Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr



Yüklə 0,84 Mb.
səhifə5/9
tarix29.09.2017
ölçüsü0,84 Mb.
#2304
1   2   3   4   5   6   7   8   9

4. Maarifləndirmə və aydınlatma

Görkəmli və aparıcı şəxslərin mühüm işlərindən biri maarifləndirmədir. Onlar həqiqətləri təəssübsüz şəkildə, qrup və cinah maraqlarının təsiri olmadan aydınlatmalıdırlar. Bunlar zərərlidir. Cinah və bu kimi məsələləri kənara qoyub həqiqəti anlamaq lazımdır. Siffeyn döyüşündə cənab Əmmar Yasirin mühüm işlərindən biri həqiqəti başa salmaq idi. Çünki qarşıdakı Müaviyə cinahı müxtəlif təbliğatlar aparırdı. Bu gün psixoloji müharibə adlanan məsələ yeni kəşflərdən deyil, onun üsulları fərqlənmiş, özü isə əvvəldən olmuşdur. Onlar bu psixoloji müharibədə çox püxtələşmişdilər. İnsan onların işlərinə baxanda psixoloji müharibədə necə peşəkar olduqlarını görür. Digər tərəfdən də zehinləri çaşdırmaq onları bərpa etməkdən asandır. Sizə bir söz deyəndə qəlbinizdə şübhə yaranır. Bədgümanlıq yaratmaq asan, onu beyindən silmək isə çətindir. Onlar da şübhə yayır, bədgümanlıq yaradırdılar. Bu, asan idi. Bu tərəfdən özünü bu psixoloji müharibənin qarşısında dayanıb müqavimət göstərməyə borclu bilən şəxs cənab Əmmar Yasir idi. Siffeyn döyüşünün hadisələrində yazmışlar ki, atla cəbhənin o tərəf-bu tərəfinə və öz qoşunlarının müxtəilf sıralarına gedir, bugünkü sözlə desək, bir-birindən ayrı düzülmüş batalyon, yaxud alayların hansına çatırdısa, onların qarşısında dayanır, bir qədər söhbət edir, qaranlıq məsələləri aydınlaşdırır və təsir göstərirdi. Bir yerdə ixtilaf yarandığını və bir qrupun şübhəyə düşdüyünü görən kimi cəld özünü oraya çatdırır, onlarla söhbət edir, məsələni başa salır və işləri yoluna qoyurdu.111


5. Cəmiyyətdə sabitliyi qorumağa çalışmaq

Bu otuz ildə elə bir gün olmayıb ki, biz təcrübə toplamayaq və bir şey öyrənməyək. Son hadisələrdə də çox şeylər öyrəndik, çox şeylər anladıq. Bu bizim xalqımız üçün təcrübə oldu. Hamı bildi ki, xalq sabit şəraitdə sürətlə hərəkət etdiyi zaman onun üçün plan hazırlayan düşmənləri unutmamalıdır. Hamı qırx milyonluq bir seçkidən, inqilabın əvvəlindən indiyədək görünməyən möhtəşəm işdən, otuz ildən sonra xalqın səhnədə qalmasından, xalqı cəlb edib quruluş üçün səhnəyə gətirmək gücündən danışdı. Bəli, bu bir əzəmət idi, amma diqqətsizlik yolverilməzdir. Hamı anladı ki, belə bir vəziyyətdə düşmənin pusqu qurub gözlədiyini unutmaq olmaz.

Bu gün cəmiyyəti iğtişaşa və çaxnaşmaya sövq edən şəxs bütün İran xalqının nəzərində mənfur insandır; kim olur-olsun. Bu xalq yalnız sabitlik və təhlükəsizlik şəraitində hər hansı bir məqsədə nail ola bilər. Təhlükəsizlik olduqda təhsil də var, elm də var, inkişaf da var, sənaye də var, sərvət də var, müxtəlif rahatlıqlar da var, ibadət də var. Dünya və axirət təhlükəsizliyin sayəsində əldə edilir. Xaos yarandıqda isə bunların hamısı sıradan çıxır. Bir xalqın təhlükəsizliyini pozmaq ən böyük günahdır. Təbii ki, bu barədə göstəriş alan muzdur buna qulaq asmayacaq. Biz bu sözləri ona demirik. Bizim müraciətimiz aparıcı şəxslərədir. Xalq sayıqdır; aparıcı adamlarımız da sayıq olsunlar.

Aparıcı şəxslər bilsinlər ki, onlara kömək edən hər bir söz, hər bir hərəkət və hər bir təhlil xalqın əksinə hərəkət etməkdir. Bizim hamımız çox ehtiyatlı olmalıyıq; çox ehtiyatlı olmalıyıq: danışığa, mövqe bildirməyə, nəyi deməyin və nəyi deməməyin lazım olduğuna diqqət yetirməliyik. Bəzi sözləri demək lazımdır; əgər deməsək, vəzifəmizə əməl etməmişik. Bəzi sözləri söyləməmək, deməmək lazımdır. Əgər desək, vəzifənin ziddinə əməl etmiş olarıq. Aparıcı şəxslər imtahan otağındadırlar. Böyük bir imtahan gedir. Bu imtahandan kəsilməyin nəticəsi yalnız bir il geri düşmək deyil, süqutdur. Əgər buna düçar olmaq istəmiriksə, insanı bəndəliyə dəvət edən ağlı meyar seçməliyik.

Ağıl bu siyasətbazlıqları tövsiyə etmir. Bunlar ağlın ziddinədir. Ağıl insanı doğru yola yönəldir. Siyasətbazlıqla ağıllı rəftar etdiklərini düşünənlər səhv edirlər. Xeyr, ağıl Allaha ibadət yolunu açan amildir. Özümüzlə Allah arasında meyar budur ki, bu sözü deməkdə ixlasımızın olub-olmadığına baxaq; görək Allahı düşünürük, yoxsa yox? Mən Allahdan ötrü və Allahın razılığı üçün danışıram, yoxsa sizin diqqətinizi cəlb etməkdən ötrü? Allahdan ötrüdür, yoxsa insanların ürəyindən ötrü? Meyar budur. Özümüzə müraciət edək. İnsan üçün ən yaxşı hakim onun özüdür. Özümüzü aldatmayaq, nə iş gördüyümüzü, nə dediyimizi və hansı hərəkəti etdiyimizi bilək.112

Bizim xalqımız mərhum imamı təhqir etmələrinə görə qəzəbləndi, onlara arxa çevirdi. Buna haqları da var; lazım və yaxşı idi, lakin təmkinli olsunlar. Tələbələrdən də bunu istəyirik: sabitliyi qoruyun. Sizin qarşınızda dayanan bu şəxslər köklü, qalası, bu xalqın və bu inqilabın qarşısında tab gətirəsi şəxslər deyillər. Hər şey sakit şəkildə həyata keçsin.

Əgər haçansa lazım olsa, məmurların, qanunun və qanun keşikçilərinin özləri vəzifələrini yerinə yetirəcəklər. Əlbəttə, bunları tanıtdırsınlar. Tələbələrin özləri universitetdə fəsad mənbəyi olan şəxsləri tanımağa və bu haqda digərlərini də məlumatlandırmağa borcludurlar. Bunun özü düzgün və doğru bir təbliğatdır. Ayıq etsinlər, bunların əlaqələrini, istiqamətlərini bilsinlər. Lakin hər şey sakit şəkildə görülsün.

Cəmiyyətdə gərginlik, iğtişaş və çəkişmənin yaranması məsləhət deyil. Düşmən bunu istəyir; düşmən cəmiyyətin qarışmasını istəyir. Təhlükəsizlik mühüm məsələdir. Xalqın təhlükəsizliyinin düşmənləri onun xaos vəziyyətində yaşamasını, narahat olmasını, bezməsini və əsəblərinin pozulmasını istəyirlər. Biz bunu istəmirik. Biz istəyirik ki, xalq sakit həyat yaşasın; tələbə dərs oxuya, alim tədqiqat apara, sənətkar, əkinçi, tacir bütün işlərini görə bilsinlər. Universitet də dinc yer olmalıdır. Xalqın gəncləri bu universitetlərə toplaşmışlar. Xalq gənclərinin sakit mühitdə təhsil almasını istəyir. Universitetləri bu iğtişaşlarla qarışdıran şəxslər xalqa qarşı çıxırlar, onun önündə dayanırlar. Sözsüz ki, qanuni orqanların da üzərinə vəzifələr düşür. Onlar bu vəzifələrə əməl etməlidirlər.

Bilin ki, Quranın mübarək "Köpük heç bir şey olmadığı üçün uçub gedər, insanlara fayda verən bir şey isə yer üzündə qalar" ayəsinin sizin dövrünüzdə tam real bir nümunəsi var və siz bunu görəcəksiniz. Allahın lütfü ilə görəcəksiniz ki "insanlara fayda verən bir şey yer üzündə qalar". İlahi quruluş olan, bünövrəsi də ilahi bir insan tərəfindən qoyulan və bu böyük xalqın iradə və imanı ilə davam etdirilən bu uca quruluş möhkəm qalacaq, bu ağac inşallah günbəgün daha çox kök salacaq və siz bu müxaliflərin, bu quruluşa, bu haqqa və həqiqətə qarşı çıxan şəxslərin "köpük" olduğunu görəcəksiniz. Bunlar inşallah sizin gözünüz önündə məhv olacaqlar.113
6. İslam Respublikasında birliyi qorumaq

İslam inqilabından doğan İslam Respublikası iki cəhətə malik olan vahid bir sistemdir: İslam cəhəti və xalq cəhəti; həm İslam quruluşudur, həm xalq quruluşu. Ona görə xalq quruluşudur ki, İslam quruluşudur və İslam cəmiyyətin dinidir, ümumi məsuliyyət dinidir. İslam ayrı-ayrı fərdlərin dini deyil. O da var, lakin fərdlər cəmiyyət olaraq da İslamın müraciət tərəfidirlər. İslam bir xalq dinidir, ümumi məsuliyyət dinidir. Buna əsasən, xalq quruluşu olması İslam quruluşu olmasından irəli gəlir. Və ona görə İslam quruluşudur ki, Allah-Taala belə minnət qoymuşdur: "Sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuşdur". Bizə minnət qoymuş, bizi bu imana hidayət etmişdir. Allah bizim xalqımıza, bizim özümüzə minnət qoyub bizi bu dinə yönəltmişdir. Buna görə bizim toplumumuz İslamı istəyir və bu ilahi dini bizə verdiyinə görə Allaha şükür olsun! Deməli, İslam Respublikasıdır, bir sistemdir, bir topludur, yaxud bir-biri ilə mülahizə olunmalı, bir olmalı və bu birliyin qorunmalı olduğu vahid sistemdir. Bu cəhətlərin hansı zəifləsə, bütün toplu və sistem zəifləyəcək.

Vilayət və rəhbərlik məsələsi də həmin sistemə sadiq olmaqdır; istər məsumların vilayətinə, istər onun davamı olan fəqih vilayətinə. Ölkədə və quruluşda bu sistemə sadiqlik və onu qorumaq iradəsi var; təcrid olunmasın, onun üçün problem yaranmasın, nöqsan və ayrıseçkilik yaranmasın, kompelks şəkildə hərəkət və inkişaf etsin. İmamın buyurduğu əsl İslam məsələsi də budur. Çünki imam əsl İslamı Amerika İslamı qarşısında qoyurdu. Amerika İslamı yalnız Amerikanın bəyəndiyi İslam deyil, əsl İslamdan xaric olan hər bir şeydir; şahlıq İslamı da belədir, eklektik (qatqılı) İslam da belədir, kapitalist İslam da belədir, sosialist İslam da belədir; müxtəlif forma və rənglərlə təqdim olunan və əsas elementlərin mövcud olmadığı islamların hamısı əsl İslamın qarşısında durur və Amerika İslamıdır.

Bu otuz ildə bizim quruluşumuza qarşı aparılan mübarizələrdə müxtəlif islamlar iştirak etmişdir; həm eklektik İslam, həm şah İslamı, həm sosialist İslam. Bu müxtəlif islamlar İslam Respublikası quruluşu ilə mübarizə aparmışlar. İslama bu baxışda və İslam haqda bu dərkdə fərd və cəmiyyət birgə nəzərə alınır, mənəviyyat və ədalət birgə nəzərə alınır, şəriət və ağıl birgə nəzərə alınır, hissiyyata və qətiyyətə birgə baxılır. Bunların hamısı olmalıdır; qətiyyət öz yerində, emosiya öz yerində, şəriət öz yerində, şəriətdən xaric olmayan ağıl da öz yerində; hamısından bir-birinin kənarında istifadə olunmalıdır. Bu güclü sistemdən yayınma İslam quruluşundan yayınmaya bais olur.114


7. Cəmiyyətdə etimad və qardaşlıq ab-havası yaratmaq

Cəmiyyətdə qardaşlıq, mehribanlıq və etimad ab-havası yaratmalıyıq. Mən cəmiyyətdə bədgümanlığın yayılması ilə əsla müvafiq deyiləm. Biz bu adətləri özümüzdən uzaqlaşdırmalıyıq. Təəssüf ki, bu gün günbəgün daha artmaqda, genişlənməkdə və mürəkkəbləşməkdə olan müxtəlif informasiya vasitələrinin, qəzetlərin və media qurumlarının bir-birini ittiham etməsi geniş yayılmışdır. Bu yaxşı hal deyil; bizim qəlbimizi qaraldır, həyatımızı zülmətə çevirir. Heç bir ziddiyyəti yoxdur ki, günahkar öz günahının cəzasını çəksin, lakin mühit günahlandırmaq, ittiham etmək, şayiə və xəyallarla digərlərini günahlandırmaq mühiti olmasın. Mən burada bunu da deyim: Televiziyadan yayımlanan məhkəmə iclaslarında bir müttəhimin başqa bir şəxs haqqında nəsə deməsi şəriət baxımından mötəbər sayılmır. Bəli, müttəhim məhkəmədə özü haqda nə desə, mötəbərdir; özü barədə etdiyi etiraflar mötəbər sayılır. Müttəhimin bir məhkəmədə kamera önündə, milyonlarla tamaşaçı qarşısında öz əleyhinə etdiyi bütün etiraflar şəriət və el adətləri baxımından məqbuldur, keçərlidir, digəri haqda dedikləri isə qəbul olunmur. Cəmiyyəti ittiham və şübhə ilə doldurmaq olmaz. Quran buyurur: "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?" Birinin ittiham edildiyini eşitdikdə nə üçün bir-birinizə qarşı bədbin olursunuz? İcra və məhkəmə orqanlarının vəzifəsi öz yerində. İcra orqanları cinayətkarı təqib etməli, məhkəmə orqanları isə qanunlarımızda göstərilən şəkildə cəzalandırmalıdırlar. Bu işdə səhlənkarlığa yol vermək olmaz. Lakin qanuni yollarla cinayəti sübut olunmuş cinayətkarın cəzalandırılması gümanla, xəyalla və böhtanla birini ittiham və bədnam etməmizdən, cəmiyyətdə ağızlara salmamızdan fərqli bir şeydir. Belə olmaz. Bu düzgün deyil. Yaxud digərləri – xaricilər, əcnəbilər və qərəzli televiziya kanalları bir şəxsin, yaxud şəxslərin əleyhinə danışır, filan yerdə xəyanət etdiyini, filan yerdə səhvə yol verdiyini iddia edirlər. Biz də onu eynilə yaymalıyıq?! Bu zülmdür, məqbul deyil. Əcnəbi informasiya vasitələrinin ürəyi bizə nə zaman yanmışdır?! Nə zaman bizim haqqımızda həqiqətləri söyləmişlər ki, indi də söyləmiş olsunlar?! Deyirlər, danışırlar, iddia edirlər. Bunları şəffaflıq adlandırmaq olmaz. Bu, şəffaflıq deyil, şübhə yaratmaqdır. Şəffaflığın mənası budur ki, İslam Respublikasında bir məmur öz işlərini açıq şəkildə xalqın ixtiyarına qoysun. Şəffaflığın mənası budur və bunu etməlidirlər. Lakin bizim sübut olunmadan onu-bunu ittiham etməyə, doğruluğu mümkün olan, lakin hələ sübuta yetməmiş məsələləri kiməsə aid etməyə haqqımız çatmır. Bu onu müttəhim edir, o bunu; əcnəbi mediadan, qərəzli İngiltərə mediasından faktlar göstərirlər, sonra da o tərəfdən biri peyda olub bütün quruluşu İslam quruluşuna yaraşmayan şəkildə ittiham edir. İslam quruluşunun məqamı bəzilərinin aid etdiklərindən olduqca ucadır. Bu irad onlara daha çox yapışır. Bir şəxsə böhtan atmaq günahdır, bir İslam quruluşuna, bir təşkilata böhtan atmaq isə olduqca böyük günahdır.115

Mənim təkidim budur ki, hamı, bütün İran xalqı, müxtəlif siyasi cinahlar bu inqilabın və ölkənin müstəqilliyinə qarşı çıxan, ölkəni ikiəlli ABŞ və hegemonizmə təqdim etmək istəyən azsaylı şəxslər qarşısında bir olsunlar. Bütün xalqların daxilində düşmənin belə ünsürləri var. Bizim xalqımızın arasında da belə insanlardan az da olsa, tapılır. Xalqın özünü, kütlələri, aparıcı və adi insanlardan ibarət olan böyük toplumu həmin azsaylı satqın ünsürlərdən ayırmaq lazımdır; səhv salınmamalıdır. Bəzi fikirlərdə, bəzi sözlərdə vəziyyət elə qarışdırılır ki, insanlar çaş-baş qalırlar, xalq bir-birinə, görkəmli şəxslərinə və məmurlarına bədbin olur. Bu düzgün deyil.

Bəziləri - istər mətbuat, istər müxtəlif qurumlar tövsiyə qəbul etmirlər, bizdən tövsiyə istəmirlər. Bəzi qurumların və media orqanlarının siyasətlərini kimin təyin etdiyi, haradan təyin olunduğu bəlli deyil. Onların çörəyi ixtilaf salmaqdan çıxır. Lakin ölkənin maraqlarını və həqiqətin hakim olmasını istəyənlərə tövsiyəm budur ki, bu cüzi və köksüz ixtilaflardan əl çəksinlər. Şayiə düzəltmək və yaymaq olmaz. İnsan görür ki, ölkə məmurlarına - ölkənin yükünü çiyninə götürən şəxslərə qarşı açıq-aşkar ittihamlar irəli sürür, şayiə yayırlar; fərqi də yoxdur - istər prezident olsun, istər parlamentin sədri, istər Quruluşun Məsləhətini Müəyyənləşdirən Qurumun başçısı, istər Ali Məhkəmənin sədri; bunlar ölkənin məsul şəxsləridir. Ölkənin məsul şəxsləri bir sahənin rəhbərliyinin tapşırıldığı şəxslərdir. Xalqın bunlara etimadı olsun, inansın. Şayiə yaymaq lazım deyil. Düşmən bunu istəyir. Düşmən şayiə yaymaq, ürəkləri bir-birinə və məsul şəxslərə qarşı bədbin etmək istəyir.116
8. Prinsipləri unutmamaq

İslam, konstitusiya, imamın buyruqları, vəsiyyətnaməsi və quruluşun ümumi siyasətləri

İnqilabın prinsipləri bəllidir. İnqilabın prinsipləri şəxsi üslublar deyil ki, hərə bir tərəfdən iddia qaldırsın, sonra o prinsiplərə baxdıqda inqilaba yad olduğunu görək. İnqilabın prinsipləri İslamdır, konstitusiyadır, imamın tövsiyələridir, imamın vəsiyyətnaməsidir, yazılması konstitusiyada müəyyən olunmuş ümumi siyasətlərdir. Bu çərçivədə fikir ayrılığı, üslub fərqi eyib deyil, yaxşıdır; zərərli deyil, faydalıdır. Belə çəkişmələrdə quruluş heç kimlə toqquşmur. İnsanlar prinsiplər çərçivəsində rəftar etdikləri, kobudluq göstərmədikləri, cəmiyyətin təhlükəsizliyini və sabitliyini pozmadıqları, belə yanlış işlər görmədikləri, yalan və şayiə yaymadıqları təqdirdə quruluşun heç kimlə bir problemi yoxdur. Müxaliflər var, onların öz fikirləri var və fikirlərini bəyan edirlər. Quruluşun bunlarla işi yoxdur.117

İnqilab, imam və İslam üçün çalışan şəxs onun sözünün və hərəkətinin bu prinsiplər əleyhinə bir istiqamətin yaranmasına bais olduğunu görən kimi cəld ayılmalıdır. Nə üçün ayılmırlar? İslam Respublikasının ən əsas şüarı olan "İstiqlaliyyət, Azadlıq, İslam Respublikası" şüarından "İslam" sözünün çıxarıldığını eşidən kimi özlərinə gəlməli, getdikləri yolun səhv olduğunu bilməli və kənara çəkilməlidirlər.118
9. Müxalif fikirlərlə düzgün rəftar

Mən ölkəmizin əhalisini, əziz xalqımızı iki hissəyə bölməklə, bir qrupu başqa bir qrupun qarşısında qoymağa müxalifəm. Məsələ belə deyil. Çoxlu məsələlərdə xalqın baxışı və nəzəri bir deyil, amma bu, ziddiyyət, qarşıdurma, toqquşma və yaxalaşma sayılmır. Biz xalqımızı bir-biri ilə vuruşdurmamalıyıq. Mən hər iki tərəfə nəsihət verirəm ki, gənclərin hisslərini təhrik etməsinlər, xalqı bir-birinin qarşısında qoymasınlar. Xalq birdir, bir imanı, öz quruluşuna qarşı səmimi və yaxşı münasibəti var. Seçkilərdə belə iştirak etmələri bu yaxşı münasibətin əlamətidir. Əgər ümidvar olmasaydılar, əgər etimadları olmasaydı, səsvermədə iştirak etməzdilər. Deməli, bu xalqın öz quruluşu ilə heç bir problemi yoxdur. Bu vahid xalqı iki yerə parçalayıb bölmək, bir qrupu başqa bir qrup əleyhinə təhrik etmək olmaz.119

İndi bu ayələr oxundu: "Allahın sizə verdiyi nemətini xatırlayın. Bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi xilas etdi". Siz bir-birinizlə qardaş oldunuz, İslam sizi təfriqə alovundan xilas etdi. Unutdunuzmu?! Daim bu onda səhv tutsun, o bunda; ikinci dərəcəli olanları birinci dərəcəli edək, əsl məsələləri unudaq və həmişə aramızda ixtilaf olsun?! Quran buyurur ki, hamılıqla Allahın ipinə sarılın. Burada deyilən "hamı" eyni səviyyədə deyil; bəzisinin imanı güclüdür, bəzisininki zəifdir, bəzisinin əməli daha yaxşıdır, bəzisininki orta həddədir. Eyni zamanda Allah-Taala hamıya müraciətlə deyir ki, hamılıqla Allahın ipinə sarılın, bu işi birgə görün. Sən deyirsən ki, mən təklikdə Allahın ipinə sarıldım, amma o birisi sarılmadı; o da deyəcək ki, mən də təklikdə Allahın ipinə sarıldım. Belə olmaz. Bir-birinizə dözün. Təməl prinsiplər var, əsas məsələlər var. Əsas budur ki, bu prinsiplərdə yekdil olaq. İnsanların ikinci dərəcəli olan yüz məsələdə bir-biri ilə fikir ayrılığının olması mümkündür; bunun birliklə və birləşməklə ziddiyyəti yoxdur. Bunlar meyar olmalıdır. Sözlərimizdə diqqətli olaq. İkinci dərəcəli məsələlər üstündə digərlərini mütləq şəkildə rədd etmək məsləhət deyil. Bu gün İran xalqı yekdil xalqdır, bir xalqdır. Bu birliyin qədrini bilmək lazımdır. İxtilaf yaratmaq olmaz.

Mən son üç-dörd gündə baş verəh hadisələrdə də bəzi adamların daim ixtilafları artırmaq istədiklərini görürəm. Xeyr, ixtilaf yaranmamalıdır. Hamı bir-biri ilə qardaşdır, hamı bir-biri ilə həmkarlıq etməli, ölkəni qurmaq üçün bir-birinə kömək etməlidir. Əbəs yerə heç kimi ittiham etmək olmaz. Bir işdən ötrü kiminsə bütün səlahiyyətlərini əlindən almaq olmaz. İnsaflı olmaq, insafla əməl etmək, insafla danışmaq lazımdır. Allah-Taala düşmənlər barədə buyurur: "Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır". Əgər kiminləsə düşmənsinizsə, bu düşmənlik ona qarşı insafsızlıq və ədalətsizlik etməyə bais olmasın; hətta düşmən olsa belə. Burada isə düşmən də yoxdur. Hamı ədalətsizliyi kənara qoysun; hamı insafsızlığı kənara qoysun; hamı İslam quruluşunun və İslam Respublikasının bayrağı altına toplaşsın.

Prinsiplər var və hamı o prinsiplərə sadiqliyini elan etməlidir. Bir-birinin kənarında olsunlar; üslub fərqləri də olsa, eybi yoxdur. Üslub fərqi həmişə olmuşdur. Müxtəlif dövrlərdə olan bu üslub və dərk fərqləri harada nəfsi istəklərlə qarışmışsa, iş korlanmışdır. Nəfsdən çox ehtiyatlı olmaq lazımdır. Nəfsə aldanmaq məsələsində özümüzə bədgüman olmalıyıq. Baxıb görək harada bizim nəfsi istəklərimiz var və harada yoxdur. Həqiqətən vəzifə hiss etmək və vəzifə dairəsindən kənara qədəm qoymamaq üçün diqqətli olmaq lazımdır. İfratçılıq etmək olmaz. Bunlara əməl olunsa, bu günə qədər olduğu kimi, inşallah bundan sonra da Allahın lütfü bizimlə olacaq.120
10. Quruluşun və ölkənin müxalifləri qarşısında xalqın və siyasi cinahların birliyi

"Əmirəlmömininin (ə) fəzilətləri" adlı qalın kitabın bir sətri budur ki, bu həzrət özünün macəra dolu həyatı boyu bəzi məsələlərə, o cümlədən ədalət və birlik məsələsinə böyük əhəmiyyət göstərmişdir. Bunlar bizim üçün dərsdir. İslam ümmətinin birliyi Əmirəlmöminin (ə) üçün mühüm məsələ idi. İslam ümməti arasında ədalətin bərqərar olunması da Əmirəlmöminin (ə) üçün mühüm məsələ idi. O həzrətin haqsevərliyi hər iki yerdə özünü göstərir; həm ədalətdən ötrü öz həyatının ən çətin sınaqlarına dözdüyü yerdə, o çətinlikləri, ağır zəhmətləri və məcbur olduğu müharibələri edərkən (qısa hakimiyyəti dövründə üç müharibəyə getməli olur, çünki ədalət istəyir və burada da haqqı qətiyyətlə izləyir), həm də Allaha görə, İslamın mənafeyindən və müsəlmanların birliyindən ötrü özünün qəti haqqına göz yumub mübarizə etməyəndə. O, İslamı, müsəlmanları, İslam cəmiyyətini və İslam birliyini həmişə qoruyur.

"İslam məsələsinin, İslam mənafeyinin və İslam cəmiyyətinin maraqlarının ortada olduğunu gördükdə sükutu düzgün saymadım və birlik yaratmaq üçün meydana atıldım". Bu, Peyğəmbərin (s) vəfatından sonrakı birinci dövrə - Əmirəlmömininin (ə) çətin dövrünə aiddir. Orada da haqqı qətiyyətlə izləyir. Bu haqq burada birlikdir. Bunlar bizim üçün dərsdir.

İslam cəmiyyəti bütün dövrlərdə ədalətsizlikdən ziyan görmüşdür; insanların bir-birindən ayrılmasından, bir-birinin qarşısında dayanmasından, parçalanma və nifaqdan ziyan görmüşdür. İslam dünyası bu məsələlərdən ziyan görmüşdür. Siz İslam tarixinə, xüsusən də son əsrlərə baxsanız, bunu daha aydın görərsiniz. İslam dünyası birliyə ehtiyaclıdır. Əmirəlmöminin (ə) İslam dünyasının birlik amili ola bilər. İslam düşmənləri vəhdət və birlik amili olan Əmirəlmöminin (ə) vasitəsi ilə müsəlmanlar arasında ixtilaf yaratmaq istəyirlər. İslam dünyası sayıq olmalıdır.

İran xalqı da bu məsələyə diqqət yetirməlidir. Biz bir xalqıq; İslam bizi birləşdirdi, inqilab bizi oyatdı, qəlblərimizi bir-birinə yaxınlaşdırdı, maraqlarımızı bir-birinə düyünlədi. Biz İslam quruluşunun, İslamın, müsəlmanların və İranın düşmənləri qarşısında möhkəm və güclü bir yumruq olduq. Düşmən bu birliyi pozmaq üçün münasib zamanı gözləyir. Xalqın arasına təfriqə salmağa, ixtilaf toxumu səpməyə çalışır, qardaşları bir-birinin qarşısında qoyurlar. İran xalqı sayıq olmalıdır.

İran xalqının möhtəşəm şəkildə iştirak etdiyi izdihamlı 22 xordad seçkilərində böyük iş görüldü. Təxminən 40 milyon insanın, yəni səsvermə hüququ olanların 85 faizinin seçki məntəqələrinə getməsi dünyada bənzərsiz rəqəmlərdəndir. Bu, İran xalqı üçün böyük imic yaratdı, bu böyük xalq üçün böyük iqtidara və inqilab üçün hörmətə səbəb oldu; göstərdi ki, inqilab otuz ildən sonra xalqı bu şəkildə səhnəyə çıxarmaq gücünə malikdir. Düşmənlər xalqın arasında ixtilaf yaratmağa çalışdılar və müəyyən həddə uğur da qazandılar. Lakin xalq düşmənin hərəkətini zərəsizləşdirməlidir.

İslam Respublikası quruluşunun siyasəti aydındır. Prezidentliyə namizədlərin arasında rəqabət bizim fikrimizcə ailədaxili bir rəqabətdir. Bəzən qəzəblənmələr də olur. Ailə daxilində iki qardaşın bir-birinin qarşısında dayanması da mümkündür. Bunun düşmənə və özgəyə nə aidiyyəti var?! Siyasət və informasiya sahələrində əcnəbilərin niyyəti ixtilaf və parçalanma yaratmaq idi.

İslam Respublikası məmurlarının yüz məsələdə fikir ayrılıqları olsa da, düşmən qarşısında dayanmaqda, bu ölkənin müstəqilliyini qorumaqda hamısı yekdil və həmrəydirlər. Bunu düşmənlər bilsinlər; elə bilməsinlər ki, xalqın arasında parçalanma yarada bilərlər.

Mənim bütün İran xalqına tövsiyəm budur: Bu gün bizə hər şeydən çox sayıqlıq, dostu və düşməni tanımaq lazımdır. Dostu düşmənlə səhv salmayın. Məbada dost və düşməni qarışdırasınız. Məbada düşmənlə lazım olan rəftarı dostla edəsiniz. Bu bütün cinahlara müraciətdir.

Məbada düşməni dostla qarışdırasınız. Dostu bir səhvinə görə düşmən edə və qarşı tərəfdən, bəzi adamlar qan düşmənlərini dost bilib sözlərini dinləyələr.

Sözsüz ki, məmurlar da, seçilmiş prezident də xalqın bu rəğbətinin dəyərini bilsin. Xalqın bu diqqətinin şükrü onun problemlərini həll etmək üçün tam və universal xidmətdən, ölkəni inkişaf etdirməkdən və böyük İran xalqının birliyini qorumağa çalışmaqdan ibarətdir. Bunlar mövcud həqiqətlərdir. Siz İran xalqı bu dönəmdə böyük iş gördünüz, böyük hərəkət etdiniz. Allah-Taala öz qüvvə və qüdrəti ilə bu hərəkətə bərəkət verəcək və onu gücləndirəcək.

Məmurların şükrü xidmət etməkdir, xalqın şükrü birliyi, vəhdəti, sayıqlığı və qardaşlığı qorumaq, bir-birinə mehriban baxmaqdır. Düşmən buna mane olmağa çalışır. Siz də düşməni qəzəbləndirən işi görməyə çalışın. Dövrün imamının müqəddəs qəlbini sevindirən amil İran xalqının birliyi, mehribanlığı, həmkarlığı, fəallığı və inqilabçı hərəkətidir.121


11. Məmurlar əleyhinə şayiə yaymaqdan çəkinmək və psixoloji hücum qarşısında dayanmaq

Şayiə düzəltmək və yaymaq olmaz. İnsan görür ki, ölkə məmurlarına - ölkənin yükünü çiyninə götürən şəxslərə qarşı açıq-aşkar ittihamlar irəli sürür, şayiə yayırlar; fərqi də yoxdur, istər prezident olsun, istər parlamentin sədri, istər Quruluşun Məsləhətini Müəyyənləşdirən Qurumun başçısı, istər Ali Məhkəmənin sədri; bunlar ölkənin məsul şəxsləridir. Ölkənin məsul şəxsləri bir sahənin rəhbərliyinin tapşırıldığı şəxslərdir. Xalqın bunlara etimadı olsun, inansın. Şayiə yaymaq lazım deyil. Düşmən bunu istəyir. Düşmən şayiə yaymaq, ürəkləri bir-birinə və məsul şəxslərə qarşı bədbin etmək istəyir.122


Kataloq: lib -> doc
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: İman, İslam və mənəviyyat
doc -> Vilayət bağçası altıncı cİld
doc -> Zeynəlabidin Bəhrami
doc -> Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə
doc -> AşİQLİK ŞƏRİƏTİ Ustad Əli Şəriətinin fikirləri və hikmətli kəlamları
doc -> İsraf İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin israf haqda tövsiyələri
doc -> Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə