Unec biznes məKTƏBİ


II Fəsil. Fiziki və davranış əsaslı biometrik doğrulama texnologiyaları



Yüklə 1,15 Mb.
səhifə18/56
tarix15.05.2022
ölçüsü1,15 Mb.
#87042
növüXülasə
1   ...   14   15   16   17   18   19   20   21   ...   56
Biometrik məlumatların emalı və saxlanması sistemləri üçün təhlükəsizlik təhdidləri

II Fəsil. Fiziki və davranış əsaslı biometrik doğrulama texnologiyaları

2.1. İdentifikasiya və autentifikasiyanın, fiziki və davranış əsaslı biometriklərə tətbiqi

Biometrik doğrulama sistemlərində identifikası dedikdə biometrik göstəricilər əsasında qarşıdakının şəxsiyətinin müəyyən edilməsi nəzərdə tutulur. Bu hər biometrik sistemdə fərqli məlumatlara əsaslanan bir prosesdir. Autentifikasiya isə şəxs müəyyən edildikdən sonra onun doğrulanması prosesidir. Burada şəxs ilə verilənlər bazasında saxlanılan məlumatlar qarşılaşdırılır və minumum oxşarlıq göstəricisi təmin edildikdə şəxsin sistemə girişinə icazə verilir. Bu zaman autentifikasiya sonrası şəxsin səlahiyyətləndirmə (authorization) əsasında hərəkət edə biləcəyini qeyd etməliyik. Proses həm virtualda həmdə real həyatda fiziki olaraq təmin edilir. Məsələn qurumdaki server otağına hər insanın girə bilməyəcəyini yalnız səlahiyyətli şəxslərin giriş edə biləcəyini və virtual formada informasiya təhlükəsizliyi məlumat bazasına yalnız həmin departamentin işçilərinin əl çatanlığı olmasını autentifikasiya ilə doğrulanan və sonrasında səlahiyyətləndirmə (authorization) ilə lazımi səlahiyyətlər təmin edilir. Göstərilən nümunədə server otağına əl çatanlığı fiziki girişi, məlumat bazasına əl çatanlığı isə məntiqi giriş tərənnüm edir.

Günümüz dünyasında istifadə edilən biometrik doğrulama sistemləri iki hissəyə bölünür. Bunlardan birincisi fizioloji göstəricilərə əsaslanan biometrik sistemlərdir. Bu sistemlərdə, bədənin sistemə uyğun olaraq seçilmiş bir hissəsinin ölçüləri və forması nəzərə alınaraq proses aparılır. Bu biometrik doğrulama texnologiyaları birinci nəsil və ya statik (passiv) biometriklər hesab edilir və buraya günümüzdə geniş istifadə edilən barmaq izi, əl izi, üz tanıma, gözün torlu və qüzehli qişasının tanınması, səs tanıma və.s kimi biometrik autentifikasiya sistemləri aid edilir. Davranış əsaslı (aktiv) dinamik biometrik doğrulama texnologiyaları isə ikinci nəsil biometrik sistemləri tərənnüm edir. Bu sistemlərdə proses bədənin statik ölçüləri üzərində deyil subyekt hərəkətdə olarkən onun hərəkəti necə etdiyinin dinamik məlumatlarına əsaslanaraq aparılır. Bu biometrik doğrulama sistemləri isə imza tanıması, danışıq tanıması, klaviatura vuruşu tanıması, yeriyiş tanıması və.s kimi biometriklər tərənnüm edir.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə