

Yaxşı adını yaman edirsən?  

 

(M u s i q i)  



 

Derlər səni eşqə mübtəlasən,  

Biganələr ilə aşinasən.  

 

L e y l i-- 



 

Ey munisi-ruzigarım, ana!  

Dürgi-düri-şahvarım ana! 

 

(M u s i q i) 



 


__________________Milli Kitabxana___________________ 

24 


 

Sözlər dersən ki, bilməzəm mən,  

Məzmununu fəhm qılmazam mən.  

 

L e y l i n i n  a n a s ı-- 



 

Sən hardanü eşq zövqü hardan?  

Sən hardanü dust zövqü hardan? 

 

(M u s i q i) 



 

Oğlan əcəb olmaz olsa aşiq,  

Aşiqlik işi qıza nə layiq? 

 

L e y l i-- 



 

Dersən məşuqü eşqü aşiq,  

Mən sadə ürək tifli-sadiq;  

Bilməm nədir ol hədisə məzmun?  

Söylə! Necə olmayım digərgun?  

 

L e y l i n i n  a n a s ı-- 



 

Neylərsən əgər atan eşitsə,  

Qəhr ilə sənə siyasət etsə? 

 

(M u s i q i) 



 

Minbəd gəl eylə tərki-məktəb.  

Bil əbcədini həmin cədü əb. 

 

(M u s i q i) 



 

Gərçi adın oda dildə məzkur,  

Görmək səni ola ğeyri-məqdur. 

 

L e y l i-- 



 

Mən məktəbə rəyim ilə getməm,  

Bir şüğli xilafi-rəyin etməm.  



__________________Milli Kitabxana___________________ 

25 


 

Billah, mənə həm bu idi məqsud,  

Məktəbdə olurmu tifl xoşnud?  

Artıq bu sözü mükərrər etmə,  

Lütf eylə, məni mükəddər etmə! 

 

(M u s i q i) 



 

(Şur çalınır. Qapı döyülür.  L e y l i  a n a s ı i l ə durub o biri qapıdan çıxırlar.  L e y l 

i n i n  a t a s ı  gəlib qapını açır. M ə c n u n u n  a t a s ı  və bir neçə ərəb gəlirlər. L e y l i 

n i n  a t a s ı  onlara oturmağı təklif edir. M ə c n u n u n  a t a s ı onlara müraciət edib 

oxuyur). 

 

M ə c n u n u n  a t a s ı (şur üstə) -- 



 

Ey qədrlə qibleyi-qəbait!  

Əslü nəsəbim sənə əyandır,  

Hökmüm neçə min evə rəvandır.  

Məşhuri-qəbailəm səxadə,  

Mərufi-təvaifam ətadə.  

Nəxli-əməlim səmər veribdir,  

İyzəd mənə bir gühər veribdir.  

Hala dilərəm bu türfə lölu,  

Bir ləl ilə ola həmtərazu.  

Lütf eylə, inayətü kərəm qıl!  

Ol ləl ilə dürrü möhtərəm qıl!  

 

L e y l i n i n  a t a s ı (şur üstə)-- 



 

Ey qovm içində bir xirədmənd!  

Mən kimi əsiri-dami-fərzənd!  

Müşgülcə xitabdır xitabın,  

Bilməm necə verəyim cavabın.  

Qürbün, bilirəm, mənə şərəfdir,  

Əmma xələfin əcəb xələfdir.  

"Məcnun"--deyə tən edir xəlayiq,  

Məcnuna mənim qızım nə layiq?! 

 

(M u s i q i)  



 


Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə