Unec biznes məKTƏBİ


Xüsusiyyətlərin kodlanması



Yüklə 1,15 Mb.
səhifə24/56
tarix15.05.2022
ölçüsü1,15 Mb.
#87042
növüXülasə
1   ...   20   21   22   23   24   25   26   27   ...   56
Biometrik məlumatların emalı və saxlanması sistemləri üçün təhlükəsizlik təhdidləri

Xüsusiyyətlərin kodlanması. Təsvirin əldə edilməsi, seqmentasiyası və normallaşdırlıma proseslərindən sonra isə sıra Xüsusiyyətlərin kodlanmasındadır. Bu prosesdə gözün əsas fərqli hissələri ilə seçilən yəni unikal hissələri qeydə alınaraq ilk olaraq qeydiyyat prosesində istifadə edilir sonrasında prosesin dəvamında bu məlumatdan təsdiqləmədə istifadə edilir. Xüsusiyyətlərin kodlaması üçün bir çox metod mövcuddur bunlardan ən məhşurları aşağıda göstərilmişdir.

  1. Xüsusiyyət uyğunlaşdırma. Bu prosesdə artıq əvvəlki proseslərdən əldə edilən və mumatlar bazasında (burada nəzərdə tutulan sistemin öz məlumat bazası olub biometrik sistemin öz məlumat bazasını nəzərdə tutmamaqdadır) saxlanılan məlumatlar ilə sistemə daxil olmaq üçün müraciət göndərən tərəfin məlumatları qarşılaşdırılaraq yoxlanılır. Bu zaman sistem tərəfindən təyin edilən oxşarlıq dərəcəsi qarşılanarsa qarşı tərəfin istəyi qəbul edilir və sistemdəki ona icazə verilən məlumatları əldə etmə hüququ qazanır.

“İrisin tanınması digər adi biometrik üsullar arasında nisbətən yenidir; lakin şəxsi identifikasiya üçün çox arzu olunan xüsusiyyətlərinə görə sənayedən, hökumətdən və həmçinin ordudan diqqəti cəlb etmişdir” [2] ( Mohammad S.O., Issa T. və Isaac W. 2019: s.52).

Gözün qüzehli qişası əsasında işləyən biometrik doğrulama texnologiyalarının üstünlükləri əsasən yüksək dəqiqlik faizinə, kontaktsız doğrulamaya və hücümlara qarşı daha güclü müdafiəyə sahib olmasıdır. Digər tərəfdən isə hər sistem kimi bu sistemində bəzi zəif nöqtələri möcuddur. Sistem hər nə qədər kontaksız olsada proses müəyyən bir məsafədə həyata keçirilir və bu prorses zamanı hərəkətsiz formada (həm bədən həmdə göz hərəkətdə olmamalıdır) dayanaraq kameralara baxmalıyıq. Əlavə olaraq doğrulama zamanı sürəti aşağı olduğundan insan gözü yorula və prosesi aparan infraqırmızı şüa gözə mənfi təsir edə bilər. Son olaraq isə bu texnologiyanın digər biometrik autentifikasiya sistemlərinə nəzərən daha baha olmasıda mənfi cəhətlərdən biridir. Buradakı qiymət artımının əsas səbəbi isə istifadə edilən kamera sistemləridir.




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə