Müəlliflərin nəzərinə!



Yüklə 15,55 Kb.
tarix08.11.2018
ölçüsü15,55 Kb.
#79502
növüYazı

Müəlliflərin nəzərinə!
Məqalə başqa nəşrlərə təqdim olunmamış yeni nəzəri və təcrübi tədqiqatların nəticələri olub, mümkün qədər yığcam və mükəmməl redaktə olunmuş halda olmalı və elmi məqalələrin tərtibinə qoyulan tələblərə cavab verməlidir.

Ümumi göstəriş:

Məqalənin mövzusu və məzmunu jurnalın profilinə uyğun olmalı və fikirlər çox aydın yazılmalıdır.

Məqalə azərbaycan, rus və ingilis dillərində yazıla bilər. Jurnalın bir nömrəsində hər müəllifdən ikidən artıq məqalə qəbul olunmur. Məqalənin həmmüəlliflərinin sayının üçdən artıq olması arzuolunmazdır.

Məqalənin mətni komputerdə 1,5 intervalla 14 şriftlə yazılmalıdır. İlk səhifədə yuxarıdan təmiz sahə 5 sm.olmalı və sol küncdə UOT indeksi qeyd olunmalıdır. Ondan sonra isə böyük hərflərlə (18 şriftlə ) məqalənin adı, nisbətən kiçik hərflərlə (16 şriftlə) müəllifin və ya müəlliflərin adı, soyadı verilməlidir. Məqalənin əsas mətninin əvvəlində məqalənin yazıldığı dildə qısa xülasəsi kursivlə verilməlidir. Məqalənin sonunda rus və ingilis dillərində qısa xülasə və açar sözlər verilməlidir.

Məqalənin əlyazmasının bütün səhifələrində çap vərəqinin bir üzündə yuxarıdan, aşağıdan və soldan 3 sm, sağdan isə 2 sm. ayırmaqla yazılmalıdır (Yalnız birinci səhifədə yuxarıdan 5 sm ayırmalı). Azərbaycan dilində təqdim olunan məqalə Times New Azlat və Times New Romanda, rus və ingilis dillərində olan məqalələr isə Times New Romanda yazılmalıdır.

Məqalədə olan düsturlar mümkün qədər sadə olmalı, indekslər, kəsr xətləri, dərəcələr və mötərizələr aydın şəkildə göstərilməlidir.

Cədvəllər bilavasitə mətnin daxilində yerləşdirilməlidir. Mətndə və ya cədvəldə olan məlumatların təkrarlanmasına yol verilməməlidir.

Şəkillər və qrafiklər ağ-qara rəngdə 8 sm-10 sm ölçülərdən böyük olmamalıdır. Hər bir şəklin altında, cədvəlin isə üstündə onun nömrəsi və adı qeyd olunmalıdır. Şəkillərin ümumi sayı 5-dən artıq olmamalıdır.

Məqalədə istifadə olunan ölçü vahidləri beynəlxalq ölçü vahidləri sisteminə uyğun olmalıdır.

Ədəbiyyat

Məqalədə ədəbiyyatların siyahısı AAK-ın təsdiq etdiyi qaydalara uyğun gəlməlidir. Belə ki, kitablar üçün müəllifin adı, soyadı, kitabın adı, nəşriyyatın adı, nəşr yeri, ili, ümumi səhifələrinin sayı göstərilməlidir. Jurnallar üçün müəllifin adı, soyadı, mövzunun adı, jurnalın adı, nömrəsi, nəşr ili, nəşr yeri, mövzunun başlanğıc və son səhifəsi verilməlidir. Çap olunmayan işlərə istinad etməyə icazə verilmir.




Məqalənin təqdim olunması:

Məqalə, həcmi 3 səhifədən az 10 səhifədən çox olmamaq şərti ilə A4 formatda ağ kağızda çap olunmalı, səhifələnməli və redaksiyaya 2 nüsxədə təqdim olunmalıdır. Məqalə həmçinin elektron variantda CD diskində təqdim olunmalıdır.

Təqdim olunan məqaləyə aşağıdakı materiallar əlavə olunmalıdır:

Müəllifin çalışdığı yer və ya tədqiqat apardığı müəssisənin əsaslandırılmış rəyi, ekspertiza aktı və müəlliflər haqda əlavə məlumat.



QEYD : Müəlliflər özləri haqda ayrıca səhifədə aşağıdakı məlumatları göstərməlidirlər: adı, soyadı, atasının adı, elektron poçt ünvanı, telefon nömrəsi, iş yeri, elmi dərəcəsi, hansı sahə üzrə mütəxəssisdir, iş yerinin əlaqə vasitələri.

Məqalənin əlyazması və CD disk lazım olan sənədlərlə birlikdə jurnalın məsul katibinə (AzMİU, I korpus, 3-cü mərtəbə, 310-cu otaq) təqdim olunmalıdır.


Məqalənin qəbul olunması:

Redaksiya heyəti məqalədə lazımı düzəlişlər etmək və məqalənin əsas məzmununa xələl gətirməyən ixtisarlar aparmaq hüququna malikdir.

Məqalə redaksiya heyətinin müəyyən etdiyi iki rəyçiyə göndərilir. Hər iki rəy müsbət olduqda məqalə qəbul edilir. Rəylərdən biri mənfi biri müsbət olduqda məqalə üçüncü rəyçiyə göndərilir.

Məqalə yuxarıdakı tələblərə cavab verməzsə baxılmaq üçün qəbul edilmir və müəllifə geri qaytarılır.

Çap üçün məqbul sayılmayan məqalə redaksiya heyətinin göstərdiyi təlimatlardan sonra müəllif tərəfindən düzəliş edilərək sonra yenidən baxılması üçün redaksiya heyətinə təqdim oluna bilər.

Jurnalın tədqiqat sahəsinə aid olmayan məqalələr redaksiya tərəfindən qəbul olunmur.



Yazıya görə bütün məsuliyyət müəllifin üzərinə düşür.

Jurnalda dərc olunan məqalələr haqda rəy və təkliflərinizi redaksiyaya göndərə bilərsiniz.
Yüklə 15,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə