8
üçün çox böyük imkanları vardır. Gənclərdə hərbi-
vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq
mümkündür ki, orta məktəbin X-XI siniflərində oxuyan
şagirdlərə və alı məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-
ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi
məzmunlu biliklər də verilsin. Keçmiş Sovetlər birliyi
dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və
metodik ədəbiyyatda hərbivətənpərvərlik hissləri aşılayan
məlumatlar və hərbi məzmunlu biliklər məxfilik üzündən
verilmirdi. Əslində bu şüurlu surətdə edilirdi ki, gənclər
vətənpərvərlik duyğularından məhrum olsunlar, vətənin
müdafiəsi üçün lazımi bilikləri almasınlar. Artıq bu gün
müstəqil Respublikamızın inkişafı ilk növbədə böyüyən
nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq
hazırlığından asılıdır. Uşaqların bir vətəndaş kimi
böyüməsində ailənin, cəmiyyətin-ümumilikdə mühitin rolu
böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk
tərbiyəni ailədən alır. Burada onlar
əxlaqi-mənəvi
keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış
qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri
qazanır. Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət-insan-
vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək-mənsub
olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən,
onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari
və perespektiv işlərində iştirak edən, insan yetişdirmək
deməkdir. İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət
göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində
vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə
vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük
mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur.
Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir. Təcrübə göstərir
ki, ailədə vətəndaşlıq tərbiyəsi yalnız özbaşına axınla
korkoranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil
olunmalıdır. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək
9
əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi
yetişməsi nəzərdə tutulur. Onlar davranış qaydalarını,
nizam-intizamı,
savadlı olmağı, vətəninin tarixini,
coğrafiyasını, mədəniyyətini, milli adət- ənənələrini bilməlı,
vətəni sevməlıdirlər. Bu sahədə biz kitabxanaçıların da
üzərinə çox böyük məsuliyyət düşür. Uşaq kitabxanalarında
çalışan kadrlar olaraq hər birimiz anlamalıyıq ki, uşaqlar
ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli,
vicdanlı, mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə
barışmamalıdır. Mənəviyyat tərbiyəsini qiymətləndirmək
üçün uşaqlarda yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə,
insanlara-böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi
insani
keyfiyyətlər
aşılanmalıdır. Onların davranış
xüsusiyyətlərini uyğun qiymətləndirməli, yaxşı davranış və
qarşılıqlı
əlaqə
təmin
olunmalıdır.
Azərbaycan
Respublikasında hüquqi, demokratik dövlət quruculuğu
inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən
böyüməkdə olan nəslin hərbivətənpərvərlik tərbiyəsinə
xüsusi diqqət yetirilməlidir. Böyük Atatürk deyirdi ki, sülh
istəyən xalq hərbə hazır olmalıdır. Bu çox dəyərli kəlamdır.
Azərbaycan xalqı müharibəni arzulamır, həmişə sülhün,
əmin-amanlığın tərəfdarı olmuşdur. Hərbi – vətənpərvərlik
tərbiyəsini sadəcə olaraq quru sözlərlə, nəsihətlərlə də
məhdudlaşdırmaq olmaz. Müstəqil Azərbaycan dövlətinin
qorunub saxlanılması, onun tərəqqisi naminə gələcəyin
qurucuları olan bügünkü nəslin əsl vətəndaş kimi yetişməsi
üçün, biz kitabxanaçılar xalqımızın tarixi keçmişini
mükəmməl
öyrənməyə
səy
göstərən
məktəbliləri
torpaqlarımızın bütövlüyü və toxunulmazlığı, azadlığı və
müstəqilliyi yolunda qəhrəmancasına həlak olmuş
şəhidlərimizin həyat və döyüş yollarını əks etdirən kitablarla
tanış etməli, öz şərəfli ölümləri ilə ölümsüzlük zirvəsini fəth
etmiş oğullarımızın qısa, lakin mənalı həyat yolları haqqında
ətraflı məlumat verməliyik.
10
II.Vətənpərvərlik tərbiyəsi ilə bağlı keçiriləcək tədbirlər.
İnsana məxsus yüksək mənəvi keyfiyyətlər sırasında
vətənpərvərlik hissi mühüm yer tutur. Bu müqəddəs hissin
lap kiçik yaşlardan tərbiyə edilməsi böyük əhəmiyyət kəsb
edir. Bu sahədə məqsədəuyğun müvəffəqiyyət əldə etmək
üçün bağçalarla, məktəblərlə yanaşı kitabxana da hər şeydən
əvvəl öz işini düzgün planlaşdırmalı, il ərzində görəcəyi
işləri müəyyənləşdirməlidir. Burada tədbirlər arasında
yaradılacaq
əlaqə
nəzərə
alınmalı,
işin
təşkili
əsaslandırılmalıdır. Uşaqların vətənpərvərlik tərbiyəsinin
kitabxanalarda təbliği oxucularla aparılacaq söhbətlər,
keçiriləcək tədbirlər planlaşdırılmalıdır. Kitabxanada söhbət,
biblioqrafik xülasə, oxucu konfransı, ədəbi-bədii gecə
keçirmək olar. Bu gün kitabxana hərbi-vətənpərvərlik
anlayışını oxuculara necə çatdırmalıdır. İlk növbədə uşaq və
yeniyetmələrdə müharibə ilə bağlı təsəvvür yaratmaq
məqsədilə kitabxanada sərgi təşkil olunmalıdır. Sərgidə
kitab, qəzet və jurnal məqalələri ilə yanaşı hərbi-
vətənpərvərlik mövzusuna həsr olunmuş şəkillər və foto
şəkillər də nümayiş oluna bilər. Sərginin yanında ədəbiyyat
siyahısı və kartoteka qutusu qoymaq olar. Sərgi aşağıdakı
başlıqlar altında təşkil oluna bilər: “Vətənpərvərlik tərbiyəsi
ümummilli xilas
yolumuzdur”,
“Tariximizin
şanlı
səhifələri”, “Heç kim və heç nə unudulmur”, “Qəhrəmanlıq
zirvəsinə ucalanlar”, “Vətən bizi çağırır”, “Vətənpərvərlik -
ən ülvi bir hissdir” və s. Sərgidə görkəmli şəxsiyyətlərin
vətənpərvərlik haqqında söylədikləri fikirlərdən, sitatlardan
istifadə etmək sərgini daha da məzmunlu və dolğun edər.
Dostları ilə paylaş: |