Uşaq Kitabxanası



Yüklə 383,49 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix04.11.2017
ölçüsü383,49 Kb.
#8408
1   2   3   4   5   6   7   8   9   ...   15

20 

 

Kiçik  yaşlı  uşaqlara  isə  vətənpərvərlik  hissi  bir  neçə  yolla 



aşılanır. Kitabxanaçılar uşaqlarda doğma Vətənə, onun başı 

qarlı dağlarına, bol-bəhrəli düzlərinə, min cür nemət yetirən 

müqəddəs  torpağına,  durna  gözlü  bulaqlarına,  ucu-bucağı 

görünməyən meşələrinə məhəbbət hissi tərbiyə etmək işində 

bədii 

əsərlərdən,  söhbətlərdən,  musiqi  əsərlərindən, 



ekskursiyalardan, foto-albomlardan, rəsm müsabiqələrindən, 

ucadan oxudan geniş istifadə etməlidir. Kiçik yaşlı oxucular 

vətən haqqında bilgilərini ilk  əvvəl ailədə, uşaq bağçasında, 

sonra məktəbdə, daha sonra kitabxanalarda zənginləşdirirlər. 

Bu  məqsədlə  hərbi-vətənpərvərlik  tərbiyəsinə  diqqətlə 

yanaşmaq  lazımdır.  Uşaqları  xalqımızın  adət-ənənələri  və 

sərvətləri  ilə  tanış  etmək,  vətəni  qorumağın  hər  bir  kəsin 

müqəddəs borcu olduğunu onlara aşılamaq lazımdır. 

Məktəbəqədər 

yaşlı 


uşaqlarda 

vətənpərvərlik 

tərbiyəsini  formalaşdırmaq  üçün  ilk  əvvəl  onlara  Vətənin 

gözəlliklərindən  danışmalı,  Vətənin  təbiətini  sevməyi 

öyrətmək  lazımdır.  3  yaşından  başlayaraq  uşaqlara  Vətən 

haqqında 

şeirlər 

əzbərlətməli, 

nağıllar 

oxunmalı, 

qəhrəmanlardan  danışılmalıdır.  Uşaqların    yaşlarını  nəzərə 

alıb  sadə  və  qısa  başlıqlı  sərgilər  tərtib  etmək  lazımdır. 

Sərgilərə  “Azərbaycan  –  Vətənim  mənim”,  “Azərbaycan 

qəhrəmanlar 

yurdudur”, 

”Vətənpərvərlik 

tərbiyəsi 

ümummilli  xilas  yolumuzdur”,  “Doğma  yurda  bağlılıq 

Vətən sevgisindən qaynaqlanır”, “Biz Milli Ordumuzla fəxr 

edirik”  adı  vermək  olar.  Uşaqlar  üçün  sərgi  təşkil  edərkən 

yazıçı  və  şairlərimizin  vətən  haqqında  yazdığı  kitablardan 

və  eyni  zamanda    vətənə  aid  şeir  parçalarından,  milli 




21 

 

qəhrəmanlarımızın  şəkillərindən  istifadə  oluna  bilər. 



Sərgilər hazır olduqdan sonra tədbirlər keçirmək olar.  

Kiçik  yaşlı  uşaqlar  üçün  təşkil  edilən  tədbirlərin  ən 

maraqlısı  səhərcikdir.  Səhərciyin  uşaqlar  üçün  əhəmiyyəti 

böyükdür.  “Vətən”  (Abbas  Səhhət),  “Öz  vətənimdir” 

(Mirvarid  Dilbazi),  “Azərbaycan”  (Səməd  Vurğun),  “Bir 

parça  torpaq”  (Əli  Səmədli),  “Vətəni  də  sevirəm”  (Rafiq 

Yusifoğlu),  “Ey  anam,  Azərbaycan”  (Hikmət  Ziya)  və 

“Qaranquş”  (Xəlil  Rza  Ulutürk)  şeirləri  üzrə  səhərciyin  və 

ucadan oxunun hazırlanması daha yaxşı olar. 

Əli  Səmədlinin  “Bir  parça  torpaq”  hekayəsi  üzrə 

hazırlanmış  səhərcik  məktəb  yaşlı  oxucular  üçün  daha 

maraqlı  olar.  Kitabxanaçı  əvvəlcə  hekayəni  oxucuların  

mütaliəsinə  verməli,  sonra  sinif  rəhbərlərinin  köməyi  ilə 

tədbiri  birgə  həyata  keçirməlidir.Yaxşı  olar  ki  səhərcik 

kitabxananın  nağıl  otağında  keçirilsin.    Səhərcik  aşağıdakı 

kimi hazırlana bilər. Səhnə hekayəyə uyğun dekorasiyalarla 

bəzədilir.Uşaqlar  hekayənin  qəhrəmanlarının  libasında 

səhnəyə daxil olurlar. 

Kitabxanaçı: 

Bir  gün  düşmən  öz  pis  niyyəti  ilə 

kəsdirdi  qapını.  Mahalın  igidləri 

silaha sarılıb atıldılar at üstünə. Böyük 

ata  səbr  edin  görək,  igidlərim,  dedi. 

İgidlər dayandı. Düşmən elçiləri gəlib 

çıxdı. 

Böyük ata: 



 

Xaqanınız nə istəyir? 

Elçi:   

 

Ulu Xaqanımız xərac istəyir. 



Kitabxanaçı:  İgidlər  hiddətləndi  bu  sözlərdən.  Böyük  ata 

sakitləşdirdi onları. 

Böyük ata: 

 

Verin, igidlərim, təki dava olmasın. 



Kitabxanaçı:              Elci yenə gəldi. 

Böyük ata: 

 

İndi tələbiniz nədir? 




22 

 

Elçi:   



 

Ulu  Xaqanımız  sizin  şəxsi  döyüş 

atınızı istəyir. 

Kitabxanaçı: 

İgidlər  bu  sözləri  eşitdikdən  sonra 

“biz dava istəyirik” bağırdılar. 

Böyük ata: 

 

Verin, 



igidlərim, 

təki 


qan-qada 

olmasın. 

Kitabxanaçı:              Elci yenə gəldi. 

Böyük ata: 

 

Daha nə istəyirsiniz? 



Elçi: 

Ulu Xaqanımız sizin yeganə oğlunuzu 

özünə nökər etmək istəyir. 

Kitabxanaçı:  İgidlər 

yenə 

qışqırdılar. 



Böyük 

ata 


sakitləşdirdi onları. 

Böyük ata: 

Verin,  bu  davada  öləcək  igidlərimiz 

mənim  bir  oğlumdan  heç  də  artıq  

deyil. 

Kitabxanaçı: 



Böyük  ata  sevindi  ki,  bununla  qan-

qada  sovuşub  getdi,  amma  belə 

olmadı. Elçilər yenidən gəldi. 

Böyük ata: 

 

İndi nə istəyirsiniz? 



Elçi: 

Ulu  Xaqanımız  mahalınızdan  məskən 

salmaq üçün bir parça torpaq  istəyir. 

Böyük ata: 

Ən  böyük  sərvət  bir  parça  torpaqdır, 

böyük  qeyrətdir  bir  parça  torpaq. 

Haydı,  mənim  igidlərim!  Düşmən 

həddini aşdı! Ona aman verməyin! At 

mənim  idi  verdim,  oğul  mənim  idi 

verdim, torpaq isə xalqındır. Onun bir 

qarışını belə verə bilmərəm! 

Kitabxanaçı: 

İgidlər  Böyük  atanın  sözündən  sonra 

atlandılar  at  belinə.  Dava  başladı,  nə 

başladı.  Qılınclardan  şimşək  qopdu. 

Analar,  bacılar  da  kişi  paltarı  geyib, 

qılınc  götürüb  döyüşə  yollandılar. 



23 

 

Bircə  günün  içində  düşməni  məğlub 



etdilər. 

Səhərciyə  yekun  vurduqdan  sonra  kitabxanaçı 

uşaqlara  beləcə  torpağı  qorumağı,  sevməyi  tövsiyə 

etməlidir.  Həmçinin  vətənpərvərlik  mövzusunda  “Nağıl 

otağı”nda  təşkil  edilən  ucadan  oxu  kiçik  yaşlıların  sevimli 

tədbirlərindəndir.  Mirvarid  Dilbazinin  “Azərbaycanım  ” 

şeirinin ucadan oxusunu keçirmək onlar üçün maraqlı olar: 

Torpağı – türbət, 

Suları - şərbət , 

Günəşi – məlhəm, 

Ayrılığı – qəm 

Azərbaycanım!  

Aranı, dağı, 

Tərlan oylağı, 

Könlüm çırağı, 

Qızılgül bağı 

Azərbaycanım! 

Ana nəfəsim, 

Qaranquş səslim, 

Ellim, obalım, 

Dağlar havalım 

Azərbaycanım. 

Qızları dilbər, 

Qğulları ər, 

Odum, ocağım, 

Ana qucağım,  

Qalsam həyatım, 

Ölsəm torpağım 

Azərbaycanım! 

Vətənpərvərliklə  bağlı  uşaq  kitabxanalarının  “Nağıl 

otağı”nda mənəvi  abidəmiz olan, 1300 ildən  də çox qədim 

bir  tarixə  malik  olan  “Kitabi-Dədə  Qorqud”  dastanının 

təbliği  mövzusunda  məktəblilərlə  söhbət  təşkil  etmək  olar.  



Yüklə 383,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə