Uşaq Kitabxanası



Yüklə 383,49 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix04.11.2017
ölçüsü383,49 Kb.
#8408
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

27 

 

3.



 

Azərbaycan 

Respublikasının  Dövlət  Gerbinin  

üzərindəki simvollar nəyi bildirir? – Qalxan və ulduz 

sağanaqları  Vətənimizin  cənnət  məskəni  olmasını, 

alov  –  odlar  yurdunu,  palıd  yarpaqları  –  uzun 

ömürlülüyün  və  möhkəmliyin,  sünbül  –  bərəkət  və 

bolluğun  rəmzidir.  Simvollar  “müharibə  istəmirik, 

lakin  hər  cür  hücumdan  müdafiə  olunmağa  hazırıq” 

fikrini ifadə edir. 

4.

 

Azərbaycanı  2  hissəyə  bölən  müqavilə  hansıdır?  – 



Türkmənçay. 

5.

 



Azərbaycan  xalqının  ana  kitabı  –  “Kitabi-Dədə 

Qorqud” dastanı nə vaxt yaranıb? – VII-IX əsrlərdə. 

6.  Azərbaycan 

Milli 


Qəhrəmanlarından 

kimləri 


tanıyırsınız?- 

Çingiz 


Mustafayev, 

Allahverdi 

Bağırov, Əlif Hacıyev, Vüqar Hüseynov, Məhərrəm 

Seyidov,  Əsəd  Əhmədov,  Şirin  Mirzəyev,  Fərid 

Əhmədov, Mübariz İbrahimov və başqaları. 

7.

 



Bu  qəhrəmanlar  haqqında  yazılmış  hansı  kitablar 

var?  –  İ.İbadoğlu  “Sərkərdə”,  A.Kərimli.  “Zəngilan 

şəhidləri”,  S.Müslümqızı  “Qar  üstünə  qan  yağırdı”, 

“Xocalı uşaqları-qan içində qar çiçəyi”, B.Səmədov, 

S.Aslanov  “Təki  Vətən  yaşasın”,  M.Süleymanov 

“Milli  Qəhrəmanlar”,  E.Elatlı  ”Qisas  gecəsi”, 

”Cəhənnəmdən  gələn  səs”,  G.Pənah  “Qarabağ 

dərdi”,  M.Çəmənli “Mübariz”  və s. 

8.

 

Azərbaycan  torpağının  işğal  olunmuş  rayonları 



hansılardır?  –  Xankəndi,  Xocalı,  Şuşa,  Laçın, 

Xocavənd,  Kəlbəcər,  Ağdərə,  Ağdam,  Cəbrayıl, 

Füzuli, Qubadlı, Zəngilan. 

9.

 



Qarabağ  müharibəsi  nə  vaxt  başlamışdır?  –  1988-ci 

ilin fevralında. 

10.

 

Azərbaycanlılara qarşı ermənilər tərəfindən soyqırım 



faciəsi nə vaxt törədilmişdir? – 1918-ci il 31 mart. 


28 

 

11.



 

Böyük  Vətən  müharibəsi  illərində  neçə  nəfər  Sovet 

İttifaqı  Qəhrəmanı  adına  layiq  görülmüşdür?  –  23 

nəfər. 


12.

 

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseyzadədən bəhs 



edən kinonun adı nədir? – “Uzaq sahillərdə”. 

13.


 

“Sizi dünyalar qədər sevirəm” bədii filmi kimə həsr 

olunub? – Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova. 

14.


 

Heydər  Əliyev  ikinci  dəfə  siyasi  hakimiyyətə 

neçənci ildə qayıtmışdır? –  

1993-cü il 3 oktyabr. 

15.

 

 “Əsgər  marşı”nın  musiqisi  kimindir?  –  Cavanşir 



Qulieyvin. 

16.


 

 “Vətən mənə oğul desə nə dərdim

Mamır  olub  qayasında  bitərdim”  misralarının 

müəllifi kimdir? – Xalq şairi Məmməd Arazın. 

Sualların  sayını  artırmaq  da  olar.  Sualları  düzgün 

cavablandıran 

oxucular 

müxtəlif 

hədiyyələrlə 

mükafatlandırıla bilər. 

Uşaqlar gördüyü, eşitdiyi, müşahidə etdiyi hadisələri 

müzakirə etməyə, ona öz münasibətini bildirməyə daha çox 

cəhd edirlər.  Kimin doğru, kimin səhv, kimin pis, kimin isə 

yaxşı  hərəkət  etdiyini  öyrənmək  istəyirlər.  Uşaqlar  ictimai-

siyasi  hadisələrə  də  etinasız  yanaşa  bilmir.  Xoşbəxtlik, 

qəhrəmanlıq, ədalət və s. haqqında mübahisə etməyə, fikrini 

bildirməyə,  öz  sözünü  deməyə  çalışır.  Bu  məsələlərin 

düzgün  təhlil  edilməsi  və  başa  düşülməsində  təşkil  olunan 

disputların  böyük  əhəmiyyəti  vardır.  “Kimə  qəhrəman 

deyirik” adlı disputun keçirilməsi daha məqsədəuyğun olar. 

Disput kitabxanaçının qısa müsahibəsi ilə  başlanmalıdır. O, 

müzakirə  ediləcək  mövzunu  oxuculara  bildirməlidir.  Daha 

sonra  oxucuların  çıxışları  başlanmalıdır.  Belə  tədbirlərdə 

oxucular  öz  bilik  dairələrini  və  təfəkkürlərini  daha  da 

zənginləşdirə  bilirlər.  Tədbirin  sonunda  maraqlı  çıxışla  öz 



29 

 

obyektiv  fikrini  bildirən  oxucu  kitabxanaçı  tərəfindən 



mükafatlandırıla bilər. 

Oxucular arasında hərbi  vətənpərvərlik mövzusunda 

“Azərbaycan  gəncini  necə  görmək  istərdim”  inşa  yazı 

müsabiqəsi və yeniyetmələrin rəsm əsərləri sərgisi keçirmək 

olar. 

Milli 


və 

hərbi-vətənpərvərlik 

mövzusunda 

müsabiqələrin daha da genişlənməsi oxucuların marağını və 

bu istiqamətdə biliklərini  artırır. 

Hərbi-vətənpərvərlik  hissinin  oxuculara  aşılanması 

üçün uşaq kitabxanalarında Milli Ordunun əsgər və zabitləri 

ilə görüşlər keçirmək  yaxşı olar.  Görüşdə əsgər və zabitlər 

uşaqlara  göstərdikləri  şücaətdən,  azğın  düşmənlə  necə 

vuruşduqlarından  bəhs  etməli,  oxucular  tərəfindən 

vətənpərvərlik  mövzusunda  şeirlər  söylənilməli,  nəğmələr 

oxunmalıdır. 

Belə 

görüşlərin 



keçirilməsi 

onlarda 


Azərbaycan  əsgəri  olmaq  və  vətənin  keşiyində  dayanmaq 

hissini bir daha gücləndirər.  

Böyük  yaşlı  oxucuların  yaş  xüsusiyyətini  və 

zövqünü  nəzərə  alıb  kitabxanada  guşə  təşkil  etmək  yerinə 

düşər.  Çünki  guşə  sərgiyə  nisbətən  geniş  olur.  Guşədə 

kitabdan başqa qəzet və jurnal məqalələri, ədəbiyyat tövsiyə 

siyahıları, mövzuya uyğun şəkillər nümayiş olunur. Guşənin 

birinci  hissəsini ulu  öndər Heydər Əliyevə  həsr  etmək olar. 

Çünki   məktəblilərin vətənpərvərlik  tərbiyəsində  ən başlıca 

yeri  görkəmli  şəxsiyyət,  müdrik  və  aqil  bir  insan,  xalqı 

özünə böyük dayaq hesab edərək xalq üçün çox böyük işlər 

görən,  Azərbaycanın  müstəqilliyinin  möhkəmlənməsi 

sahəsində böyük xidmətləri olan ulu öndər Heydər Əliyevin 

həyatı,  fəaliyyəti  və  ömür  yolunun  mənalı  səhifələrinin 

vərəqlənməsi  tutur.  Bu  aqil  insanın  simasında  Vətənə 

məhəbbətin,  torpağa  bağlılığın,  vətənpərvərliyin  gözəl 

nümunələrini  görən  oxucuların  hər  biri  bu  böyük 

şəxsiyyətdən  əxlaqi  keyfiyyətlər  əxz  edirlər.  Oxucular 

özlərini doğma vətəni  Azərbaycanın layiqli vətəndaşı sayır, 



Yüklə 383,49 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə