Unec biznes məKTƏBİ


Biometrik sistemlərin performans və dəqiqlik təyinatı göstəricilər



Yüklə 1,15 Mb.
səhifə15/56
tarix15.05.2022
ölçüsü1,15 Mb.
#87042
növüXülasə
1   ...   11   12   13   14   15   16   17   18   ...   56
Biometrik məlumatların emalı və saxlanması sistemləri üçün təhlükəsizlik təhdidləri

Biometrik sistemlərin performans və dəqiqlik təyinatı göstəricilər

Biometrik doğrulama texnologiyalarından istifadə zamanı hərbir texnologiya kimi buradada performans göstəriciləri önəmlidir. Digər tərəfdən isə bu texnologiyalardan istifadənin əsas məqsədi təhlükəsizlik təminatı olduğu üçün dəqiqlik göstəriciləridə tələb edilir. Performansın təminatı olaraq əsas göstəricilər aşağıda qeyd edilmişdir.



  • False Match Rate (FMR) – Yanlış uyğunlaşma dərəcəsi. Sistem tərəfindən uyğunlaşma əldə edilən lakin, həqiqqətdə uyğunlaşmanın olmadığı hallar ilə ümumi test sayı nisbətidir.

  • False Non-Match Rate (FNMR) – Yanlış uyğunlaşmama dərəcəsi. Sistem tərəfindən uyğunlaşma əldə edilməyən lakin, həqiqətdə uyğunlaşmanın olduğu hallar ilə ümumi test sayı nisbətidir.

  • Equal Error Rate (EER) – Yanlış uyğunlaşma ilə yanlış uyğunlaşmama arasında ekvivalent hissə.

  • Binning Error Rate (BER) – Xəta dərəcəsinə görə yanlış uyğunlaşdırılmamış nümünələrin nisbəti. Adətən qruplaşdırılmış məlumatlar bazası şablonlarında istifadə edilir.

  • Penetration Coefficient (PC) – Penetrasiya əmsalı. Hər bit doğrulama prosesinin yerinə yetirilməsi üçün yoxlanılan verilənlər bazası ölçüsünün ortalaması.

  • Transaction Time (TT) – Əməliyyat müddəti. Məlumatların toplanma müddəti və hesablama müddətinin tək bir doğrulama prosesi üçün tələb etdiyi müddət.

Performans təminatı bu göstəricilərdən ən çox önəm verilənlər Yanlış uyğunlaşma dərəcəsi və Yanlış uyğunlaşmama dərəcəsidir. Digər tərəfdən dəqiqlik təyinatının göstəricilərinə nəzər saldığımız zaman bu iki termin ilə uyunlaşan daha iki termin ilə tanış olacayıq. Dəqiqlik göstəricələri aşağıda göstərilmişdir.

  • False Acceptance Rate (FAR) – Yanlış qəbuletmə dərəcəsi. Giriş hüququ olmayan qanunsuz, saxtakar istifadəçinin sistem tərəfindən qəbuledilmə ehtimalını təyin edir.

  • False Rejection Rate (FRR) – Yanlış rəddetmə dərəcəsi. Giriş hüququ olan qanuni istifadəçinin sistem tərəfindən qəbu edilməmə ehtimalını təyin edir.

  • Equal Error Rate (EER) – Bərabər xəta dərəcəsi. Yanlış qəbuletmə dərəcəsi ilə Yanlış rəddetmə dərəcəsinin nisbətinin bir-birinə bərabər olduğu nöqtədir.

  • The Ability to Verify Rate – Dərəcənin yoxlanmaq qabiliyyəti. Biometrik doğrulama sistemi üçün qeydiyyata alına bilinəcək istifadəçi sayının təyini.

  • The Failure to Enroll Rate – Qeydiyyat uğursuzluğu dərəcəsi. Biometrik doğrulma sistemi tərəfindən qəbul edilməyən, qeydiyyatdan keçmək istəyən istifadəçi sayının təyini.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə