Uşaq Kitabxanası



Yüklə 383,49 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix04.11.2017
ölçüsü383,49 Kb.
#8408
1   2   3   4   5   6   7   8   9   10   ...   15

24 

 

Vətənpərvərlik  tərbiyəsinin  əsas  amili  olan  bu  dastan 



kökünə  sadiqlik,  milli  adət-ənənələrimizə  hörmət  kimi 

hisslər tərbiyələndirməkdə başlıca rol oynayır. Salur Qazan, 

Beyrək,  Qaraca  Çoban  kimi  qəhrəmanlarımızın  simasında 

qeyrət,  cəsarət  simvollarına  çevrilmiş  oğullardan  nümunə 

götürən yeniyetmələrimiz milli köklərimizə bağlılıq ruhunda 

tərbiyə  olunurlar.  “Kitabi-Dədə  Qorqud”  dastanındakı 

“Basatın  Təpəgözü  öldürdüyü  boy”  hər  birimizə  tanışdır. 

Kitabxanaçı  bu boyu  aşağı  sinif məktəblilər arasında təbliğ 

edərkən  Basatın  vətənpərvərliyini,  doğma  yurda,  elinə, 

obasına  sönməz  sevgisini,  qorxunc  yağı  qarşısında 

əyilməzliyini    və  cəsarətini  ön  plana  çəkməlidir.  Kifayət 

qədər  şan-şöhrət  sahibi  olan  Basat  Təpəgözün  üstünə  bəlkə 

getməyə  də  bilərdi.  Ancaq  ana  yurda  məhəbbət,  amansız 

düşmənin  qəddarlığı,  Oğuz  elinin  üstünü  alan  təhlükə  onu 

bu  nəhənglə  ölüm-dirim  mübarizəsinə  sövq  edir.  Ata-anası 

ağlayıb  sızlasa da Basat  öz   yolundan dönmür. Hətta Oğuz 

elinin  bəylərbəyi  Qazan  xan  da  Təpəgözlə    savaşın  çox 

qorxulu  olduğunu    Basata  anlatmağa,  onu  bu  yoldan 

döndərməyə çalışır. 

                           Böyük nəhəng oldu Təpəgöz

                           Göydə çevirdim yıxa,  

                                                 bilmədim  Basat! 

                            Böyük qaplan oldu Təpəgöz

                            Uca dağlarda fırlandıq, yıxa, 

                                                bilmədim, Basat! 

                            Ağsaqqallı atanı ağlatma! 

                            Ağbirçəkli ananı zarıldatma!   

Bu  sözlərdən  real  təhlükənin  nə  qədər  qorxulu 

olduğu  anlaşılır.  Çünki  bütün  oğuz  elinin  dövləti,  “ümmət 

soyunun  aslanı, qalmış yigit arxası” kimi tanınan Qazan xan 

belə  Təpəgözün  qarşısında  acizliyini  bildirir.  Kitabxanaçı 

nağıl  otağında  uşaqların  diqqətini    misralara  cəlb  edərək, 

Basatın  nə  qədər  cəsarətli  və  təhlükəli  bir  addım  atdığını, 



25 

 

fəqət bu addımın nəcib bir məqsədlə - xalq, doğma yurd və 



onun  övladları  naminə  atıldığını  qeyd  etməli,  gənc  nəslə 

vətənpərvərlik tərbiyəsi aşılamalıdır. 

 

Vətənpərvərlik  tərbiyəsinin  ən  mühüm  amillərindən 



biri  doğma  ana  dilimizi  gələcəyin  vətəndaşlarına 

sevdirməkdən  ibarətdir.  Xalqımızın  folklorla  yoğrulmuş 

təfəkkür  süzgəcindən  keçərək  cilalanan    və  bu  gün 

milyonlarla  azərbaycanlının  mənəvi  sərvətinə  çevrilən 

doğma  dilimiz  haqqında  ulu  öndərimizin  bir  kəlamında 

deyilir: “Öz ana dilini bilməyən adamlar şikəst adamlardır”. 

Bunu  nəzərə  alaraq  kitabxanaçı  uşaqlarla  dilimiz  haqqında 

söhbətlər aparmalı, onlara ana dilimizi bütün dillərdən üstün 

tutmağı öyrətməlidir. 

Məktəbli  oxucular  yetkinlik  astanasında  olarkən  hər 

bir  addımını  fikirləşir,  onu  əhatə  edən  mühitin,  həyat 

hadisələrinin  təsirinə  qapılırlar.  Onlar  daha  çox  bədii 

ədəbiyyat  oxuyur,  öz  ideallarını  ədəbiyyatda  axtarırlar. 

Onların  marağını  nəzərə  alıb  kitabxanaçılar  onlara  Babək, 

Cavanşir, Koroğlu, Nəbi, Həzi Aslanov, Mehdi Hüseynzadə, 

Hüseynbala  Əliyev,  Çingiz  Mustafayev,  Salatın  Əsgərova, 

Əlif Hacıyev, Fərid Əhmədov, Mübariz İbrahimov və digər 

qəhrəmanların  həyatından,  keçdikləri  döyüş  və  mübarizə 

yollarından,  qəhrəmanlar  haqqında  çoxlu  kitabların 

yaranmasından  bəhs  etməli,  hərbi  vətənpərvərliyə  aid 

kitabların  oxunmasını  tövsiyə  etməlidir  ki,  onlar  Vətənə 

sədaqət ruhunda böyüsünlər, Vətən, xalq uğrunda çalışmağı  

ən  ümdə  vəzifə  hesab  etsinlər.  Oxucular  belə  kitabları 

oxuduqda 

igidlik, 

qəhrəmanlıq 

haqqında 

geniş 


məlumatlanacaq,  Vətənə  daha  da  sadiq  olacaqlar.  Eyni 

zamanda  onlarda  nəcib  əxlaqi  keyfiyyətlər  yaranacaqdır. 

Vətən yolunda qəhrəmanlıq göstərmək ideyası onları həmişə 

düşündürəcəkdir.  Kitabxanada  hərbi-vətənpərvərliyə  aid 

kitabları  oxuculara  tövsiyə  etmək  üçün  “Əziz  oxucular! 



26 

 

Sizin  üçün  hərbi  vətənpərvərlik  kitablar  həftəsi”  başlığı 

altında  sərgi  və  müsabiqə  keçirmək  olar.  “Hərbi 

vətənpərvərlik  kitablar  həftəsi”  ən  azı  bir  həftə  davam 

etməli  və  həftə  ərzində  sərgidə  nümayiş  olunan  kitablar 

oxuculara  mütaliə  üçün  verilməlidir.  Həftənin  sonunda  ən 

çox  mütaliə  edən  oxucu  kitabxana  müdiriyyəti  tərəfindən 



“Əsl  vətənpərvər  oxucu”  diplomu  ilə  mükafatlandırıla 

bilər. 


Kitabxanada  uşaqların  hərbi  vətənpərvərlik  ruhunda 

tərbiyə  edilməsində  söhbət  ən  təsirli  vasitələrdəndir. 

Kitabxanaçı  gündəlik  iş  prosesində  bu  tədbirdən  geniş 

istifadə etməlidir. Söhbət elə qurulmalıdır ki, oxuculara təsir 

etsin,  onları  həyəcanlandırsın.  Uşaqlar  müharibənin 

dəhşətlərini gözləri qarşısında canlandıra bilsinlər. Məsələn, 

Sevinc  Nuruqızının  “Qisas”  povesti  Dağlıq  Qarabağ 

müharibəsinin  dəhşətlərini  gözləriylə  görmüş,  ermənilər 

tərəfindən  min  cür  işgəncələrə  dözən  ana  və  balanın 

taleyindən  söhbət  açır.  “Qisas”  povestindən  söhbət 

apararkən  kitabxanaçı  obrazı  elə  təsvir  etməlidir  ki,  o 

oxucunun  gözləri  qarşısında  cərəyan  etsin,  qəhrəmanın 

daxili  aləmi  ilə  yaşasın.  Yuxarıda  qeyd  etdiyimiz  kitabın 

müzakirəsini  keçirmək  daha  yaxşı  nəticə  verər.  Kitab 

oxucular  arasında  müzakirə  obyektinə  çevriləcək,  kitabın 

oxucular arasında təbliği genişlənəcəkdir. 

Viktorinaların  təşkili  orta  və  böyük  yaş  qrup 

oxucular  üçün  daha  yaxşı  olar.  Viktorinanın  suallarını 

təqdim edirik:  

1.

 



Azərbaycan Respublikasının ərazisi neçə kv km-dir? 

– 80, 600 kv.km. 

2.

 

Azərbaycan  Respublikaslnın  Dövlət  Bayrağının 



üzərindəki  rənglər  nəyin  simvoludur?  –  Mavi- 

türkçülüyün,  qırmızı-  müasirlik  və  demokratiyanın, 

yaşıl- islamın. 



Yüklə 383,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə