Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər



Yüklə 339,2 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix20.09.2017
ölçüsü339,2 Kb.
#933
1   2   3   4   5   6   7   8   9   10   11

21 

 

alman  yazıçısı  Yella  Lepman  irəli  sürmüşdür.  1967-ci  ildə 



Beynəlxalq  Uşaq  Kitabları  Şurası  tərəfindən  Danimarka 

yazıçısı,  uşaqların  sevimlisi  H.X.Andersenin  dünyaya 

gəldiyi  gün  –  aprelin  2-si  Beynəlxalq  Uşaq  Kitabı  Günü 

kimi  təsis  edilmişdir.  Bu  tarix  cəmiyyətin  diqqətini  uşaq 

ədəbiyyatına,  onun  problemlərinə  cəlb  etmək  üçün  təsis 

edilmişdir. F.Köçərli adına Respublika Uşaq Kitabxanası da 

2012-ci  ildən  Beynəlxalq  Uşaq  Kitabı  Şurasının  (İBBY) 

üzvüdür.  Kitabxana  hər  il  Milli  Uşaq  Kitabı  Sərgisi  təşkil 

etməklə  Azərbaycanda  çap  olunan  uşaq  ədəbiyyatı 

nümunələri ilə oxucuları tanış edir.  

Bu  əlamətdar  günlə  bağlı  uşaq  kitabxanalarında 

tədbirlərin keçirilməsi çox vacibdir.    

 

Hər  şeydən  əvvəl  kitabxanada  Beynəlxalq  Uşaq 



Ədəbiyyatı Günü ilə əlaqədar sərgi təşkil olunmalıdır. Sərgi 

üçün  başlıq  nümunələrini    təqdim  edirik:  “Uşaqlar  üçün 

yazmaq,  gələcəyin  insanını  tərbiyə  etmək  deməkdir”; 

“Kamil  vətəndaş  yetişdirməyin  birinci  şərti  yaxşı  uşaq 

ədəbiyyatının  mütaliəsidir”;  “Bir  uşağa  kitab  almaq,  

zülmətdə  bir  şam  yandırmaqdır.  Bir  uşağı  oxutmaq, 

gələcəyə  günəş  yollamaqdır”;  “Çörək  bədəni,  kitab  ağılı 

qidalandırır”;  “Kitab  ən  yaxşı  dostdur”.  Sərgidə  görkəmli 

Azərbaycan, rus, dünya yazıçılarının uşaqlar üçün yazdıqları 

əsərlərini  nümayiş  etdirmək  lazımdır.  Bundan  başqa, 

görkəmli  şəxsiyyətlərin  uşaq  ədəbiyyatı,  uşaq  mütaliəsi 

haqqında  söylədikləri  sitatlardan,  aforizmlərdən  istifadə 

etmək lazımdır. Aşağıda belə nümunələr verilir: 

 

 



 


22 

 

Ən faydalı kitablar, düşünməyə məcbur edənlərdir. 



 

 

 



 

 

T.Parker 



 

 

 



 

 

Amerika yazıçısı 



 

Hər  şeyi  oxumaq  lazım  deyil,  yalnız  ruhunda  yaranmış 

suallara cavab verən kitabları oxumaq lazımdır. 

 

 



 

 

 



L.N.Tolstoy 

 

 



 

 

 



rus yazıçısı 

 

Düşünmədən oxumaq həzm etmədən yeməyə bənzəyir. 



 

 

 



 

 

E.Bork 



 

 

 



 

 

yazıçı, filosof 



Yaxşı  yazan  müəllifləri  oxumaqla  yaxşı  danışmaq  vərdişi 

qazanırsan. 

 

 

 



 

 

Volter 



fransız yazıçısı, şair, filosof 

 

Uşaqlara nəsihət verməkdənsə, kitab oxuyun. 



 

 

 



 

 

Q.Oster 



 

 

 



 

 

rus yazıçısı 



 

Kitab  –  ödəniş  və  minnətdarlıq  gözləməyən  müəllimdir. 

Onunla hər dəqiqə, sizə müdrikliyin kəşfini verəcəkdir. 

 

 



 

 

 



Ə.Nəvai 

 

 



 

 

 



özbək şairi   

 

Sərgidə  aşağıdakı  kitabların  nümayiş  olunması 



məqsədəuyğundur: 


23 

 

 



 

 

 



 

 



24 

 

 



 

 

 



 

 

 



  

 



25 

 

 



 

 

 



 

 

 



 

 



26 

 

 



Beynəlxalq  Uşaq  Kitabı  Günü  münasibəti  ilə 

kitabxanalarda 

oxucular  arasında  sual-cavab  gecəsi 

keçirmək  məqsədəuyğundur.  Bununla  həm  uşaqların  milli 

və  dünya  uşaq  yazıçılarını  nə  qədər  yaxşı  tanıdıqlarını 

aşkara  çıxarmaq,  həm  də  onları  bu  sahədə  daha  da 

maarifləndirmək 

olar. 


Sual-cavab 

gecəsində 

balaca 

oxuculara ünvanlandırılacaq sualları təqdim edirik: 



Kitabxanaçı:  Uşaqlar,  Azərbaycan  uşaq  yazıçılarından 

kimləri tanıyırsınız? 



I Oxucu: Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Soltan 

Məcid  Qənizadə,  Mirzə  Ələkbər  Sabir,  Abbas  Səhhət, 

Süleyman Sani Axundov, Abdulla Şaiq.. 

II Oxucu: Mikayıl Rzaquluzadə, Mir Mehdi Seyidzadə, Mir 

Cəlal  Paşayev,  Mirvarid  Dilbazi,  Qılman  İlkin,  Hikmət 

Ziya,  Zahid  Xəlil,  Tofiq  Mahmud,  Məmməd  Aslan,  Rafiq 

Yusifoğlu, Zeynal Cabbarzadə, İlyas Tapdıq, Teymur Elçin, 

Xanımana Əlibəyli... 



27 

 

Kitabxanaçı:  Başqa  xalqların  uşaq  yazıçılarından  kimlərin 

əsərlərini oxumusunuz? 

I  Oxucu:  A.S.Puşkin,  Ş.Perro,  V.Qauf,  H.X.Andersen, 

Qrimm  qardaşları,  D.Defo,  A.Lindqren,  L.Kerroll, 

K.S.Lyuis,  N.Ostrovski,    K.Çukovski,  S.Marşak,  A.Barto, 

V.Draqunski, A.Qaydar, N.Nosov və başqaları. 



Kitabxanaçı:  Uşaq  ədəbiyyatını  mütaliə  edərkən,  hansı 

janrlarda  yazılmış  əsərlərə  üstünlük  verirsiniz:  nağıl, 

fantastika, şeir, yoxsa nəsr? 

I  Oxucu:  Mən  nağıl  janrında  olan  əsərləri  həvəslə 

oxuyuram.  Məsələn:  Şarl  Perronun  “Yatmış  gözəl”, 

“Küllücə”,  Qrimm  qardaşlarının  “Ağca”,  “Bremen 

musiqiçiləri”,  “Rapunzel”,  H.X.Andersenin  “Çirkin  ördək 

balası”, “Düyməcik”, “Qalay əsgərcik”, “Qar kraliçası” və s. 

əsərlər. 



Kitabxanaçı:  Milli  uşaq  yazıçılarımızın  hansı  əsərlərini 

sevirsiniz? 



I  Oxucu:  Cəlil  Məmmədquluzadənin  “İki  alma”,  Tağı 

Şahbazi  Simurğun  “Qayçı”  hekayələri,  Süleyman  Sani 

Axundovun  “Qorxulu  nağıllar”ı,    Abbas  Səhhətin  “Vətən”, 

“Quşlar”  şeirləri,  Abdulla  Şaiqin  “Nüşabə”,  “Sehrli  üzük”, 

“Zalım  padşah  və  əkinçi”,  “Ovçu  Məstan”  poemaları, 

“Şələquyruq”, “İgid uşaq”, “Sümsü” və s. hekayələri... 



II  Oxucu:  M.Seyidzadənin  “Nərgiz”,  “Ayaz”,  “Ata 

məhəbbəti”,  “Cırtdan”,  S.Vurğunun    “Ayın  əfsanəsi”, 

“Aslan qayası”, M.Rzaquluzadənin “El gücü”, “Dəli ozan”, 

“Yaralı göyərçin” əsərləri, M.Dilbazinin “”Reyhan”, “Xeyir 

və Şər” poemaları.. 



Yüklə 339,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə