Unec biznes məKTƏBİ


Biometrik texnologiyaların tətbiq sahələri



Yüklə 1,15 Mb.
səhifə17/56
tarix15.05.2022
ölçüsü1,15 Mb.
#87042
növüXülasə
1   ...   13   14   15   16   17   18   19   20   ...   56
Biometrik məlumatların emalı və saxlanması sistemləri üçün təhlükəsizlik təhdidləri

Biometrik texnologiyaların tətbiq sahələri

Artıq bildiyimiz kimi biometrik göstəricilərdən ilk olaraq ticarət əməliyyatlarının təsdiqlənməsində istifadə edilmişdir sonrasında isə cinayətkarların axtarışında effektiv rol oynamiışdır. İndi isə bu elm sahəsinin sahib oldu texnologiyaların günümüzda hansı sahərlərdə tətbiq edildiyinə nəzər yetirək.

Hərbi texnologiyaların qorunmasında istifadə edilən bu texnologiyanı bu sahəyə Amerika Birləşmiş Ştatlarının hərbi hava qüvvələrinə aid olan F-15 və F-16 tipli qırıcı təyyarələrinə səs tanıma və məlumatlandırma sistemi tətbiq edərək daxil edilmişdir. Günümüzdə bu texnologiyadan dənizaltı donanmalarda daxil olmaqla geniş istifadə edilir.

Cinayətkarların, şübhəlilərin axtarılmasında və insan sayının çox olduğu yerlərdə təhlükəsizliyin təmin edilməsi üçün tətbiq edilir. Bunu Amerika Birləşmiş Ştatlarında FBI (Federal Bureau of Investigation- Federal Təhqiqat Büruso) və CIA(Central Intelligence Agency- Mərkəzi Kəşfiyyat İdarəsi) kimi qurumlar tətbiq etmiş sonrasında INTERPOL tərəfindən Avropada istifadəyə qəbul edilmişdir. İnsan sayının çox olduğu yerlərdə təhlükəsizliyin təminatına gəldikdə isə buraya sərhəddə yerləşdirilən biometrik tanıma və Dünya çempionatları, Olimpiya oyunları kimi hadisələr zamanı istifadə edilən üz tanıma sistemləri aid edilə bilər.

Bank xidmətlərində istifadə edilən biometrik doğrulma sistemləri hal-hazırda günümüzdə gündəmdə olan məsələlərdən biridir. Bələki artıq bəzi onlayn pul köçürmə xidmətləri bir-başa bu texnologiyadan istifadə edərək prosesləri yerinə yetirirlər. Bu texnologiyalar təhlükəsizlik təminatı ilk olaraq ATM- lərdə (Automatic Teller Machine) istifadə edilsədə artıq onlayn ödəniş sistemləri və smartfonlarla aparılan bank əməliyyatlarında geniş tətbiq olunur.

Dövlət və özəl qurumlarda işçilərin doğrulanmasında və iştiraklarının qeydə alınmasında istifadə edilə biometrik doğrula texnologiyaları günümüzdə Google, Apple, Microsoft, IBM, Amazon kimi dünya çapındakı şirkətlərlə yanaşı onlara nisbətdə daha kiçik olan şirkətlərdədə istifadə edilir. Burada həm quruma daxil olarkən təhlükəsizlik təmin olunur həmdə qurum daxilində məlumat təhlükəziliyi əldə edilir.

Sağlamlıq sektorunda və bu sahə ilə əlaqədar olan sığorta qurumlarında insanların sağlamlıq məlumatları saxlanılaraq vəziyyətləri izlənilir. Bunu ən yaxşı formada həyata keçirən qurum HIPAA- dır (Health Insurance Portability and Accountability Act).

Texnologiya şirkətlərinin aparat və şəbəkə təhlükəsizliyinin təmin edilməsində biometrik doğrulama texnologiyalarından komputerə əlçatanlıq, məlumata əlçatanlıq, şəbəkədə dəyişiklik etmək hüququna əlçatanlıq və qurum daxilində yer alan önəmli otaqlara (Server otağı bunlardan biridir) girişin təhlükəsizliyində geniş istifadə olunur.

Turizm sahəsində olan qurumlarda doğrulama texnologiyalaran istifadə edilir və bu dövlətin daxili təhlükəsizliyinin təminatı üçün yüksək önəm tələb edir. Burada məqsəd turist adı ilə ölkəyə daxil olan və bu qrurumlardan gizlənmək üçün istifadə edən şəxslərin təyin ediləməsi və təhlükəsizlik xidmətlərinə bu haqda məlumatın bildirilməsidir.

Biometrik doğrulama texnologiyalarının günümüzdə ən geniş yayılmış platformalarından biridə smartfonlardır. Bələki barmaq izi tanıma, üz tanıma, gözün qüzehli qişasının tanınması, səsli əmr sistemi və.s kimi xidmətlərdən istifadə insanlar tərəfindən digər doğrulama üsulları olan şifrə və simvol tipli doğrulamalara nəzərən daha rahat və güvənli olduğu üçün geniş yayılmışdır. Xüsusi ilə bu sahədə Apple şirkətinin yaratdığı Face ID xidməti smartfonlar üçün ən öndə gələn texnologiyalardandır.




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə