Uşaqların maraq dünyasında əlamətdar tarixi günlər



Yüklə 339,2 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix20.09.2017
ölçüsü339,2 Kb.
#933
1   2   3   4   5   6   7   8   9   10   11

34 

 

Kitab sərgisi 

 

 

 




35 

 

İnternetlə bağlı sitat nümunələri təqdim edirik. 



Deyirlər  ki,  İnternet  məhdudlaşdırır.  Lakin  hər  şey  bizim 

orda  nəyi  axtarmaq  istədiyimizdən  asılıdır...  Biz  hər  bir 

halda öz beynimizin annotasiya olunmuş versiyasının içində 

oluruq. 


 

 

 



Uilyam Gibson 

 

 



 

Amerika yazıçısı 

Mən hiss edirəm ki, yeni texnologiyalarda qorxulu nəsə var. 

Bu, biz ünsiyyətdə olduğumuz zaman yox, tək qaldığımızda 

özünü  göstərir.  İnternetə  qoşuluruq  və  artıq  özümüz 

olmuruq... Bu, bizim mənəviyyatımızı dağıdır. 

 

 

 



İkuo Kameyama 

 

Tokio Xarici Dillər İnstitutunun rektoru 



 

İnternet toxunduğu hər şeyi dəyişir. O isə hər şeyə toxunur. 

 

 

 



         Con Ellis 

 

 



 

        Sənətşünas 

Sizin qalib və ya məğlub olmanız məhz informasiyanı necə 

toplamanızdan və istifadə etmənizdən asılıdır. 

 

 

 



            Bill Geyts 

                “Microsoft” şirkətinin qurucusu 

 

Beynəlxalq  İnternet  Günü  ilə  əlaqədar  oxucuları 



kitabxanadakı  elektron  resurslar,  multimedia  zalı,  elektron 

kitabxanadan  istifadə  qaydaları  ilə  tanış  etmək  məqsədi  ilə 

kitabxanaya dəvət etmək, onlarla əyani söhbət aparmaq olar.  

 



36 

 

Ümumdünya Kitab və Müəllif Hüquqları Günü 

1995-ci il aprelin 23-də Parisdə YUNESKO-nun baş 

konfransı  keçirilib.  Həmin  konfransda  Ümumdünya  Kitab 

və  Müəlliflik  hüququ  günü,  həmçinin  Uşaq  və  yeniyetmə 

ədəbiyyatında  dözümlülük  ideallarının  təbliğinə  görə 

YUNESKO mükafatı təsis edildi. Bu əlamətdar günün məhz 

aprelin  23-də  qeyd  olunmasının  qərara  alınması  heç  də 

təsadüfi  deyil.  Belə  ki,  1616-cı  ilin  bu  günü  Migel 

Servantes, Uilyam Şekspir, İnka Qorsilaso de la Veqa kimi 

görkəmli  ədiblər  həyatdan  köçmüşlər.  Həmçinin  23  aprel 

Moris Dryumon, Xaldour Laksness, C.Pla və Manuel Mexia 

Valyoxo  kimi  şəxsiyyətlərin  doğum  və  ya  ölüm  günüdür. 

Tamamilə  təbiidir  ki,  YUNESKO  bu  günü  kitablara  və 

müəlliflərə  dəyər  vermək,  insanları,  xüsusən  gəncləri 

mütaliədən  zövq  almaq  və  bəşəriyyətin  sosial  və  mədəni 

tərəqqisinə  öz  əvəzedilməz  töhfələrini  vermiş  insanların 

əməyinə hörmət etməyə çağırmaq məqsədi ilə təsis etmişdir. 

Həmin  gün  qəbul  olunmuş  qətnamədə  bu  günlə  əlaqədar 

kitab  sərgilərinin  və  yarmarkalarının  keçirilməsi  tövsiyə 

olunur.  Hər  il  bu  günlə  bağlı  tədbirlərin  sayı,  çeşidi  və 

bununla  əlaqədar  təşəbbüslərin  sayı  artır.  Bunların  arasında 

ən populyar olanları – kitab yarmarkaları və sərgiləri, dünya 

klassiklərinin əsərlərinin ictimai oxusu və müxtəlif mədəni-

əyləncəli tədbirlərdir. Bu bayramla əlaqədar daha bir ənənə 

də  mövcuddur.  2001-ci  ildən  başlayaraq  hər  ilin  bu  günü 

dünya kitab paytaxtı adını alan şəhər seçilir (1 il müddətinə). 

Münsiflər  Komitəsinə  YUNESKO-nun  və  3  beynəlxalq 

peşəkar  kitab  nəşri  təşkilatı  –  Beynəlxalq  Naşirlər  İttifaqı, 

Kitabxana  Assosiasiyaları  və  Təşkilatlarının  Beynəlxalq 




37 

 

Federasiyası  (İFLA)  və  Beynəlxalq  Kitab  Ticarətçiləri 



Federasiyasının  nümayəndələri  daxildir.  Bu  ad,  şəhərlərin 

kitab  nəşri  işinə  və  mütaliənin  inkişafına,  həmçinin  kitab 

nəşri  işində  əsas  tərəfdarların  əlaqələndirilməsinə  yardım 

etmələrinin  sübutudur.  23 aprel  YUNESKO tərəfindən elan 

edilən  və  Azərbaycanda  artıq  1997-ci  ildən  başlayaraq 

ənənəvi  şəkildə  qeyd  edilən  Ümumdünya  Kitab  və 

Müəlliflik Hüququ Günüdür.  

Azərbaycan 

müasir 

müəllif-hüquq 



sisteminə 

malikdir. “Ümumdünya Kitab və Müəllif Hüququ Günü”nə 

həsr  olunmuş  tədbirlərin    keçirilməsinin  məqsədi  kitab  və 

müəlliflik  hüququnun  mədəni  irsimizdə  əhəmiyyətini  bir 

daha  açıqlamaq,  davamlı  iqtisadi  inkişafda  və  informasiya 

cəmiyyətinin  formalaşmasında  rolunu  diqqətə  çatdırmaq, 

yaradıcı  şəxslərə  öz  hörmət  və  ehtiramımızı  bildirmək  və 

mədəni  ənənələrimizin  qorunub  saxlanmasının  vacib 

olduğunu bir daha təsdiqləməkdir.  

Oxucuları kitab və müəlliflik məsələləri ilə yaxından 

tanış  etmək  üçün  bu  günü  xüsusi  qeyd  etmək,  təbliğat 

aparmaq vacibdir.  

Təbii  ki,  F.Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasında  da  bu  gün  xüsusi  qeyd  olunan 

bayramlardandır.  Respublikamızdakı  MKS-lərin  uşaq 

şöbələrində,  məktəb,  gimnaziya,  lisey  və  digər  mədəni-

maarif müəssisələrində bu günün qeyd olunması ilə bağlı bir 

sıra tədbirlərin nümunəsini təqdim edirik. İlk öncə sərgilərin 

təşkil  olunması  ən  vacib  tədbirdir.  Sərgilər  aşağıdakı 

başlıqlar  altında  qurula  bilər:  “Yaxşı  kitab  yaxşı  ünsiyyət 

deməkdir”,  “Mütaliə  sənəti  –  başqasının  köməyi  ilə 



38 

 

düşünmək  sənətidir”,  “Kitab  –  insan  ağlının  ən  böyük 



kəşfidir” və s. 

Dahi  şəxsiyyətlərin  kitab  haqqında  dedikləri  mənalı 

fikirlərdən. aforizmlərdən də istifadə etmək olar. Məsələn: 

 

Kitab  –  bütün  biliklərin  alfa  və  omeqası,  bütün  elmlərin 



başlanğıcıdır. 

              

 

 

S.Sveyq 



 

 

 



 

Avstriya yazıçısı 

Yaxşı  kitabları  birinci  dəfə  oxuyarkən,  yeni  dost 

qazandığımız  zaman  keçirdiyimiz  hissləri  keçiririk.  Artıq 

oxunmuş kitabı ikinci  dəfə oxumaq – köhnə dostu  yenidən 

görmək kimidir.   

 

 

 



 

Volter 


 

 

 



 

Fransız şairi, filosof 

Kitablar  arasında,  insanlar  arasında  olduğu  kimi,  yaxşı  və 

pis mühitə düşə bilərsən. 

                                              K.Helvetsi 

 

 



 

 

Fransız filosofu 



Kitabı  yaradan  müəllif,  onun  taleyini  yaradan  isə 

cəmiyyətdir. 

 

 

 



 

V.Hüqo 


 

 

 



 

Fransız yazıçısı 

 

Yaxşı kitabxana – nəhəng sərvətdir 



            

 

 



 V.Belinski 

 

 



 

 

Ədəbi tənqidçi 



Bu əlamətdar günlə bağlı təşkil olunan kitab sərgisini 

bir  qədər  qeyri-ənənəvi  qurmaq  olar.  Bu  gün  məhz  kitab, 

mütaliə  ilə  bağlı  olduğu  və  mütaliənin  əsas  ünvanı  da 



Yüklə 339,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə