Uşaq Kitabxanası



Yüklə 383,49 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix04.11.2017
ölçüsü383,49 Kb.
#8408
1   2   3   4   5   6   7   8   9   ...   15

11 

 

 




12 

 

 




13 

 

Sərgidə görkəmli şəxsiyyətlərin vətənpərvərlik haqqında 



söylədiyi kəlamlardan, atalar sözlərindən istifadə edilir. 

 

1.Hamımızın  ümumi  vəzifəmiz  xalqımızda  vətənpərvərlik, 

Vətən  torpağına,  millətə  sədaqət,  Vətən  uğrunda  şəhidliyə 

hazır olmaq  hisslərini formalaşdırmaq, inkişaf etdirmək və 

təbliğ etməkdir. 

 

2.Azərbaycanın 



dövlət  müstəqilliyi  tarixi  hadisədir, 

Azərbaycan  xalqının  tarixi  nailiyyətidir.  Azərbaycanın 

dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz 

dövlət  müstəqilliyini,  əldə  etdiyimiz  milli  azadlığı  daim 

qoruyub  saxlamaqdır.  Bizim  vəzifəmiz  bu  müstəqilliyi 

möhkəmləndirməkdən  və  gələcək  nəsillərə  müstəqil, 

qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir. 

 

                                                       Ümummilli lider Heydər Əliyev 

2.Dağlıq  Qarabağ  bizim  torpağımızdır,  tarixi  Azərbaycan 

torpağıdır  və  biz  onu  istənilən  yolla,  istənilən  vasitə  ilə 

işğaldan  azad  etməliyik.  Ona  görə  də  iqtisadiyyat  daha  da 

inkişaf etməli, daha güclü ordu yaranmalı, gənclərimiz hərbi 

vətənpərvərlik  ruhunda  daha  yüksək  dərəcədə  tərbiyə 

olunmalıdırlar". 



                                                                      İham ƏLİYEV 

                                                 Azərbaycan Respublikasının Prezidenti 

3.Əsil yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab 

edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsil 

vətənpərvərliklə uyğunlaşdırsın.  



                   Azərbaycan dramaturgiyasının banisi.   M.F.Axundzadə 

 

4.Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən 

rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün. 

                                         İctimai-siyasi xadim,yazıçı   N.Nərimanov 

 



14 

 

5.Namuslu insan olmaq istəyirsənsə, ömrünün mənasını 



vətənə xidmətdə gör.  

                                                               Rus dramaturqu D.İ.Fonvizin 

6.Özünü vətəndaş zənn edən bir kəs  Vətənin dərdinə yad 

qala bilməz!                                         

Rus şairi N. A. Nekrasov

 

 

7.Həqiqi  namuslu  insan  ailəsini  özündən,  vətənini 

ailəsindən, insanlığı isə Vətənindən uca tutmalıdır. 



                                                    Fransız riyaziyyatçısı J. L. Dalamber 

8.Vətən uğrunda ölüm həyatın davamıdır.



 

                                                                 Qazax şairi Cambul Cabayev 

9.Vətənin böyüklüyü onun siravi vətəndaşlarının böyüklüyü 

ilə müəyyən olunur. 

10.Vətənpərvərlik - ən dərin hörmətə layiq gözəl bir 

keyfiyyətdir. 

 

11.Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül 



kimidir. 

 

12.İnsanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür. 



 

Müasir  dövrümüzdə  uşaq  kitabxanalarının  qarşısında  duran 

əsas  vəzifələrdən  biri  də  gənc  nəslə  vətənpərvərlik  hissləri 

aşılamaqdır. Bu baxımdan uşaq kitabxanalarında oxucularla 

aparılan  fərdi  söhbətlərin  əhəmiyyəti  böyükdür.  Kiçik  və 

orta  yaş  oxucular  arasında  müharibə  mövzusunda  icmallar, 

söhbətlər  aparmaq  yerinə  düşər.  Söhbət  apararkən 

oxucuların  yaş  xüsusiyyətinə  və  dil  sadəliyinə  diqqət 

yetirilməlidir.  Azərbacan  ədəbiyyatında  müharibə  mövzusu 

ilə  bağlı  yazıçı  və  şairlərimizin  gözəl  əsərlərindən  istifadə 




15 

 

edərək  söhbət  zamanı  oxucuya  məlumat  vermək  olar. 



Məsələn:  S.  Nuruqızının  “Qisas”,  Ə.  Quluzadənin  “Qadan 

mənə 


Qarabağ”, 

E.Elatlının 

“Qisas 

gecəsi”, 



S. 

Müslümqızının  “Onlar  heç  vaxt  böyüməyəcək”,  G. 

İbrahimovanın    “Evin  kişisi”,  Ə.  Cəmilin  “Can  nənə  bir 

nağıl  de...”  şeiri,  Ə.  Məmmədxanlının  “Buz  heykəl”,  T. 

Hüseynovun  “Qolsuz  kukla”,  Ə.  Hacızadənin  “İki  əsgər” 

hekayələrini  oxumağı  uşaqlara  təbliğ  etmək  məqsədilə 

kitabların  icmalını  keçirmək  lazımdır.  Orta  yaş  qrup 

oxucular arsında “Müharibə uşaqların gözü ilə” mövzusunda 

rəsm  müsabiqəsi  keçirmək  olar:  Müsabiqə  keçirilməzdən 

əvvəl 


kitabxanaçı 

oxucuları 

mövzu 

haqqında 



məlumatlandırmalı,  uşaqlara şərait  yaratmalıdır ki,  onlar öz 

düşüncələrini  çəkdikləri  şəkillərdə  əks  etdirə  bilsinlər. 

Müsabiqə  uşaqlar  arasında  demokratik  səsvermə  yolu  ilə 

keçirilir.  Rəsm  işləri  əvvəlcədən  nömrələnir,  kitabxananın 

oxu  zalında  divardan  və  yaxud  rəsm  sərgisi  üçün  nəzərdə 

tutulan guşədə öz əksini tapır. Müsabiqə günü təyin olunur 

və  elan  kitabxananın  girəcəyində  asılır.  Tədbirdə  oxucular 

bəyəndikləri  işlərin  nömrəsinə  uyğun  olaraq  1,  2,  3-cü 

yerlərin  qaliblərinə  səs  verirlər.  Ən  çox  səs  toplayan 

iştirakçılar  –müsabiqənin  qalibləri  tutuduqları  yerə  görə 

kitabxana 

rəhbərliyi 

tərəfindən 

hədiyyələrlə 

mükafatlandırılırlar.  Bundan  başqa  kitabxanada  orta  və 

böyük  yaş  qrup  oxucular  üçün  Milli  qəhrəmanlarımızla, 

müharibə  veteranları  ilə  görüş  təşkil  etmək  daha  maraqlı 

olar.  Çünki  uşaqlar  görüşdə  müharibənin  canlı  şahidləri  ilə 

yaxından  tanış  olar,  kitablardan  oxuduqları,  filmlərdən 

gördükləri  hadisələri  bir  daha  onların  dilindən  eşidərlər. 

Kitabxanaçı  görüşə  dəvət  olunan  veteranlarla  əvvəlcədən 

görüşüb  vaxtı  müəyyənləşdirməlidir.  Qeyd  etmək  lazımdır 

ki, görüş keçiriləcək yerdə sərginin təşkili olduqca zəruridir. 

Həmçinin  yaxşı  olardı  ki,  sərgidə  görüşə  dəvət  olunan 

veteranlar  haqqında  məqalələr  nümayiş  olunsun.  Aparıcı 



Yüklə 383,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə