Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər



Yüklə 339,2 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix20.09.2017
ölçüsü339,2 Kb.
#933
1   2   3   4   5   6   7   8   9   10   11

58 

 

 



Oyunçuların ikinci üçlüyünün təqdimatı. 

   


 

 

 



III Tur 

 

Bu  süd  məhsulu  demək  olar  ki,  bütün  müalicəvi 



menyularda  vardır.  Süd  zülalının  və  südün  dgər  tərkib 

hissələrinin konsentratı hər yaşdan olan insanlara faydalıdır. 

Biz  zülalın  həyatımızda  nə  qədər  vacib  olduğunu  bilirik: 

orqanizmin  bütün  hüceyrələri,  fermentlər,  immun  cisimləri 

onlardan  təşkil  olunur.  Vərəm,  sümük  sınıqlarında,  raxitdə 

və digər xəstəliklərdə bu məhsul əvəzedilməzdir. Bu faydalı 

və  dadlı  məhsul  ürək,  böyrək  xəstəliklərində  də  faydalıdır. 

Onun adını deyin. 

 

 

 



KƏSMİK 

 

 



 

 

III Seçmə tur 

 

Aparıcı:  Bizim  orqanizmimizə  südün  faydasını  tapmacalar 

vasitəsilə tapın. Üçüncü oyunçü üçlüyünü seçək.  

 

1.

 



Onları  nə  əkmirlər,  nə  səpmirlər.  Onlar  özləri 

yetişir. (Saçlar). 

2.

 

İki göl ətrafında qamış bitir (Kirpiklər). 



3.

 

Biz  yeyirik  –  onlar  işləyir.  Biz  yemirik  –  onlar 



dincəlir.  Biz  onları  təmizləmirik  –  onlar  xəstələnir 

(Dişlər). 

 

Üçüncü oyunçü üçlüyünün təqdimatı. 



    


59 

 

III Tur 

 

Tapşırıq:  Bu  məhsulda  çoxlu  yağ  var,  ona  görə  də  onu 



iştahsız  və  həzmi  pis  olan,  qanazlığından  əziyyət  çəkən 

xəstələrə  məsləhət  görürlər.  Onda  A  və  E  vitaminləri, 

həmçinin  B  qrupundan  bəzi  vitaminlər  var.  Onun  adını 

deyin. 


 

 

 



 

XAMA 


 

Tamaşaçılarla  oyun:  Bu,  qatığın  bir  növüdür.  Onun 

mayasının  tərkibinə  iki  müxtəlif  süd  turşusu  bakteriyaları 

daxildir: bolqar çöpü və termofik streptokkok. Bu məhsulun 

vətəni  –  Bolqarıstandır.  Deyirlər  ki,  məhz  bu  məhsulu  çox 

istifadə  edən  bolqarlar  100  yaşa  kimi  yaşayırlar.  Bu 

məhsulun adını deyin. 

 

 



 

 

YOQURT 



 

 

Final. 



Finalçıların təqdim olunması.  

Tapşırıq:  Çiy  süd  turşumasın  deyə,  biz  onu  qaynadırıq. 

Qaynatdığımız zaman isə bir çox faydalı maddələr dağılır və 

südün  dadı  dəyişilir.  Çiy  və  qaynadılmış  südün  dadını 

müqayisə  edin.  Südün  xarab  olmasına  səbəb  olan 

mikrobların südə zərər vurmadan xaric edilməsi üçün böyük 

fransız  alimi  Lui  Paster  çox  ağıllı  bir  üsul  təklif  etmişdir. 

Süd 20 saniyə ərzində 78 dərəcəyədək qızdırılır. Bu zaman 

99,9%  mikroblar  məhv  olur.  Qalanları  isə  zərərsiz  olur, 

südün  faydalı  xüsusiyyətləri  isə  qorunub  saxlanılır.  Südün 




60 

 

faydalı  xüsusiyyətlərinin  saxlanmasının  bu  üsulunun  adını 



deyin. 

 

 



 

PASTERİZASİYA 

 

Superoyun: 



Tapşırıq:  İnək  yağı  təmiz  yağ  hesab  olunur.  Onda  zülal 

yoxdur. Kərə yağı görmə üçün çox vacib olan A vitamini ilə 

zəngindir.  Çörəyi  yağla  birləşdirməyi  ilk  dəfə  polşalı  alim 

düşünmüşdür. O  yalnız astronom  yox, həm  də həkim olub. 

Bu alim xəstələrə üzərinə kərə  yağı çəkilmiş çörək verməyi 

tövsiyə  edib.  Çünki,  o  vaxtlar  Polşada  yayılmış  taun 

xəstəliyində yağ çəkilmiş çörəyi yaxşı dərman hesab edirdi. 

Doğrudur, bu üsul taundan xilas etmədi,  lakin çörəklə  kərə 

yağının uğurlu birləşməsi insanların çox xoşuna gəldi və bu 

gün  də  onlar  yağ-çörək  yeməkdə  davam  edir.  Bu  alimin 

adını deyin. 

 

 



 

KOPERNİK 

 

Aparici:  Ümid  edirəm  ki,  südün  nə  qədər  möcüzəli  nemət 

olduğunu anladınız. Onda orqanizmin inkişafı və sağlamlığı 

üçün vacib olan çoxlu vitaminlər, qiymətli mikroelementlər, 

zülal var. Onların bəziləri zərərli mikrobları saxlayır ki,  bu 

da  xəstəliklərin  inkişafının  qarşısını  alır.  Sağlam  olmaq 

istəyirsinizsə,  süd  için!  Süd  və  süd  məhsulları  çox 

faydalıdır. Onlar həm də çox ləzzətlidir. 

 

 



 

 

 



   

 

 




61 

 

 



 

   Beynəlxalq Şokolad Günü  

 

 



Hər  il  iyulun  11-də  dünyanın  şokoladsevərləri 

Ümumdünya  Şokolad  Gününü  qeyd  edirlər  (World 

Chocolate Day). Bu gün ilk dəfə 1995-ci ildə Fransada qeyd 

edilib.  Tez  bir  zamanda  məşhurluq  qazanaraq,  Almaniya, 

İtaliya,  İsveçrə  və  digər  Avropa  ölkələrində,  eləcə  də 

Avropadan  kənarda  keçirilməyə  başlanılıb.  Şokoladın  və 

şokolad ağacının vətəni Mərkəzi və Cənubi Amerikadır.  

Belə  hesab  olunur  ki,  ilk  dəfə  şokoladı  asteklər 

hazırlayıblar və  “şokolad” astek sözü olub  mənası  “acı  su” 

kimi  tərcümə  olunur.  Onu  “Tanrıların  qidası”  hesab 

edirmişlər.  Avropada  “qara  qızıl”  kimi  tanınması  isə 

ispanlara məxsusdur. Şokoladın tarixi 3000 il əvvəlki dövrə 

aid  edilən  nemətlər  sırasına  daxildir.  Təxminən  bizim 

eramızdan  1500  il  əvvəl  Meksika  körfəzi  sahillərində 

yerləşən  Amerikada  yeni  sivilizasiya  meydana  gəldi. 

Onların  mədəniyyətlərindən  bizə  çox  az  məqamlar 

məlumdur.  Yalnız  irəli  sürülən  fikirlərə  əsasən,  məhz 

“kakao” sözü ilk dəfə onlar tərəfindən dildə “kakava” kimi 

tələffüz edilərək, meydana gəlib.  

Dünyada  sevgi  rəmzi  kimi  tanınan  ilk  şirniyyat 

şokoladdır.  Şokoladın  tərkibindəki  fenamin  maddəsi, 

insanda  sevgi  hissi  yaradır.  Şokolad  A,  B,  C,  D,  E 

vitaminləri,  kalium,  kalsium  və  natriumla  zəngindir.  Gün 

ərzində iki şokolad yemək, arterial təzyiqin aşağı düşməsinə 

səbəb  olur.  Kakao  və  şokolad  antiseptik  xüsusiyyətlərə 

malik olub, dişləri də bir çox zərərlərdən qoruyur. Dünyada 




62 

 

ən  çox  şokolad  yeyən  ölkə  sakinləri  İsveçrədədir.  Belə  ki, 



hesablamalara  əsasən  hər  sakinə  il  ərzində  10  kq  şokolad 

düşür.  


Şokoladın  müxtəlif  çeşidləri  var:  qara,  ağ,  südlü, 

müxtəlif  əlavələrlə  və  s.  O,  həm  də  müxtəlif  desertlərin, 

şirniyyatların  əsas  komponentlərindəndir.  Bu  qida  məhsulu 

müasir  insanın  rasionuna  möhkəm  şəkildə  daxil  olmuşdur. 

Şokolad sualtında işləyənlərin, kosmonavtların, alpinistlərin 

qidasına mütləq daxil olunur.  

Şübhəsiz  ki,  şokoladı  ən  çox  sevənlər  həm  də 

uşaqlardır. Bu əlamətdar günlə bağlı kitabxanalarda və təhsil 

müəssisələrində maraqlı tədbirlər təşkil etmək olar.  

“Biz  şokoladı  sevirik”  adlı  bayram  tədbiri  təşkil 

olunur.  Kitabxanaçı  uşaqlara  şokoladın  mənşəyi,  istehsalı, 

bu bayramın yaranması haqqında məlumat verir. Daha sonra 

şokolad haqqında maraqlı faktların yer aldığı slayd nümayiş 

olunur.  Slaydda  şokolad  haqqında  az  bilinən  faktlar 

rəngarəng şəkillərin müşayiəti ilə oxuculara təqdim olunur: 

1.

 



Şokolada  qoyulmuş  ilk  heykəl  1  iyul  2009-cu 

ildə  RF,  Vladimir  vilayətinin    Pokrov  şəhərində 

açılmışdır. 



63 

 

 



 

2.

 



Şokolad  haqqında  ilk  kitab1609-cu  ildə 

Meksikada  meydana  gəlmişdir.  O,  “Libro  en  el 



cual se trata del chokolate” – “Şokolad haqında 

hər 


şeyin 

olduğu 


kitab” 

adlanırdı. 

  

 



64 

 

3.



 

Coan  Xerrisin  “Şokolad”  romanı  əsasında 

rejissor  Lasse  Xalstrom  eyniadlı  film  çəkmişdir. 

Filmdə baş rollarda Jülyet Binoş, Conni Depp və 

Cudi Denç oynamışlar. 

 

 



 

 



65 

 

 



 

 

 



4.

 

Uşaqlar üçün məşhur ingilis yazıçısı Roald Dalın 



“Çarli  və  şokolad”  fabriki  adlı  povesti  çox 

maraqlıdır.  Bu  maraqlı  povest  yoxsul  ailədən 

olan  Çarli  Baket  adlı  oğlanın  hamı  və  özü  üçün 

də  təəccüblü  şəkildə  Villi  Vonk  adlı  qeyri-adi 

xasiyyətli  şokolad  maqnatının  varisi  olmasından 

və onun macəralarından bəhs edir.   

5.

 

Hər  il  İtaliyanın  Peruca  şəhərində  Şokolad 



festivalı keçirilir.  

6.

 



Almaniyanın  Baden-Baden  şəhərinin  45  km-

liyində  Şokolandiya  adlı  “ölkə”  yaranıb.  Parkda 

qurulan  bu  nağıl-şəhərdə  hər  gün  əsl  şokolad 



66 

 

şouları  qurulur.  Burada  hər  il  3  milyondan  çox 



insan qonaq olur. 

7.

 



Şokoladdan  moda  nümayişlərində  də  istifadə 

olunur. 


Parisdə, 

Nyu-Yorkda 

dizaynerlər 

şokoladdan  hazırlanmış  əl  işlərini  nümayiş 

etdirmişlər. 

 

 



Beynəlxalq Nöqtə Günü 

 

15  sentyabr  Beynəlxalq  Nöqtə  Günü  kimi  qeyd  olunur. 

Həmin gün hər bir insan, böyük də, uşaq da özünün istedadlı 

və  bənzərsiz  olduğuna  inanmağa  borcludur.  Bu  bayramın 

tarixi  ingilis  rəssamı  Piter  Q.Reynoldsun  2003-cü  ildə 

yazdığı “Nöqtə” kitabı ilə bağlıdır. Bu kitabda şəkil çəkməyi 

bacarmayan  balaca  qız  haqqında  danışılır.  Daha  doğrusu, 

ona  elə  gəlir  ki,  şəkil  çəkə  bilmir.  Rəsm  dərsində  Vaşti 

sadəcə  nöqtələyirdi.  Lakin  Vaştinin  müəlliməsi  ondan 

çəkdiyi  nöqtənin  altına  imzasını  qoymasını  xahiş  edir  və 

həmin  kağızı  gözəl  çərçivəyə  salaraq  divardan  asır.  “Mən 

daha  yaxşı  çəkə  bilərəm”  –  deyə  Vaşti  qərara  gəlir  və 

məlum olur ki, bu döğrudan da belədir.  

“Nöqtə”  kitabı  çoxlu  mükafatlar  alır,  Çikaqo 

kitabxanasının  versiyası  üzrə  ilin  kitabı  seçilir  və  bir  çox 

dillərə  tərcümə  olunur.  2009-cu  ildə  müəllim  Terri  Şey  ilk 

dəfə  Nöqtə  Gününü  qeyd  edir.    O  gündən  başlayaraq 

Beynəlxalq Nöqtə Günü hər il qeyd olunur.  

Nöqtə  qoymaq  cümləyə,  fikrə,  hər  hansı  bir  şeyə  son 

vermək  deməkdir.  Bu  bayramın  məğzi  ondan  ibarətdir  ki, 




67 

 

nöqtə  bir  çox  işlərin,  hadisələrin,  sürprizlərin,  kəşflərin 



başlanğıcı ola bilər. Balaca Vişnunun həyatındakı kimi...  

Bu  günün  ən  böyük  əhəmiyyəti  insanlarda,  xüsusilə 

uşaqlarda  öz  bacarıqlarına,  istedadlarına  inam  hissi 

yaratmaqdır.  Hər  kəsin  məhz  bu  gündə  kiçik  bir  nöqtədən, 

öz  nöqtəsindən  böyük  işlərə  başlaya  biləcəyini  simvolizə 

edir.  


Kitabxanalarda  Beynəlxalq  Nöqtə  günü  ilə  bağlı 

rəsm müsabiqəsi keçirilə bilər. Bunun üçün uşaqlara onların 

hər  birinin  öz  nöqtələrini  çəkmələri  tapşırılır.  Bu  nöqtələr 

adi  nöqtələr  olmur.  Balacalar  onları  öz  fantaziyalarına 

uyğun  şəkildə  bəzəyə,  bu  nöqtələri  istədikləri  şəkildə  çəkə 

bilərlər. 

 

 

Müxtəlif nöqtə şəkillərinin sərgisi: 



 

Kitabxanalarda  uşaqlarla  durğu  işarələri  haqqında 

sual-cavab  gecəsi  keçirmək  olar.  Öncə  kitabxanaçı  durğu 



68 

 

işarələri,  onların  rolu  və  əhəmiyyəti  haqqında  uşaqlara 



qısaca  məlumat  verir.  Daha  sonra  müxtəlif  durğu 

işarələrinin şəklini göstərərək, onların nəyə yaradığını, hansı 

hallarda işləndiyini uşaqlardan soruşur.  

 

Beynəlxalq Dəniz Günü  



 

Ümumdünya  Dəniz  Günü  BMT-nin  təşəbbüsü  ilə 

qeyd olunur  (sentyabr ayının axırıncı həftəsi). 1978-ci ildən 

Beynəlxalq  Dəniz  Təşkilatı  (BDT)  “Ümumdünya  Dəniz 

Günü”nü  qeyd  edir.  1977-ci  ilin  noyabrında  keçirilmiş 

Hökumətlərarası  Dəniz  Təşkilatı  Assambleyasının  10-cu 

sessiyasında qərara alınmış Ümumdünya Dəniz Günü 1978-

ci  ildən  qeyd  olunur.  1980-ci  ilə  kimi  bu  gün  17  martda 

qeyd olunurdu.  

Bu  günün  tarixi  hər  bir  dövlət  üçün  həmin  ölkənin 

Beynəlxalq  Təşkilatdakı  üzvləri  tərəfindən  təyin  olunur. 

Azərbaycanda isə bu tarix 29 sentyabra təsadüf edir. Bu gün 

ictimaiyyətin  diqqəti  gəmiçiliyə  və  dənizlərin  mühafizəsinə 

cəlb  olunur.  Bu  bayramın  keçirilməsinin  məqsədi  bütün 

dünyada  ictimaiyyətin,  hökumət  və  özəl  strukturların 

diqqətini dənizlərin və onların bioresurslarının qorunmasına 

cəlb  etməkdir.  Ənənəvi  olaraq,  Dəniz  Günü  dənizlərin  və 

okeanların  insanlar  üçün  əhəmiyyətindən,  sualtı  dünya 

sərvətlərindən  və  həmçinin  hər  bir  Yer  planeti  sakininin 

onun  qorunması  üçün  nə  edə  biləcəyindən  bəhs  edən 

müsabiqə,  festival  formasında  keçirilir.  Adətən  ictimai 

təşkilatlar  bu  bayramı  dənizlərin  qorunması,  çimərliklərin 

təmizlənməsi  üçün  mitinqlərin  və  yürüşlərin  keçirilməsi  ilə 

qeyd edirlər.  




69 

 

Beynəlxalq  Dəniz  Günü  ilə  əlaqədar  kitab  sərgisi 



qurulmalıdır.  Sərgini  aşağıdakı  başlıqlar  altında  qurmaq 

olar: “Mənə dəniz verin, o tənha qalıb”, “Dənizdə bir aləm 

olur,  günəş  qalxanda  sulardan”,  “Dəniz  ləpəsiz  olmaz”, 

“Mən  bilmirəm  hansı  gündür  dənizin  ad  günü,  Odur  ki, 

təbrikə gəlirəm, ömrün hər günü” və s.  

Kitab sərgisi:

 

 

 

 



70 

 

Dəniz  günü  ilə  bağlı  uşaqlar  arasında  viktorina  keçirmək 



olar.  Viktorina  üçün  əyləncəli  sualları  və  onlara  cavabları 

təqdim edirik: 

1.

 

Dənizlərin tufanı ( köpəkbalığı) 



2.

 

Dənizlərin otu ( yosunlar) 



3.

 

Müqəddəs dəniz (Baykal dənizi) 



4.

 

Adları rənglərdən ibarət olan dənizlər (Ağ, Qara, 



Sarı və Qırmızı dənizlər) 

5.

 



Daş adı ilə adlandırılan dəniz (Mərmərə dənizi) 

6.

 



Dünyadakı ən böyük dəniz  (Filippin dənizi) 

7.

 



Dünyadakı ən kiçik dəniz  (Azov dənizi) 

8.

 



Dünyadak  ən  duzlu  dəniz  (  Ölü  dəniz  (İsrail) 

Assal  gölündən  (Cibuti,  Afrika)  dünyadakı  ən 

duzlu su hövzəsidir) 

Dəniz günündə dənizə həsr olunmuş şeir müsabiqəsi 

keçirmək  olar.  Tədbiri  aparıcı  giriş  sözü  ilə  açır  və 

ölkəmizin  sərvətlərindən  biri  olan  Xəzər  dənizi  haqqında 

ümumi  məlumat  verir.  Daha  sonra  ədəbiyytamızda? 

poeziyamızda  dəniz  mövzusuna,  Xəzərə  həsr  olunmuş 

əsərlərdən, mahnılardan söhbət açır. Xalq şairi Rəsul Rzanın 

dənizə həsr olunmuş  şeiri təqdim olunur: 

Göydə bulud oynayanda, 

Həm o yanda, həm bu yanda,  

 

Dalğaların qaynayanda, 



Mən sənə heyranam, dəniz! 

 

Havanın sərxoşluğunda, 



Aydınlığın xoşluğunda, 

Gecələrin boşluğunda 

Nə gözəlsən, sonam dəniz! 



71 

 

Duyğu coşub, ürək dolub, 



Könül eşqinlə qovrulub. 

Nə xoşdur bir fanar olub 

Yollarında yanam, dəniz! 

 

Mən çoxdan vurğunam sənə 



Böyük arzum budur yenə: 

Dönüm bir göy göyərçinə 

Sahilinə qonam, dəniz! 

 

Mən səndən olmaram bezar 



Mənim böyük bir eşqim var. 

Sənətkar duyduğun yazar 

Anam dəniz! Anam dəniz! 

 

Tədbirdə iştirak edən oxucular, məktəblilər də dəniz 



mövzusunda şeirlər səsləndirirlər.  

 

Beynəlxalq Cizgi Filmləri Günü  



 

Beynəlxalq  Cizgi  Filmləri  Günü  (İnternational 

Animation 

Day), 


2002-ci 

ildə 


ilk 

cizgi 


filmləri 

texnologiyasının  ictimaiyyətə  təqdimatının  110  illiyi 

münasibətilə 

Beynəlxalq 

Animasiya 

Kinosu 


Assosiasiyasının  (The  İnternational  Animated  Film 

Association,  ASİFA)  Fransa  şöbəsinin  təşəbbüsü  ilə  təsis 

olunub və hər il oktyabrın 28-də qeyd olunur. Bu əlamətdar 

gündə  -  28  oktyabr  1892-ci  ildə  Parisdə  rəssam  və  ixtiraçı 

Emil  Reyno  tamaşaçıları  yeni,  o  zamana  qədər  heç  kimi 

görmədiyi  tamaşaya  –  “optik  teatra”  dəvət  edir.  İstedadlı 




72 

 

ixtiraçı  özünün  hərəkət  edən  şəkilləri  nümayiş  etdirən 



praksinoskop  aparatını  ilk  dəfə  açıq  şəkildə  nümayiş 

etdirmişdir.  Biz  indi  bu  hadisəni  müasir  cizgi  filmlərinin 

timsalı adlandırardıq və məhz bu tarix hal-hazırda animasiya 

kinosu dövrünün başlanğıcı hesab olunur. Bir çox ölkələrdə 

bayram tədbirləri təyin olunmuş vaxtdan bir neçə gün əvvəl 

başlayır.  Beynəlxalq  Cizgi  Filmləri  Günü  öncəsi  dünyanın 

hər  yerindən  animasiya  kinosu  peşəkarları  və  həvəskarları 

öz  filmlərinin  proqramlarını  bir-birləri  ilə  bölüşür  və  bu 

hadisəni  bütün  il  gözləyən  tamaşaçılar  üçün  əsərlərinin  ilk 

nümayişini  təşkil  edirlər.  Hal-hazırda  cizgi  filmlərinin  belə 

seansları artıq dünyanın 104 ölkəsində keçirilir. 

Beynəlxalq  Cizgi  Filmləri  Günü  münasibətilə 

kitabxanada  “Cizgi  filmlərinin  sehrli  dünyası”  adlı  sərgi 

təşkil  etmək  olar.  Sərgidə  milli,  sovet  və  Disney  cizgi 

filmlərinin  qəhrəmanlarının  şəkilləri,  disklər,  cizgi  filmləri 

haqqında  kitab  və  broşuralar  nümayiş  olunur.  Daha  sonra 

milli 

cizgi 


filmlərinin 

nümayişini 

keçirmək 

məqsədəuyğundur.  Bu  təbdbir  bir  həftə  müddətində  davam 

edə bilər. Öncə kitabxanaçı cizgi filmlərinin, daha sonra isə 

milli cizgi filmlərimizin yaranma və inkişaf tarixi haqqında 

qısaca məlumat verir.  

Uşaqlar  arasında  cizgi  filmləri  ilə  bağlı  viktorinalar, 

sual-cavablar  keçirmək  olar.  Bu  viktorinalarda  onlara 

sevimli cizgi film qəhrəmanları, cizgi filmlərinin musiqiləri, 

cizgi  filmləri  kimi  hazırlanmış  nağıllar,  bədii  əsərlər  və  s. 

haqqında suallar verilir. 

 

 

 




73 

 

İstifadə olunmuş ədəbiyyat:  

 

2016-cı il üçün əlamətdar və tarixi günlər təqvimi 



İnternet səhifələrində : www. google.com 

 

 



Yüklə 339,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə