Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə37/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

 
83 
 
РЕЗЮМЕ 
АГРАРНО-ПРОМЫШЛЕННЫЙ КОМПЛЕКС  АПШЕРОНСКОГО 
ЭКОНОМИЧЕСКОГО РАЙОНА 
Абдуллаева З.Г., Велиев А.Дж. 
 
Ключевые  слова:  Апшеронский  экономико-географический  район,  производство 
химических  средств,  сухой  субтропический  климат,  аграрно-
промышленный комплекс, сельское хозяство, экономический район
интеграция 
В  статье  отражены  сведения  об  особенностях  аграрно-промышленного  комплекса 
Апшеронского  района.    Под  воздействием  рыночной  экономики  в  территориальной 
структуре сельского хозяйства постоянно происходят изменения. Экономико-хозяйственные 
показатели  потенциальных  возможностей  экономического  района  определили  некоторые 
аграрно-промышленные интеграции. 
 
SUMMARY 
AQRO-INDUSTRIAL COMPLEX OF ABSHERON ECONOMIC REGION 
Abdullayeva Z.H., Valiyev A.J.  
 
Key  words:  Absheron  economic  and  geographic  area,  the  production  of  chemicals,  dry 
subtropical  climate,  agro-industrial  complex,  agriculture,  economic  region, 
integration 
The article contins his specific features of Absheron economic regions agricultural complex.
 
Under  the  influence  of  the  market  economy,  the  country  is  going  to  the  constant  changes  in  the 
structure  branch and territorial of agriculture.
 The economic potential of the region, and economic 
indicators identified in some agro-industrial integration.  
 
 
 
Daxil olma tarixi: 
İlkin variant 
22.10.2015 
 
Son variant 
01.06.2016 
 
 
Abdullayeva Z.H., Vəliyev A.C. 
 
 


 
84 
 
 
UOT.334.744 
 
ŞƏKİ-ZAQATALA REGİONUNDA SƏNAYENİN MÖVCUD VƏZİYYƏTİ VƏ 
İNKİŞAF PERSPEKTİVLƏRİ 
 
ƏLİYEVA ŞÖHRƏT İZZƏT qızı 
Sumqayıt Dövlət Universiteti, assistent 
e-mail: systems05@mail.ru 
          
Açar sözlər: region, sənaye, inkişaf, istehsal, emal, müəssisə, məhsul, məhsuldarlıq 
Regionların  sərvətlərindən  və  təbii  şəraitindən  səmərəli  istifadə  etməklə  kənd  təsərrüfatı 
məhsulları istehsalını artırmaq, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət 
və  digər  infrastruktur  obyektlərinin  inkişaf  etdirmək  məqsədilə  ardıcıl  olaraq  “Azərbaycan 
Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı  (2004-2008-ci  illər)", 
"Azərbaycan  Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramı"  və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı 
Dövlət  Proqramı”  təsdiq  edilmişdir.  Məhz  regionların  hərtərəfli  inkişafı  sahəsində  2004-cü  ildən 
başlanılmış  bu  məqsədyönlü  siyasətin  nəticəsi  olaraq  regionlar  özünün  yeni  inkişaf  mərhələsinə 
qədəm qoymuşdur.  
Sənaye  sahəsinin  inkişafı  üçün  regionlardakı  mövcud  sənaye  müəssiəslərinin  fəaliyyətinin 
bərpası və yenidənqurulması, yeni müəssisələrin yaradılması vacibdir. Bu baxımdan Şəki-Zaqatala 
regionunda  kənd  təsərrüfatı  məhsullarının  emalı  müəssiəsələrinin  bərpası  və  ixrac  potensialının 
artırılması  xüsusi  əhəmiyyət  kəsb  edir.  Yerli  ehtiyatlardan  səmərəli  istifadə  hesabına  sənayenin 
inkişafına  xüsusi  diqqətin  cəlbi,  öz  növbəsində  kənd  təsərrüfatının  inkişafına  da  zəmin 
yaradacaqdır. 
 
Şəki-Zaqatala  regionu  böyük  təbii-iqtisadi  sərvətlərə  malikdir.  Bu  region  altı  iri  kənd 
təsərrüfatı  rayonunu:  Balakən,  Qax,  Qəbələ,  Oğuz,  Zaqatala  və  Şəkini  əhatə  edir.  Region 
respublikamızın  şimal-qərbində  –  Böyük  Qafqaz  dağlarının  cənub  yamacında  yerləşir.  Regionun 
ümumi sahəsi 8,96 min km
2
 olmaqla respublikamızın ərazisinin 10.3 faizini təşkil edir.   
Şəki-Zaqatala  regionunda  sənaye  zəif  və  əsasən,  birtərəfli  inkişaf  etmişdir.  Onun  payına 
ümumi  respublika  sənaye  məhsulunun  3%-dən  bir  qədər  çoxu  düşür.  Sənayenin  tərkibi  demək 
olar  ki,  yeyinti  və  yüngül  sənayedən  ibarətdir.  Bu  sənaye  müəssisələri,  əsasən,  yerli  kənd 
təsərrüfatı  xammalını  emal  edir.  Sənaye  komplekslərinin  əsasını  meyvə-tərəvəz  konservləri 
məhsulları  və  mineral  süfrə  suları  istehsalı,  quşçuluq  məhsulları,  tikinti  məmulatları,  pivə  və 
şərab, un və un məmulatları istehsalı, süd məhsulları istehsalı, fındıq, tütün, gül yağı emalı, çay 
istehsalı və s. təşkil edir. 
2015-ci  ildə  regionda  sənaye  müəssisələri,  fərdi  sahibkarlar  və  ev  təsərrüfatları  tərəfindən 
109773,8  min  manatlıq  sənaye  məhsulu  istehsal  edilmişdir  ki,  bu  da  əsas  sahələr  üzrə  məhsul 
buraxılışının  10%-ni  təşkil  edir.  Sənaye  məhsulunun  həcmində  qeyri-dövlət  sektorunun  xüsusi 
çəkisi 61% təşkil etmişdir [9]. 
Son 2011-2015-ci  illərdə Şəki-Zaqatala regionunda sənaye  sahəsində istehsal olunan məhsul 
həcminin dinamikası aşağıdakı diaqramda göstərilmişdir. 
 
 
 
 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  


 
85 
 
 
 
Sənaye sahəsində çalışan işçilərin sayı 4124 nəfər, bir işçiyə düşən orta aylıq əmək haqqı isə 
338,3 manat təşkil etmişdir [9]. 
Diaqramdan  göründüyü  kimi,  sənayedə  artım  müşahidə  edilməkdədir  ki,  bunun  da  əsas 
hissəsi yeni yaradılmış müəssisələrin payına düşür. Belə ki, bir tərəfdən kənd təsərrüfatının inkişafı, 
digər  tərəfdən  regionda  infrastruktur  təminatının  yaxşılaşdırılması  son  illərdə  ərzaq  məhsullarının 
istehsalı sahəsində yeni müəssisələrin yaradılmasına təkan vermişdir.  
 
Cədvəl 1. Şəki-Zaqatala iqtisadi rayonu üzrə sənaye sahəsinin əsas göstəriciləri  
Göstəricinin adı 
2005 
2010 
2011 
2012 
2013 
2014 
Fəaliyyət göstərən müəssisələrin 
sayı cəmi, vahid 
106 
115 
107 
113 
113 
116 
Sənaye məhsulunun 
(işlərin,xidmətlərin) həcmi 
(müvafiq ilin qüvvədə olan 
faktiki qiymətləri ilə), min manat  
21006 
60166 
75686 
75735 
74835 
87246 
Sənaye məhsulunun (işlərin, 
xidmətlərin) həcmi, əvvəlki ilə 
nisbətən, faizlə (müqayisəli 
qiymətlərlə) 
190,5 
113,3 
115,7 
101,7 
100,0 
118,1 
Sənaye məhsulunun həcmində 
qeyri - dövlət sektorunun xüsusi 
çəkisi, faizlə 
34,0 
66,3 
62,5 
58,5 
61,0 
67,5 
İstehsal edilmiş hazır məhsulun  
ilin axırına qalığı, min manat 
3077 
6045 
8829 
12279 
13084 
12512 
İşçilərin orta siyahı sayı - cəmi, 
nəfər 
4462 
4688 
4556 
4992 
5348 
534,5 
İşçilərin orta aylıq əmək haqqı, 
manat 
65,1 
194,0 
239,5 
276,7 
305,1 
305,2 
Sənaye-istehsal əsas fondlarının 
mövcudluğu (ilin axırına; balans  
qiymətləri ilə), mlyn. manat 
66,0 
344,1 
262,6 
293,2 
317,9 
317,3 
74271,7 
76869,9 
82538,2 
85337,8 
109773,8 
2011-ci il 
2012--ci il 
2013-cü il 
2014-cü il 
2015-ci il 
Sənayedə məhsul istehsalının artım tempi  
(min manatla) 
Əliyeva Ş.İ. 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə