Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə102/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   94   95   96   97   98   99   100   101   102

__________________Milli Kitabxana___________________ 

396 


 

Ravi rəvayət eləyir ki, bir dəfə bir kəs Musa peyğəmbərin hüzuruna gəlib 

dedi ki, ey Musa!... Yox, mən bu kafirnən bir evdə ola bilmərəm, çıx, çıx mənim 

evimdən! 

O ğ u l. Ay ata, mən nə vaxt o cürə küfr söz dedim. Nə üçün yalan deyirsən? 

A t a. Vay, ilahi? Bu atasına deyir ki, yalan deyirsən! Bu görünür ki, bütün 

kafirlərin bidinidir. Hərgah mən yalan deyirəmsə, bil ki, molla da yalan deyir; 

molla yalan deyirsə, bil ki, müctəhid yalan deyir; müctəhid yalan deyirsə, bil ki, 

imam yalan deyir. İmam yalan desə, bil ki, peyğəmbər yalan deyir. Peyğəmbər 

yalan desə, bil ki, allah yalan deyir.... Çəkil, çəkil mənim bu müqəddəs evimdən, 

ey kafir! Bu saat, bu saat evimizdə olan bütün qablar, boşqablar, istəkanlar, 

samavar, qazan, kəfkir, aşsüzən -- hamısı sənə lənətxandır. Onlar hamısı qiyamət 

günü hüzura çıxıb sənin cəzanı istəyəcəklər. Çəkil, kafir,çəkil!Murdarlama bu 

pak olan yeri, çəkil, çəkil (yıxılır səcdəyə). 

 

O ğ u l. Bu kişi dəli olubdur. 



A r v a d. Qoy, gedim bir dua yazdırım. 

 

 



 

 

GƏLƏCƏK AVROPA KONFRANSI 

 

Müqəddimə 



 

Bir gecə Molla Nəsrəddin yatmışdı, evinin qabağında böyük bir dava düşdü. 

Arvadı Mollanı oyatdı ki, gör o nə davadır. Molla durub yorğana büründü və 

qapının ağzına çıxdı. Dava edənlər Mollanı görüb, yorğanı onun əlindən qapdılar 

və qaçdılar. Haman dəm, dava sakit oldu. Molla otağa qayitdıqda arvadı soruşdu 

ki, dava nə üstə idi? 

- Heç, bizim yorğan üstə idi, - deyib Molla çılpaq uzandı. 

Əhvalat 


İngilis (Avstriyaya). Balam, sən öz yanından Bolqariyaya məzəmmət edirdin 

ki, dəmir yolu oğurlayıbdır, indi görünür ki, oğrunun böyüyü özün imişsən. 

Avstriya. Təvəqqe edirəm ki, mənə  oğru deməyəsiniz. Mən öz malıma 

yiyəlik eləmişəm. 

Serbiya (ağlayır). Yalançıya Allah lənət eləsin! Bosna hersoqu sənin malın 

idi? 


 


__________________Milli Kitabxana___________________ 

397 


 

A v s t r i y a. Çox zıqqıldama, Bosna hersoqu mənim də olmasa, sənin də 

deyildi. Özün də ata sərçə kimi çox atılıb düşmə. Yoxsa axırda xarabçılıq 

edərsən. 

Qaradağ. Səndə çöx oyan-bu yan eləmə, görünür ki, bizi balaca tanıyıbsan. 

A v s t r i y a (rişxənd ilə). Buna bax! Heç qıçım boyda deyil ha! Bu da 

mənim üstümə xoruzlanır. Səni bir Qaradağ qayıraram ki, böyründən də bir 

Ağdağ çıxar. 

Rusiya. Yaxşı-yaxşı bilirik ki, sən Serbiyadan da Qaradağdan da güclüsən. 

Ancaq iş bundadır ki, sən nahaq iş görübsən. 

F r a n s a. Sən Yevropanın tərəzisinə əl vurubsan, indi tərəzinin bir gözü ağır 

gəlir. 


Avstriya. Hansı tərəzi? 

İngilis. Belə Berlində qurduğumuz tərəzi. 

R u s i y a. Həzərat, burada oturub boşboğazlıq eləmək lazım deyil, durun 

gedək, tərəziyə baxaq görək bir gozü nə qədər əyilibdir. Ona görə də əməl edək. 

Razısnızmı? 

Hamısı. Razıyıq. 

İngilis (Avstriyaya). Görürsən tərəzinin sən baxan gözü iki girvənkə  ağır 

çəkir. Bu, Bosna hersoqunun ağırlığıdır. Sən gəl onu qaytar sahibinə, həm 

tərəzimiz düzəlsin, həm də o kişiyə bihörmətlik olmasın. Yazıq tazə iş başlayıb, 

xələl yetirmək yaxşı deyıl. Özü də gör ne mülayimətlə dolanır. Vallah onun 

yerinə ayrısı olsa idi, indi səni o baş ilə qoymazdı. 

A v s t r i y a. Mininiz min söz deyəsiniz, mən Bosna hersoqu qaytaracaq 

deyiləm. Çünki, əvvəla o yer mənim haqqımdır, ora mən pul qoymuşam. 

İkinciyə qalan yerdə eşşəyə minmək bir ayıb, düşmək iki ayıb. 

F r a n s a. İndi ki, belə oldu onda gərək tərəzinin o biri gözünə də bir əlac 

olsun ki, bu biri gözü ilə düz olsun. 

Avstriya. O ayrı məsələdir. Ona mən də razıyam. 

İngilis. Nə tövr edək? 

Ru s iy a (tərəzinin boş gözünü özünə tərəf çəkir). Hərgah Dardanel boğazı 

bu gözünə qoyulsa, mən tərəf düzələr. 

Almaniya. Türkiyədə  nəki dəmir yol var hamısını qoyun mən tərəfə, 

düzəlməsə Messopatamiyanı da artırın. 

İ t a 1 i y a. Mən evdə hesablamışam, Albaniya da mənə tərəf qoyulsa, mən 

tərəf də düzələr. 




__________________Milli Kitabxana___________________ 

398 


 

İ n g i 1 i s.Yəni yəqin bilirsən. 

İ t a 1 i y a.Yəqin. 

İngilis. Yaxşı onda gərək Misir də bəri qoyulsa, mən tərəf də düzələrmi? 

R u s i y a. Düzələr, düzələr. 

F r a n s a. Bəs mən tərəf? 

H a m ı s ı. Sən də gör də! 

F r a n s a. Keçmişdə bizim üçüncü Napaleon deyirdi ki, Şam bizə yarar. 

Ağlım kəsir ki, elə indi də onu qoysaq, mən tərəf düz olar. 

H a m ı s ı. Sözümüz yoxdur. 

Y u n a n. Daha mənim deməyim lazım deyil, özünüz bilirsiniz ki, Kirid 

cəzirəsi də mən tərəfi düzəldər. 

H a m ı s ı. O məlumdur. 

F r a n s a. Çox gözəl, o halda, bir tez paylaşaq ki, məsələ həll olsun. Daha 

vaxtımızı zay etməyək, onsuz da "kulturnı" işimiz çoxdur. 

Rusiya. Bəs Bolqariya, Serbiya, Qaradağ? Onlara nə verilsin ki, xətirlərinə 

dəyməsin. 

H a m ı s ı. Yerdə qalan da onlara verilsin. Özləri bölüşərlər... Xub, deməli 

məsələ həll olundu. Dağılaq. 

T ü r k i y ə. Yaxşı, bəs indi mənim təklifim nədir? 

H a m ı s ı. Sən... zad elə... əvvəla bizdən incimə, çünki bizim fikrimiz əsla 

sənə pislik eləmək olmayıb, bəlkə tərəzini düzəltməkdir. İkinciyə qalan yerdə... 

(elə bu yerdə qalır). 

  

"MÜƏLLİMLƏRƏ 75 MANAT PUL BOLDUR" 



ŞƏHƏR İDARƏSİ 

 

"MÜƏLLİMLƏR ÖZ İŞLƏRİNİ QOYUB ÖZGƏ 

İŞLƏRLƏ MƏŞĞUL OLURLAR" 

 

Boşboğazlar dərs 



 

M ü ə 11 i m (klasa daxil olarkən). 

...(15 manat dükançı  Cəfərə)... Oturan! (11 manat yarımda çörəkçi Vəliyə) 

...Duanı oxuyun görüm! (Bu elədi 26 manat yarım)... Çox yaxşı (18 manat 

evyiyəsi... Keçən səfər 3 manat da borclu qalmışdım. 

   


  


__________________Milli Kitabxana___________________ 

399 


 

Bu elədi) Ki dərsini deyər?.. (Bu elədi) Oxu görüm. (21 manat, o da 43 manat 

yarım)... Həsən düz otur, biclik eləmə! (Qəssaba gərək verəm 12 manat beş 

şahı.)... Otur yerə, indi sən oxu. 

Ş a g i r d. Bir gün Həsən atasına dedi ki, ata, mənə də çeşmək al, mən də 

sənin kimi kitab oxuyum. 

Mü ə 11 i m (öz-özünə). Budur, bizim Mecid neçə vaxtdan bəri yalvarır ki, 

ata mənə bir çəkmə al, yazıq lap ayaqyalındır... Amma hanı pul?! 

Ş a g i r d. Atası gedib oğluna bir əlifba kitabçası aldı. 

Müəllim (görünürki, kişinin pulu var imiş).Yaxşı, otur. Sən oxu! (Suçuya 3 

manat 87 qəpik verilməlidir, neftçiyə 4 manat 20 qəpik). 

Ş a g i r d. Dedi ki, ata, mənə bir çeşmək al. 

M ü ə 11 i m (şagirdə). Yox, çəkmə al. 

Ş a g i r d. Mirzə, xeyr, çeşmək al. 

Mü ə 11 im. Hə, hə çeşmək al. Oxu... (Bu səfər də mənə 25manat çatmır, onu 

nə tövr eyləyim?) 

Şükür, dinc otur, qulağını çəkərəm! (...manat). Açın kitabları. (Yəni 25 manat 

çatmayacaqdır... Heç kəs də borc vermir.) Qulaq asın, təzə  dərs verirəm. (Nə 

qayırım ev kirayəsi olmasa idi, yenə bir tövr əl-əl baş-başa çıxmaq olardı.) Düz 

oturun, yaxşı qulaq asın! Bu saat hesaba məşğul olacağıq! (Cibimizdə olmayan 

pulu əqlimizdə hesablamaq genə təsəllidir.) 

Sizə bir hesab məsələsini deyəcəyəm: bir kişi (kişi şəhərimizin atasıdır) ildə... 

yaxşı qulaq verin! İldə... Həsən, düz otur, qələmi qoy yerə, hələ qulaq as! Hə... 

ildə... dürüst-dürüst qulaq verin, amma qorxmayın!.. İldə 20 min manat nəqd pul 

alır!!! 

Şagirdlərin bəziləri. Vaxsey!!! 

Bəziləri. Vay dədə vay!!! 

Bəziləri. Pah atanın evinecən! 

Müəllim. Bəs ildə. 

Ş agirdilər. Mirzə, daha demə, qorxuruq! 

M ü ə 11 i m. Yox, qorxmayın, heç bir xətası yoxdur. Ancaq onu bilin ki, ildə 

20000 min manat nəqd put alır! 

Bütün klas. Vaxsey!!! 

B i r  ş a g i r d. Mirzə, bəs onu nə tövr sayır? 

Müəllim (acı gülümsünür). Hey, yüz o qədərini saya bilər! Yaxşı, bir də bir 

ayrı kişi var ki... (məsələn, mən yazıq ildə doqquzca 




__________________Milli Kitabxana___________________ 

400 


 

yüz manat pul alır... Hələ onu da nə tövr alır..,) Bu az pul alan kişinin hər ay 25 

manat borcu olur. 

Şagirdlər. Yazıq! 

M ü ə 11 i m. Əlbəttə, yazıq! 

Ş a g i r d. Mirzə, o çox pul alan kişi öz pulundan bir az ona versə nə olar? 

M ü ə 11 i m. Ay balam, nə olacaq, çox yaxşı iş olar, amma elə dərd burasıdır 

ki, məsələyə yaxşı qulaq asın, ayrı söz danışmayın! 

Ş a g i r d. Mirzə, bəs məsələdə nə sual olunur? 

Müəllim. Hə, indi sual olunur ki, həmin o 20000 manat pul alan, öz aldığı 

puldan 6-ca min manat kəsib versə, neçə yüz nəfər 900 manat alan kişini borcdan 

xilas edə bilər? 

Bir şagird. Mirzə, əvvəlcə de görək, bu az pul alan kişi ki, bir ayda 25 manat 

borca düşür, ildə nə qədər borc eləyir? 

Müəllim. Bərəkallah! Bəs onu nə tövr bilək? (Hərçənd mən yaxşı bilirəm.) 

Şagird. Bir ayda 25 manat borc, bir ildə yəni 12 ayda eylər: on dəfə 25-250; 

iki dəfə də 25-50. 250. O da 50, eylər 300 manat. 

M üə 11 i m. Çox yaxşı, sonra? 

Ş a g i r d. İndi görək, 6000-in içində  nə  qədər 300 var. 6000-ni 300-ə 

böləndə eylər... eylər 20. 

Müəllim. Bəs nə məlum oldu? 

Şa g i r d. Məlum oldu ki, əgər o 20000 manat pul alan, öz pulundan... 

Müəllim. İnsafa gəlib... 

Ş a g i r d. İnsafa gəlib, öz pulundan... 

Müəllim. Yox, sən insafa gəlib demə, onu mən deyirəm. 

Ş a g i r d. Elə durduğu yerdə öz pulundan 6000 manat kəsib versə, o halda 

20 nəfər 900 manat alan... 

Müəllim. Və borca düşən... 

Şagird. Və borca düşən adamları, borcdan xilas eylər. 

Müəllim.Və o adamlar da borcdan xilas olandan sonra öz işlərini yaxşımı 

görərlər. 

Şagirdlər. Bəli! 

Müə 11 i m. Əlbəttə, yoxsa yazıq borc fikrinə düşsün, yoxsa öz fikrinə 

düşsün. 


   

  



__________________Milli Kitabxana___________________ 

401 


 

Bir  şagird. Mirzə, axı o çox pul alan adam öz pulundan 6000 kəssə, onda 

bunun pulu azalar!.. 14-cə min manat qalar. 

M ü ə 11 i m (onun üzünə bir qədər baxıb). Sənin atan dumda qlasnı deyil ki? 

Ş a g i r d. Bəli, bəzi vaxt duma gedir. 

Müəllim. Deyirəm axı... doğrudur. Pul bir qədər azalar, amma iş yaxşı yola 

gedər. Məsələ  həll olundu. Amma... (Hər halda bu ay da 25 manat borc gəlir, 

vallah bilmirəm nə tövr eyliyim.) 

İdarədən. Yazıq müəllim. 

  

 



ORDAN-BURDAN 

 

Şah söz verdi ki, altı günlük sülh olsun. Amma yalançı çıxdı... 



Rus konsulu. 

Komediyalar 



Camaat arasında 

C a m a a t (çığırır). Ay Avropa, ay insaf əhli, ay insaniyyətdən dəm vuranlar, 

şah bizi qırır, qoymayın! 

İngilis səfiri. Əşi, nə danışırsınız. Belə də iş olarmı, onun nə haqqı var insan 

övladını qırsın? 

Camaat. A başına dönüm, şah haqqı-maqqı nə tanıyır. Bizi qırır, 

qoymayın. Axı biz də sizin kimi insanıq. 

S ə f i r. Həzərat, mən bu saat onun yanına gedib bir əxtar verim ki, heç dadı 

da damağından çıxmasın. 

C a m a a t. Balam, Allah səndən razı olsun, bizə əlac elə! 

Səfir. Bu saat, bu saat. (Gedir.) 

 

II 

 

Şah hüzurunda 

 

Ş a h. Gərək İranın yarısını qan dəryasına döndərəm! 



Əmir Bahadır. Qurban olum bu kəlamə! 

L y a x o v. Bəli, qorxutmaq, qorxutmaq lazımdır bu asiyalılan. 

  

  



__________________Milli Kitabxana___________________ 

402 


 

S ə f i r (daxil olur). Şah, Allah saxlasın! 

Əmir Bahadır. Xoş gördük, a kirvə! 

Ş a h. Sağ ol ingilis, əyləş qonaq ol! 

S əfir. Çox sağ ol, şah! 

Əmir Bahadır. Nə var, nə yox? 

S ə f i r. Hər şey var və heç zad yoxdur... he-he-he! 

Əmir Bahadır. Xa-xa-xa, nə nazik, mətləbdir. 

Səfir.  Şah, camaatın hamısını birdən qırdıracaqsınız, yoxsa yarısını 

saxlayacaqsınız? 

Ş a h. O mənim qəzəbimə bağlıdır. İstəsəm hamısını qırdıraram! 

Əmir Bahadır. O, şahın öz əmrinə bağlıdır. Bu gün hökm eyləsə hamısını 

öldürdər, istəsə hamısını bağışlar. Bu cür işlər şahın özünə məxsus işdir. Onu heç 

kəs bilməz və heç kəs soruşmaz. 

S ə f i r. Xeyr, siz elə güman etməyin ki, mən şahın xüsusi işlərinə müdaxilə 

etmək xəyalındayam.  Əstəğffürullah, ancaq dediyim odur ki... yəni hamısını 

birdən-birə qırdırmaqdansa, yarı-yarı bölmək... 

Əmir Bahadır. Bəli, başa düşürəm, nə deyirsiniz. Xeyr, o babətdən arxayın 

olun! 

S ə f i r. Bəli, çünki mənim borcum gəlib-getmək... Özünüzə məlumdur. 



Əmir Bahadır. Xeyr, xeyr, xatircəm olun, başa düşürəm... 

Səfir. Xudahafiz! 

Əmir Bahadır. Xoş  gəldin, sağ ol. (Nökərə) Ay gədə, səfirin başmaqlarını 

cütlə! 


 

III 

 

İngilis parlamanında 

 

Bir məbus,Yaxşı,bəs nə oldu? O yazıq iranlıların da və fəryadına qulaq verən 



oldumu? Bu barədə hökumətimiz nə qayırdı? 

Vəzir Kirey. Əlbəttə! Bizim səfir şaha şiddətli bir əxtar göndərib, dövlətimiz 

naminə tələb etdi ki, emal və hərəkəti mərdimazaridən çəkilsin. 

Məbuslar. Bərəkallah, sonra? 

Kirey. Daha sonrası yoxdur, çünki biz İran işlərinə müdaxilə edə bilmərik. 

Məbuslar. Çox yaxşı, indi vicdanımız əziyyətdən xilas oldu. 




__________________Milli Kitabxana___________________ 

403 


 

IV 

 

Yenə şah huzurunda 

 

S ə f i r (tələsik daxil olur). Sözün doğrusu, bunun adına həddən artıq zarafat 



deyirlər. 

Ş a h. Nə olub, nə olub? 

Əmir Bahadır. Allah saxlasın kirve? 

S ə f i r (acıqlı). Xeyr, saxlamasm! 

Ş a h. Baba, in çe zərbə zenk əst. Məgər mən şah...ney... 

Əmir Bahadır(şaha).Dinmə, dinmə, bu ingilisdi. Zarafat deyil, qoy görək nə 

olubdur. (Səfirə) Babacan nə olubdur? 

S  ə f i r. Nə olacaqdır! Sizin yerinizdə bizinı  mənafeyimizə toxunulubdur. 

İsfahan tərəfində bir ingilisin iki şahi pulu itibdir və biri də  yıxılıb burnu 

qanayıbdır. Bu saat buna bir tədbir tökün. 

Əmir Bahadır. Paho! Bu saat əmr yazaram İsfahan qubernatoruna ki, həmin 

pulu itmiş ingilisə əhalidən yüz o qədər pul alıb versin və o burnu qanayanın da 

yıxılmağı əvezinə həmin yıxıldığı yerin sahibini iki il həbsə salsın, bəsdirmi? 

S ə f i r. Yaxşıdır. (Mülayim səslə)... Bəs eşitdim ki, məşrutə vermək 

istəyirsiniz? 

Əmir Bahadır. Bəli, verəcəyik! 

Səfir.Nə vaxt? 

Əmir Bahadır. Nə vaxt şah lazım bilsə. 

S ə f i r. İndi vermirsiniz? 

Əmir Bahadır.Xeyr, indi olmaz! 

S ə f i r. Neyçün? 

Əmir Bahadır. Çünki bizim şəraitdə məşrutə-qəşrutə net rabatay. Və bir də bu 

bizim daxili işimizdir. 

S ə f i r. Əibəttə, mənim müdaxiləyə heç bir haqqım yoxdur, xudahafiz! 

 

Axırıncı komediya 

Yenə şah hüzurunda 

 

S ə f i r. Təbrizdə bütün adamlar və bütün əcnəbilər qorxurlar ki, aclıq davası 



düşsün. Atlılarınıza əmr edin ki, bir neçə gün möhlət versinlər ki, şəhərə azuqə 

getsin. 


   

  



__________________Milli Kitabxana___________________ 

404 


 

Əmir Bahadır. Xeyr, elə iş mümkün deyildir. 

S ə f i r. Onda sözün doğrusu Təbrizə qoşutı göndərəcəyik, bizdən incıməyin. 

Əmir Bahadır. Bəs onda... 

Ş a h. Vallah mən bunların işini heç başa düşmürəm! 

L y a x o v. Zərər yoxdur, 6 gün möhlət verərik. 

S əf i r. Doğrudan? 

L y a x o v. Doğrudan. (Meytini görüm.) 

S əf i r. Onda gedim deyim ki, qoşun gəlməsin. Xudahafiz! 

Əmir Bahadır. Xudahafiz (acıqlı), başıma daş salasan! Elə bizim çalışdığımız 

odur ki, Təbriz acından qırılıb təslim olsun. Bu da deyir ki, möhlət verin azuqə 

gəlsin! Ay yazıq! 

L y a x o v. Bəli, Təbrizə azuqə gəlsin, onlar da yeyib qızsınlar, ondan sonra 

gəl tazadan dava elə. 

Əmir Bahadır. Mən burda şəhəri mühasirə elətdirib, aclıq qorxusu ilə  şəhər 

alıram, bu da gəlibdir ki, onlara möhlət ver, Guya ki, oyun oynayırıq, "siçan 

yolu" ver deyir! 

Ş a h. Vallah mən bunların işlərini heç başa düşmürəm!.. 

 

Bir neçə gundən sonra 

 

Ş a h (iztirab ilə). Bəs deyirlər ki, Təbrizə rus qoşunu gəlir.  Əmir Bahadır. 

Bəli, gəlir! Şah. Bəs ne tovr olsu? 

Əmir   Bahadır. Nə  təfavütü vardır? Təbriz bizim deyildi ki, məncə, rus 

qoşunu məşturəçilərdən min pay yaxşıdır.  

Ş a h. Axı bəs... onlar gəlib İranı alarlar. Əmir Bahadır. Bəli, alarlar.  

Ş a h, Bəs, onda biz... Əmir Bahadır və Lyaxov. Onda (çırtıq vururlar), 

onda... 


 

Biya berəvim əzin vilayət məno to.  

Şah xodra be "baq" əndaz!  

Şah xodra be "baq" əndaz! 

     

  



__________________Milli Kitabxana___________________ 

405 


 

MÜNDƏRİCAT 

 

Sənətkar ömrü ………………………………………………………………..4 

 

OPERALAR 



 

Leyli və Məcnun……………………………………………………………17 

Şah Abbas va Xurşid banu………………………………………………….44 

Əsli və Kərəm……………………………………………………………….82 

Harun və Leyla…………………………………………………………….116 

Rüstəm və Söhrab…………………………………………………………154 

Koroğlu ……………………………………………………………………174 

 

MUSİQİLİ  KOMEDİYALAR 



 

Ər və arvad………………………………………………………………...223 

O olmasın, bu olsun……………………………………………………..…247 

Arşın mal alan ………………………………………………………….…288 

 

SATİRİK HEKAYƏLƏR 



 

Pristav ata ………………………………………………………………....329 

Bir firəng ilə söhbətim……………………………………………………..331 

Üçüncü dəllək ………………………………………………………….….332 

Məşədi Kabilin Təbriz səfəri………………………………………………334 

Bazar söhbəti………………………………………………………………335 

Hara qaçacaqlar?...........................................................................................335 

Bir dəlinin dəftərindən …………………………………………………….337 

Başa düşmədi ………………………………………………………………338 

Təhsil………………………………………………………………………341 

Balaca felyeton…………………………………………………………….342 

Pruuşkeviç və Hacı Xudu………………………………………………….345 

Qarabağın keçmiş günlərindən…………………………………………….347 

Yevlax-Şuşa yolu………………………………………………………….358 

Söhbət……………………………………………………………………...360 

Keçmişdə və indi…………………………………………………………..362 

   

  



__________________Milli Kitabxana___________________ 

406 


 

Müəllimə…………………………………………………………………...364 

Dinmə ver pulu…………………………………………………………….365 

Pişik………………………………………………………………………..366 

Ayrı söhbət………………………………………………………………...368 

Məzhəkə……………………………………………………………………369 

 

SƏHNƏCİKLƏR 

 

Kələkbazlar………………………………………………………………...373 



Hökümət və Duma…………………………………………………………374 

Dumanın halı………………………………………………………………376 

Öz məişətimizdən bir dram ……………………………………………….378 

Moizə………………………………………………………………………380 

İttifaq və ittihad məsələsi…………………………………………………..382 

Yuxuda……………………………………………………………………..383 

Qalmaqal…………………………………………………………………...387 

 Dövlətlər gəzirlər………………………………………………………….388 

İran işləri…………………………………………………………………...389 

"Quyruqlu ulduz"…………………………………………………………..391 

Ata və oğul…………………………………………………………………394 

Gələcək Avropa konfransı…………………………………………………396 

"Müəllimlərə 75 manat pul boldur" şəhər idarəsi………………………….398 

Ordan-burdan ………………………………………………………………401 

  



__________________Milli Kitabxana___________________ 

407 


 

 

 



 

 

 



ÜZEYİR HACIBƏYLİ SEÇİLMİŞ ƏSƏRLƏRİ 

 

İKİ CİLDDƏ 

 

I CİLD "ŞƏRQ-QƏRB" 

 

BAKI-2005 


__________________Milli Kitabxana___________________ 

408 


 

 

 

Buraxılışa məsul:   Əziz Güləliyev 

Texniki redaktor: 

 

Rövşən Ağayev 

Tərtibatçı-rəssam:   Nərgiz Əliyeva 

Kompyuter səhifələyicisi: 



Alianna Duxanina 

Korrektorlar:  

 

Elmira Teymurova 

Ceyran Abbasova 

 

 



 

 

 



Yığılmağa verilmişdir 25.09.2004. Çapa imzalanmışdır 13.03.2005. 

Formatı 60x90 V16. Fiziki çap vərəqi 25,5. Ofset çap üsülu. 

Tirajı 25000. Sifariş 46. 

 

 



 

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur. 



 

Document Outline

  • 380.pdf
    • DSC_0332
    • DSC_0333
    • DSC_0334

Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə