Unec biznes məKTƏBİ


Biometrik doğrulama texnologiyalarının xarakteristik xüsusiyyətləri



Yüklə 1,15 Mb.
səhifə13/56
tarix15.05.2022
ölçüsü1,15 Mb.
#87042
növüXülasə
1   ...   9   10   11   12   13   14   15   16   ...   56
Biometrik məlumatların emalı və saxlanması sistemləri üçün təhlükəsizlik təhdidləri

Biometrik doğrulama texnologiyalarının xarakteristik xüsusiyyətləri

Biometrik doğrulama texnologiyalarının hərbirinin özünə məxsus fərqli xüsusiyyətləri mövcuddur. Lakin bunlarla birlikdə hərbirində yüksək səviyyədə təmin edilməsi vacib olan eyni xüsusiyyətlərdə mövcuddur. Bu xüsusiyyətlər biomtrik doğrulama sistemlərinin yüksək dəqiqlikdə prosesi aparması ilə birlikdə həmdə sistemdə yer alan istifadəçi məlumatlarının təhlükəsizliyini təmin etməlidir. Bu xüsusiyyətlər aşağıda göstərilmişdir.



  • Universallıq – tətbiq etmək istədiyimiz biometrik doğrulama sisteminin tələb etdiyi biometrik göstəricilərin istifadəçi tərəfindən qarşılana bilməsi. Məsələn lal birinin səs və ya nitq əsaslı biometrik doğrulama sisteminin tələb etdiyi göstəriciləri ödəyə bilməz və buda universallığı aşağı salar.

  • Dəvamlılıq – biometrik doğrulama sisteminin prosesi yerinə yetirdiyi müddət boyunca dəyişən göstəriciləri nəzərə alaraq uyğunlaşmasıdır. Məsələn çəki alan bir insanın üzündə və yeriyişində bu hiss edilir və bu biometrik doğrulama sistemləri tərəfindən nəzərə alınmalıdır.

  • Performans – istifadə olunan biometrik sistemin prosesi yerinə yetirmə sürəti ( və ya müddəti) və buna nəzərən texnologiyanın iqtisadı baxımdan tələbləri arasındaki əlaqədir. Məsələn barmaq izi tanımada proses yüksək sürətlə aparılır və ucuzdur lakin gözün torlu qişasının tanınması ilə müqayisədə daha az dəqiqdir qarşılığında isə bu texnologiya baha və barmaq izi tanıma ilə müqayisədə daha yavaşdır.

  • Məqbulluq – günümüzdə biometrik doğrula texnoogiyaların istifadəsindən bəzi insanlar yayınırlar, buna iki əsas səbəb vadır. Birinci olaraq şəxsi məlumatların qarşı tərəfə verilməsi, ikincisi isə gigyenik baxımdandır. Məsələn insanlar üz məlumatlarının ığılması qarşı ola bilər və bu biometriklərin istifadəsindən imtina edə bilərlər digər tərəfdən isə, əl həndəsəsi əsaslı biometrik autentifikasiya sistemləri kontaktlı formada prosesi yerinə yetirdiyi üçün bəzi insanlar buradaki gigiyena problemlərinə görə bu texnologiyanın istifadəsindən imtina edə bilərlər.

  • Unikallıq – biometrik doğrulama sistemlərinin ən yaxşı formada qarşıladıqları xüsusiyyətdir çünki hər bir biometrik göstərici müəyyən formada unikal və tək insana məxsusdur. Unikallıq dərəcəsinin yüksək olması biometrik ölçünün oğurlanmasına qarşı müdafiədir. Məsələn barmaq izi və gözün qüzehli qişası unikal biometrik göstəricidir lakin barmaq izi məlumatının oğurlanması gözün qüzehli qişasının məlumatının oğurlanmasına nisbətdə daha asandır.

  • Toplanabilmə - biometrik doğrulama texnologiyasının biometrik məlumatı ölçəbilməsidir. Məsələn torlu qişanın tanınması zamanı göz hərəkətsiz formada olmalıdır çünki məlumat dəqiqliyi çox yüksəkdir və toplana bilmə sürəti aşağıdır digər tərəfdən barmaq izi daha sürətlidir lakin daha az dəqiqdir.

  • Dəqiqlik – bir istifadəçi üzrə toplanan məlumatların dəqiqlik dərəcəsi və onların digərlərində fərqləndirə bilmək qabiliyyəti nəzərdə tutulur.

  • Öhdəsindən gəlmək – biometrik doğrulama sisteminin saxtakarlığa qarşı nə qədər dözümlü olduğunu göstərən xüsusiyyətdir. Məsələn barmaq izi məlumatı rahat oğurlana bilər lakin doğrulama sisteminin bu xüsusiyyəti yüksəkdirsə saxta məlumatı ayırd edir və kənarlaşdırır. Bunların daha çox yaşam göstəriciləri ilə ölçülməsi məsləhət edilir.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə