Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi


Subtropik aqrar-sənaye inteqrasiyası



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə36/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

 
81 
 
Subtropik aqrar-sənaye inteqrasiyası. Qədim dövrlərdən bəri Abşeron yarımadasında zəfəran 
bitkisi becərilir. Zəfəran çoxillik soğanaqlı bitkidir. Oktyabr-noyabr aylarında novruzgülünə bənzər 
çiçək  açır.  Çiçəyin  içərisindən  sarı  rəngli  zərif  tellər  yığılaraq  xüsusi  sobalarda  termik  üsulla 
qurudulub emal edilir. Abşeronda həyətyanı sahələrdə də zəfəran bitkisi becərilir. Zəfəran bitkisinin 
məhsulunun  həcmi  çox  az,  qiyməti  isə  yüksəkdir.  Zəfəran  cövhərindən  nadir  tibb  preparatların 
hazırlanmasında  istifadə  edilir.  Onun  tərkibində  gözün  görmə  qabiliyyətini  artıran,  maddələr 
mübadiləsini  tənzim  edən,  insana  xoş  əhval-ruhiyyə  bəxş  edən  maddələr  vardır.  Qeyd  etmək 
lazımdır ki, keyfıyyətinə görə İtaliya və Fransada əkilən zəfərandan üstün olan Abşeron zəfəranının 
istehsalı keçən əsrin 90-cı iliərindən bəri xeyli azalmışdır. 
Bununla  yanaşı,  ölkəmiz  ən  mühüm  sənaye  əhəmiyyətli  nar,  heyva,  badam,  zeytun,  əncir, 
müxtəlif    ədviyyatlar  və  s.  sahələr  üzrə  ixtisaslaşmış  regionlardan  biri  kimi  də  məşhurdur.  Son 
onilliklərdə  Abşeronda  zeytunçuluq  aqrar-sənaye  inteqrasiyası  formalaşmışdır.  İndi  Abşeronda  
xarici  növlərlə  yanaşı,  uzun  illərdən  bəri  yerli  şəraitə  uyğunlaşmış  yeni  zeytun  növləri 
yaradılmışdır.  Burada  «Azərbaycan»,  «Şirvan»,  «Buzovna»,  «Bakı»  və  digər  yerli  zeytun  növləri 
becərilir. İqtisadi rayon ərazisinin 2,1 min ha bağ sahəsindən təqribən 1,5 min ha zeytun bağlarıdır. 
Bunun  720  hektarından  məhsul  yığılır.  Respublikamızda  zeytun  məhsulu  emal  edən  yeganə 
müəssisə Maştağa Konserv  Zavodu olmuşdur.  Zavodda texnoloji  əsaslarla uzun illər zeytun  emal 
olunmuşdur. 
Zeytun  əmtəəlik  əhəmiyyətə  malikdir.  Hazırda  respublikamızda  üç  növ  zeytun  əkilir: 
Azərbaycan zeytunu, armudu zeytun və şirin zeytun. Zeytunun quru çəkisinin 80 %-i yağdır. 1 kq 
zeytun  tutmasının  qidalılığı  2050-2389  kilokaloriyə  bərabərdir.  Zeytun  meyvəsindən  əsasən  qida 
məqsədi ilə zeytun yağı, turşu hazırlanır. Zeytun plantasiyaları Hövsan, Qala, Bilgəh, Zığ, Maştağa 
və  Abşeron  rayonu  ərazisindədir.    Abşeron  iqtisadi  rayonunda  son  illər  700-800  ton    zeytun 
yığılaraq  emal  olunur.  Zeytundan  bir  çox  xəstəliklərin  müalicəsində,  ətriyyatda,  toxuculuq 
sənayesində geniş istifadə olunur. 
Üzümçülük-tərəvəzçilik  aqrar-sənaye  inteqrasiyası.  Abşeron  rayonu  uzun  illər 
respublikamızın mühüm üzüm və tərəvəz istehsal edən regionlarından biri olmuşdur. Ərazinin təbii 
kompleksi süfrə üzümünün yetişdirilməsinə şərait yaratmışdır. «Ağ şanı», «Qara şanı», «Sarı gilə» 
və s. süfrə üzüm sortları çox şəkərliliyi ilə seçilir. Üzümçülük aşağıdakı areallarda cəmlənmişdir: 
Samur-Dəvəçi  kanalı  boyu  və  dəniz  sahili  zonalarda.  Rayonda  ümumi  bitkiçilik  məhsulları 
tərkibində  üzümün  xüsusi  çəkisi  hələlik  20  %-dən  çox  deyildir.  Üzüm  əkin  sahəsi  Bakı  və 
Sumqayıt  şəhərlərində  ətraf    yaşayış  qəsəbələri  ərazisinin  və  Abşeron  inzibati  rayonunun  çox 
hissəsini özündə birləşdirir. Hələ,  XIX əsrin 40-cı illərində Abşeron Azərbaycanın əsas üzümçülük 
rayonlarından  biri  hesab  edilirdi.  Yarımadanın    bağlarından  hər  il  7  min  putdan  10  min  putadək 
üzüm toplanırdı. Satışa və şəxsi istehlaka sərf olunandan sonra yerdə qalan məhsuldan hər il doşab, 
qurudulmuş üzüm (kişmiş, mövüc) və s. hazırlanırdı. Üzüm istehsalı dəyişkən iqtisadi göstəricilərə 
malikdir. 2011-2012-ci illərdə bu iqtisadi rayonda 15,2 min ton üzum istehsal olunmuşdur.  Qeyd 
olunmalıdır  ki,  Abşeron  iqtisadi  rayonu  keyfıyyətli  üzüm  məhsulları  istehsalına  görə  fərqlənir. 
Xüsusilə süfrə üzümü bu ərazidə daha çox istehsal olunur. Bundan əlavə, rayon şanı üzüm sortları 
ilə də məşhurdur. 
Abşeron  rayonunun  kənd  təsərrüfatı  sistemində  üzümlə  yanaşı,  tərəvəz  istehsalı  da  mühüm 
yer  tutur.  Burada  pomidorun  49%-i  avqust,  19  %-i  sentyabr,  20  %-i  oktyabr,  10  %-i  isə  noyabr 
ayında  istehsal  olunur.  Örtük  altında  tərəvəz,  həmçinin  dekorativ  bəzək  güllərinin  becərilməsinə 
son  illər  daha  çox  diqqət  yetirilməkdədir.  Tərəvəzçilik  iqtisadi  rayonda  yaşayan  yerli  əhalinin 
ənənəvi təsərrüfat sahəsi olmaqla əhalinin tərəvəzlə təchizatında mühüm rola malikdir.  
 Şəhərətrafi  quşçuluq  və  süd-ət  heyvandarlıq  inteqrasiyası.  Abşeronda  südlük  və  ətlik 
maldarlıq mühüm sahələrdən biridir. Heyvandarlıq inteqrasiyalarını təşkil etmək məqsədi ilə sənaye 
əsaslı heyvandarlıq məhsullarının artırılmasına və son məhsula kimi emalına xüsusi diqqət yetirilir. 
Abşeron  iqtisadi  rayonunda  heyvandarlığın  əsas  sahələri  ətlik  və  südlük  maldarlıq,  qoyunçuluq, 
Abdullayeva Z.H., Vəliyev A.C. 
 
 


 
82 
 
quşçuluq və donuzçuluqdur. 
Heyvandarlıq kənd təsərrüfatı istehsahnın ən mühüm sahələrindən biri olub onun inkişafi və 
yerləşdirilməsində  yem  bazası  və  mal-qaranın  bəslənmə  şəraiti  mühüm  rol  oynayır.  İqtisadi 
rayonda  heyvandarlığın  inkişafı  üçn  yem  bazası  və  heyvanların  bəslənməsi  üçün  əlverişli  şərait 
mövcuddur. 2011-ci ildə iribuynuzlu mal-qaranın sayı 38,4 min baş olmuşdur,bunun 18,7 min baş 
Abşeron,11,6 min baş Xızı rayonunun payına düşür. Qoyun və keçilərin 219,9 min baş olub bunun 
106,1 min baş Abşeron,92,1 min baş Xızı,18,7 min baş Bakının payına düşür. Qoyunçuluğun inkşaf 
etdirilməsi üçün Qobustanın qış otlaqları geniş imkanlara malikdir və bu imkanlardan əhəmiyyətli 
istifadə üçün həmin əraziyə su çəkilməsi,yem ehtiyatlarının artırılmasına əlverişli imkan yaradacaq. 
Südlük-ətlik istiqamətli heyvandarlıq sahələrinə bu iqtisadi rayonda daha çox təlabat var.Belə 
ki,əhalinin  xeyli  hissəsinin  cəmləşdiyi  Abşeron  iqtisadi  rayonunun  əhalisinin  təlabatını  ödəmək 
üçün  südlük  inək  və  keçi  cinslərinin  sayının  artırılması  daha  məqsədə  uyğundur.  Quşçuluq  bu 
iqtisadi rayonda ən intensiv inkşaf edən sahədir. Abşeron rayonunda “Bakı broyler”, Goradil,Xızı 
rayonunda Giləzi, Bakıda Hövsan, Buzovna quşçuluq kompleksləri əhalininin ətə olan təlabatının 
xeyli hissəsini ödəyir. 2012-ci ildə 221,3 milyon ədəd yumurta istehsal edilmişdir. 
Azərbaycan regionlarının sosial-iqtisadi inkşafının əsas istiqamətləri baxımından bu iqtisadi 
rayonda kənd təsərrüfatı üzrə geniş tədbirlər həyata keçirilir. 
Kənd təsərrüfatının infrastruktur təminatında yararlı torpaqların suvarılma məqsədilə Abşeron 
magistral kanalı yenidən qurulur. Abşeron yarımadasının əksər qəsəbə və kəndlərində əkinlərin və 
həyatyanı  sahələrin  su  təminatının  yaxşılaşdırılması  məqsədilə  1471,6km  uzunluğunda  boru 
xəttinin yenidən qurulması tamamlanmaq üzrədir. 
Kiçik  və  orta  sahibkarlığın  inkşafının  tərkib  hissəsi  kimi  Binəqədi  və  Xəzər  rayonlarında, 
müasir  istixana  istiqamətləri,  ətlik  və  yumurtalıq  istiqamətli  təsərrüfatlarının  inkşaf  etdirilməsi 
nəzərdə tutulur. 
Sabunçu  və  Suraxanı  rayonlarında  zeytunçuluq  və  istixana  komplekslərinin  yaradılması 
istiqamətində investisiya verilməsi nəzərdə tutulur. 
Elmi  yeniliyi:  Abşeron  iqtisadi  rayonunda  bu  tədbirlərin  həyata  keçirilməsi  ərazidəki  geniş 
əhali kütləsini kənd  təsərrüfatına olan tələbatının xeyli hissəsini ödəyəcəkdir. 
Tətbiqi  əhəmiyyəti:  Abşeron  iqtisadi-coğrafi  rayonunda  gələcəkdə  tarixi  ənənələri  bərpa 
etmək 
məqsədilə 
əncir,tut,badam,püstə,iydə 
bağlarının 
salınması,yerli 
üzüm,qarpız-
qovun,tərəvəz,zəfəran,cirə  və  digər  bitkilərin  yetişdirilməsinə  şərait  yaradılması  üçün  dövlət 
tərəfindən investisiya qoyulması nəzərdə tutulur. 
 
ƏDƏBİYYAT 
1.
 
Azərbaycanın  iqtisadi  və  sosial  coğrafiyası.  Ali  məktəblər  üçün  dərslik.  (prof. 
V.Ə.Əfəndiyevin redaktəsi ilə) B.: Bakı Universiteti, 2010, 496 s. 
2.
 
Məmmədov  R.H.  Azərbaycan  SSR-in  Respublika  daxili  iqtisadi  rayonları.  Bakı:  APİ,  1989, 
760 s. 
3.
 
Həsənov T.G. İqtisadi-coğrafi rayonlaşdırma. Bakı: Bakı Universiteti nəş-tı, 2012, 245 s. 
4.
 
Allahverdiyev N.N. Azərbaycan SSR İqtisadi və sosial coğrafiyası, Bakı: Azərnəşr, 1991, 
269 s. 
 
 
 
 
 
 
 
 
Abşeron iqtisadi rayonunun aqrar sənaye kompleksi 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə