Ekologiya və su təsərrüfatı jurnalı, №3, may, 2016- cı il
Şək.6. Hesablanmış külək rozaları
2009-cu il üzrə yekun külək rozaları aşa-
ğıda verilmişdir –1979-cu ildən 2009-cu ilə-
dək olan 31 illik müddətdə ABŞ Milli Ətraf
Mühit Proqnozlaşdırma Mərkəzi (NCEP),
İqlim Proqnozlaşdırma Sisteminin Təkrar
analizi (CFSR) üzrə məlumatlar dəstindən
istifadə edərək hazırlanmışdır [1, 5, 6, 7, 8].
7. Nəticə və təkliflər. Yerinə yetirilmiş
bütün araşdırmalara əsasən, belə qənaətə
gəlmək olar ki, Bakı buxtasında mineral
neftlə (TPH) çirklənmə yüksəkdir. Demək
olar ki, buxtanın tam ərazisi mineral neftlə
azdan ciddi dərəcəyədək çirklənmişdir və
çox az yerdə ciddi konsentrasiyaların olma-
dığı görünmüşdür. Mineral neft konsentrasi-
yaları və habelə polisiklik aromatik karbo-
hidrogenlərla (PAK) bağlı çirklənmə elədir
ki, birbaşa buxtada ətraf mühitin keyfiyyəti-
nə təsir edib dəniz dibində yaşayan orqa-
nizmlərin məhv olmasına və buxtanın böyük
hissəsində dibin “ölüləşməsi”nə gətirib çıxa-
rır. Çöküntüdəki mineral neft konsentrasiya-
ları o qədər yüksəkdir ki, dəniz suyunda par-
çalana və ya görünə bilmək mənasını verən
“neft sızması” əgər heç bir tədbir görülməz-
sə, onilliklər boyu davam edəcək.
Bundan əlavə, PAK bioloji mövcudluğu
çox yüksəkdir ki, bu PAK-ın çöküntü hissə-
cikləri ilə güclü bağlı olmadığını və ona görə
də su orqanizm və insanlar tərəfindən qəbul
edilə biləcəyini göstərir. Öz toksiki, mutagen
və karsinogen xassələrinə görə, PAK-lərın
qəbulu ekosistem və insanlara ciddi mənfi
təsirlər göstərə bilər.
Hazırkı vəziyyətə görə, buxtadakı çö-
küntü təbəqəsinin anoksik olmasına inanılır
və bu o deməkdir ki, hətta dəniz suyunun
keyfiyyəti yaxşılaşsa (və potensial olaraq da-
ha çox oksigen olsa) belə, buxtada çirkləndi-
ricilərin bioloji parçalama potensialı ehtimal
edilmir. Dənizdə hərəkətlilik (külək, cərə-
yan, gəmi hərəkətləri və s) nəticəsində dəni-
zə mineral neftin müəyyən qədər sızması is-
tisna olmaqla, çöküntüdə çirkləndirici səviy-
yələrində ciddi azalma ehtimal edilmir.
Dəniz suyunun keyfiyyətinə təsir edən
əsas çirkləndirici mənbəyi bu araşdırmaya
əsasən, Bakı buxtasındakı yaşayış, sənaye
tullantı məntəqələrindən axıdılan tullantılar-
dır. Əsasən emal edilməmiş belə tullantı su-
ları kimyəvi maddələr (xüsusən də mineral
neft) və bioloji orqanizmlər (məsələn, bağır-
saq çöpləri) ilə bağlı suyun keyfiyyətində
pisləşməyə gətirib çıxarır. Biz onun şahidi
oluruq ki, tullantı məntəqələrindən yayılma
çox dinamik olub əsasən küləklər hərəkətə
gətirir və mövsümdən asılı olaraq müxtəlif
yerlərdə baş verir. Şəhər mərkəzi və yaxta
klubuna yaxın olan ərazilərdə bəzən yüksək
çirkləndirici konsentrasiyaları görünür və
çox vaxt hətta aydın şəkildə çirkləndirilir.
Yaşayış yerlərindən məişət tullantıları da
yüksək üzvi maddi yükünə səbəb olur ki, bu
da Buxtanın bəzi hissələrində anoksik şərait-
lər törədib pis qoxu və balıqların məhvinə
yol açır. Əlavə (istirahət) tikinti işləri, məsə-
lən buxtadakı Böyük Ada layihəsi də tullantı
məntəqələrindən çirklənmənin ciddi təsirinə
məruz qalacaq; belə ki, yayılma modeli çirk-
lənmə təbəqəsinin dəniz suyunda da ilin çox
vaxtlarında adaya çatdığını göstərmişdir.
Hazırkı su keyfiyyəti insanlar və nə də onla-
rın heyvanları tərəfindən sudan istirahət məq-
sədilə istifadə etməyə imkan vermir. Ona
görə də buxtaya tullantı suyu axıdan bütün
məntəqələrin bağlanması və ya axıtmazdan
əvvəl bütün tullantı sularının lazımi emalı
suyun keyfiyyətinin əsaslı surətdə yüksəldil-
məsi üçün tələb edilir. Lakin dəniz suyunun
keyfiyyəti hələ də çöküntüdən gələn təkrar
çirklənməyə məruz qalacaq.
Belə qənaətə gəlmək olar ki, Bakı buxta-
sında Xəzər dənizinə (2012-ci ilin aprel ayı-
nadək) tullantı suyu axıdan 18 tullantı mən-
təqəsi var. Bir sıra əvvəlki obyektlər bağlan-
mışdır. Lakin belə tullantı məntəqələrinin
çoxu tullantı suyunu Bakı buxtasına emal
edilməmiş vəziyyətdə axıdır. Emal qurğuları
olsa belə onlar çox köhnədir və o qədər də
səmərəli deyil. Bütövlükdə bu 18 tullantı
məntəqəsindən istifadə edilərək Bakı buxta-
sına cəmi 550,000 m³/gün tullantı suyu axı-
dılır. Bu, əsasən, məişət kanalizasiya suyu
(Azərsu boruları vasitəsilə) və məhdud miq-
darda neft emalı zavodlarından axıdılan tul-
lantı sularıdır (ARDNŞ). Yerdə qalan
500,000 m³/gün miqdarı toplanaraq boru va-
sitəsilə Hövsana daşınır (Azərsu tərəfindən).
Ədəbiyyat
1.
Becker J.J., D.T. Sandwell, W.H.F.
Ekologiya və su təsərrüfatı jurnalı, №3, may, 2016- cı il
Smith, J. Braud, B. Binder, J. Depner, D.
Fabre, J.Factor, S. Ingalls, S-H. Kim, R.
Ladner, K. Marks, S. Nelson, A. Pharaoh,
R. Trimmer,J. Von Rosenberg, G. Walla-
ce, and P. Weatherall, 2009. Global Bat-
hymetry and Elevation Data at 30 Arc
Seconds Resolution: SRTM30_PLUS.
Marine Geodesy
32(4), 355-371.
2.
Deltares, 2012. Delft3D-QUICKIN: Bati-
metriya, ilkin şərtlər və sərtlik kimi şəbə-
kə ilə bağlı parametrlərin əldə edilməsi və
istifadəsi. İstifadəçi Təlimatnaməsi. Delft,
Niderland, səh. 98.
3.
“Bakı Buxtasının Ətraf Mühitinin Öyrə-
nilməsi” Fövqəladə Hallar Nazirliyi və
Royal Haskoning DHV-nin 19 oktyabr
2012-ci il Hesabat Layihəsi 9W5737, səh.
1-49.
4.
“Bakı Buxtasının Texniki İqtisadi Əsas-
landırmanın Texniki Tapşırığı” Fövqəla-
də Hallar Nazirliyi və Royal Haskoning
DHV-nin 19 oktyabr 2012-ci il Yekun
Hesabat, səh. 1-49.
5.
“Böyük Bakı Buxtasının Davamlı İnkişafı
Layihəsi” Azərbaycan 8 oktyabr 2013-cü
il, BC1843-100-100, səh.1-89.
6.
http://mapcarta.com/13519844
7.
SIO, 2009. SRTM30_PLUS V7.0 dataset,
by the Scripps Institution of Oceanogra-
phy.
8.
Azərbaycanın neftlə çirklənmiş tоrpaqla-
rı, оnların rekultivasiyası və mənimsənil-
məsi. H. Aslanov, S. Səfərli. Bakı-2008
9.
http://topex.ucsd.edu/www.html/srtm30_
plus.htm
10.
https://az.wikipedia.org/wiki/Bak%4%
B1 _buxtas%C4%B1
УДК 517.958:532/533
Г.А. Абдиева-Алиева
Гидродинамическая модель
Бакинской Бухты
Основными целями статьи является
выявление основных источников загряз-
нения и уязвимых зон на основе гидроди-
намической модели, а также определение
воздействия в будущем сбрасываемых от-
ходов из нескольких точек в Бакинской
Бухте.
Ключевые слова: Бакинская бухта,
промышленные отходы, программа Del-
ft3D-FLOW, гидродинамическая модель,
экологическая оценка, роза ветров, Del-
ft3D-FLOW, концентрация
G.A. Abdiyeva-Aliyeva
Hydrodynamic Model of Baku Bay
The main objectives of the article is to
identify the main sources of pollution and
vulnerable zones on the basis of hydrodyna-
mic models, as well as the determination of
the impact of future waste discharges from
several points in the Baku Bay.
Keywords: Baku bay, industrial waste,
the program Delft3D-FLOW, hydrodynamic
model, environmental assessment, the wind
rose, Delft3D-FLOW, concentration.
Məqaləyə AMEA-nın İdarəetmə
Sistemləri İnstitunun laboratoriya
müdiri, t.ü.e.d. Ə.B. Sadıqov
rəy vermişdir.
УДК 502.22(1-21)
АББАСОВА Н.М.
1
, АЛИЕВА Ш.З.
2
,ШИРИНОВА Ф.З.
2
,
АЛИЕВА С.Ч.
2
, ГУСЕЙНЛИ Ш.С.
2
Национальное Аэрокосмическое Агенство Особое Конструкторское
Бюро Космического Приборостроения
1
, Институт Экологии
2
ПРОГНОЗИРУЮЩАЯ МОДЕЛЬ ЗАГРЯЗНЕНИЯ АТМОСФЕРЫ
ПРОМЫШЛЕННОГО ГОРОДА
Ключевые слова: прогноз, модель, за-
грязнение атмосферы
Как известно , в случае, когда инфор-
мации о выбросах промышленных пред-