Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə7/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   2   3   4   5   6   7   8   9   10   ...   102

__________________Milli Kitabxana___________________ 

16 


 

 

 



 

 



__________________Milli Kitabxana___________________ 

17 


 

LEYLİ VƏ MƏCNUN 

 

 



 

 

4 PƏRDƏ 6 ŞƏKİLLİ OPERA 

 

 

İŞTİRAK EDİRLƏR 



 

M ə c n u n (Q e y s)--məşhur cavan ərəb. 

Ə b ü l-Q e y s--Məcnunun atası. 

Ü m m ü l-Q e y s--Məcnunun anası. 

L e y l i--Məcnunun sevgilisi. 

F ə t t a h--Leylinin atası. 

Ü m m ü l-Leyli--Leylinin anası. 

İ b n-S ə l a m--dövlətli ərəb. 

N o f ə l--sərkərdə. 

Z e y d--Məcnunun dostu. 

B i r i n c i   ə r ə b. 

İ k i n c i  ə r ə b. 

Ü ç ü n c ü  ə r ə b. 

D ö r d ü n  c ü ə r ə b. 

B e ş i n c i  ə r ə b. 

A l t ı n c ı  ə r ə b. 

Y e d d i n c i  ə r ə b. 

Ə r ə b l ə r, d ö y ü ş ç ü l ə r, u ş a q l a r. 

 

 

 



 

 

 




__________________Milli Kitabxana___________________ 

18 


 

 

BİRİNCİ PƏRDƏ 

 

Vaqe olur məktəbdən kənarə bir ç ə m ə n d ə. M ə c n u n bir kənarda durub, L e y l i 



n i n yolunu gözləyir. Pərdədən qabaq musiqi çalınır, xor və cəmi əhli-məclis "Şəbi-

hicran" havası oxuyurlar. 

 

(M u s i q i) 



 

H a m ı (xor)-- 

 

Şəbi-hicran yanar canım,(2 dəfə)  



Tökər qan çeşmi-giryanım, (2 dəfə)  

Oyadar xalqı əfqanım, (1 dəfə)  

Qara bəxtim oyanmazmı?! (2 dəfə) 

 

(M u s i q i) 



 

Güli-rüxsarına qarşu (2 dəfə)  

Gözümdən qanlı axar su, (2 dəfə)  

Həbibim, fəsli-güldür bu, (1 dəfə)  

Axar sular bulanmazmı?! (2 dəfə) 

 

PƏRDƏ 



 

(Hamı dağılır, Məcnun qalır) 

 

M u s i q i: mahur-hindi.  



 

M ə c n u n-- 

 

Yandı canım hicr ilə, vəsli-rüxi-yar istərəm,  



Dərdməndi-firqətəm, dərmani-didar istərəm.  

Bülbüli-zarəm, deyil bihudə əfqan etdiyim,  

Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm.  

 

L e y l i (gəlir, mahur-hindi üstə)-- 



 

Eşq daminə giriftar olalı zar olubam,  

Nə bəladır ki, ona böylə giriftar olubam.  

Qüdrətim yox ki, qılam kimsəyə şərhi-qəmi-dil,  

Öylə kim, arizeyi-hicr ilə bimar olubam. 



__________________Milli Kitabxana___________________ 

19 


 

 

(Musiqi şikəsteyi-fars çalır, M ə c n u n  L e y l i y ə yavuqlaşıb oxuyur).  



 

M ə c n u n-- 

 

Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı,  



Sayə tək bir yerdə durmağa qərarım qalmadı.  

Rahi-eşq içrə mənə ancaq fəna məqsud idi,  

Şükr kim, məqsudə yetdim, intizarım qalmadı. 

 

L e y l i-- 



 

Dili-zarimdə nə kim, var bilirsən, bilirəm,  

Yar, hali-dilimi zar bilirsən, bilirəm,  

Mən, nə hacət ki, qılım şərh sənə hali-dilim,  

Dili-zarimdə nə kim, var bilirsən, bilirəm, 

 

(M u s i q i: təsnif)  



 

L e y l i  v ə  M ə c n u n (bir yerdə)-- 

 

Ah eylədiyim sərvi-xuramanın üçündür, (2 dəfə)  



Qan ağladığım qönçeyi-xəndanın üçündür. (2 dəfə)  

Sərgəştəliyim kakili-mücganın ucundan, (1 dəfə)  

Aşüftəliyim zülfi-pərişanın üçündür. (1 dəfə) 

 

(M u s i q i: segah) 



 

M ə c n u n-- 

 

Payibənd oldum səri-zülfi-pərişanın görüb,  



Nitqdən düşdüm ləbi-ləli-dirəxşanın görüb.  

Oda yandım şəmvəş canım baxıb rüxsarına,  

Çərxə çəkdim dudi-dil sərvi-xuramanın görüb. 

 

L e y l i-- 



 

Könlüm açılır zülfi-pərişanını görcək,  

Nitqim tutulur qönçeyi-xəndanını görcək.  

Baxdıqca sənə qan saçılır didələrimdən,  

Bağrım dəlinir navəki-mücganını görcək. 

 

 




__________________Milli Kitabxana___________________ 

20 


 

(M u s i q i: segah) 

 

M ə c n u n-- 



 

Qəddin həlakiyəm, düşə bilməm əyaqinə,  

Bir eşqə düşmüşəm ki, bulunmaz nəhayəti.  

Bildim təriqi-eşq xətərnakdır, vəli  

Mən dönməzəm bu yoldan, ölüm olsa qayəti. 

 

L e y l i-- 



 

Ey hər təkəllümüm xəti-səbzin hekayəti,  

Virdim həmişə məshəfi-rüxsarın ayəti,  

Mən kim, səni görəndə gedir əldən ixtiyar,  

Gəlməz bəyanə möhnəti-eşqin şikayəti

 

(Bu halda q ı z l a r  L e y l i y ə tərəf gəlib oxuyurlar). 



 

(M u s i q i)  

 

Q ı z l a r-- 



 

Nagah olur, Leyli, atan agah (2 dəfə) 

Kim, qeyrilə aşina olubsan, ay Leyli! (2 dəfə) 

 

(M u s i q i) 



 

Layiq deyil, Leyli, sənə bu üslub, (2 dəfə)  

Yaxşı nəzər eyləsən yamandır, Leyli! (2 dəfə) 

 

(M u s i q i) 



 

(L e y l i n i aparırlar, M ə c n u n tək qalıb, bikef oturur. Bu halda M ə c n u n u n  a t 

a s ı gəlir).  

 

M ə c n u n u n  a t a s ı (çahargah üstə)-- 



 

Ey bülbüli-bustani-bidad!  

Hali-dilini mənə bəyan et,  

Əsrari-nəhanini əyan et.  

Kim aldı əlindən ixtiyarın?  



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə