1. Həzm qastritin diaqnostikasının əsasını nə təşkil edir?
A) Selikli qişanın bioptatının histoloji müayinəsi
B) Kliniki məlumatların kompleksi
C) Rentgenoloji müayinə
D) Endoskopik müayinə
E) Mədənin sekretor funksiyasının tədqiqi
2. Xroniki qastrit zamanı mədənin selikli qişasının tam normallaşmasını əldə etmək olur:
A) Qeyd edilən heç bir vasitə ilə
B) Antasidlərlə müalicə
C) Qastrit əleyhinə pəhrizlə
D) Xlorid turşusunun tədbiqi vasitəsi ilə
E) Xolinolitik vasitələr ilə
3. Mədə dispepsiyasına hansı aid deyil?
A) Meteorizm
B) Aeroqastriya
C) İştahanın dəyişməsi, ürəkbulanma, qusma
D) Aerofagiya
E) Mədənin dolğunluğu hissi
4. Bağırsaq dispepsiyasına hansı aid deyil?
A) Aerofagiya
B) Meteorizm
C) Qəbizlik
D) İshal
E) Bağırsaq sancısı
5. Xora xəstəliyi ağrıları nə ilə xarakterizə edilmir?
A) Daimiliklə
B) Fəsilliklə
C) Bütün variantlar səhvdir
D) Tipik lokalizasiya ilə
E) Qida qəbulu ilə əlaqəli olması
6. Xora nəticəsində əmələ gələn qanaxmalara hansı əlamət aid deyil:
A) Müsbət Baos simptomu
B) Kollaptoid vəziyyət
C) Melena
D) Kofe rəngli qusuntu
E) Müsbət Gregerson reaksiyası
7. Xora Perforasiyasının xarakterik əlamətinə hansı aiddir?
A) Epiqastriyada kəskin qılınc ağrısı
B) Hiperxolesterinemiya
C) Öskürək
D) Tənginəfəslik
E) Hipersalivasiya
8. Xora maliqnizasiya xarakterik əlamətinə hansı aid deyil?
A) Hipersentzia
B) Arıqlama
C) Periodik ağrıların daimi ağrılarla əvəz olunması
D) İştəhanın azalması, qidaya qarşı ikrah hissi
E) Lax yumurta ilə gəyirmə
9. Mədənin pilorik hissəsinin stenozunda hansı əlamət müşahidə edilmir?
A) Melena
B) Lax yumurta iyi ilə gəyirmə
C) Baxış zamanı mədənin peristaltik hərəkətləri
D) Şıppıltı küyü
E) Qusuntu kütlələrində qarşıda qəbul edilmiş qida qalıqlarının səhər qaytarılması
10. Hansı preparat xora xəstəliyinin müalicəsində sitoprotektiv təsirə malikdir?
A) Sukralfat
AİLƏ TƏBABƏTİ TESTLƏR. MPF V KURS. AZ SEKTOR.
B) Platiffilin
C) Aktovegin
D) Vikosal
E) Solkaseril
11. Hansı preporat proton pompası inhibatorlarının nümayəndəsidir?
A) Pantoprazol
B) De-nol
C) Sukralfat
D) Mezim
E) Etodolok
12. Mədə xorasının müalicəsi üçün istifadə edilən hansı preparat –bismut preparatıdır?
A) De-nol
B) Omepazol
C) Almagel
D) Maaloks
E) Bütün sadalananlar
13. Mədənin xora xəstəliyi ilə mədə xərçəngi arasındakı differensial diaqnostikada vacib
olan nədir?
A) Qastroduodenoskopiya və biopsiya
B) Bütün sadalananlar doğrudur
C) Rentgeneloji müayinə
D) Mədə şirəsinin müayinəsi
E) Qanın ümümi və biokimyəvi analizi
14. Mədənin xora xəstəliyi daha çox əmələ gəlir?
A) 40 yaşdan sonra
B) Istənilən vaxt
C) 5 yaşa qədər
D) 70-80 yaş arası
E) Doğru cavab yoxdur
15. Xroniki enteritin əmələ gəlməsinin səbəbi deyildir:
A) Daxil olan radiyasiyanın təsiri
B) Uzunmüddətli qəbizlik
C) Anadangəlmə ferment defisiti
D) Alimentar pozğunluq
E) Düzgün variant yoxdur
16. Xroniki enteritdə hansı qrup preparatdan istifadə etmək məsləhət deyil?
A) Antibiotiklər
B) Fermentlər
C) Vitaminlər
D) Probiotiklər
E) Prebiotiklər
17. Xroniki kolit üçün xarakterikdir:
A) Ağır gedişdə B
12
-defisitli anemiyanın inkişafı mümkündür
B) Şəkərli diabet inkişaf edir
C) Qida qəbulundan sonra mədə ağrıları
D) Qanda kreatinin artması
E) Başgicəllənmə
18. Xroniki kolit üçün hansı növ ağrılar xarakterikdir?
A) Defakasiyadan sonra azalan qarnın aşağı şöbələrində baş qaldıran tutma şəkilli və küt ağrılar
B) Epiqastral ağrılar
C) Sağ qabırğa altında ağrılar
D) Dğş qəfəsi arxası ağrılar
E) Ayaqlara iradiyasiya edən anus ətrafında ağrılar
19. Xroniki kolit üçün xarakterik əlamətlər hansıdır?
A) Qəbizlik, yalançı defakasiya çağırışları (tenezm)
B) Arıqlama, disfaqiya
C) Qusma, hipersalivasiya
D) Yüksək hərarət
E) Sürətli tərləmə
20. Poliklinika həkimi tərəfindən əmək qabiliyyətinin itirilməsi vərəqəsi verilir:
A) İşləyən xəstələrə
B) Təqaüddə olan xəstələrə
C) Alkoqol xəstələrinə
D) Hamilə qadınlara
E) Işləməyən xəstələrə
21. Poliklinikanın sahə həkiminə əmək qabiliyyətinin itirilməsi vərəqini sərbəst verməyə
haqqı var:
A) 3+3 gün, yəni 6 gün
B) 7 gün
C) 10 gün
D) 1 ay
E) 1+10 gün, yəni 11 gün
22. Şəhər poliklinikasında xəstələrin müvəqqəti əmək qabiliyyətinin itirilməsinin nəzarəti
üçün (6 aya qədər) hansı komissiya təşkil olunur?
A) Həkim-məsləhət komissiyası
B) Baş həkim şəxsən
C) Şöbə müdirlərinin komissiyası
D) Müalicə işləri üzrə baş həkim müavinin komissiyası
E) Heç bir variant doğru deyil
23. Xəstələrin daimi əmək qabiliyyətinin itirilməsinin nəzarəti üçün (6aydan çox)
Respublikamızda hansı komissiya təşkil olunub?
A) Tibbi –sosial ekspert komissiyası
B) Baş təşkil etdiyi komissiya
C) Həkim-məsləhət komissiyası
D) Rayon-səhiyyə şöbəsinin komissiyası
E) Səhiyyə nazirinin başçılığı altında komissiya
24. Səhiyyənin əsas və ilkin strukturu hansıdır?
A) Polikilnika
B) Xəstəxana
C) Elmi-tədqiqat institutu
D) Sanator-kurort müalicə
E) Diaqnostik mərkəz
25. Xırda bronxların selikli qişasının zədələnməsi ilə müşayiət olunan xroniki bronxitin
aparıcı simptomu hansıdır?
A) Təngnəfəslik
B) Bəlğəmli öskürək
C) Güclü üzücü quru öskürək
D) Dodağın selikli qişasının sianozu
E) Lekositoz və EÇS nin artması
26. Ambulator şəraitdə bronxospazmolitik prepartaların ən asan yeridilmə metodu
hansıdır?
A) İnhalyasion
B) Nebulayzer ilə
C) Parenteral
D) Peroral
E) Rektal
27. Bronxial astma tutması zamanı xəstələrin əsas ölüm səbəbi hansıdır?
A) Bronx mənfəzinin özülü sekretlə generalizə olunmuş tutulması
B) Generalizə olunmuş bronxospazm
C) Bronxların selikli qişasının generalizə olunmuş ödemi
D) Ağ ciyərlərin kəskin şişməsi
E) Ağ ciyər ödemi
28. Xroniki alkoqolizmdən əziyyət çəkən şəxslərdə pnevmoniyanın törədicisi çox vaxt hansı
olur?
A) Klebsiella
B) Streptokokk
C) Bağırsaq çöpü
D) Stafilokokk