Uşaq Kitabxanası



Yüklə 383,49 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix04.11.2017
ölçüsü383,49 Kb.
#8408
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

30 

 

özlərində  onun  müdafiəsinə  hazır  olduqlarına  əminlik 



yaradır.  Bir  vətənpərvər  şəxsiyyət  kimi  kitabxanada  ulu 

öndərə həsr edilən “Biz qalib gələcəyik!” başlığı ilə poeziya 

gecəsi keçirmək  olar.  

Poeziya gecəsində ilk öncə aparıcı ulu öndərin həyat 

və  fəaliyyətindən,  Azərbaycan  Respublikasının  azad, 

müstəqil  bir  dövlət  kimi  tanınmasında  gördüyü  işlərdən 

danışmalı,  sonra  ulu  öndərə  həsr  olunmuş  şeirlər 

dinlənilməlidir.  Bundan  əlavə  “Heydər  Əliyev  və  müstəqil 

Azərbaycan”  mövzusunda  rəsm  müsabiqəsi  keçirilə  bilər. 

Müsabiqənin  vaxtı  bitdikdən  sonra  oxucuların  rəsmlərinin 

sərgisi  keçirilməli  və  münsiflər  heyəti  tərəfindən  qaliblər 

müəyyənləşdirilməli və mükafatlandırılmalıdır.  

Azərbaycan  vətənpərvərliyinin  əsas  mənbəyi    bizim 

ədəbiyyatımızdır.  İlk  növbədə  Mirzə  Fətəli  Axundovun 

maarifçilik  ənənələri,  Cəlil  Məmmədquluzadə,  Seyid  Əzim 

Şirvani,    Mirzə  Ələkbər  Sabir,  Cəfər  Cabbarlı,  Səməd 

Vurğun  və s. klassiklərimizin yaradıcılığının vətənpərvərlik 

prinsipləri  həmişə  uca  tutulmalıdır.  Belə  ki,    bu 

klassiklərimizin  əsərləri  əsasında  “Torpaq,  uğrunda  ölən 

varsa,  Vətəndir”,  “Vətən  daşı  olmayandan,  olmaz  ölkə 

vətəndaşı”,  “Vətəndaşlıq  borcumuz”  və  s.  mövzularda 

oxucu 


konfransı, 

müzakirələr,  ədəbi-bədii 

gecələr 

hazırlamaq olar. 

Vətənpərvərlik  mövzusunda  kitabların  oxucular 

arasında  təbliği  üçün  daha  böyük  vaxt  tələb  edən 

tədbirlərdən  –  oxucu  konfranslarından  da  istifadə  etmək 

olar.  Oxucu  konfransları  geniş  oxucu  kütləsinin  dərin 

marağına  səbəb  olan  tədbirlərdəndir.  Müxtəlif  yazıçıların 

vətənə, qəhrəmanlara aid əsərləri üzrə oxucu konfranslarının 

keçirilməsi  mümkündür.  Oxucu  konfransının  keçirilməsinə 

1,5-2 ay qalmış mövzu seçilməli, hazırlıq işləri görülməlidir. 

Kitabxanaçı  konfransda  iştirak  edəcək  hər  bir  oxucunu 

ədəbiyyatla  təmin  etməlidir.  Məsələn:  Elxan  Elatlının 




31 

 

“Qisas  gecəsi”  əsəri  üzrə  oxucu  konfransının  keçirilməsi 



mövzuya  daha  uyğun  gəlir.  Konfransın  daha  maraqlı  və 

səmərəli  keçməsi  üçün  kitabxanaçı  tədbirə  bir  ay  qalmış 

kitabı oxuculara təqdim etməlidir. Oxucu konfransına əsərin 

müəllifini,  müəllimləri,  zabitləri  dəvət  etmək  olar. 

Konfransda  ilk  əvvəl  kitabxanaçı  özü  çıxış  etməli,  əsər 

haqqında danışmalıdır. Kitabxanaçının çıxışı: 

Kitabxanaçı:  “Əziz  oxucular!  Bu  günkü  konfrans 

Elxan Elatlının vətənpərvərlik mövzusunda yazılmış “Qisas 

gecəsi”  əsəri  haqqındadır.  Bu  yazıçının  vətənpərvərlik 

mövzusunda qələmə aldığı üçüncü romanıdır. Bundan əvvəl 

vətənpərvərlik  mövzusunda    E.Elatlı  “Qan  ləkəsi”, 

“Cəhənnəmdən  gələn  səs”  romanlarını  yazmışdır.  Bu 

romanlar  xalqımızın  çox  böyük  sevgisini  qazanmışdır.  Hər 

hansı  bir  şəxsiyyətin  qəlbərdə  uzun  illər  yaşamasında  və 

sevilməsində  bədii  əsərlərin  nə  qədər  böyük  rola  malik 

olduğunu  hamımız  yaxşı  bılırik.    “Qisas  gecəsi”  romanı 

Azərbaycanın  Milli  Qəhrəmanı  Mübariz  İbrahimovun  qısa 

həyatından  və  şərəfli  döyüş  yolundan  bəhs  edir.  Roman 

gənclərimizin  hərbi  vətənpərvrlik  tərbiyəsində  öz  müsbət 

rolunu  oynamağa  qadirdir.  Kitabın  ilk  səhifəsində 

Azərbaycan  Respublikasının    Prezidentinin    Mübariz 

İbrahimov  haqqında  dediyi  sözlər  verilmişdir.  “Mübariz 

yaxşı  bilirdi  ki,  o  döyüşdən  sağ-salamat  çıxa  bilməyəcək. 

Ancaq 


Vətən 

sevgisi, 

torpaq 

sevgisi, 



onda 

olan 


vətənpərvərlik  ruhu  onu  şəhidlik  zirvəsinə  ucaltdı.  Mübariz 

bütün gənclərimiz üçün örnəkdir, nümunədir”.  

Mübariz  İbrahimov  yüz  faizli  ölümə  getmişdi. 

Bacardığı  qədər  düşmən  əsgəri  öldürüb,  sonra  həlak 

olmuşdur.  Düşmənə  xeyli  itki  verib  özü  də  şəhid  olan 

Mübarizə  həsr  olunmuş  bu  kitabı  oxumaqla  şəhidlərimizin 

ruhu  qarşısında  borcumuzun  bir  hissəsini  yerinə  yetirmiş 

olarıq.  Yazıçı  E.Elatlı  Azərbaycanın  Milli  Qəhrəmanı 

Mübariz  İbrahimovun  iyirmi  iki  illik  ömür  yolundan  bəhs 



32 

 

edən  bu  romanında  onun  daxili  aləmini,  həyacanlarını, 



mənəvi  dünyasında  baş  verən  oyanışı,  onu  daim  narahat 

edən,  intiqama  səsləyən  səbəbləri  bədii  detallarla  açıb 

göstərməyə çalışmışdır.  

Kitabxanaçının  çıxışından  sonra  söz  konfrans 

iştirakçılarına  verilir.  Sonda  iştirakçılar  gələcəyimiz  olan 

uşaqlar  arasında  vətənpərvərliyin  təbliği  mövzusunda 

müzakirələr aparıb, öz təklif və rəylərini bildirirlər.    

Kitabxanada  həmçinin    Nüşabə  Məmmədlinin 

vətənpərvərlik  mövzusunda  yazılmış  “Zəngulə”  əsəri 

haqqında da müzakirə aparmaq olar.  Qarabağ müharibəsini, 

Qarabağ  dəhşətlərini  olduğu  kimi  təsvir  edən  “Zəngulə” 

əsəri  Azərbaycan  xalqının  fəryadıdır.  Əsər  Qarabağ 

müharibəsində 

əsir 


düşən 

ata-analarımızın, 

baba-

nənələrimizin, 



bacı-qardaşlarımızın,  qız-gəlinlərimizin, 

balalarımızın    acınacaqlı  taleyindən,  işgəncəli  həyatından 

bəhs  edir.  Əsərin  baş  qəhrəmanı  –  9  yaşlı  Rəhimənin  3  il 

əsirlikdə  gördüyü  dəhşətlər  kitabı  oxuyan  hər  bir 

azərbaycanlını sarsıdır. Erməni vəhşiliklərinin balaca şahidi 

olan bu qızcığazın naləsini, fəryadını eşitməmək, duymamaq 

mümkün deyildir. Rəhimənin, eləcə də əsirlərimizin fəryadı 

bizdə  düşmənə  olan  nifrəti,  qisas  hissini  daha  da 

alovlandırır.  Anasını və Vətənini sevən hər bir azərbaycanlı 

bu hadisələrə laqeyd yanaşmamalıdır. Nüşabə Məmmədlinin 

“Zəngulə”  əsəri  xalqımızı  kişiliyə,  qeyrətə  çağırır.  Əziz 

oxucular,  əsl  vətənpərvər  oxucu  bu  əsəri  oxumalı  və 

yoldaşları  arasında  təbliğ  etməlidir.  Mən  inanıram  ki,  əsəri 

oxuyan  hər  bir  kəsdə  intiqam  hissləri  daha  da  güclənəcək, 

torpaqlarımızın  geri  qaytarılması  uğrunda  mübarizələrə 

qoşulacaq və vətənə layiqli övlad olacaqlar”.  

Kitabxanaçının  çıxışından  sonra  qonaqlar  çıxış  etməlidir. 

Çıxışlardan  sonra  oxucular    əsər  haqqında  öz  fikirlərini 

bildirməlidirlər. 



Yüklə 383,49 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə