Unec biznes məKTƏBİ


Biometrik sistemlərin işləmə əsasları, performans və dəqiqlik təyinatı göstəriciləri



Yüklə 1,15 Mb.
səhifə14/56
tarix15.05.2022
ölçüsü1,15 Mb.
#87042
növüXülasə
1   ...   10   11   12   13   14   15   16   17   ...   56
Biometrik məlumatların emalı və saxlanması sistemləri üçün təhlükəsizlik təhdidləri

1.2. Biometrik sistemlərin işləmə əsasları, performans və dəqiqlik təyinatı göstəriciləri

Biometrik doğrulama və tanıma sistemləri ilk olaraq qarşı tərəfin lazımi biometrik ölçülərini qeydə alaraq saxlayır. Sonrasında bu məlumatı saxlamaq və standartlaşdırmaq üçün emal edir. Son olaraq doğrulama prosesində məlumat bazasında olan məlumatlar ilə qarşı tərəfin məlumatlarını müqayisəli bir formada yoxlayaraq prosesi tamamlayır. Buraya təsvirin alınması, təmizlənməsi, fon dəyişdirilməsi, müxtəlif metodlar ilə məlumatların qeydə alınması, şablonların çıxarılması, fərqlilik və uyğunluq testlərinin aparılması və.s kimi proseslər aid edilə bilər. Əlavə olaraq məlumatın dəvamlı formada yenilənməsinədə ehtiyac vardır. Bu proseslərə ayrı-ayrı nəzər yetirək.



  • Qeydə alma prosesi – Bildiyimiz kimi istənilən bir sistemdən istifadə etmək üçün ilkin növbədə qeydiyyat prosesi yerinə yetirilməlidir. Qeydiyyat prosesi hər biometrik doğrulama texnologiyasında fərqli formada yerinə yetirilir buna səbəb fərqli texnologiyalar fərqli məkumatları yadda saxlayır. Məsələn barmaq izi oxuyucu ilə üz oxuyucu aydın olduğu kimi fərqli məlumatları qeyd edirlər. Günümüzdə bu texnologiyalarda sapma və xəta payının minimuma endirmək üçün qeydiyyat prosesində birdən çox nümunə forması qeydə alınır.

  • Doğrulama prosesi – Qeydiyyat prosesi tamamlandıqdan sonra məlumat istifadəyə hazır vəziyyətə gəlir. Burada məlumatdan istifadə doğrulama prosesində mühüm rol oynayır. Belə ki, giriş əldə etmək istəyən şəxs biometrik doğrulama sisteminə daxil olur və tələb edilən prosesi yerinə yetirir. Bu hissədən sonra artıq doğrulama prosesi başlayır. Sistem daxil edilən məlumatı öz məlumatlar bazasında olan məlumatlar ilə qarşılaşdırır və əgər uyğunluq təmin edilərsə girişə icazə verilir əks halda giriş icazəsindən imtina edilir.

  • Yenilənmə prosesi – Zaman keçdikcə hər insanda bəzi biometrik ölçülərdə dəyişkənlik baş verə bilər. Dəyişmələr normal formada və ya xəsarət və xəstəlik kimi hallarda yarana bilər. Bu hallar baş verdikdə giriş icazəsindən imtina edilməməsi üçün sistem məlumatları daimi olaraq yenilənməlidir. Burada yenilənmə prosesi iki formada aparıla bilər. Birinci formada doğrulama prosesləri dövründə biometrik sistem tərəfindən aparılan dəyişiklik qeydiyyatıdır. İkinci forma isə müəyyən müddətlərdə istifadəçilərin məlumatları yenidən sistemə daxil edilərək aparılmasıdır.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə