Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər



Yüklə 339,2 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix20.09.2017
ölçüsü339,2 Kb.
#933
1   2   3   4   5   6   7   8   9   10   11

39 

 

kitabxana olduğu üçün məhz kitabxananın özünə həsr etmək 



olar.  Belə  ki,  kitabxananın  girişində  sərgi  təşkil  etmək,  bu 

sərgidə  kitabxananın  keçmişini,  fəaliyyətini,  bu  gününü, 

kitabxanada  görülən  işləri  əks  etdirən  və  şəkillərlə 

bəzədilmiş bukletlər qoymaq məqsədəuyğundur. Daha sonra 

kitabxananın  xidmət  şöbəsinin işçilərinin şəkilləri  və adları 

olan lövhə və onun  yanında rəylərin  yazılması üçün xüsusi 

dəftərçə  və  qələm  qoyulur.  Balaca  oxucular  və  onların 

valideynləri,  məktəblilər,  yeniyetmələr  öz  rəylərini  burada 

qeyd edirlər. Sonda rəylər ümumiləşdirilir və oxucuların ən 

çox  sevdiyi  kitabxanaçı  seçilir.  Daha  sonra  oxucuların 

sevimli  kitabxanaçıları  ilə  görüşü  təşkil  olunur.  Görüşdə 

kitabxanaçı oxucuları maraqlandıran suallara cavab verir və 

öz işi haqqında danışır.  

 

                   ÜMUMDÜNYA YER GÜNÜ 



 

Beynəlxalq Yer Kürəsi Günü və ya “Ağac Günü”nün 

keçirilmə tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir. Senator 

Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramın qeyd 

edilməsində  məqsəd  insanların  diqqətini  ətraf  mühitin 

çirkləndirilməsi  və  canlı  aləmin  qorunub  saxlanması 

problemlərinə cəlb etmək idi.  

Yer  Kürəsi  Günü  ilk  dəfə  1970-ci  il  aprelin  22-də 

qeyd  olundu.  20  milyona  yaxın  amerikalı  müxtəlif 

tədbirlərdə  iştirak  edərək  hökuməti  ekoloji  problemləri  həll 

etməyə  çağırdı.  Həmin  vaxtdan  etibarən  başlanan  kütləvi 

ekoloji  hərəkat  təbii  ehtiyatların  qorunmasına  və  sənaye 

istehsalı üzərində ekoloji nəzarətlə istiqamətləndi. Məhz XX 

əsrin  70-ci  illərindən  etibarən  şirkətlər  ətraf  aləmin 




40 

 

mühafizəsinə  nə  qədər  vəsait  ayırmaları  barədə  rəsmi 



məlumat verməyə başladılar.  

Azərbaycanda  Ümumdünya  yer  günü.  2003-cü 

ildə  Azərbaycan  Prezidentinin  sərəncamı  ilə  Bakı  şəhərinin 

Qaradağ rayonu, Salyan və Neftçala rayonlarını  əhatə edən 

Şirvan Milli Parkı, Ağcabədi və Beyləqan rayonlarını əhatə 

edən Ağ-Göl Milli Parkı yaradılmışdır.  

Bu  əlamətdar  günün  kitabxanalarda  və  təhsil 

müəssisələrində qeyd olunması çox əhəmiyyətlidir. Belə ki, 

yetişməkdə olan məktəbliləri ekologiya məsələləri haqqında 

maarifləndirmək,  onlarda  yaşadığımız  planetə,  anamız 

təbiətə  məhəbbət  hissi,  onu  qorumaq  lazım  olduğunu 

aşılamaq lazımdır.  

Bu günlə bağlı ilk növbədə kitabxanalarda sərgilərin 

təşkil  olunması  məqsədəuyğundur.  Sərgi  aşağıdakı  adlarla 

qurula  bilər:  “Yer  kürəsi  –  bizim  ümumi  evimizdir”,  “Yer 

kürəsini dövr etməyə vadar edən qüvvə - sevgidir”, “Səssiz 

kainatın  ən  qurtaracağında  gözəl  melodiyaların  səsləndiyi 

planet  var.  Bu  -  bizim  Yer  planetidir”,  “Yer  kürəsi  –  bəşər 

övladının yeganə məskənidir”. 

 

 

 



 

 

 

 

 

 

 


41 

 

Kitab sərgisi: 



 

 

 

 

 

 


42 

 

 



 

 

 

 

 

 

 


43 

 

Beynəlxalq  Yer  Günü  ilə  bağlı  kitabxanada  “Yer  – 



bizim  ümumi  evimizdir”  adlı  yuxarı  sinif  şagirdləri  üçün 

ekoloji  tərbiyə  üzrə  məşğələ  keçirmək  olar.  Məşğələnin 

keçirilməsində  əsas  məqsəd  ekoloji  işarələrdən  istifadə 

etməklə  uşaqlarda  təbiətdə  davranış  qaydaları  haqqında 

bilikləri  möhkəmləndirmək,  meşənin  heyvanların  və 

bitkilərin birgə  yaşadıqları ərazi olması, ətraf mühitə diqqət 

və  qayğı  ilə  yanaşmağın  vacibliyini  çatdırmaqdır.  Bu 

məşğələnin  keçirilməsi  üçün  qlobus,  ekoloji  işarələr,  meşə 

heyvanlarının (canavar, dovşan və s.) və onların ləpirlərinin 

şəkilləri  lazım  olacaq.  Bu  məşğələni  təcrübəli  kitabxanaçı 

aparmalıdır.  Öncə  qlobus  haqqında  məlumat  verilir.  Bu 

zaman  Teymur  Elçinin  qlobus  haqqında  tapmacasını 

səsləndirmək olar. 

Bir qarpızım var cığal,  

Üstünə dünya sığar. 

Daha sonra qlobus haqqında məlumat verilir. Qlobus 

Yerin 

modelidir. 



Məktəblilərə 

aşağıdakı 

sualları 

ünvanlamaq olar: 

1)

 

Qlobusda hansı rəngləri görürsünüz? 



2)

 

Qlobusun üzərində hansı rəng çoxluq təşkil edir?  



3)

 

Qlobus nəyi təsvir edir? 



4)

 

Qlobusdan necə istifadə etmək lazımdır? və s. 



Daha  sonra  məktəblilərə  Yer  planetindəki  su 

hövzələri  haqqında  suallar  verilir:  Yerdə  neçə  okean  var?; 

dənizlərin suyu necədir?; çayların, göllərin, bulaqların suyu 

necədir?; dənizdə hansı canlılar yaşayır? və s. 

 

 

 




44 

 

Göllə oyun 

Bir  vaxtlar  çox  təmiz  bir  su  hövzəsi  var  idi.  Onun 

suyu  o  qədər  təmiz  idi  ki,  sudakı  canlıları  görmək  olurdu. 

Günəşli  havada  isə  buludların,  ağacların  şəkili  suda  əks 

olunurdu.  Bir  dəfə  gölə  istirahət  edənlər  gəldi.  Onlar 

ağaclardan  kəsərək  tonqal  qaladılar,  yemək  yedilər. 

Gedərkən  isə,  özlərindən  sonra  zibil,  şüşə  su  qabları  və 

konserv qutuları qoydular. Gölün qonaqları artmağa başladı 

və hamı özlərindən əvvəlkilər kimi davrandı. Vaxt keçdikcə 

su  azalmağa,  zibil  isə  çoxalmağa  başladı.  Artıq  orada 

yaşayan canlılar görünmürdü. Göldəki canlılar belə bulanıq 

suda  yaşamağa  çətinlik  çəkirdilər.  Uşaqlar,  kim  onlara 

kömək  edə  bilər?  Biz  bu  gölə  necə  kömək  edə  bilərik? 

Uşaqlar bu məsələ ilə bağlı öz təkliflərini irəli sürürlər.   

Daha  sonra  müxtəlif  vəhşi  heyvanların  və  onların 

ləpirlərinin  şəkilləri  monitorda  nümayiş  etdirilir.  Uşaqlara 

hansı  ləpirin  hansı  heyvana  aid  olması  soruşulur.  Ekoloji 

işarələrlə  bağlı  da  sorğu-sual  keçirilir.  Doğru  cavab  verən 

uşaqlara simvolik hədiyyələr təqdim olunur.  

Kitabxanalarda  “Təbiətin  möcüzələri”  adlı  fotoşəkil 

müsabiqəsi  keçirmək  yaxşı  olar.  Fotomüsabiqənin 

keçirilməsində  məqsəd  yetişməkdə  olan  nəslin  ekoloji 

maarifləndirilməsi,  ekoloji  mədəniyyətin  artırılmasıdır. 

Oxucuların  təbiət  qoynuda  çəkdikləri  fotoları  kitabxanada 

sərgilənir.  Oxucular  sərgiyə  tamaşa  edirlər  və  xoşlarına 

gələn  fotoşəklin  müəllifinin  adını  və  soyadını  yazaraq, 

xüsusi  olaraq  bunun  üçün  ayrılmış  qutuya  atırlar.  Günün 

sonunda  səslər  sayılır,  qalib  müəyyən  olunur.  Qalibə 

həvəsləndirici mükafat təqdim edilməlidir.  




Yüklə 339,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə