Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə38/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

 
86 
 
Əsasən, regionda emal sənayesi təşəkkül tapmışdır. Kənd təsərrüfatı, yüngül və yeyinti sənaye 
sahələri  üzrə  iri  ixtisaslaşmış  emal  müəssisələri  fəaliyyət  göstərir.  Bu  sahələr  regionun  sənaye 
məhsulunun  95  faizini  təşkil  edir.  Yeyinti  sənayesi  bağçılıq,  tütünçülük  və  heyvandarlıq 
məhsullarının  emalına  xüsusi  meyil  göstərir  [1,  s.6].  Bağçılıq  məhsullarının  emalına  əsaslanan 
sənaye  müəssisələri  meyvə-tərəvəz  konserv  zavodları,  şərab  zavodları  və  fındıq  emalı 
müəssisələridir. Tütünçülük məhsullarını emal edən sənaye müəssisələri “İnter-Tobacco” MMC-nin 
tütün  emalı  zavodu,  Şəki  Tütün  Emalı  məntəqəsi  və  “Şəki  Tütün”    ASC  ilə  təmsil  olunur. 
Heyvandarlıq    məhsullarının  emalına  əsaslanan  sənaye  müəssisələri  isə  ət-süd  emalı  zavodları  və 
quşçuluq fabrikləridir.  
Bundan  başqa  yeyinti  sənayesində    qarğıdalı  emalı  və  qlükoza  istehsalı  zavodu,  buğda 
elevatoru  un  və  yem  fabriki,  çörək  zavodu,  yeyinti  məhsulları  istehsalı,  yem  istehsalı,  çay  və 
mineral su istehsalçıları  fəaliyyət göstərir. 
Yeyinti  sənayesində  çay  emalının  xüsusi  yeri  vardır.  Belə  ki,  respublika  üzrə  iki  çayçılıq 
rayonundan  biri  olan  Zaqatala  çayının  özünəməxsus  ətri  və  dadı  vardır.  Çayın  tərkibində  onun 
keyfiyyətini  müəyyən  edən  tanin  maddəsinin  aromatik  birləşmələrinin,  vitaminlərin  və  insan 
orqanizmi  üçün  vacib  olan  mikroelementlərin  çoxluğu  bu  çayı  istər  respublikamızda,  istərsə  də 
dünyanın digər regionlarında becərilən çaylardan üstün olması ilə fərqlənir. 
25 il əvvəl Zaqatalada 100 hektardan çox çay plantasiyasından ümumilikdə 65-70 tona yaxın 
quru  çay  istehsal  olunurdu.  Ancaq  zaman  keçdikdə  plantasiyaların  həcmi  azalaraq  60  hektar 
olmuşdur.  Hazırda  rayonda  cəmi  54  ton  çay  istehsal  olunur  [9]. Məhsuldarlığın  aşağı  düşməsinin 
digər  səbəbi  kolların  yaşının  çox  olmasıdır.  Belə  ki,  plantasiyalardakı  çay  kolları  60  il  əvvəl 
əkilmişdir. Bir kolun məhsuldarlıq dövrü isə təqribən 50 ildir. Yeni plantasiyaların salınması üçün 
külli  miqdarda  vəsait  tələb  olunur.  Sahələrdə  suvarma  sisteminin  olmaması  da  çay  kollarının 
məhvinə səbəb olan amillərdəndir.  
Məhsuldarlığın  və  keyfiyyətin  aşağı  düşməsi  fermerlərin  bu  sahəyə  olan  marağını 
azaltmışdır. Belə ki, bəzi fermerlər öz istifadələrində olan  torpaqlarda digər məhsulların əkilməsinə 
üstünlük  verir.  Bu  da  öz  növbəsində  plantasiyaların  məhv  olmasına  gətirib  çıxarır.  Əslində  isə 
çayçılıq heç də gəlirsiz sahə deyildir. Bir qrup kənd əhalisi öz gəlirini zay plantasiyalarından, yaxud 
sexlərdə çalışmaqla qazanır. Əgər bu sahəyə diqqət artırılmasa, qısa bir müddətdən sonra, yüzlərlə 
ailənin gəlir mənbəyi olan çayçılıq məhv ola bilər. 
Qərzəkli meyvələrin yetişdirilməsində əhəmiyyətli rola malik Şəki-Zaqatala regionunda qoz 
və fındıq yağının istehsalı xəttinin  yaradılması məqsədəuyğun hesab edilir. Qoz və fındıq yağının 
dəyərliliyini,  tibbdə  və  kulinariyada  geniş  istifadəsini  nəzərə  alaraq  istehsalının  təşkili  prioritet 
hesab olunur. 
Yeyinti  sahəsinin  inkişafında  digər  əhəmiyyətli  sahə  arıçılığın  və  arı  məhsullarının  sənaye 
üsulu  ilə  emalının  təşkilidir.  Rayonun  təbii  iqlim  şəraiti,  dağ  meşələrində  bitən  cökə  və  şabalıd 
ağaclarından  arıların  bol  nektar  əldə  etməsi  arıçılığın  inkişaf  etməsi  üçün  münbit  şərait  yaradır. 
Bunu  nəzərə  alaraq,  arı  məhsullarının  sənaye  üsulu  ilə  emalının  inkişafı  bu  sahənin  ixrac 
potensialının artmasına səbəb ola bilər. 
   Regionda dərman bitkilərinin tədarükü və emalı müəssisəsi də yaradıla bilər. Belə ki,  Şəki-
Zaqatala bölgəsi öz florasının zənginliyi ilə fərqlənən zonalardandır. Burada Azərbaycan florasında 
qeydə alınmış yüzlərlə yabanı və mədəni meyvə və giləmeyvə sortları, dərman bitkiləri yayılmışdır. 
Regionun zəngin təbiəti sənaye ehtiyatlarına malik bir sıra dərman bitkilərinin emalına və əhalinin 
sağlamlığının  qorunması  məqsədilə  vitaminləşdirilmiş  içkilərin,  bioloji  fəal  maddələrin  hasil 
edilməsinə  geniş  şərait  yaradır.  Dağlıq  və  dağətəyi  ərazilərdə  120-dən  çox  yüksək  bioloji  aktiv 
maddələrlə  zəngin  olan  müxtəlif  bitkilərin  mövcudluğunu  nəzərə  alaraq,  regionda  əczaçılıq 
zavodunun tikilməsi məqsədəuyğun hesab edilir [6, s.306,307]. 
İqtisadi  rayonun  yüngül  sənayesinin  əsasını  ipəkçilik  təşkil  edir.  Bundan  başqa  tikiş, 
toxuculuq,  mebel  istehsalı  ilə  məşğul  olan  kiçik  sahibkarlıq  subyektləri  də  fəaliyyət  göstərir. 
Şəki-Zaqatala regionunda sənayenin mövcud vəziyyəti və inkişaf perspektivləri 
 


 
87 
 
Respublika  ipək  sənaye  məhsulunun,  Qarabağ  müharibəsinə  kimi  yarıdan  çoxunu,  hazırda  isə, 
demək olar ki, hamısını “Şəki İpək” ASC verir. Müəssisə yerli xammalla yanaşı, gətirilmə barama 
ilə  işləyir.  Müəssisədə  ipək  və  yun  xalçalar,  kəlağayılar,  xalat,  yataq  dəsti,  iş  geyimləri  və  digər 
məhsullar istehsal olunur. 
İpəkçiliyin, o cümlədən, ipək sənayesinin inkişaf etdirilməsi üçün zəruri olan amil  xammal 
bazasıdır. Belə ki, son illər respublikamızda barama istehsalı kəskin şəkildə aşağı düşmüşdür. Ötən 
əsrin 70-80-ci illərində Azərbaycanda 6000 tona yaxın yaş barama istehsal olunduğu halda, hazırda 
bu  rəqəm  10-12  tondan  çox  deyildir.  Əvvəllər  müəssisə  baramanı  İran  və  Özbəkistandan  alırdı. 
Hazırda  həmin  ölkələrdə  də  barama  istehsalı  azaldığından  xammal  təchizatında  ciddi  çətinlik 
yaşanır. Bu isə öz növbəsində müəssisənin baramaaçan istehsalatının dayanmasına, xaricdən hazır 
ipəyin  idxal  olunmasına,  nəticədə  istehsal  olunan  məhsulun  maya  dəyərinin  artmasına  gətirib 
çıxarmışdır.  Hazırda  müəssisə  tərəfindən  respublikada  ipəkçiliyin  bərpası  və  inkişafının  təmin 
olunması,  həmçinin  yem  bazasının  möhkəmləndirilməsi,  barama  istehsalının  artırılması  üçün 
müəyyən işlər həyata keçirilir [10]. 
İqtisadi  rayonun  yüngül  sənayesində  Azərbaycanda  yeganə  qızılgül  yağı  istehsal  edən  gül 
emalı  zavodu  mühüm  əhəmiyyət  kəsb  edir.  Qızılgül  bir  zamanlar  Zaqatala  üçün  əlverişli  istehsal 
sahəsi  olmaqla  yanaşı,  həm  də  bu  rayonun  rəmzinə, simvoluna  çevrilmişdir.   Gül  sahələrindən 
tonlarla məhsul toplanırdı. Yığılan məhsul rayonda gülçülüyün inkişafına təkan vermiş, 1970-ci ildə 
fəaliyyətə  başlayan  efir  yağları  müəssisəsində  emal  edilirdi.  25  il  əvvəl  300-350  hektar  sahədən 
toplanan  500  tona  yaxın  gül  ləçəyi  bu  müəssisədə  emal  olunaraq  200-250  litr  efir  yağı  əldə 
olunurdu.  Bu  gün  isə  qızılgül  sahələri  baxımsızlıq  səbəbindən  məhv  olmaqdadır.  Zaqatala 
rayonunda hazırda 20 hektar gül plantasiyası mövcuddur.  
Bu sahəyə investisiya  yatırılarsa, müəssisənin məhsuldarlığını və hətta  yeni texnologiyaların 
tətbiqi  sayəsində  mövcud  plantasiyaların  da  məhsuldarlığını  artırmağa  imkan  vardır.  Zaqatalanın 
iqlim  şəraiti  və  torpağı  gülçülüyün  inkişafı  üçün  olduqca  əlverişlidir.  Cəmi  bir  ilə  tam 
məhsuldarlığa  düşən  plantasiyalar  salmaq  mümkündür.  Az  zəhmət  tələb  edən  gülçülük  yerli 
sakinlər üçün də əlverişli gəlir sahəsinə çevrilə bilər.  
Yüngül sənayenin inkişaf etdirilməsi üçün dəri emalı və dəri məmulatları istehsalının təşkili  
məqsədəuyğun  hesab  edilir.  Belə  ki,  dəri  emalı  üçün  tələb  olunan  iri  və  xırda  heyvan  dərilərinin 
ölkəmizdə  kifayət  qədər  tədarük  edilməsi,  dəri  emalı  sahəsində  əhalinin  tarixən  formalaşmış 
vərdişləri  (dabbaqçılıq  sənəti),  eyni  zamanda,  ölkə  daxilində  istehsal  olunan  dəri  məmulatlarının 
maya  dəyərinin  idxal  olunandan  xeyli  aşağı  olması,  ölkəmizin  dəri  məmulatlarının  istehsalı  üzrə 
müqayisəli  üstünlüyə  malik  olması,  dəri  məmulatları  istehsalı  və  emalının  təşkilinin  həyata 
keçirilməsinin  zəruriliyini  şərtləndirən  amillər  hesab  edilə  bilər.  Bu,  həmçinin
 
  yeni  iş  yerlərinin 
yaradılması, əlaqədar sahələrin inkişafının stimullaşdırılması ilə yanaşı daxili bazarda dəri və dəri 
məmulatları  məhsullarına  olan  tələbatın  yerli  istehsal  hesabına  təmin  edilməsi  baxımından 
əhəmiyyətli hesab oluna bilər. Xammal və əmək ehtiyatlarının mövcudluğu bu sahənin inkişafının 
hər bir rayonda həyata keçirilməsini mümkün edir. 
Şəki-Zaqatala regionunda  ağır sənaye zəif inkişaf etmişdir. Burada sənayenin inkişafı üçün 
ilk  növbədə  yerli  xammala  əsaslanan  rəqabətqabiliyyətli  ağır  sənaye  istehsalının  genişlənməsi 
zəruridir.
 
Ağır  sənaye  sahəsi  hazırda  inşaat  materialları  istehsalçıları  olan  kərpic,  asfalt  və  beton 
zavodları ilə təmsil olunur. 
Şəki-Zaqatala  regionunun  ərazisi  əlvan  metallar  və  tikinti  xammal  ehtiyatları  ilə  zəngindir. 
Balakən-Zaqatala  filiz  rayonu  Filizçay,  Katex,  Saqator,  Karabçay  kolçedan-polimetal  yataqlarını 
birləşdirməklə  sənaye  üçün  perspektivli  kompleks  yarada  bilər.  Respublikamızda  Filizçay  qrupu 
yataqlarının  yaxın  gələcəkdə  sənaye  istismarına  cəlb  edilməsi  məqsədəuyğundur.  Belə  zəngin 
yataqlar  ölkəmizin  şimal-qərbində  yüksək  rentabelli  yeni  dağ-mədən  metallurgiya  kompleksini 
yaratmağa imkan verir.  
Şəki-Zaqatala regionu dünyada klassik sel regionu kimi tanınır. Kiş, Şin, Muxax, Dəmiraparan 
Əliyeva Ş.İ. 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə