Unec biznes məKTƏBİ


I FƏSİL. BİOMETRİK DOĞRULAMA TEXNOLOGİYALARI



Yüklə 1,15 Mb.
səhifə12/56
tarix15.05.2022
ölçüsü1,15 Mb.
#87042
növüXülasə
1   ...   8   9   10   11   12   13   14   15   ...   56
Biometrik məlumatların emalı və saxlanması sistemləri üçün təhlükəsizlik təhdidləri

I FƏSİL. BİOMETRİK DOĞRULAMA TEXNOLOGİYALARI

1.1. Biometrik doğrulama texnologiyalarının qısa tarixi və günümüzdəki xüsusiyyətləri

Biometriya bir yunan sözü olub “bios” və “metron” sözlərinin birləşməsindən yaranmışdır. “Bios” həyat (yaşamaq), “Metron” isə ölçü (ölçmək) deməkdir. Günümüzdə bu texnologiyanın müxtəlif sahələrdə tətbiqi ilə rastlaşırıq. Tarixə nəzər saldığımız zaman texnologiyanın bu qədər inkşaf etmədiyi dövrlərdə belə insanların biometrik ölçülərindən axtarışlarda, dəqiqləşdirmələrdə və təsdiqləmələrdə geniş istifadə edildiyini görə bilərik. Lakin proseslərin insan kimi subyektiv bir varlıq tərəfindən aparılması dəqiqlik göstəricisinin aşağı olması və ya saxtakarlıq riskinin yüksəkliyi mənfi cəhət idi. Günümüzdə bu xətalar demək olarki xüsusi hazırlanmış alqoritmlər, maşın öyrənmə və hətta suni intellektin köməyi ilə minumuma endirilmiş və təkmilləşdiriləməsi hələdə dəvam etməkdədir. Biometrik doğrulama texnologiyalarından istifadənin əsas məqsədi təhlükəsizliyin təminatıdır. Biometrik doğrulama vasitəsi ilə təhlükəsizliyin təminatı dedikdə aşağıdakı üç əsas problemin qarşısının alınması nəzərdə tutulur.



  • Verilən giriş və ya açar kartlarının (key-card) itirilməsi. Günümüzdə bu texnologiyadan hələdə geniş istifadə edilir. Lakin burada kartların itirilməsi və ya zərər görməsi mənfi haldır. Biometrik doğrulama texnologiyaları bu halın qarşısını alır.

  • Şifrə istifadəsi zəiflikləri günümüzdə bir çox sahədə mövcuddur. Buraya şifrə zəifliyi, unudulması və oğurlanması kimi mənfi hallar aiddir. Biometrik doğrulam texnologiyaları vasitəsi ilə şifrə istifadəsi azaldılır və məlumat oğurlanmasının qarşısı alınır.

  • Paylaşılan bilgilərin azaldılması və qarşısının alınması günümüzdə şirkətlərdə idarəetmə heyyətləri tərəfindən təsdiqlənən qaydalara işçilər tərəfindən riayyət edilməməsi ilə mühüm əhəmiyyət kəsb edir. Burada insanların biometrik bilgilərinin bir-biriləri tərəfindən təkrarlana bilməməsi biometrik doğrulama və tanıma sistemlərini irəli çıxardır.

İnsanların biometrik göstəriciləri ilk insan dövründən indiyədək müxtəlif səbəblərdən dolayı istifadə edilmişdir. İlk növbələrdə bu göstəricilər təsdiqləmə üçün sonrasında isə axtarışlarda mühüm rol oynamışdır. Beləki bəzi mağara divarlarındakı rəsmlərinin ətrafında insan əl izləri qeydə alınmışdır bunun rəsmi kimin çəkdiyini bildirmək üçün istifadə edildiyi təxmin edilir. Tarixi olaraq tam bir biometrik göstərici görmək üçün Babil qalıntılarına nəzər yetirməliyik, burada gil lövhələr üzərində barmaq izlərinin yerləşdirildiyini görə bilərik. Bundan əlavə olaraq bu tip məlumatların Çin və Misir kimi regionlardada qalıqlarının tapılması qədim dövrələrdən biometrik xüsusiyyətlərdən istifadə edilmısini göstərir. Babil, Çin və Misir qalıntılarından tapılan bu məlumatların oxşar məqsədlər üçün əsasəndə ticarət və digər biznes əməliyyat üçün istifadə edildiyi təsdiqlənmişdir.

“Biometrik identifikasiyada ən əhəmiyyətli tarixi inkişaf XIX əsrin ortalarında baş verdi. Çex alimi Jan Evangelista Purkinje (1787-1869) barmaq izlərinin unikal olduğunu və cinayət fəaliyyətində iştirak edən şəxslərin müəyyən edilməsinə təsir göstərdiyini müəyyən etdi” [1] ( Marcus S., Monique M. və Gregor U., 2018: s.3).

Orta əsrlərin sonlarından etibarən qərbi avropada üz simalarının kağızlar üzərində rəsmlərindən istifadə edilməsi axtarışlarda mühüm rol oynamışdır. Dövrün Fransasında paytaxt şəhər olan Parisdə Alfonso Bertilon bədən göstəricilərinə uyğun olaraq axtarışların aparılması kimi bir yenilik təklif etmiş və qəbul edilmişdir.

Artıq 1880-ci illər etibarən biometrik göstəricilər haqqında elmi araşdırmalar yüksək səviyyədə inkşaf etmiş və biometriya texnologiyasının inkşafı üçün ən böyük addım Eduard Henri tərəfindən atılaraq, barmaq izi təsnifatı ilə cinayətkarların axtarılmasına başlanmışdır. Bu dövrdən etibarən Bertilon modelindən Henri modelinə keçid edildi.

1900-cu illərdən etibarən artıq barmaq izi ilə birlikdə digər biometrik göstəricilər üzrədə araşdırmalar yüksək sürətlə inkşaf edirdi. Beləki artıq əl həndəsəsindən istifadə edilirdi. 1950-ci illərdən etibarən Amerika Birləşmiş Ştatlarında səs, gözün torlu və qüzehli qişasının tanınması üzrə araşdırmalar aparılmağa başlanmış və yeniliklərin bir çoxu hərbi sahədə tətbiq edilməyə başlanmışdır. Səs tanıma texnologiya ilk olaraq Amerika Birləşmiş Ştatlarının hərbi hava qüvvələrində 1976-cı ildə istifadə edilmişdir. Sonrasında sırası ilə üz tanıma, gözün torlu qişasının tanınması və son olaraqda Con Daqman tərəfində gözün qüzehli qişasının tanınması sistemlərinin əsası qoyuldu. Artıq günümüzdə bu texnologiyaların inkşafı ilə biometriya texnologiyalarından mobil telefonlarda (smartfon) belə istifadəyə başlanmışdırki bu prosesdə əsas rolu Apple şirkəti oynuyur. Əlavə olaraq günümüzdə ikinci nəsil adalanan yeni tip biometriya texnologiyalarından istifadəyə başlanmışdırki bu texnologiyalar daha çox davranış əsaslı biometrik doğrulama texnologiyalara aid edilir.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə