Uşaq Kitabxanası



Yüklə 383,49 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix04.11.2017
ölçüsü383,49 Kb.
#8408
1   2   3   4   5   6   7   8   9   ...   15

 

zümzümə edir. Bu nəğməni hərə bir cür oxuyur. Onu döyüş 



harayi, Koroğlu nərəsi, qılınc zərbəsi ilə də oxuyanlar olub. 

Bulaq pıçıltısı, qadın isməti, Nigar vəfası, Həcər sədaqəti ilə 

oxuyanlar da. 

Vətən  sevgisi  nədir? 

İlk  baxışdan  mücərrəd  görünən  bu 

anlayış  əslində  konkret  əməllərdə  təzahür  edir.Vətəni 

sevmək,Vətən naminə yaşamaq, ona xidmət göstərmək üçün 

hansısa seçilmiş bir sənət, peşə sahibi olmağa lüzum yoxdur. 

Fəhlə də, həkim də, alim də Vətən üçün yaşaya, öz əməli ilə 

Vətənin  şöhrətini  artıra  bilər.  Kifayətdir  ki,  ürəkdə  təpər, 

istək,  təəssübkeşlik  olsun.  Əsgər  döyüş  meydanlarında 

vuruşur,  Vətən  qarşısında  borcunu  səngərdə  yerinə  yetirir. 

Fəhlənin, mühəndisin əməyi ilə məmləkətin iqtisadi qüdrəti 

artır.  Alim  əməyi  isə  Vətən  üçün  Günəş  işığı  ilə  müqayisə 

edilə bilər. 

Vətəndaşlıq  borcu  ilk  növbədə  insanın  yaşadığı 

torpaqla, Vətənlə bağlıdır.Vətən borcu vətəndaşlıq borcudur. 

Vətən 


torpağı 

bizim 


üçün 

səcdəgahdır, 

toxunulmazdır,  müqəddəsdir.  Əsl  vətəndaş  odur  ki,  öz 

vətənini öz qəlbi ilə, canı və qanı ilə sevir. Onun azadlıq və 

istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazırdır. 

Vətən uğrunda canından keçən qəhrəmanlar əbədi bir həyata 

qovuşur, ölümlərindən sonra şərəflə yad edilirlər. Həyatdan 

nakam  getmiş  bu  vətən  övladları  doğma  yurda  sədaqət 

rəmzi, 

məhəbbət sinvoludurlar. 



Onlar vətən 

uğrunda 


vuruşmuş, vətən uğrunda canlarını qurban vermişlər!  

Eşq  olsun  belə  qəhrəmanlara.  Eşq  olsun  onların 

amalına  məskəninə!  Bax  budur  əsl  vətəndaşlıq  borcu, 

vətəndaşlıq amalı. 

Biz    “Vətən”  anlayışını  müqəddəsliyini  dahi 

Üzeyirin  Koroqlu  uverturasını  dinləyəndən,  Sabirlə  Mirzə 

Cəlili  oxuyub  dərk  etməyə  başlayandan  duymuşuq.  Bu 

müqəddəslik  bizim    qəlbimizə  ana  laylası,  ana  zümzüməsi 

ilə axıb gəlir.  



 

Vətən  təkcə  torpaq,  yurd-yuva  deyil.  Vətən  bizik, 



hamımızıq. Onun dünəninə də, bu gününə də və sabahına da 

hamımız cavabdehik. Əməyimizlə lazım gəlsə canımızla və 

qanımızla.Vətən  dəyişmir,  satılmır,  köhnəlmir,  qocalmır. 

Bu müqəddəs  məkanda  keçmişlə  gələcəyimiz  qovuşur.  O 

əbədi  və  əzəlidir.  Onun göylərində  əcdadlaımızın  ruhları 

dolaşır.  Bu  vətəni  bizlərə  babalarımız  ərmağan  etmişlər. 

Əcdadlarımız  onun   uğrunda  vuruşmuşlar,  qan  tökmüşlər, 

yağılardan qorumuşlar.  

Vətənpərvərlik  insanda  fədakarlıq,  qəhrəmanlıq  və 

məğlubedilməzlık  hissi  yaradır,  apardığı  mübarizədə  onda 

inam  hissini  gücləndirir.  Vətənpərvərlik  qəhrəmanlığın 

əsasını  qoyan  amildir.  Olduqca  geniş  mənaya  malik  olan 

vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, 

müxtəlif  səviyyə  və  istiqamətlərdə  vətənə,  millətə  xidmət 

etməyi  birləşdirirsə,  bunların  zirvəsində  Vətən  üçün  ölümə 

hazır  olmaq  dayanır.  Bu  vətənpərvərliyin  ən  uca  və  ali 

formasıdır. Bəşər övladı Vətənə xidmət etməyin bundan uca 

zirvəsini 

kəşf 

etməmişdir.  Vətənpərvərlik  məsələsi 



cəmiyyətdə  daim  aktual  olmuş,  bu  gün  də  aktual  olaraq 

qalır. 


Millətin 

vətənpərvərliyi 

onun 

tamlığının, 



bütövlüyünün  təməli  desək,  bəlkə  də,  səhv  etmərik.  Bir 

xalqın,  millətin  vətənpərvərlik  şüuru  onun  digər  xalqlar  və 

millətlər  tərəfindən  qəbul  edilməsi,  tanınması,  hörmətlə 

qarşılanması,  ən  əsası  isə  o  xalqın  yaratdığı  dövlətin 

bütövlüyü,  varlığı,  suverenliyi  ilə  ölçülür.  Əgər  biz  tarixi 

keçmişimizə  nəzər  salsaq,  görərik  ki,  doğma  yurdumuz 

Azərbaycanın  igid,  cəsur  oğulları,  qeyrətli  qızları  həmişə 

vətənpərvər olmuş,  yadelli  işğalçılara qarşı qəhrəmancasına 

mübarizə apararaq Vətənimizi düşmən ayağına verməmişlər. 

Mərd,  mübariz  oğul  və  qızlarımız  öz  doğma  vətənlərini 

həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, vətən naminə 

canlarını  qurban  verməkdən  çəkinməmişlər.  Bu  igid  Vətən 

övladları  doğma  yurd  naminə  canlarından  keçməklə  əsl 



 

vətənpərvərlik  nümunəsi  göstərmiş,  şərəfli  bir  iz  qoyub 



getmişlər. 

Azərbaycan 

xalqının 

igid 


oğullarından 

Cavanşirin,  Babəkin,  Koroğlunun  yadelli  işğalçılara  qarşı 

mübarizəsi  tarixi  keçmişimizdirsə,  bu  günümüzün 

qəhrəmanlıq  tarixini  bəzəyən  oğul  və  qızlar  son  dövrlərin 

Qarabağ  savaşının  qəhrəmanları,  ölümləri  ilə  ölümsüzlüyə 

qovuşan şəhidlərdir. 

Bəs 

Vətən 


sevgisi 

nədir? 


Üzərində  həyat 

sürdüyümüz  bu  torpaq  üçün  lazım  gələndə  həyatını,  sahib 

olduğu hər şeyi Vətən yolunda düşünmədən fəda edə bilmək 

duyğusunun  təcəssümüdür  Vətən  sevgisi.  Vətən  sevgisi  ən 

əsil, ən uca sevgidir. Məqamı gəlincə Vətən üçün döyüşmək 

də Vətən sevgisinin bir təzahürüdür. Unutmamalıyıq ki, biz 

Vətən  uğrunda  qanlarıyla  dastanlar  yazanların,  şəhidlər 

verən bir millətin övladlarıyıq.  

Heydər  Əliyev  Azərbaycan  xalqının  gələcəyımiz 

olan  gənc  nəslin  vətənə  məhəbbət,  xalqa  elinə  və  obasına 

hörmət,  soykökünə,  öz  ata-babalarının  ənənələrinə  sədaqət 

ruhunda  tərbiyə  olunmasına  həmişə  böyük  məsuliyyətlə 

yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxmışdır. 

Biz  şanlı  tariximizlə,  əfsanəvi  qəhrəmanlarımızla  həmişə 

fəxr  edirik.  Cavanşır,  Babək,  Şah  İsmayıl  Xətai,  Səmədağa 

Mehmandarov,  Əliağa  Şıxlinski,  Cəmşid  bəy  Naxçıvanski, 

Həzi  Aslanov,  İsrafil  Məmmədov, Mehdi  Hüseynzadə  kimi 

igid  və  cəsur  sərkədələrimizin  şəxsi  nümunəsi  bizə  əsas 

verir  deyək  ki,  Azərbaycan  xalqı  qəhrəman  xalqdır.  Və  bu 

xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin 

gənclər  yetirmişdir.  Erməni  qəsbkarlarına  qarşı  ölüm-dirim 

savaşında həlak olmuş qəhrəmanlarımızın  ibrətamiz həyatı, 

şəxsi  nümunəsi  apardığımız  hərbi  vətənpərvərlik  tərbiyəsi 

işində  ön  plana  keçməlidir.  Respublikamızın  ümumtəhsil, 

orta  ixtisas  və  ali  məktəblərində  tədris  olunan  təbiət  və 

cəmiyyət  elmlərinin,  humanitar  fənlərin,  ümumilikdə  bütün 

fənlərin  gənclərdə  hərbi-vətənpərvərlik  hissləri  aşılamaq 



Yüklə 383,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə