Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər



Yüklə 339,2 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix20.09.2017
ölçüsü339,2 Kb.
#933
1   2   3   4   5   6   7   8   9   10   11

45 

 

Uşaqlarda  bizi  əhatə  edən  təbiətə,  mühitə, 



yaşıllıqlara  qayğı  hissi  aşılamaq  üçün  yaxınlıqda  yerləşən 

parkı  və  ya  oyun  bağçasını  təmizləmək  üçün  gün  təşkil 

etmək  olar.  Bunun  üçün  istirahət  günlərindən  birində 

əvvəlcədən  razılaşdırılmış  vaxtda  uşaqlar  özləri  ilə  xüsusi 

sellofan torbalar, əlcəklər götürərək kitabxananın qarşısında 

toplaşırlar. Sonra təyin olunmuş parka və ya uşaqların oyun 

bağçasına gedərək oradakı zibilləri torbalara yığırlar, səliqə 

sahman yaradırlar.  

 

 

     Beynəlxalq Dostluq Günü 



 

Beynəlxalq  Dostluq  Günü  (İnternational  Day  of 

Friendship)  təqvimdəki  ən  gənc  bayramlardandır.  24  aprel 

2011-ci  ildə  BMT-nin  qərarı  təsis  olunmuşdur.  Bütün 

planetin  marağında  olan  bu  gün  əsasən  zorakılığa  qarşı 

olmaqla mədəniyyətlərin dostluğunu nümayiş etdirir. BMT-

nin  Baş  Məclisi  Paraqvayın  təşəbbüsü  ilə  iyulun  30-nu 

Beynəlxalq  Dostluq  Günü  elan  etmişdir.  Baş  Məclis 

qurumun  üzvü  olan  ölkələrə  bu  nəcib  təşəbbüsü  fəal  təbliğ 

etməyi  tövsiyə  etmişdir.  Baş  Məclis  bu  münasibətlə 

yekdilliklə 

qəbul 


edilmiş  qətnamədə  bütün  dünya 

insanlarının  ən  nəcib  və  misilsiz  hisslərinin  təzahürü  olan 

dostluğun aktuallığını və böyük əhəmiyyətini vurğulamışdır. 

Xalqlar, ölkələr, mədəniyyətlər və ayrı-ayrı şəxslər arasında 

dostluğun sülhün təmin olunması uğrunda səylər göstərməyə 

ruhlandıra  biləcəyini  nəzərə  alan  Baş  Məclis  iyulun  30-nu 

Beynəlxalq  Dostluq  Günü  elan  etməyi  qərara  almışdır.  Baş 

Məclis  qurumun  üzvü  olan  bütün  ölkələrə  Beynəlxalq 




46 

 

Dostluq  Gününü  öz  adət-ənənlələrinə  uyğun,  o  cümlədən 



maarifləndirmə  və  ictimaiyyətin  məlumatlılığını  artırmaq 

üzrə  tədbirlər  vasitəsilə  lazımi  qaydada  qeyd  etməyi 

məsləhət görmüşdür.  

Beynəlxalq  Dostluq  Günü  münasibətilə  bir  sıra 

tədbirlər  keçirilə  bilər.  İlk  öncə  kitab  sərgisi  təşkil  etmək 

məqsədəuyğundur. Sərgi üçün başlıqlar təqdim edirik: “Dost 

ikinci  mən  deməkdir”,  “Dost  dosta  tən  gərək,  tən  olmasa 

gen gərək”, “Dost yaman gündə tanınar”, “Dost mehriban ya 

bir olar, ya iki...” 

Dostluq 


haqqında 

görkəmli 

insanların 

aforizmlərindən,  sitatlarından  istifadə  etmək  olar.  Aşağıda 

nümunələr təqdim edirik: 

 

Yalnız əsl dost öz dostunun qüsurlarına dözə bilər. 



 

 

 



 

U.Şekspir 

 

 

 



 

Yazıçı 


Dost bəla anında tanınar. 

 

 



 

 

Petroni 



 

 

 



 

Yazıçı 


 

Bir düşmən çoxdur, min dost isə azdır. 

                                              Rudəki 

 

 



 

 

Şair 



 

Hamı ilə dost olanı, mən dostum hesab etmirəm.  

 

 

 



 

Molyer 


 

 

 



 

Yazıçı, komedioqraf 

 



47 

 

Qızılı,  od  aşkar  etdiyi  kimi,  dostu  da  zaman  üzə 



çıxarır. 

 

 



 

 

Menandr 



 

 

 



 

Komedioqraf 

 

İnsan  özü  özünə  nə  qədər  dəyər  verirsə,  dostları  da 



ona o qədər dəyər verir. 

 

 



 

 

Siseron 



 

 

 



 

Filosof, siyasətçi 

 

Kitabxanalarda və təhsil müəssisələrində Beynəlxalq 



Dostluq  Günü  ilə  bağlı  bir  sıra  tədbirlər  təşkil  etmək  olar. 

Belə  tədbirlərin  hazırlanmasında  əsas  məqsəd  uşaqlara 

dostluğun  dəyərini  izah  etmək,  dostluqda  etibarlı  və 

möhkəm  olmaq  və  s.  kimi  mənəvi  keyfiyyətlərin  tərbiyə 

olunmasıdır.  Belə  tədbirlər  bir  neçə  mərhələdən  ibarət  ola 

bilər. 


1.

 

Aparıcı  dostluq  haqqında  qısa  çıxış  etdikdən 



sonra  ekranda  “Dostluq,  bu  -  ....  “  sözləri  qeyd 

olunur.  Aparıcı  tədbirdə  iştirak  edən  hər  bir 

uşaqdan  cümləni  tamamlamağı  xahiş  edir.  Bu 

tədbir  diskussiya,  müzakirə  formasında  keçir. 

Hər  bir  iştirakçı  dostluq  haqqında  fikrini  ifadə 

etdikdən  sonra  öz  fikrini  əsaslandırmalıdır.  Bu 

zaman  uşaqlar  diskussiya  edə,  bir  birlərinin 

fikirlərinə öz münasibətlərini bildirə bilərlər.  

2.

 

Daha  sonra  ekranda  “dost”,  “yoldaş”,  “rəfiqə”, 



“sirdaş”  və  s.  sözlər  yazılır  və  uşaqlardan  bu 

sözlərin fərqini izah etmələri istənilir. 




48 

 

3.



 

“Əsl  dost  hansı  xüsusiyyətlərə  malik  olmalıdır” 

mövzusunda 

fikir 


mübadiləsi 

aparılması 

məqsədəuyğundur. 

4.

 



“Ən  yaxın  dostumun  portreti”  mövzusunda 

çıxışlar. Hər bir oxucu ən yaxın dostunun mənəvi 

portretini təsvir edir.  

5.

 



Aparıcı  uşaqlara  bu  suallarla  müraciət  edir: 

Dostluğu  hansı  qaydalara  görə  qurursunuz?; 

Dostluqda  ən  bağışlanmaz  hərəkət  nəyi  hesab 

edirsiniz?  Dostluqlar  hansı  səbəblərdən  pozula 

bilər? və s. 

 

GÜNƏŞ GÜNÜ 



 

Günəş  Yer  kürəsinə  ən  yaxın  ulduzdur.  Günəş  Yer 

kürəsi üçün nəhəng kosmik enerji mənbəyidir. O, heyvan və 

bitki  aləmi  üçün  zəruri  olan  işığı  və  istiliyi  verir,  Yer 

atmosferinin mühüm xüsusiyyətlərini formalaşdırır.  

Günəş,  bütünlükdə  planetimizin  ekologiyasını 

müəyyənləşdirir.  Günəş  olmasaydı,  həyat  üçün  zəruri  olan 

hava  olmazdı,  hava  –  donmuş  suların  və  solğun  torpağın 

ətrafında  duru  azot  okeanına  çevrilərdi.  Bizim  üçün,  Yer 

sakinləri  üçün  Günəşin  mühüm  xüsusiyyəti  ondan  ibarətdir 

ki,  onun  yaxınlığında  bizim  planetimiz,  planetimizdə  isə 

həyat yaranmışdır.  

Günəş,  külək,  dəniz  dalğaları  və  biokütlə  bizi  daim 

əhatə  edən  və  istifadəsi  asan  olan  energetik  xammaldır.  O, 

radioaktiv  tullantıların  yaranmasına  gətirib  çıxarmır  və 

bərpaolunan enerjidir.  




Yüklə 339,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə