Unec biznes məKTƏBİ


Biometrik texnologiyaların tətbiq edilməsi üstünlükləri və tətbiq sahələri



Yüklə 1,15 Mb.
səhifə16/56
tarix15.05.2022
ölçüsü1,15 Mb.
#87042
növüXülasə
1   ...   12   13   14   15   16   17   18   19   ...   56
Biometrik məlumatların emalı və saxlanması sistemləri üçün təhlükəsizlik təhdidləri

1.3. Biometrik texnologiyaların tətbiq edilməsi üstünlükləri və tətbiq sahələri

Quruma uyğun biometrik doğrulama avandanlığı seçildikdən sonra bunun tətbiq edilməsi üçün qurumun idarəetmə heyyəti toplanaraq planları hazırlayırlar. Burada tətbiq ediləcək avadanlığın növü ilə birlikdə tətbiq ediləcək texnologiyanın quruma və qurumdaki işçilərin davranışına təsirini hesablamaq önəmlidir. Burada əsas məqsəd texnologiyanın tətbiqindən öncə qurumdaki istifadəçilərin fikirlərini öyrənmək və onları maarifləndirməkdir. Bunun vasitəsilə qurumdaki işçilərin vətandaş azadlığı haqqı olan şəxsi məlumatlarının paylaşılmaması kimi suallar cavablandırıla və onların güvənlərini qazanmaq mümkündür. İstifadəçi maarifləndirilməsi aparıldıqdan və istifadəçi razılığı alındıqdan sonra planlama mərhələsinə dəvam edilir. Bu hissədə artıq avandanlıqların qurumdakı yerlərinin seçilməsi, doğru formada konfiqurasiya edilməsi üçün texniki dəstək haradan alınmalıdır kimi məsələlər həll olunur.

Qurumda biometrik doğrulama avadanlıqları yerləşdirildikdən sonra artıq bu sistemlərin üstünlükləri praktiki formada görüləcəkdir. Buradaki sistemlərin tətbiq edilməsində əsas məqsəd qurum təhlükəsizliyinin təmin edilməsi və yüksəldilməsidir. Əldə edilən üstünlüklərdən ən əsasları aşağıda yerləşdilirmiş üç göstəricidir.


  • İdentifikasiyanın istifadəçi tərəfindən daha rahat formada aparılması. Burada nəzərdə tutulan göstərici vasitəsi ilə istifadəçi əlavə kartlardan, istifadəçi adı və şifrəsindən biometrik göstəricisi vasitəsilə azad olunmasıdır. Bununla birlikdə əlavə vaxt qazanılmasıda göz ardı edilməməlidir.

  • Şifrə oğurlanması və paylaşılmasının qarşısının alınması. Şifrələrin paylaşılmaması və şifrə təhlükəsizliyinin təminatı üçün tətbiq edilən qaydalar olsada bu problemlərin qarşısı alına bilmir. Burada həm istifadəçilərin diqqətsizliyi həmdə qarşı tərəf olan pis niyyətli insanların rolu vardır. Biometrik doğrulamanın tətbiqi ilə bu problemlərin qarşısı böyük ölçüdə alına bilir. Səbəb isə aydın olduğu kimi gübnümüzdə biometrik göstəricilərin paylaşılması və oğurlanması, istifadəçi şifrələrinin paylaşılması və oğurlanmasından daha çətin bir prosesdir

  • İdentifikasiya təhlükəsizliyinin artırılması. İstifadəçi öz giriş məlumaları ilə və ya kart ilə daxil olduğu zaman sistem tərəfindən həqiqətəndə giriş edənin həmin insan olduğu təsdiqlənsədə burada giriş məlumatlarının oğurlanması, giriş kartının itirilməsi və ya saxtasının hazırlanmsı kimi ehtimalı var. Biometrik gösticilər vasitəsi ilə daxil olunduqda isə bir başa sistem tərəfindən istifadəçinin kimliyi doğrulanır və buda təyin edilmiş identifikasiya təhlükəsizlik səviyyəsinin artımını təmin edir.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə