Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə43/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   ...   36   37   38   39   40   41   42   43   44

 
97 
 
РЕЗЮМЕ 
НОВЫЕ ТЕНДЕНЦИИ И ПРАКТИКА  ВСЕМИРНОЙ СИСТЕМЫ ОБРАЗОВАНИЯ 
Алекберли Г.Я. 
 
Ключевые слова: инновация, глобализация, тенденция, стандарт 
В статье рассматриваются проблемы преобразования  учебных заведений в учебно-
научные исследовательские инновационные центры, применение и реализация различных 
моделей обучения. Приводятся примеры из опыта работы зарубежных вузов.  
 
SUMMARY 
NEW TENDENTIONS AND EXPERIMENTS IN WORLD EDUCATION SYSTEM 
Alekberli G.Y.  
 
Key words: innovation, globalization, tendency, education, standard. 
The  article  deals  with  conversion  of  educational  institutions  into  educational-scientific 
investigational  innovation  centers,  application  and  implementation  of  different  training-model. 
Some examples from the experience of universities winder 
 
 
 
  
 
Daxil olma tarixi: 
İlkin variant 
02.02.2016 
 
Son variant 
01.06.2016 
 
Ələkbərli G.Y. 
 


 
98 
 
 
UOT  159.92.8 
    
YENİYETMƏLƏRİN DEVİANT DAVRANIŞININ SƏBƏBLƏRİ VƏ TƏZAHÜR 
XÜSUSİYYƏTLƏRİ 
 
ƏYYUBOVA RİMA HÜSEYN qızı 
Sumqayıt Dövlət Universiteti, müəllim 
e- mail: 
A_elya_@hotmail.com
 
 
  Açar sözlər: deviant, yeniyetmələr, kənar davranış, addiktiv davranış, yayınmalar 
Son  zamanlar  yeniyetmələr  arasında  müxtəlif  davranış  yayınmalarının  artması  deviant 
davranış  probleminə  diqqəti  artırmış,  onu  aktual  problemlər  sırasına  qoymuşdur.  Deviant 
davranışlar  dedikdə  cəmiyyətdə  qəbul  edilmiş  normalara  zidd  əməllər  nəzərdə  tutulur. 
Yeniyetmələrin  deviant  davranışının  səbəblərini  anlamaq  üçün  ilk  növbədə  bu  yaşa  xas  cəhətləri 
araşdırmaq lazımdır. Belə ki,  yeniyetmədə baş verən bioloji dəyişikliklər onun davranışını  kəskin 
dəyişə bilər. Keçid dövrü təkcə yetkinliklə müşaiyət olunan psixoloji transformasiya deyil, həm də 
uşağı böyüklərin sosial həyatına daxil edən mədəni prosesdir. Buna görə də yeniyetmənin deviant 
davranışının  səbəbini  onun  sosiallaşmasında  axtarmaq  lazımdır.  Sosial  dəyərlərin  inkar  edilməsi 
normadan  kənar  davranışın  ilk  səbəbidir.  Alimlər  yekdilliklə  uşaq  və  yeniyetmələrin  deviant 
davranışının  formalaşmasında  ailə  və  ailədaxili  münasibətlərin  böyük  təsirini  qeyd  edirlər. 
Qürurlarına  toxunulması,  yaxınlarının  davranışından  narazılıq  onlarda  etiraz  reaksiyasını  oyadır. 
Etirazın  səbəbi  valideynlər  arasında  münaqişə,  yeniyetməyə  qarşı  biganəlik,  ona  əzab  verən  cəza 
tədbiri,  onun  üçün  vacib  olan  nəyinsə  qadağan  olunmasını  göstərmək  olar.  Sosial  nəzarətin 
olmaması, valideynlər tərəfindən özbaşına buraxılma kimi xarici ünsürlər şəxsiyyətin daxili, özünü 
məhdudlaşdırma  qabiliyyətinin  olmaması  ilə  yekunlaşır.  Onların  əksəriyyəti  pis  şəraitdə,az  sosial 
təminatlı ailələrdə, ailə üzvləri arasında münasibətlər gərgin olan, uşağa qayğı aşağı olan  ailələrdə 
yaşayırlar. Onlar sosial  ayrı seçkiliyi,  çoxları  üçün  yaxşı  təhsil almağın,  təmin  olunmuş  yaşayışın 
mümkünsüzlüyünü çox ağrılı qəbul edirlər. Çoxsaylı tədqiqatların nəticələri göstərmişdir ki, müasir 
yeniyetmə  və  gənclər  həddindən  artıq  pula  meyllidirlər  və  onların  sərvət  meylləri,  dəyərləri 
kökündən dəyişilmişdir. “Yüksək maaş” - bu motiv iş yerinin seçilməsi zamanı, 17 yaşlı oğlan və 
qızların  59.9%-i  üçün həlledici olmuşdur. Bu ondan irəli  gəlir ki,  pul  uğrunda mübarizə aparmaq 
iqtidarında  olmayan  ailələr,  yüksək  status  və  nüfuza  malik  olmurlar.  Belə  ailələrdə  tərbiyə  almış 
yeniyetmələr,  cəmiyyət  tərəfindən  özlərini  atılmış,  rədd  edilmiş  hesab  edirlər;  belə  yeniyetmələr 
məişət həyatında aktiv iştirak etmirlər, onları rəhbər vəzifələrə seçmirlər və s. Buna görə də həmin 
gənclər  kollektivdə  müəyyən  statusa,  nüfuza  malik  olmaq  üçün,  çox  vaxt  normadan  kənar 
davranışa, qanun pozuntularına əl atırlar: oğurluq, özündən zəifləri incitmək və s. 
Əsas  sosial  dəyərlərlə  barışmamaq  normadan  kənar  davranışın  İlkin  səbəblərindəndir. 
Yeniyetmə hörmət olunması və müstəqilliyin tanınması üçün idman, musiqi və digər akademik və 
qeyri-formal qruplar axtarır. Qeyri-formal qruplar fan klub, yeniyetmə dəstələri ola bilər. Belə küçə 
qruplaşmalarına daxil olan yeniyetmələrdə mənfi sosial maraqlar yaranır: erkən cinsi təcrübə, qrup 
şəklində  narkotik,  akoqol  qəbulu.  Belə  dəstələrdə  qrup  normalarının  ümum  insani  normalar 
üzərində hakim olması yeniyetmənin deviant davranışının əsasını qoyur. Deviant qrupa üzvlük ona 
yeni  özünü  təsdiq  üsulları,  öz  “mən”ini  müsbət  sosial xüsusiyyətlər  deyil,  mənfi  sosial  hərəkətlər 
hesabına gücləndirmək imkanı verir.  
       Deviant  yeniyetmələr    öz  boş  vaxtlarını  məzmunlu  keçirməyi  bacarmır,  çox  az  mütaliə  edir. 
Onların maraqları məhduddur. Yeganə oxuduqları kitablar isə sərgüzəşt-dedektiv məzmunlu olur 
Deviant  davranış  formaları  arasında  addiktiv  forma  son  ildə  xeyli  “cavanlaşıb”.  Addiktiv 
davranış ( addiksiya – nəyəsə məhvedeici meyl) bəzi maddələrin qəbulu  vasitəsilə psixi vəziyyəti 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  


 
99 
 
dəyişmək üsuludur. Belə maddənin qəbulu, əşya və hərəkətə bağlılıq intensiv emosiyaların inkişafı 
ilə  müşaiyət  olunur.  Bu  elə  bir  həddə  çatır  ki,  yeniyetmənin  həyatı  nəzarətdən  çıxır  və  o? 
addiksiyaya  qarşı  çıxa  bilmir.  Bu  cür  davranış  forması  psixoloji  çətinliklərə,  həyat  şərtlərinin 
dəyişməsinə pis uyğunlaşan yeniyetmələr üçün xarakterikdir. Addiksiya real həyatdan qaçmaq üçün 
universal üsuldur. Alkoqol və narkotik effektiv psixoloji qalxan rolunu oynayır. Addiktiv davranış 
tipi  olan  yeniyetmələrin  çoxu  psixologiyada  “arzuya  uyğun  düşüncə”  mexanizmindən  istifadə 
edirlər: onlar məntiqə zidd olaraq öz istəklərinə uyğun olanı real sayırlar. Nəticədə şəxsiyyətlərarası 
münasibət  pozulur,  insan  cəmiyyətdən  uzaqlaşır.  Aşağıdakı  maddə  və  ya  hərəkətlər  addiktiv 
davranış  formalarına  aiddir:  narkotik,  alkoqol,  siqaret,  aludəedici  oyunlar(  kompüter  oyunları  da 
daxil  olmaqla),  uzunmüddətli  ritmik  musiqi  dinləmək,insanı  həyati  vacib  vəzifələrindən 
uzaqlaşdıran fəaliyyət növləri və s.  
Addiktiv davranış forması tədricən formalaşır. Bu davranış maddənin verdiyi yüksəliş, sevinc, 
ekstaz  hissinin  yaranması  ilə  müşaiyət  olunur.  Yeniyetmələr  düşünürlər  ki,  narkotik  və  alkoqol 
özünüqiymətləndirməni  qaldırır,  narahatlığı  azaldır.  Amma  faktlar  göstərir  ki,  bu  özünə  təlqin 
effektidir.  
Normadan  kənar  davranış  formalarından  biri  olan  intihar  da  axır  vaxtlar  xeyli  cavanlaşıb. 
Deviant davranışın passiv tipinin bu forması həllolunmaz problemlərdən, həyatın özündən qaçmaq 
üsuludur. Konkret suisid aktlarının araşdırılmasında motiv və şərait, şəxsiyyətin xüsusiyyətlərindən 
çox şey asılıdır. Tədqiqatlar göstərir ki, suisidə təhrik edən səbəblər arasında yaş, cins, təhsil, sosial 
və ailə vəziyyəti faktorlarının çox böyük əhəmiyyəti var. İntihar halları daha çox 55 yaşdan sonra və 
20 yaşa qədərki dövrdə baş verir. Suisidin alkoqol qəbulu ilə birbaşa əlaqəsi var. Suisidə cəhd edən 
yeniyetmələr  kəskin  ruhi  sarsıntı  keçirir,  stress  vəziyyətində  olur,  öz  problemlərindən  çıxış  yolu 
tapa bilmirlər 
       Deviant  davranışlı  yeniyetmələrdə  şəxsiyyətin  inkişafında  aşağıdakı  parametrlər  qeyd 
olunur:  gələcəyə  münasibət  çox  qeyri  –  müəyyəndir,  gələcək  hal  –  hazırki  dövrün  primitiv 
istəklərinin birbaşa əksi kimi görünür, ümumi insani dəyərlər qəbul olunmur, təhsilə maraq itir. Bu 
cür  yeniyetmələr faktiki  olaraq həmyaşıdlar tərəfindən uzaqlaşdırılır. Onların əksəriyyəti psixoloji 
mühitin normal olmadığı ailələrdən gəlir. Deviant davranışlı yeniyetmələrin əksəriyyəti oğlandır və 
onların 50%i alkoqolizmə və münaqişələrə meyllidir. 
Azyaşlı  yeniyetmələrdə    normadan  kənar  davranışın  səbəblərindən  biri  konkret  məntiqi 
düşüncə tərzinin inkişaf etməməsidir. Ola bilsin ki, deviant davranışlı yeniyetmələrə həqiqətin təhrif 
olunması da xasdır. Onlar özlərində yaxşının daha çox, tənqid olunanın, pisin isə az olduğunu qeyd 
edirlər. Onlar özlərini mənəvi norma və standartlara əməl edən insanlar sayırlar. Yəqin ki, onların 
bu xüsusiyyəti özünütənqidin aşağı səviyyəsindən irəli gəlir. Deviant yeniyetmələr ağılla yox, daha 
çox hislərlə hərəkət edirlər. Onların eqostrukturu gərgin vəziyyətdədir, ona görə də həmişə özlərinə 
haqq  qazandırmağa  çalışırlar.            Beləliklə,  ünsiyyətə  açıqlıq,  xeyirxahlıq,  sosial  yetkinlik, 
problemli  situasiyaları  həll  edə  bilmək  yeniyetmələrin  normativ  davranışına  təsir  edir,  ünsiyyətin 
qıtlığı,  emosional  dayanıqsızlıq  normadan  kənar  davranış  yaradır.  Ola  bilsin  ki,  zəif  əsəb  sistemi 
deviant  davranışlı  yeniyetmənin  tez  təsir  altına  düşməsinin  əsas  səbəbidir.  Bütün  bu  tədqiqatları 
ümumiləşdirsək,  deviant  davranışlı  yeniyetmələrdə  aşağıdakı  psixoloji  xüsusiyyətləri  qeyd  еdə 
bilərik:  pedoqoji  təsirlərin  qəbul  edilməməsi,  çətinliklərin  öhdəsindən  gələ  bilməmək,  maneələrə 
məhəl qoymamaq, yüksək gərginlik, assosial qaydalı qruplara kor – koranə tabelik, özünütənqidin 
aşağı  olması,  özünə  inamın  olmaması,  təhsilə,  fiziki  əməyə,  özünə  və  ətrafdakılara    qarşı  mənfi 
münasibət, özünənəzarətin zəifliyi, aqressivlik. 
Beləliklə, deviant davranış o davranış hesab olunur ki, sosial və mədəni inkişaf səviyyəsində 
müəyyən cəmiyyətdə normalardan kənara çıxılır. Belə nəticəyə  gəlmək olar ki,  sosium  tərəfindən 
qəbul  edilməyən  “ailə-uşaq”,  “ailə-məktəb”  münasibətləri  zəif  olan  insanlar  normadan  kənar 
davranışa meylli olurlar. 
 
ƏyyubovaR.H. 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə