Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr


Dördüncü fəsil: Ayıqlıq əldə etmək



Yüklə 0,84 Mb.
səhifə7/9
tarix29.09.2017
ölçüsü0,84 Mb.
#2304
1   2   3   4   5   6   7   8   9

Dördüncü fəsil: Ayıqlıq əldə etmək


Ayıqlığın məna və cəhətləri

Gənclər fikirləşməli, düşünməli və öz ayıqlıqlarını artırmalıdırlar. Bizim cəmiyyətimizdə mövcud olan öhdəçi adamlar və ruhani müəllimlər, elm və savad adamları, universitet və hövzə mənsubları ayıqlıq məsələsinə əhəmiyyətli yanaşsınlar; məqsəddə ayıqlıq, vasitədə ayıqlıq, düşməni tanımaqda ayıqlıq, yolun maneələrini tanımaqda ayıqlıq, bu maneələrin qarşısını almaq və onları ortadan götürmək yollarını tanımaqda ayıqlıq. Bu ayıqlıqlar lazımdır. Ayıqlıq olduqda siz kiminlə tərəf-müqabil olduğunuzu bilir və lazımi hazırlıqları görürsünüz. Siz küçədə yol yerimək istəsəniz, bunu adi paltar və başmaqla da etmək olar. Amma Dəmavənd dağının zirvəsinə çıxmaq istəsəniz, bunun öz imkanları lazımdır. Ayıqlıq odur ki, nə istədiyinizi və özünüzlə nəyi götürməli olduğunuzu biləsiniz.168


Ayıqlığın səviyyələri

Ayıqlığı iki səviyyədə tərif edə bilərik. Bir səviyyə təməl səviyyə və ayıqlığın dərin qatıdır. İnsan dünyagörüşü seçimində və tövhid məfhumlarının əsaslı dərkində təbiət aləminə qarşı tövhid baxışı ilə bir ayıqlıq əldə edir. Tövhid baxışı ilə maddi baxış arasında fərq bundadır: Tövhid baxışına görə bu dünya nizam-intizamlı bir məcmudur, təbiət məqsədlidir. Bu təbiətin bir hissəsi olan vücudumuz və həyatımız da məqsədlidir; məqsədsiz dünyaya gəlməmişik. Bu, tövhid baxışının nəticəsidir. Elmli və qüdrətli Allahın varlığına etiqadın mənası budur. Məqsədli olduğumuzu anladıqda o məqsədi axtarmağa başlayırıq. Bu axtarışın özü ümidverici bir səydir. Biz o məqsədi tapmağa çalışırıq. Məqsədi tapdıqda, onun nə olduğunu anladıqda ona çatmaq üçün fəaliyyət başlayır. Bu zaman bütün həyat fəaliyyətdən ibarət olur; özü də məqsədli və hədəfli fəaliyyətdən. Digər tərəfdən, bunu da bilirik ki, tövhid baxışına görə, məqsəd yolunda hər bir fəaliyyət və zəhmət insanı mütləq nəticəyə çatdırır. Bu nəticələrin dərəcələri var və şübhəsiz ki, gözəl bir nəticəyə çatdırır. Bu baxışla insanın həyatında daha məyusluq, ümidsizlik, çaşqınlıq və qüssə olmur. Siz vücudunuzun, yaranmanızın, həyatınızın və tənəffüsünüzün bir məqsədlə həyata keçdiyini bildikdə o məqsədi axtarırsınız, ona çatmaq üçün hərəkət edir və fəaliyyət göstərirsiniz. Varlığın Yaradanı olan Allah-Taalaya görə bu hərəkətin özünün də mükafatı və savabı var. Hansı nöqtəyə çatsanız, əslində məqsədə çatmısınız. Odur ki, tövhiddə mömin üçün ziyan və zərər ümumiyyətlə təsəvvür olunmur. Buyurub ki, iki ən yaxşı haldan biri bizi gözləyir: ya bu yolda öldürüləcəyik - bu ən yaxşıdır; ya da düşməni ortadan götürüb məqsədə çatacağıq - bu da ən yaxşıdır. Deməli, burada zərər yoxdur.

Bunun tam əksi maddi baxışdır. Maddi baxış əvvəla insanın yaranışını, dünyadakı varlığını məqsədsiz bilir. Ümumiyyətlə nə üçün dünyaya gəldiyini bilmir. Düzdür, dünyada özü üçün məqsədlər tərif edir: pul qazansın, eşqinə qovuşsun, vəzifəsi yüksəlsın, fiziki ləzzətlərə nail olsun, elmi ləzzətlərə nail olsun. Özü üçün belə məqsədlər tərif edə bilər, amma bunların heç biri təbii məqsəd deyil, zəruri olaraq onun vücudu ilə yanaşı deyil. Allaha etiqad olmadıqda əxlaq da mənasız olur, ədalət də; şəxsi ləzzət və maraqdan başqa heç bir şeyin mənası olmur. Əgər şəxsi mənafe yolunda insanın ayağı daşa dəyib əzilsə, zərər çəkmiş və xəsarət görmüşdür. Əgər mənafeyini təmin edə bilməsə, əgər çalışa bilməsə, növbə ümidsizliyə, məyusluğa, intihara və digər məntiqsiz işlərə çatır. Deməli, tövhid baxışı ilə maddi baxış arasındakı, ilahi inamla maddi inam arasındakı fərq budur. Bu, ayıqlığın ən əsas təməlidir.

Bu baxışla insan mübarizə apardıqda bu mübarizə müqəddəs bir iş olur. Əgər silahlı müharibə də olsa, belədir. Mübarizə ümumiyyətlə bədbinlik və bədxahlıq əsasında baş vermir. Mübarizə yalnız insanın özünün yox, bütün insaniyyətin xeyrə, kamiliyyə, rifaha və uca məqamlara nail olması üçündür. Bu baxışla həyat gözəl və bu geniş meydanda hərəkət etmək ürəkaçan olur. İnsanın yorğunluğu Allah-Taalanı yad etməklə və məqsədi yada salmaqla aradan qalxır. Bu, etiqadın əsas təməlidir; ayıqlığın əsas təməlidir. Bu ayıqlıq çox lazımdır. Biz buna malik olmalıyıq. Ayıqlıq əslində cəmiyyətdə bütün insani səy və mübarizələrin şərtidir. Bu, ayıqlığın bir səviyyəsidir.

Ayıqlığın bu geniş səviyyəsindən və dərin qatından əlavə müxtəlif hadisələrdə insan üçün ayıqlığın və avamlığın yaranması mümkündür. İnsan ayıqlıq əldə etməlidir. Bu ayıqlığın mənası nədir? Ayıqlıq əldə etmək nə deməkdir? İnsan bu ayıqlığı necə əldə edə bilər? Müxtəlif hadisələrdə lazım olan, Əmirəlmömininin (ə) hədis və kəlamlarında təkid göstərilən bu ayıqlığın mənası odur ki, insan ətrafında baş verən, qarşısına çıxan və onunla əlaqədar olan hadisələrdə fikirləşsin, onların yanından avam və bəsit şəkildə keçməməyə çalışsın, Əmirəlmömininin (ə) sözü ilə desək, nəticə çıxarsın: “Allah təfəkkür edib nəticə çıxaran insana rəhm eləsin!” Fikirləşsin və bu fikir əsasında nəticə çıxarsın, məsələləri müqayisə etsin və bu nəticə ilə ayıqlığa nail olsun. Hadisələrə düzgün baxmaq, düzgün nəticə çıxarmaq, onlar barədə fikirləşmək insanda ayıqlıq, yəni gözüaçıqlıq yaradır və insanın həqiqətə gözü açılır.

Əmirəlmöminin (ə) başqa bir yerdə buyurur: “Ayıq insan eşidən, fikirləşən və görən insandır”. Ayıq insan eşidən, qulağını bağlamayan, eşitdikdə düşünən və hər hansı bir şeyi eşidən kimi rədd, yaxud qəbul etməyən şəxsdir. Düşünmək, baxmaq və gözü açmaq lazımdır. Avamlıq uçurumlarından sürüşüb yıxılan bir çox insanların iradı budur ki, baxmadılar, gözlərini aydın həqiqətlərə yumdular. İnsan baxmalıdır; baxsa, görəcək. Biz çox zaman bəzi şeylərə ümumiyyətlə baxmaq istəmirik; ümumiyyətlə baxmaq istəməyən bəzi sapqın adamlar var. İnadkar düşmənlə işimiz yoxdur; bu barədə sonra danışacağıq: “Həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər”. Bəzi adamlar məsələyə qərəzli şəkildə və inadla yanaşırlar. Düşmən düşməndir, söhbət ondan getmir; söhbət səhnədə olan məndən və sizdən gedir. Əgər biz ayıq olmaq istəyiriksə, gözümüzü açmalı və görməliyik; görüləsi şeylər çoxdur. Əgər biz onların yanından ötəri keçsək, onları görməsək, təbii ki, səhv edəcəyik.

Mən tarixdən bir misal çəkim. Siffeyn döyüşündə Müaviyənin ordusunun məğlub olmasına az qalırdı; tamamilə məhv edilməsinə bir şey qalmırdı. Canlarını xilas etmək üçün düşündülər ki, Quranları nizələrə taxıb meydana gətirsinlər. Quran vərəqlərini nizələrə taxıb dedilər ki, Quran bizimlə sizin aranızda hakim olsun; Quran nə desə, onu edək. Bəli, avamların xoşuna gələn qəşəng bir iş idi. Qoşunun içindən sonralar Xəvaricdən (separatçılardan) olub Əmirəlmömininə (ə) qarşı xəncər çəkən bir qrup dedi ki, yaxşı sözdür, bunlar pis söz demirlər, Quranı hakim etmək istəyirlər. Baxın, bura sürüşkən yerdir. Burada insan ayağının altına baxmayanda sürüşür. Əgər sürüşsə, heç kəs onu bağışlamaz, çünki ayağının altına baxmayıb, ayağının altındakı yemiş qabığını görməyib. Onlar baxmadılar. Əgər həqiqəti anlamaq istəsəydilər, anlayardılar, çünki gözlərinin önündə idi. Quranın hakim edilməsinə və hökmünə tabe olmağa dəvət edən şəxs seçilmiş və itaəti vacib olan imamla vuruşur. O, Qurana necə inana bilər?! Əmirəlmöminin Əli ibn Əbu Talib (ə) bizim nəzərimizcə Peyğəmbər (s) tərəfindən təyin edilmiş xəlifədir. Amma bunu qəbul etməyən şəxslər də o zaman üçüncü xəlifədən sonra hamının onunla beyət və xilafətini qəbul etdiyini bilirdilər. O bu yolla imam və İslam cəmiyyətinin itaəti vacib olan hakimi olmuşdu. Onunla vuruşan, onun əleyhinə xəncər çəkən şəxslə vuruşmaq bütün müsəlmanların vəzifəsi idi. Əgər Quranı nizəyə taxan bu şəxs Qurana etiqadlıdırsa, Quran deyir ki, nə üçün Əli (ə) ilə vuruşursan? Əgər həqiqətən Qurana etiqadlıdırsa, əllərini qaldırıb "mən vuruşmuram" deməli və xəncərini yerə atmalıdır. Bunu görməli və anlamalı idilər. Bu, çətin məsələ idi?! Bu, dərki mümkün olmayan bir problem idi?! Səhlənkarlıq etdilər. Bu avamlıqdır. Əgər azca düşünüb fikirləşsəydilər, həqiqəti anlayardılar. Çünki bunların özləri Mədinədə Əmirəlmömininin (ə) səhabələri olmuşdular; Osmanın öldürülməsində Müaviyənin adamlarının və köməkçilərinin əlinin olduğunu görmüşdülər. Osmanın öldürülməsinə onlar şərait yaratdılar və sonra qisas məqsədilə köynəyini bayraq etdilər. Onların özləri bu işi gördülər, günahkar özləri idilər, amma günahkar axtarırdılar. Baxın, bu avamlıq diqqətsizlikdən irəli gəlir, baxmamaqdan irəli gəlir, aydın bir həqiqətə göz yummaqdan irəli gəlir.

Sonuncu iğtişaşlarda bəziləri səhv etdilər. Bu, avamlığa görə idi. Böyük və mühüm bir seçkilərdə saxtakarlıq iddiası etməyin yolu bəllidir. Saxtakarlığın baş verdiyini düşünən şəxs əvvəla buna dəlil göstərməlidir. Bundan əlavə, dəlil göstərsə də, göstərməsə də, qanun yolu müəyyən etmişdir; şikayət edə bilər. Gərək yoxlanıb araşdırılsın, bitərəf şəxslər gəlib baxsınlar və saxtakarlığın edilib-edilmədiyi bəlli olsun. Yolu budur. Biz də buna çox kömək etdik. Mən qanuni müddəti uzatdım; hətta dedik ki, insanlar özləri kamera önünə gəlib saysınlar. Əgər kimsə bu yolu qəbul etmirsə, deməli, inadkarlıq edir... Burada məqsəd ötən hadisələr haqda fikir bildirmək deyil, misal çəkmək istəyirik. Deməli, ayıqlığa nail olmaq çətin iş deyil. Əgər siz baxıb məntiqli və qanuni bir yolun olduğunu görürsünüzsə və kimsə o məntiqli və qanuni yoldan imtina edib ölkə üçün zərərli olan, xalqın maraqlarına zərbə vuran bir iş görürsə, ədalətli, normal və tərəfsiz baxışla onun haqsız olduğu bəllidir. Bu aydın bir məsələdir, aydın bir mühakimədir. Buna görə görürsünüz ki, xalqın ayıq olmasını istəmək çətin və mümkünsüz bir işi istəmək deyil. Ayıqlığa nail olmaq çox çətin iş deyil. Ayıqlıq əldə etmək bu qədər lazımdır ki, insan müxtəlif tələlərə - dostluqların, düşmənliklərin, nəfsin istəklərinin və müxtəlif tələsik mühakimələrin tələsinə düşməsin. İnsan bu qədər baxıb fikirləşsə, həqiqəti görə bilər. Ayıqlıq bu fikirləşməkdən, bu baxmaqdan ibarətdir, artıq gözlənti deyil. Beləliklə, anlamaq olar ki, ayıqlığa nail olmaq hamının işidir; hamı ayıq ola bilər. Əlbəttə, bəzi adamlar inadkarlıq və bədxahlıq üzündən deyil, diqqətszilik üzündən avamlıq edirlər. İnsan öz canını çox istəsə də, bəzən maşın sürərkən bir an diqqətinin yayınması, yuxulaması və qəzaya düşməsi mümkündür. Bu sahədə baş verən yayınmaları günah saymaq olmaz, amma əgər davamlı olsa, avamlıqdır və məqbul deyil.169


Ayıqlığın əhəmiyyəti

Ayıqlıq işıq saçan projektor, qibləni və qütbü göstərən kompasdır. İnsan bir səhrada kompassız hərəkət etsə, təsadüfən məqsədə çatmaq ehtimalı azdır. Daha güclü ehtimal budur ki, yolu azıb çoxlu problem və çətinliklərə düşsün. Xüsusən qarşıda düşmən olduqda adama mütləq kompas lazımdır. Əgər kompas olmasa, siz yaraqsız vəziyyətdə düşmən mühasirəsinə düşərsiniz və daha əlinizdən bir şey gəlməz. Deməli, ayıqlıq kompas və projektordur. Ayıqlıq zülmətləri aydınlaşdırır və bizə yol göstərir.

Biz harada düzgün anlayıb yolu təyin edə bildiksə, yəni ayıqlığımız oldusa və onun ardınca öhdəlik və məsuliyyət hiss edib meydana atıldıqsa, qələbə bizimlə oldu: "Əgər daxil olsanız, onlara mütləq qələbə çalarsanız". Mübarizəyə iman və ayıqlıqla daxil olduğunuzda qələbə sizinlədir, siz qalibsiniz. Nə üçün? Çünki sizin qarşı tərəfinizin imanı yoxdur, dini yoxdur, güclü mənəviyyatı yoxdur. Onun adamları muzdurlar və aldanmışlar, plan hazırlayanların və idarə edənlərin özləri də imansız insanlardır. Siz imanla meydana daxil olduqda qələbə çalarsanız. Bu, İran xalqının təcrübəsidir.170

Əmirəlmömininin (ə) həyatı başdan-ayağa dərsdir. Əmirəlmömininin (ə) bir insanın və bir rəhbərin bütün yaxşı xislətlərinə şamil olan rəftarları arasında müşahidə olunan və bizim bu günümüz üçün bu xüsusiyyətlərin ən üstünü olan məsələ ayıqlığa ehtiyacı olan şəxsləri ayıq etmək və vəziyyəti aydınlatmaq məsələsidir. Bütün dövrlərdə bu sonsuz şücaət, bu əzəmətli fədakarlıq xalqı ayıq etməyə, xalqın düşüncələrini və imanını dərinləşdirməyə işlədilmişdir. Siffeyn döyüşündə məğlub olduğunu hiss edən qarşı tərəf müharibəni saxlamaq üçün Quranları nizəyə taxdı, bir qrup adam Əmirəlmömininin (ə) ətrafını sarıb dedilər ki, gərək təslim olub müharibəni bitirəsən, bunlar Quranı ortaya gətirmişlər. Hiyləgər və qəribə bir iş idi. Həzrət buyurdu ki, siz səhv edirsiniz, bunları tanımırsınız, bu gün Quranı hakimlik üçün gətirən bu şəxslərin Qurana etiqadı yoxdur. Mən bunları tanıyıram. Mən bunların uşaqlığını da görmüşəm, böyüklüyünü də. Onlar həm uşaqlıq zamanı, həm də böyüyəndən sonra ən pislər olmuşlar. Bunlar Qurana inanmırlar, sıxıntıda qaldıqları üçün Qurandan yapışmışlar. Təbii ki, onlar qulaq asmadılar, israr etdilər və İslam dünyası bunun ziyanını gördü. Əmirəlmöminin (ə) ayıqlıq bəxş edən bir insan idi.171

İslam bizə deyir ki, müsəlman cəmiyyət İslamın əmri ilə idarə olunmalı, hidayət edilməli və yaşamalıdır. İslam deyir ki, düşmənlər qarşısında qudrətlə dayanmaq lazımdır, onlarla aydın və şəffaf sərhəd yaranmalıdır. İslam deyir ki, düşmənlərə aldanmaq olmaz. Bu, Əmirəlmömininin (ə) aydın xəttidir. Bu gün bizim də bu aydın xəttə ehtiyacımız var.

Əlbəttə, inqilabın sayəsində İran xalqı sayıq xalqdır. Bu ölkənin çoxlu problemləri xalqın ayıqlığı ilə həll olunmuşdur. Adi camaat çox zaman həqiqətləri bəzi görkəmli və aparıcı şəxslərdən də yaxşı görür və anlayırlar; çünki bağlantıları azdır. Bu, böyük nemətlərdəndir. Mənim əziz qardaş və bacılarım! Siz bilin və bütün İran xalqı bilsin: İran xalqı uca İslam amallarına sarı hərəkət yolunda öz möhkəmliyini göstərmişdir və Allahın yardımı ilə onu qoruyacaqdır.172


Ayıqlığın zəruriliyi

Düşmən hiylələri qarşısında sayıqlıq

Bu gün bizim bu ayıqlığa ehtiyacımız var. Bu gün İslam dünyasının və İslam birliyinin düşmənləri din və əxlaq vasitəsi ilə təxribatlar aparırlar; sayıq olmaq lazımdır. Onlar qeyri-müsəlmanların ictimai rəyini aldatmaq istəyəndə insan hüquqlarından, demokratiyadan danışırlar, İslam dünyasının ictimai rəyini aldatmaq istəyəndə də Quranın və İslamın adını çəkirlər. Halbuki nə İslama və Qurana etiqadları var, nə də insan haqlarına. İslam ümməti bunu bilməlidir. İran xalqı bu otuz bir il ərzində bunları sınamışdır. Bu gün də hamımız bunu bilməliyik. Əmirəlmöminin (ə) hiylə və fitnə anında öz dostlarına fəryad edir ki, öndə tutduğunuz bu haqq yolu və doğruçu hərəkəti əldən verməyin, buraxmayın, fitnəkarların və fitnə yaradanların sözləri ilə qəlbinizdə şübhə yaranmasın. Yolunuz düz yoldur. Dəfələrlə dediyimiz kimi, fitnə dövrünün xüsusiyyəti dumanlılıqdır, qarışıqlıqdır. Aparıcı şəxslər bəzən səhvlər edirlər. Burada meyar lazımdır. Meyar haqq, sədaqət və xalqın önündə olan dəlil-sübutlardır. Əmirəlmöminin (ə) xalqı ona yönəldirdi. Bu gün də bizim ona ehtiyacımız var.173


Hər bir ümumi hərəkətin ümumi ayıqlığa ehtiyacı

Düzgün, məntiqli, ağıllı və eyni zamanda qətiyyətli bir mübarizənin bir neçə amilə ehtiyacı var:

Biri imandan irəli gələn maraqdır. Bir xalqı və gəncləri əmrlə çətin bir meydanda duruş gətirməyə vadar etmək olmaz. Ürəkdən maraq oyanmalıdır; özü də imandan irəli gələn maraq. Bu gün bizim gənclərimizdə bu kifayət qədərdir. Mən xəbərdar olub deyirəm; gənc nəslimizlə və gənc təbəqəmizlə tanışlığa görə deyirəm. Bu gün bizim gənclərimizin maraqları 1978-ci ildə Amerikanın muzduru olan Pəhləvi rejiminin bu küçələrdə hücum etdiyi və qanını tökdüyü gənclərdən az deyil, çoxdur.

Bu gün bizim gənclərimizin maraqları bir qrup gəncin inqilab əleyhinə təxribatların mərkəzi olan ABŞ səfirliyini tutduğu zamandan çox olmasa da, az deyil. Səbəb də aydındır. Çünki bu xalqın tarixində otuzillik təcrübə qeyd olunmuşdur. Gəncin ayıq zehni və açıq gözü o günləri görməsə də, bu təcrübələri götürür. Bir xalqın təcrübələri nəsil-nəsil zənginləşir, dərinləşir və daha səmərəli olur. Deməli, maraq baxımından bizim bugünkü gənclərimizin çatışmazlığı yoxdur. Müxtəlif dəlillərə görə rahat həyatı və sülhü tərcih edən, yaxud düşmənin sazı ilə rəqs etməyi eyib bilməyən bir qrup yorğun və peşman inqilabçıdan başqa ölkə gəncliyində və əksəriyyətini gənclərin təşkil etdiyi xalqda bu dərin maraq var. Əgər bu gün ölkəmizdə səksəninci ildə baş verən məcburi müharibə kimi bir hadisə baş versə, gənclərin cəbhəyə getməsi, onların aşkar və üzbəüz düşmənlə qarşılaşmaq üçün könüllülüyü 80 və 81-ci ildən dəfələrlə çox olacaq.

Başqa bir lazımlı faktor ayıqlıqdır. Görürsünüz ki, mən müntəzəm olaraq gənclərlə, tələbələrlə və xalqın müxtəlif təbəqələri ilə görüşdə ayıqlıq üzərində təkid göstərirəm. Bu ona görədir ki, dünyanın bugünkü çox mühüm vəziyyətində və bizim əziz ölkəmizin dünyadakı üstün və müstəsna mövqeyində hər bir ümumi hərəkətin ümumi bir ayıqlığa ehtiyacı var. Əlbəttə, mən bunu da sizə deyim: bu gün bizim gənclərimizin ayıqlığı da inqilabın əvvəlində və inqilab ərəfəsindəki gənclərdən şübhəsiz, artıqdır. Siz bu gün çox şey bilirsiniz. Bu gün çox şey sizin üçün aydın məsələlərdəndir, lakin o zamanlar onları gənclərə izah etməli və danışmalı idik. Bu gün bizim gənclərimiz bunları bilirlər, ayıqlıq səviyyəsi yüksəkdir. Eyni zamanda mən ayıqlıq üzərində təkid edirəm.174
Bugünkü mürəkkəb ictimai həyat

Allah-Taala çətin Məkkə dövründə Peyğəmbərinə (s) buyurur ki, mən ayıqlıqla hökm edirəm: "(Ey Rəsulum!) De: “Bu mənim (dəvət) yolumdur. Mən və mənə tabe olan (möminlər) ayıqlıqla (insanları) Allaha çağırırıq". Peyğəmbərin (s) özü də ayıq şəkildə hərəkət edir, onun düşüncəsinin tərəfdarları da. Bu, Məkkə dövrünə aiddir. O zaman hələ hökumət yox idi, cəmiyyət yox idi, çətin idarəetmə yox idi, lakin ayıqlıq lazım idi. Mədinə dövründə isə daha çox lazımdır. Mənim son bir neçə ildə həmişə ayıqlıq üzərində təkid göstərməyimin səbəbi budur ki, bir xalq, bir ölkənin gəncləri ayıq olduqda, ayıq şəkildə hərəkət edib addım atdıqda onların qarşısında düşmənin bütün silahları zəifləyir. Ayıqlıq budur. Ayıqlıq olduqda fitnə dumanları onları azdırıb səhvə sala bilmir. Əgər ayıqlıq olmasa, insanın niyyəti yaxşı olsa da, bəzən pis yola qədəm qoyar. Siz döyüşdə yolu tanımasanız, xəritəni bilməsəniz, əlinizdə kompas olmasa, bir də görərsiniz ki, düşmənin mühasirəsinə düşmüsünüz, yolu səhv salmısınız, düşmən sizi əhatəyə almışdır. Bu kompas sözügedən ayıqlıqdır. Bugünkü mürəkkəb ictimai həyatda ayıqlıq olmadan hərəkət etmək olmaz.175


Dostu düşməndən ayırmaq

Əgər sizə bir tövsiyə etmək istəsəm, o tövsiyə ayıqlığınızı artırmaq barədə olar. Xalqların başına gələn bəlalar çox zaman ayıqlığın olmamasından irəli gəlir. Görürsünüz ki, öz cəmiyyətimizdə də bəzi adi insanlar və daha çox aparıcı şəxslər səhvlər edirlər. Aparıcı şəxslərin daha az səhv etməsi gözlənilir, lakin səhvləri say baxımından olmasa da, nəticə etibarilə adi camaatın səhvlərindən çoxdur. Bu, ayıqlığın olmamasına görədir.

Öz ayıqlığınızı artırın, yüksəldin. Mən Əmirəlmömininin (ə) zənnimcə Siffeyn döyüşündə buyurduğu bu sözünü dəfələrlə demişəm: "Bu bayraq yalnız ayıq və dözümlü insanlar tərəfindən götürülər". Bilirsiniz ki, Əmirəlmömininin (ə) işi bəzi cəhətlərinə görə Peyğəmbərin (s) işindən çətin idi. Çünki Peyğəmbərin (s) dövründə düşmən də bəlli idi, dost da. Əmirəlmömininin (ə) bayrağı altında olanların dost və ya düşmən olması isə o qədər də aydın deyildi; düşmən də dostun dediyi sözləri deyirdi. Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində Əmirəlmömininin (ə) düşərgəsində qılınan camaat namazından qarşı tərəfdəki düşərgədə də qılırdılar.

Əgər siz olsanız, nə edərsiniz? Sizə deyirlər ki, qarşı tərəf haqsızdır. Siz deyirsiniz ki, belə namaz qılan və ibadət edən tərəf?! Onların bəziləri, məsələn, Xəvaricdən olanlar çox ibadət edirdilər. Əmirəlmöminin (ə) gecə qaranlıqda Xəvaricin düşərgəsində gəzərkən birisinin gözəl səslə Quranın bu ayələrini oxuduğunu eşitdi: "Məgər axirətdən qorxan, Rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?!" Gecənin yarısı çox yanıqlı və təsirli səslə Quran oxuyurdu. Həzrət Əlinin (ə) yanında olan bir nəfər dedi ki, ey Əmirəlmöminin, bu ayəni belə gözəl şəkildə oxuyan bu şəxsin xoş halına! Kaş mən onun bədənində bir tük olub, sayəsində cənnətə gedəydim!

Nəhrəvan döyüşü başlandı. Düşmənlər məğlub edilib oldürüldükdən sonra Əmirəlmöminin (ə) düşmən ölülərinin yanından keçir, üzü üstə düşmüş bəzi cəsədləri qaldırmağı əmr edir və onlarla danışırdı. Onlar ölmüşdülər, amma öz səhabələrinin eşitməyi üçün belə edirdi. Birini də qaldırmalarını söylədi; qaldırdılar. O gecə imamın yanında olan şəxsə buyurdu ki, bunu tanıyırsanmı? Cavab verdi ki, xeyr. Dedi ki, bu, bədənində bir tük olmanı arzuladığın şəxsdir. O gecə Quranı elə yanıqlı oxuyurdu, amma burada canlı Quranın, yəni Əmirəlmöminin (ə) qarşısında qılınc çəkir; çünki ayıqlıq yoxdur və vəziyyəti dərk edə bilmir.

Mən bu siyasi səhnələri dəfələrlə döyüş cəbhəsinə bənzətmişəm. Əgər siz hərbi döyüşdə coğrafi koordinatları bilməsəniz, böyük səhvlər baş verə bilər. Məhz buna görə yerləri təyin etməyə gedirlər. Hərbdə mühüm işlərdən biri məlumatdır; dəqiq məlumat. Yəni gedib görsünlər ki, düşmən haradadır, necədir, mövqeyi necədir, törədə biləcəyi təhlükə nədir və ona qarşı nə etməlidirlər. Əgər kimdəsə bu məlumatlar olmasa, ərazini tanımasa, düşməni itirsə, bir də görərsiniz ki, raket və toplarını düşmənlərinin yox, dostlarının olduğu səmtə çevirib atəş açır; çünki bilmir. Siyasi səhnə də eynilə belədir. Əgər ayıqlığınız olmasa, dostu və düşməni tanımasanız, bir də görərsiniz ki, sizin təbliğat topunuzun atəşi, sizin söz və əməlləriniz dostlarınızın yerləşdiyi səmtə yönəlmişdir. İnsan düşməni tanımalıdır. Düşməni tanımaqda səhv etməməliyik və bunun üçün ayıqlıq lazımdır.176


Haqq və batilin qarışması

Öz ayıqlığınızı bacardığınız qədər artırmağa və dərinləşdirməyə çalışın, düşmənlərin bizim avamlığımızdan istifadə etməsinə imkan verməyin. Düşmən dost kimi, haqq nahaq kimi və nahaq haqq libasında görünür. Əmirəlmöminin (ə) bir xütbədə cəmiyyətin ən mühüm problemlərindən biri kimi bunu qeyd edir. Buyurur ki, əgər haqq aşkar şəkildə xalqın qarşısına çıxsa, heç kim onun əleyhinə danışa bilməz; əgər nahaq da özünü aşkar formada göstərsə, xalq ona sarı getməz. Lakin xalqı azdırmaq istəyənlər nahağı çılpaq şəkildə gətirmirlər, onu haqla qarışdırırlar. O zaman haqq öz tərəfdarlarına da şübhəli görünür.177 Buna görə ayıqlıq bizim ilk vəzifəmizdir. Gərək haqq və nahağın səhv salınmasına qoymayaq.178


Nümunələr

Hegemonizmi tanımaq

Ayıqlığın birinci şərti mübarizə aparmağın labüd olduğu hegemonizmin nə olduğunu bilməkdir. Hegemonizm dünyada güc, yaxud güclərdir; onlar özlərinə baxıb pul, silah və təbliğat imkanlarına malik olduqlarını görür və bu səbəbdən digər ölkələrin və xalqların işlərinə amiranə müdaxiləni öz haqları bilirlər. Hegemonizmin mənası budur. İstismarçılıq ruhu inqilabdan öncə ölkəmizdə aydın formada görünürdü. Yəni ABŞ hegemoncasına bu böyük ölkəyə, bu zəngin tarixə malik olan bu böyük xalqa pəncə atmışdı, ölkəmizin mühüm və əsaslı işlərinə müdaxilə edirdi. Səbəb də bu idi ki, ölkənin başçıları fəsada uğramışdılar, xalq arasında yerləri yox idi, dayaq axtarır və Amerikaya söykənirdilər. Amerika da heç kəsə havayı bir şey vermir; onları himayə etməyi ölkələrinin işlərinə tam müdaxiləyə qarşılıq etmişdi. Sizin üçün bəlkə də təəccüblü olar, amma bilin ki, Şah Məhəmmədrza bir Baş naziri işdən çıxarıb başqasını təyin etmək üçün Amerikaya gedib iki-üç həftə orada qalmağa və onların razılığını cəlb etməyə məcbur olurdu. Ölkəmizin vəziyyəti bu həddə çatmışdı. Pəhləvi hökumətinin son illərində bundan da pis olmuşdu; daha Amerikaya getmək lazım olmurdu. ABŞ və İngiltərənin səfirləri burada şahın sarayına gedir və ona deyirdilər ki, siz neft işində belə edin, beynəlxalq münasibətlərdə belə edin, xalqla belə rəftar edin, mübarizlərlə belə rəftar edin; əmr edirdilər, şah da qəbul edirdi. Bir məmləkətin başçısı bu qədər zəif, bu qədər zəbun və əcnəbilər qarşısında bu qədər təslimçi olduqda digərlərinin vəziyyəti bəllidir. Ölkəmizin vəziyyəti belə idi. Hegemonizmin mənası budur.

ABŞ tam bir hegemondur. Bu yalnız bizim sözümüz deyil, bütün dünyanın və İslam dünyasının sözüdür. Amerikalılar bütün dünyaya qarşı hegemon ruha malikdirlər. İkinci Dünya Müharibəsində Yaponiyanı məğlub etdikdən sonra orada hərbi baza yaratdılar. Amerikalıların Yaponiyadakı bazası hələ də durur. Yaponlar bütün bu elmi inkişaflarla yanaşı hələ Amerikanın bazasını ölkələrindən çıxara bilməyiblər. Orada hərbi bazası var, xalqa zülm edirlər, əziyyət verirlər, qəzetlərə də çıxır, xəbər agentliklərində də deyirlər; namusa təcavüz və digər işlər görürlər, amma hələ də oradadırlar. Cənubi Koreyada da Amerikanın hərbi bazaları var. İraqda Amerikanın planı budur ki, baza qursun və əlli il, yüz il orada qalsın; Əfqanıstanda da həmçinin. Əfqanıstan elə bir yerdir ki, əgər orada hərbi bazaları olsa, Cənub-Qərbi Asiya ölkələrinə, Rusiyaya, Çinə, Hindistana, Pakistana və İrana nəzarət edə bilərlər. Onlar bütün bu səyləri göstərirlər ki, orada daimi bir baza qurub qalsınlar. Hegemonizmin mənası budur.

İran xalqı ABŞ-ın muzdur rejimini devirib onu bu ölkədən qovdu. Amerikalılar inqilabdan dərhal sonra özlərinə gəlib görə bilərdilər ki, bu xalq belə güclüdür; Şərqin və Qərbin dəstəklədiyi bir rejimi yerindən qopara bilir; 2500 illik tarixə malik olan bir şahlığı devirib tullaya bilir. Onlar İran xalqından üzr istəyə, bizim xalqımıza vurduqları ziyanların mümkün miqdarını düzəldə bilərdilər. Əgər bu işi görsəydilər, onların İranla problemi həll olunardı. Baxmayaraq ki, İslam Respublikası hələ də İslam dünyasında edilən zülmlərə görə etirazçı qalardı, lakin onlarla İslam Respublikası və İran xalqı arasında olan bu güclü ədavət bu formada olmazdı. Amma onlar bu işi görmədilər. Onlar nə üzr istədilər, nə şah üsul-idarəsinin süqutundan ibrət aldılar, hətta həmin ilk aylardan xəncəri üstdən bağladılar, səfirlikləri İslam Respublikasını çökürtmək və məğlub etmək üçün təxribat mərkəzi, casus yuvası, onu-bunu təhrik etmək üçün şübhəli əlaqələr mərkəzi oldu. Amerikalılar bu böyük səhvi, sonra da İslam Respublikasına, bizim əziz xalqımıza və ölkəmizə qarşı bacardıqlarını və əllərindən gələni etdilər. Onun bir nümunəsi Təbəsə hücumdur; bir nümunəsi Fars körfəzində üç yüzə yaxın insanın ölümünə səbəb olan sərnişin təyyarəmizi vurmalarıdır; sərnişin təyyarəsini vurub suya saldılar. Bir nümunəsi bizim neft platformalarımıza hücumdur; Reyqanın dövründə bizim Fars körfəzindəki neft platformalarımıza hücum etdilər. Bir nümunəsi xəbis Səddama hərtərəfli yardımlardır; müharibədə onu bizə qalib etmək və İslam Respublikasına zərbə vurmaq istəyirdilər. Əgər ABŞ-ın cinayətlərinə dair bu növ işlərin listini yazsaq, bir kitab olar. Bir dəfə ABŞ-ın Müdafiə nazirlərindən biri onların ürək sözünü dedi; dedi ki, biz İran xalqının kökünü kəsməliyik. Diqqət yetirirsiniz? İran xalqının kökünü, İran hökumətinin, İslam Respublikasının yox. O düzgün anlamışdı ki, İslam Respublikası xalqdır, İslam Respublikasının məmurları bütün İran xalqıdır. Buna görə deyirdi ki, İran xalqının kökünü kəsməliyik. Bu, amerikalıların üsulu idi. Onlar əllərindən gələn hər bir işi gördülər.

Tarixin həqiqətən müstəsna şəxsiyyəti olan böyük imamımız bunların hamısının qarşısında dedi: “Nə qədər təxribat hazırlasanız, öz zərərinizə bitəcək; İslam Respublikası geri çəkilməyəcək və Amerika heç bir qələt edə bilməyəcək”. İslam Respublikası heç bir dövlətdən utanıb-çəkinmir, əli ölkənin böyük maddi və insani qaynaqlarından kəsilən və bacardığı qədər təxribat aparan isə ABŞ dövləti idi. ABŞ dövləti İslam Respublikası quruluşu və İran xalqı əleyhinə otuz il təxribat aparmış, zərbə vurmuş, müxtəlif tədbirlər düşünmüş və bacardığı hər bir işi görmüşdür. Elə bir iş yoxdur ki, siz amerikalıların bacardığını, lakin etmədiyini düşünəsiniz. Onlar mümkün olan hər bir işi görmüşlər. İndi siz görürsünüz ki, bu qarşıdurmanın nəticəsi İran xalqının daha artıq çiçəklənməsi, İslam Respublikasının daha artıq inkişafı, bu ölkənin və bu quruluşun günbəgün güclənməsi olmuşdur, ziyan görən isə onlardır. Bu müddətdə hərdən zahirən barışıqçı olan bəzi sözlər də dedilər, amma nə zaman İslam Respublikası məmurlarının üzünə təbəssüm etdilərsə, diqqət edəndə arxalarında bir xəncər gizlətdiklərini, təhdiddən əl çəkmədiklərini və niyyətlərinin dəyişilmədiyini gördük. Taktiki gülüş, taktiki təbəssüm və gülərüzlülük isə yalnız uşaqları aldadır. Bu qədər təcrübəli olan böyük bir xalq və belə bir xalqın seçilmiş məmurları aldansalar, gərək çox sadəlövh olsunlar; ya gərək sadəlövh olsunlar, ya da nəfslərinin əsiri olub rahat, xoş və sağlam həyat arzulasınlar, düşmənlə razılaşmaq istəsinlər. Əks təqdirdə, ölkə məmurları sayıq, diqqətli, təcrübəli və püxtələşmiş olsalar, bütün varlıqları ilə xalqın mənafeyinə könül versələr, təbəssümə aldanmazlar. Amerikanın bu yeni prezidenti gözəl sözlər dedi, bizə də bir-birinin ardınca şifahi və yazılı xəbərlər yolladı ki, gəlin səhifəni çevirək, gəlin yeni vəziyyət düzəldək, gəlin dünya problemlərinin həllində bir-birimizlə həmkarlıq edək; hətta bu həddə. Biz də dedik ki, öncədən mühakimə yürütmürük, biz əmələ baxacağıq. Dedilər ki, dəyişiklik yaratmaq istəyirik. Dedik çox gözəl, dəyişikliyi görək. Fərvərdin ayının birində (21 martda) Məşhəddə etdiyim çıxışımda dedim ki, əgər çuqun pəncə üzərindən məxmər əlcək geyib əlinizi uzatsanız, biz əlimizi uzatmayacağıq. Mən orada bu xəbərdarlığı etdim. İndi səkkiz ay ötür. Bu səkkiz ayda bizim gördüyümüz bunların dildə bildirdiklərinin əksi olmuşdur. Məsələnin zahiri budur ki, gəlin müzakirə aparaq, lakin müzakirənin kənarında təhdid var: əgər müzakirə bu ideal nəticəyə çatmasa, belə olsun, elə olsun. Bu müzakirədir?! Bu, canavar və siçan münasibətidir. İmam dedi ki, canavar və siçan münasibətini istəmirik. Gəlin bizimlə bir stol arxasında oturub hansısa mövzu, məsələn, nüvə məsələsi barədə müzakirə aparın, lakin şərti bu olsun ki, bu müzakirə müəyyən nəticəyə çatsın, məsələn, ölkə nüvə fəaliyyətindən əl çəksin; əgər bu nəticəyə çatmasa, belə olsun, elə olsun. Bu təhdiddir.

Mən təəccüb edirəm ki, nə üçün keçmişdən ibrət almırlar, nə üçün bizim xalqımızı tanımaq istəmirlər. Məgər bilmirlər ki, bu xalq dünyada iki supergücün olduğu və yalnız İslam Respublikası ilə düşmənlikdən başqa təxminən bütün məsələlərdə bir-birinə müxalif olduqları zaman - bu iki supergüc, yəni ABŞ və keçmiş sovetlər İslam Respublikasına qarşı əlbir olmuşdular - onların qarşısında dayanan və hər iki supergücü diz çökürən xalqdır?! Siz nə üçün ibrət almırsınız? Bu gün siz ozamankı kimi qüdrətli deyilsiniz, İslam Respublikası isə ozamankından bir neçə dəfə qüdrətlidir, amma yenə bu dillə danışırsınız. Hegemonluq budur: bir xalqla təkəbbürlü mövqedən danışmaq, təhdidlə işlərini görmək; “əgər belə etməsəniz, belə olacaq”. Bizim xalqımız da deyir ki, biz müqavimət göstərəcəyik.

İslam Respublikasının istədiyi onun məntiqli hüququndan artıq deyil. İslam Respublikası öz müstəqilliyini istəyir, öz azadlığını istəyir, özünün milli maraqlarını istəyir, ölkədə elm və texnologiyanın inkişafını istəyir; bunlar bu xalqın hüquqlarıdır. Kim bu hüquqa əl uzatsa, İran xalqı bütün vücudu ilə onun qarşısında dayanacaq və onu diz çökürdəcək.

ABŞ hegemonluqdan, xalqların işlərinə yersiz müdaxilələrdən əl çəkəcəyi və digər dövlətlər kimi bir dövlət olacağı gün bizim üçün də digər dövlətlər kimi bir dövlət olacaq. Amma nə qədər ki, hələ də İrana qayıtmaq, keçən günləri qaytarmaq, tarixi dəyişdirmək və zamanı geri qaytarmaq tamahındadırlar, bizim ölkəyə hakim olmaq istəyirlər, bizim xalqımızı heç bir vasitə ilə geri çəkilməyə vadar edə bilməyəcəklər; bunu bilsinlər. Seçkilərdən sonra baş verən bu hadisələrlə də könüllərini xoş etməsinlər. İslam Respublikası bunlardan daha güclü, dərin və köklüdür. İslam Respublikası olduqca daha ağır hadisələrlə üzləşmiş və hamısına üstün gəlmişdir. Ya sadəlövh, ya pis və çirkin niyyəti olan, ya da o qədər də pis niyyəti olmayan, lakin sadəlövhlük edən və məsələləri səhv anlayan dörd nəfər İslam Respublikasına qarşı çıxmışdır. Bunlar bizim ölkəmizdə ABŞ üçün qırmızı xalça sərə bilməzlər. Bunu bilsinlər ki, İran xalqı möhkəm dayanmışdır.179


İslam Respublikasını və onun dünya siyasətinə gətirdiyi yeni sözü tanımaq

İslam Respublikası dünya siyasətinə yeni söz gətirdi. Bu yeni söz otuz il ötəndən sonra bu gün dünyanın siyasi leksikonunda hələ də yeni və cazibəli bir sözdür. Buna görə görürsünüz ki, xalqlar İslam Respublikasına qarşı əhəmiyyətli yanaşırlar, sevgi bəsləyirlər. Siz 85 faizli bir seçki keçirəndə müxtəlif ölkələrdə yaşayan xalqlar və İslam Respublikasını sevənlər sevinir, şüar verir və bunu bildirirlər. Biz müxətəlif yollarla bunlardan xəbərdar oluruq. Düşmən bu seçkiləri, xalqın bu fəallığını, bu böyük siyasi qələbəni korlamaq üçün şayiə yayanda, böhtan atanda, ölkənin bir tərəfində iğtişaş törədəndə nigaran olduqlarını görürük. Xalqlar nigaran olurlar; Livanda, Pakistanda, Əfqanıstanda və başqa harada şiə varsa, harada ixlaslı müsəlman varsa, ölkəmizin vəziyyətinə görə nigaran olurlar. Bu, İslam Respublikası təfəkkürünün İslam dünyasında aktiv iştirakının göstəricisidir.

İslam Respublikasının iki hissəsi var: Respublikadır - yəni xalq hakimiyyətidir; İslam quruluşudur - yəni ilahi dəyərlərə və ilahi şəriətə əsaslanır.

Xalq quruluşudur - yəni bu quruluşun təşkil olunmasında, dövlət məmurlarının iş başına gəlməsində xalqın rolu var, məsuliyyət hiss edir və kənarda qalmır. Xalq quruluşudur - yəni quruluşun məmurları xalqdandırlar, xalqa yaxındırlar, aristokrat xislətləri yoxdur, xalqdan ayrılıq, xalqa etinasızlıq və təhqir xislətləri yoxdur. Bizim xalqımız uzun əsrlər boyu öz haqsız hakimlərində aristokratlıq, istibdad və diktatorluq xislətini təcrübə edib. Respublika dövrü isə belə ola bilməz. İslam Respublikası dövrü xalqdan, xalqla olan, xalq tərəfindən seçilən, xalqın yanında duran və rəftarı xalqın rəftarına bənzəyən insanların hakimiyyəti dövrüdür. Xalq hakimiyyətinin mənası budur. Xalq hakimiyyətidir - yəni xalqın etiqadlarına, heysiyyətinə, kimliyinə, şəxsiyyətinə və ucalığına hörmət göstərilir.

İslam quruluşudur - yəni bu dediklərimizin hamısının mənəvi dayağı var, sekulyar, dinə yad, dindən ayrı və bəzən antidin olan demokratik hökumətlərdən deyil. İslam quruluşudur - yəni xalq dünyası üçün işləyib çalışanda da əslində ilahi iş görür; cəmiyyət üçün işləyənlər, quruluşun güclənməsi üçün işləyənlər, bu quruluşun, bu ölkənin sözünün nüfuzu və bu quruluşun sözünün ucalması üçün işləyənlər Allah üçün işləyirlər. Bu çox dəyərli və yeni bir şeydir. Dünya peyğəmbərlərdən və erkən İslam çağından bu günə qədər belə bir şey görməyib. Bu kiçik məsələ deyil. Bunun düşmənləri var; dünya diktatorları bu quruluşla düşməndirlər; istismarçılar və xalqların hüququna təcavüz edənlər bu quruluşla düşməndirlər. Onların düşmənliyini gözləmək lazımdır. Lakin bu xalq bu düşmənliklərin onun müqavimətinə təsir göstərə bilmədiyini göstərmişdir. Düşmənlər otuz ildir düşmənlik edirlər və İran xalqı müqavimət göstərir. Bunun nəticəsində İran xalqı heyrətamiz şəkildə inkişaf etmişdir. Bu inkişaf bundan sonra da davam edəcək.180
İxtilaf yaratmaq istəyən düşməni unutmamaq

Düşmənin əsas xətlərindən biri təfriqə məsələsidir. Siz haqlı olaraq onun üzərində dayandınız, məruzədə də deyildi. Dini ekspertlərin son bəyanatında da birlik məsələsinə toxunulmuşdu. Bu çox mühüm məsələdir. Xalqın birliyi və təfriqə yaratmaq üçün görülən işlər çox mühüm məsələlərdir. Biz xalqın ümumi birliyinin əlamətlərini görməkdəyik. Siz ramazan ayında cümə namazlarını gördünüz, Qüds gününü gördünüz, Fitr bayramı namazlarını gördünüz. Necə möhtəşəm! Yalnız Tehranda yox, Məşhəddə, İsfahanda, Kermanda, Təbrizdə və müxtəlif bölgələrdə də misilsiz izdihamlar göründü. Bəlkə İslam tarixi boyu bir ölkənin müxtəlif yerlərində heç zaman Fitr bayramı namazı belə əzəmətli və möhtəşəm keçməmişdi. Bu gün bizdə bunlar var. Bunların hamısı xalqın birliyinin və həmrəyliyinin əlamətidir, xalqın cüzi fikir ayrılıqlarlarına rəğmən, təmayül və mənsubiyyətdə yekdil olduğu müştərək bir nöqtənin mövcudluğunu göstərir. Xalqın qəlbi bu nöqtəyə yönəlmişdir. Bu nöqtə də dindir, İslam prinsipləridir, uca dəyərlərdir, Allahın dinidir. Bu çox mühüm məsələdir.

Hamı bu birliyin qarşısında baş əyməlidir. Lakin təəssüf ki, cəhalət və qəflət səbəbindən bəzilərinin ayrılıqdan dəm vurduğunu görürük. Bu işlər həqiqətən digər səbəblərdən daha çox qafillikdən irəli gəlir. Bu, mühüm məsələdir. Dini birlik, milli birlik, siyasi üsul birliyi yaratmaq məsələsi mühüm məsələlərdir. Çalışmaq lazımdır. Düşmənin xətlərindən biri təfriqə salmaqdır. Harada imkanları çatsa, hansı səviyyədə bacarsalar, müxtəlif təbəqələrdə - məmurlarda, xalqda, ruhani qrupları arasında, universitet qrupları arasında, digər ictimai qrup, cəmiyyət və məzhəblər arasında ixtilaf yaratmaq istəyirlər. Siz cəmiyyətdə bunun çoxlu nümunələrini müşahidə edirsiniz. Düşmən təfriqə salmaq yolunu tutub.181
Dostu və düşməni tanımaqda səhvə yol veməmək

Bu gün bizə hər şeydən çox sayıqlıq, dostu və düşməni tanımaq lazımdır. Dostu düşmənlə səhv salmayın. Məbada dost və düşməni qarışdırasınız. Məbada düşmənlə lazım olan rəftarı dostla edəsiniz. Bu bütün cinahlara müraciətdir.

İslam quruluşu xalqın təhlükəsizliyini pozanlara qarşı sözsüz ki, tədbir görəcək. Bu, quruluşun vəzifəsidir. İslam quruluşu imkan verməyəcək ki, kimlərsə düşmənin hiylə və təxribatına uyub xalqın həyatını korlasınlar, asayişini pozsunlar, gənclərini təhdid etsinlər. Bu ölkənin övladları əzizdir; hamı əzizdir. Quruluş buna imkan verməyəcək.

Məbada düşməni dostla qarışdırasınız. Dostu bir səhvinə görə düşmən edə və qarşı tərəfdən, bəzi adamlar qan düşmənlərini dost bilib sözlərini dinləsinlər.

Düşmən törətdiyi bu fitnələrdə suyu bulandırıb balıq tutmağa ümid bağlamışdı. Allaha şükür olsun ki, bu fitnələr bitdi. Haqqın və sayıq xalqın qarşısında hər bir fitnə məhv olacaq, toz-torpaq yatacaq. Həmişə belədir.

Bir qrup düşmən və bir qrup qafil insan tərəfindən yaradılmış kənar məsələlər qurtaracaq, əsas məsələ isə qalacaq. Əsas məsələ odur ki, möhtəşəm bir seçkidə İran xalqının təxminən qırx milyonu iştirak etdi. Əsas məsələ budur. İnqilabdan otuz il sonra qırx milyon insan özünün quruluşa etimadını və gələcəyə ümidini bu formada göstərdi. Bu qalacaq. Əsas məsələ budur ki, xalqın iyirmi dörd milyondan artıq səsi ilə bir prezident seçilmişdir. Əsas məsələlər bunlardır. Kənar məsələlər, toz-dumanlar, qatqılar, düşməni sevindirən iş və sözlər bitəcək, amma bu həqiqət qalacaq: "Köpük heç bir şey olmadığı üçün uçub gedər, insanlara fayda verən bir şey isə yer üzündə qalar"182.


Anı tanımaq

Bəzi şəxs və təşkilatların problemi budur: imansız, həvəssiz və sevgisiz deyillər, ancaq anı tanımırlar. Anı tanımaq və ehtiyacı bilmək lazımdır. Kufədə qəlbləri İmam Hüseynə (ə) imanla dolu olan və Əhli-beytə (ə) məhəbbət bəsləyən insanlar vardı, lakin onlar bir neçə ay gec səhnəyə çıxdılar və hamısı şəhid oldular. Allahın yanında mükafatları da var, lakin görməli olduqları iş bu deyildi. Onlar zamanı tanımadılar, Aşuranı tanımadılar, işi zamanında görmədilər. Əgər təvvabin (tövbə edənlər) Aşuradan bir müddət sonra gördükləri işi cənab Müslimin Küfəyə gəldiyi zaman etsəydilər, vəziyyət dəyişərdi, hadisələr başqa məcrada hərəkət edərdi. Anları tanımaq və ehtiyac anında işi görmək çox mühüm məsələdir.

Bütün əzəməti ilə yanaşı 22 bəhməndə xalqın yürüşü normal və tanınmış bir işdir; baş verməsi gözlənilir və baş verir. Lakin 1999-cu ilin 23 tiri adi və gözlənilən bir iş deyildi. Bu şuranın o şəraitdə bu işin lazım olduğunu bilməsi, anlaması və onu yerinə yetirməsi mühüm məsələ idi. Builki 9 dey də belədir. Zamanı tanımaq, ehtiyacı anlamaq, münasib və ehtiyaclı anda meydana atılmaq əsas məsələdir. Mömin belə olmalıdır ki, varlığı təsirli olsun və görməli olduğu görə bilsin.

Allaha şükür olsun ki, Təbliğat komitəsinin Əlaqələndirmə şurası bu xüsusiyyətə malik olduğunu göstərmişdir. Həm birinci onillikdə o dövrün müxtəlif hadisələri zamanı - müqəddəs müdafiə dövründə, müqəddəs müdafiədən öncə və sonra, həm də imamın vəfatından sonrakı müxtəlif məsələlərdə. Bunlar bizim tariximizdə uca zirvələr yaratdı. Bu unudulmaz zirvələrdən biri builki 9 dey idi.183


İfrat və təfritdən çəkinmək

Bir məsələ də hövzənin aktiv və inqilabçı gənclərinə müraciətdir. Hövzə əksərən həmin inqilabçı tələbələrdən və aktiv gənclərdən ibarətdir. Mənim əzizlərim! Gələcək sizə məxsusdur. Ölkənin ümidi sizsiniz. Siz çox ehtiyatlı olmalısınız. Düzdür, inqilabçı və gənc tələbə əməl adamıdır, iş adamıdır, bu gün-sabah edən deyil, amma ehtiyatlı olmaq lazımdır. İnqilabçı hərəkət elə olmalıdır ki, ona ifratçılıq damğası vurula bilməsin. İfrat və təfritdən çəkinmək lazımdır. İnqilabçı gənclər bilsinlər ki, kənara çəkilməyin, sükutun və laqeydliyin ziyan vurduğu kimi, ifratçılıq da ziyan vurur. Ehtiyatlı olun ki, ifratçılıq baş verməsin. Əgər bizə verilən məlumatlar – nə zamansa hövzənin bəzi müqəddəslərinə, böyüklərinə, bəzi təqlid müctəhidlərinə hörmətsizlik edilməsi düzgün olsa, bilin ki, bu, şübhəsiz, sapqınlıqdır, səhvdir. İnqilabçılıq bunları tələb etmir. İnqilabçı ayıq və diqqətli olmalı, dövrün şəraitini yaxşı dərk etməlidir. Məsələ bu qədər sadə deyil ki, birini rədd, birini təsdiq, birini qəbul edək. Belə olmaz. Siz diqqətli olmalı, inqilabçı fəallığını qorumalı, problemlərə dözməli, digərlərinin tənəsinə görə üz çevirməməli, amma xamlıq da etməməlisiniz; ethiyatlı olun, məyus olmayın, səhnədə qalın, amma diqqətli və ehtiyatlı olun ki, sizin fikrinizcə bəzi şəxslərin etiraza layiq hərəkətləri sizi qəzəbləndirməsin, özünüzdən çıxarmasın. Məntiqlə və ağılla rəftar etmək lazımdır. Əlbəttə, bunu da hamıya tövsiyə edirəm ki, inqilabçı qüvvələri ifratçılqda ittiham etməsinlər. Bəziləri bunu istəyirlər; inqilabçı qüvvəni, inqilabçı gənci, inqilabçı tələbəni, hər hansı səviyyədə olan inqilabçı alimi və müəllimi ifratçılıqda ittiham edirlər. Xeyr, bu da düşmənin idarə etdiyi bir işdir; aydın məsələdir. Deməli, nə o tərəfdən, nə bu tərəfdən.184


Avamlığın nəticələri

1. Avamlıq səbəbindən xalqlar üçün problem və səhvlərin yaranması

Xalqların başına gələn bəlalar çox zaman avamlıqdan irəli gəlir. Görürsünüz ki, öz cəmiyyətimizdə də bəzi adi insanlar və daha çox aparıcı şəxslər səhvlər edirlər. Aparıcı şəxslərin daha az səhv etməsi gözlənilir, lakin səhvləri say baxımından olmasa da, nəticə etibarilə adi camaatın səhvlərindən çoxdur. Bəzi insanların bu səhvləri ayıqlığın olmamasına görədir; hamısını demirik, amma çoxları belədir.185


2. Avamlıq səbəbindən pis yola düşmək ehtimalı

Əgər ayıqlıq olmasa, insanın niyyəti yaxşı olsa da, bəzən pis yola qədəm qoyar. Siz döyüşdə yolu tanımasanız, xəritəni bilməsəniz, əlinizdə kompas olmasa, bir də görərsiniz ki, düşmənin mühasirəsinə düşmüsünüz, yolu səhv salmısınız, düşmən sizi əhatəyə almışdır. Bu kompas sözügedən ayıqlıqdır.186


3. Pis niyyət olmadan düşmənin xeyrinə danışmaq

Aparıcı və görkəmli şəxslər yalnız özlərində yox, digərlərində də bu ayıqlığı yaratsınlar. Təəssüf ki, hərdən bəzi görkəmli şəxslərin özlərinin də ayıqlıqdan uzaq olduğu görünür. Əsla anlamadan və bilmədən birdən-birə düşmənin - hər hansı bir yolla İslam Respublikasını məhv etməyə çalışan cəbhənin xeyrinə bir söz deyirlər. Aparıcı və görkəmli şəxsdir, pis adam da deyil, pis niyyəti də yoxdur, amma belədir. Bu, avamlığa görədir. Xüsusən siz gənclər yaxşı əsərlər oxumaqla, diqqətlə, etimadlı və püxtə insanlarla söhbət etməklə bu avamlığı yox edin. Əlbəttə, təqlidçi söhbətləri nəzərdə tutmuram; demirəm ki, nə desələr, qəbul edəsiniz. Lakin dəlillə insanı qane edən, insan zehnini razı salan şəxslər var.187


Ayıqlıq əldə etməyin şərtləri

Sayıqlığı daha çox qorumaq

Amerikadan tutmuş bəzi Avropa ölkələrinə qədər dünyanın bir çox hökumət başçılarının bütün problemləri qurtarıb və yalnız İran problemləri qalıb. İran xalqına aid olan sırf daxili bir məsələdə çənələrini tərpədir və absurd fikirlər bildirirlər. Bilmirlər ki, onlar hansı siyasi mövqeyə ayaqlarını qoysalar, İran xalqı oranı nəcis sayacaq.

Onların tərəfdarlığı əks nəticə verir. Xalq özündən soruşur ki, otuz ildir İslam inqilabı əleyhinə çalışan, bu ölkənin və bu xalqın əleyhinə bütün vasitə və imkanlardan istifadə edən bu düşmənlərin birdən-birə qayıkeş olmasına səbəb nədir? Xalq təxribatı anlayır. Bizim xalqımız xəbisliyi dərk edir. Onların problemi də budur. Əgər diqqətsiz və avam bir xalqla üz-üzə gəlsəydilər, problemləri olmazdı. Lakin sayıq və təcrübəli bir xalqla üz-üzə qalmışlar.

Bizim otuzillik təcrübələrimiz xalqı ayıq etmişdir; bunları tanıyırlar. Bunlar səkkizillik müqəddəs müdafiə dövründə bu xalqın əleyhinə cinayət törədiləndə, şəhərlər bombalananda, evlər dağıdılanda, kimyəvi bombalar atılanda və günahsız insanlar öldürüləndə nəinki İran xalqına ürəkləri yanmayan, hətta bu xalqın düşməninə kömək də edən dövlət və hökumətlərdir. Bizim xalqımız bunu görmüşdür. Bunlar unudulası məsələlər deyil. İndi isə xeyirxah olmuşlar. Xalq bunların pəncələrindəki məzlum xalqlarla - Əfqanıstan, İraq, Pakistan və Fələstin xalqları ilə rəftarını görür. Bunların caynağı haraya batdısa, dırnaqları haraya ilişdisə, bacardıqları qədər zərbə vurdular. Bunlar xalqa rəhm etmirlər, bunlarda humanistlik yoxdur. İndi İran xalqına, ölkə daxilində kiməsə, yaxud kimlərəsə tərəfdar olmuşlar.

Bu işlərdə onların qərəz və məqsədlərinin nə olduğu bəllidir. Xalq bunu dərk edir. Siz əgər bir və həmrəy olsanız, inqilabın bizim xalqımıza verdiyi və xalqımızın otuz il qoruduğu bu güclü ruhiyyəni saxlasanız, onların hiylə və düşmənliyi sizə heç bir təsir göstərməz və onlar İran xalqına zərər yetirə bilməzlər.188

Bizim aparıcı adamlarımız da sayıq olsunlar. Aparıcı şəxslər bilsinlər ki, onlara kömək edən hər bir söz, hər bir hərəkət və hər bir təhlil xalqın əksinə hərəkət etməkdir. Bizim hamımız çox ehtiyatlı olmalıyıq; çox ehtiyatlı olmalıyıq: danışığa, mövqe bildirməyə, nəyi deməyin və nəyi deməməyin lazım olduğuna diqqət yetirməliyik. Bəzi sözləri demək lazımdır; əgər deməsək, vəzifəmizə əməl etməmişik. Bəzi sözləri söyləməmək, deməmək lazımdır. Əgər desək, vəzifənin ziddinə əməl etmiş olarıq. Aparıcı şəxslər imtahan otağındadırlar. Böyük bir imtahan gedir. Bu imtahandan kəsilməyin nəticəsi yalnız bir il geri düşmək deyil, süqutdur. Əgər buna düçar olmaq istəmiriksə, insanı bəndəliyə dəvət edən ağlı meyar seçməliyik.189

Universitet sayıq olmalıdır. Ölkəsini, ölkəsinin və öz nəslinin gələcəyini sevən mömin və müsəlman tələbə sayıq olmalıdır. Bilin ki, bunlar plan hazırlayır və əlbəttə ki, məğlub olurlar. Mən indi sizə deyirəm ki, bunlar sonda məğlub olacaqlar. Lakin mənim və sizin ayıqlıq və sayıqlıq dərəcəmiz onların vurduğu ziyanın miqdarına təsir göstərə bilər. Əgər sayıq olsaq, zərər yetirə bilməzlər; əgər diqqətsiz olsaq, hisslərə qapılsaq, düşünməmiş hərəkət etsək, yaxud yuxuya qalsaq və bu kimi vəziyyətlərə düşsək, sonda uğur qazana bilməsələr də, vurduqları zərər və ziyan yüksək olacaq.

Ehtiyatlı olun ki, universitet bu kiçik və dəyərsiz siyasi hadisələrdə təsir altına düşməsin, onun elmi işi zəifləməsin, bizim laboratoriyalarımız, siniflərimiz, tədqiqat mərkəzlərimiz ziyan görməsin; diqqətinizi toplayın. Yəni sizin qarşınızdakı mühüm məsələlərdən biri universitetlərdə elmi hərəkəti qorumaqdır. Düşmənlər çox istəyirdilər ki, bizim universitetlərimiz ən azı bir müddət tətil olsun, zəifləsin, orada iğtişaş yaransın. Bu həm siyasi baxımdan, həm də uzunmüddətli iş baxımından onlar üçün ideal bir nöqtədir. Sizin elminiz uzunmüddətli iş baxımından onların zərərinə olduğuna görə elmdən uzaqlaşmağımızı istəyirlər.190

Ayıq və sayıq olmaz lazımdır. Xalqlar həssas zamanlarda düşmənin nə iş gördüyünü bilməlidirlər. Hərbi yolla, təhdid və qorxutmalarla bir xalqın öhdəsindən gələ bilmədiklərini gördükdə başqa yollarla - ixtilaf yaratmaqla, düşmənlik salmaqla və digər bəhanələrlə pozuculuq törətməyə başlayırlar. Biz bunları anlamalıyıq.

Bu gün dünyanın hegemon təbliğatının mərkəzləşdiyi nöqtələrdən biri ölkə daxilindəki ixtilaflardır. Bəzi adamlar Allah qarşısında cavab verməlidirlər. Onlar elə işlər görürlər ki, düşmən ölkə daxilində parçalanmanın olduğunu düşünür və cürətlənir. Məsələ burasındadır ki, düşməni tanımalı, onun hiyləsini anlamalı, nə dediyimizi və düşmənin bizim bu sözümüzdən necə istifadə edib cürətlənə, həvəslənə, ruh yüksəkliyi əldə edə və öz müdaxiləsi üçün yollar aça biləcəyini bilməliyik. Bunlara diqqət yetirmək lazımdır.191


Dərkdə şücaət və fitnəkarlardan qorxmamaq

Qorxu zamanı insanın dərkində yanlışlığın yaranması

Bizim yalnız əməldə şücaətə ehtiyacımız yoxdur, dərkdə də şücaətə ehtiyacımız var. Fəqihcəsinə dərkdə şücaətə ehtiyac var. Əgər şücaət olmasa, hətta dərkdə - deduksiya müqəddimələrinə dair düzgün dərkdə də problemlər yaranacaq. Bəzən insan böyük müqəddiməni düzgün anlayır, amma kiçik müqəddimədə səhv edir. Din əsaslarına, dini mövzulara, həmin ümumi məfhumlara uyğun olan real nümunələrə - yəni deduktiv müqəddimələrə dair bu düzgün dərk üçün bizim şücaətli olmamız və qorxmamamız lazımdır. Əks təqdirdə, malımızdan, canımızdan, hörmətimizdən qorxu, düşmən qarşısında sükut, şəraitdən qorxu - əgər bu sözü desək, bizə qarşı çıxarlar; əgər bu sözü desək, bizə filan ləkə yapışar - bu qorxular insanın dərkini də pozur. Bəzən insan bu qorxulara və belə mülahizələrə görə məsələni düzgün anlamır, düzgün dərk və həll edə bilmir və səhvə düşür. Odur ki, "Allahdan başqa heç kəsdən qorxmazlar" məsələsi çox mühüm məsələdir. "O kəslər ki, Allahın risalətini təbliğ edər, Ondan qorxar və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir". Bu şərafətli ayədən bəlli olur ki, təbliğin şərti qorxmamaqdır: "Allahdan başqa heç kəsdən qorxmazlar". Deyirsən ki, bu işi görsəm, dünyada aldana bilərəm. Cavab budur: "Allah özü haqq-hesab çəkməyə kifayətdir". Hesabı Allaha tapşırın, qoyun Allah sizin üçün hesab çəksin.192


Təqvanın və fitnəkarlardan qorxmamağın zəruriliyi

Hesabı Allaha tapşırın, qoyun Allah sizin üçün hesab çəksin. Əgər Allahdan qorxmaq əvəzinə xalqın mühakimələrindən qorxsaq, problem yaranacaq. Çünki Allah-Taaladan qorxmaq təqvadır. Əgər bunu kənara qoyub xalqdan qorxsaq, o zaman Allah-Taalanın dediyi "ayırd edən" də olmayacaq: "Əgər Allahdan qorxsanız, O sizə haqla-nahağı ayırd edən (bir nur) verər". Bu, təqvadan irəli gəlir. İnsan üçün həqiqətin aydın olması təqvanın nəticəsidir. Mənim fikrimcə bu çox mühüm məsələdir; maldan, candan, xalqın danışmasından, hörmətdən, dedi-qodulardan, sözlərdən, ittihamlardan və bu kimi şeylərdən qorxmaq çox mühüm məsələdir. Bu məsələ o qədər əhəmiyyətlidir ki, Allah-Taala Peyğəmbərinə (s) müraciət edib bu işdən çəkindirir: "(Ey Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (İslam dininə yönəltməklə) nemət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyin şəxsə (Zeyd ibn Harisəyə): “Zövzəni saxla (boşama), Allahdan qorx!” – deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların "Peyğəmbər oğulluğunun boşadığı qadınla evlənir", – deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (onu boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları xanımlarını boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik olmasın! Allahın hökmü mütləq yerinə yetər!" Xalqın danışmasını, irəli sürəcəkləri ittihamı nəzərə almaq olmaz: "Sənin qorxmalı olduğuna ən çox layiq Allahdır".193


İmam Xomeyninin şücaəti

Mənim fikrimcə, imamın müxtəlif zəfərlərini o həzrətə ərməğan edən amilllərdən biri onun şücaəti idi. Bu şücaət onun elmi, mənəvi, siyasi və ictimai nailiyyətlərinə, qəlblərin cəlb olunmasına bais oldu. Bu həqiqətən möhtəşəm idi. Onun şücaəti elə bir həddə idi ki, heç bir şeyi nəzərə almırdı.194


Fitnəkarların və düşmənlərin aparıcı şəxsləri qorxutmağa çalışmaları

Hər halda, fitnə törədənlər görkəmli və aparıcı şəxslərin qəlbində Allah qorxusunun yerinə öz qorxularını oturtmaq, yəni onlardan qorxmalarını istəyirlər: "O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər" . Yəni daim bizə deyirlər: "Camaat sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!". Cavabı budur: "Allah bizə bəs edər. O nə gözəl vəkildir". Nəticəsi də budur: "Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər" . Bu hissin, bu dərkin, bu ruhi və mənəvi həqiqətin nəticəsi budur: "Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər". Deməli, bu şücaətə malik olmaq lazımdır. Düşmən müxtəlif işlər görür, müxtəlif fəaliyyətlər göstərir. Bu gün mənim zənnimcə düşmən təxribatlarının əsas hədəfi aparıcı şəxslərdir; düşmənin hədəfi aparıcı şəxslərdir. Oturub onların zehnini dəyişdirmək üçün planlar cızırlar ki, bununla xalqı özlərinə çəkə bilsinlər. Çünki aparıcı şəxslər nüfuzludurlar və xalq arasında sözləri keçir. Mənim fikrimcə bu gün bizim və sizin əsas vəzifələrimizdən biri budur: Biz müxtəlif məsələlərə qarşı həm özümüzün, həm də dinləyicilərimizin ayıqlığını gücləndirməliyik.

İslam inqilabı çox köklüdür, çox güclüdür, onun çox möhkəm təməlləri var, Allah-Taala da bizim dayağımızdır. Mən dəfələrlə imamın dilindən söyləmişəm ki, buyurub: "Mən bu işə başlayan zamandan həmişə bir qüdrət əlinin işləri apardığını hiss etmişəm". Həqiqətən belədir; insan bu ilahi qüdrət əlini görür. Əlbəttə, bu qüdrət əlinin bizimlə qohumluğu yoxdur; "Kim Allah üçün çalışsa, Allah da onun üçün çalışar"; "Əgər Allaha kömək etsəniz, O da sizə kömək edər"195; "Allah Ona yardım edənlərə mütləq yardım edər".196 Biz ixlasla bu yolun xidmətində durmalıyıq; nəyimiz varsa, bu yola təqdim edək; səyimizi və işimizi bu yola təqdim edək. Allah-Taala da mərhəmət göstərəcək, lütf edəcək. Bu gün də həmin iş görülüb. Allah-Taala mərhəmət göstərmiş, düşmənin daşı özünə qayıtmış, oxu özünə sarı yönəlmişdir. Onlar yaratdıqları təxribatdan bir nəticə əldə edə bilməmişlər.

Seçkilərdən sonrakı bu çaxnaşmalar ayıq və məlumatlı insanların fikrincə, şübhəsiz ki, düşünülmüş işlər idi. İnsan ölkənin və dünyanın məsələləri ilə tanış olan məlumatlı insanların hansi ilə söhbət edirsə, bunu anlayır. Mən srağagün ona dedim ki, bunlar düşünülmüş işlər idi. O da dedi ki, şübhəsiz. Yəni hamı başa düşür ki, bu iş planlaşdırılmışdı və qəfil bir iş deyildi. Məsələn, kimsə qəfildən ucadan danışmadı. Yox, bu iş planlaşdırılmışdı, bir mərkəzdən yönəldilirdi və uğursuz bitdi. İnşallah bu uğursuzluqları davam edəcək, lakin daim təxribat aparırlar.197


Fitnə zamanı kənara çəkilmək

Bunu da deyək: Bəziləri fitnə şəraitində "Fitnədə köşək kimi ol; nə minməyə beli, nə sağmağa südü var" cümləsini səhv anlayırlar. Elə bilirlər ki, bunun mənası fitnə yarananda və vəziyyət qarışanda kənara çəkilməkdir. Bu cümlədə ümumiyyətlə kənara çəkilməkdən söhbət getmir. Bunun mənası odur ki, fitnəkar heç zaman və heç bir yolla səndən istifadə edə bilməsin; "nə minməyə beli, nə sağmağa südü var". Nə minə bilsinlər, nə də sağa bilsinlər; ehtiyatlı olmaq lazımdır. Siffeyn döyüşündə cənab Əmmar Yasir qoşunun o tərəf-bu tərəfində daim müxtəlif qruplarla söhbət edirdi; çünki orada həqiqətən fitnə vardı, iki müsəlman qoşun bir-birinin qarşısında dayanmışdı. Böyük bir fitnə vardı və bir qrup adam çaş-baş qalmışdı. Əmmar daim aydınlatmaq işi ilə məşğul olurdu, o tərəf-bu tərəfə gedib müxtəlif qruplarla söhbətlər edirdi. Bunlar qeyd olunub və hamısı tarixdə var. Digər tərəfdən də Abdullah ibn Məsudun səhabələrindən olan bir qrup həzrətin yanına gəlib deyir: "Ey Əmirəlmöminin – bundan belə çıxır ki, onun möminlərin əmiri olmasını qəbul edirdilər - biz bu döyüşdə şübhəyə düşmüşük". Biz çaş-baş qalmışıq. Bizi sərhədlərə göndər və icazə ver bu döyüşə qatılmayaq. Bu kənara çəkilmənin özü də sağılmadır, minilmədir. Bəzən sükut etmək, kənara çəkilmək, danışmamaq fitnəyə kömək edir. Fitnədə hamı aydınlatma işi görməli, hamının ayıqlığı olmalıdır. Ümidvarıq inşallah Allah-Taala bizi və sizi dediklərimizə və niyyətimizdə olanlara əməl edən etsin! Bunun üçün hamımıza uğur versin!198


Allah-Taalaya təvəkkül, etimad və inam

Bilin ki, qələbə sizinlədir, ilahi yardım sizinlədir. Təhdid edən bu supergüclərin, – onların daxili ardıcılları öz yerində - hegemon və təhdid mərkəzlərinin iqtidarlı və imanlı bir xalq qarşısında geri çəkilməkdən başqa çarələri yoxdur. Allah-Taalaya etimad edin, Ona nikbin olun. Allah təkidlə buyurur: “Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!”199 Şəksiz və şübhəsiz, Allah-Taala Onun dininə və məqsədlərinə kömək edənlərə kömək edəcək. Bu doğru sözdur, doğru vəddir. Buna etimad edin və iqtidarla, yetərli əzmkarlıqla, mənəvi paklıqla, həm elmi və həm əxlaqi baxımdan özünüzü islah etməklə irəliləyin.200


Ayıqlığı artırmağa çalışmaq

Xüsusən siz gənclər yaxşı əsərlər oxumaqla, diqqətlə, etimadlı və püxtə insanlarla söhbət etməklə bu avamlığı yox edin. Əlbəttə, təqlidçi söhbətləri nəzərdə tutmuram; demirəm ki, nə desələr, qəbul edəsiniz. Lakin dəlillə insanı qane edən, insan zehnini razı salan şəxslər var.201


Səy və çalışma

Vəzifə çox ağır və böyükdür; ən mühüm vəzifə də təbliğat və izah etməkdir: “Onlar ki, Allahın risalətini təbliğ edər, Ondan qorxar və Allahdan başqa heç kəsdən qorxmazlar”.202 Bu bir meyardır. Dərk etdiyiniz həqiqəti izah edin. Heç kim gözləmir ki, anladığınızın əksinə danışasınız. Xeyr, anladığınızı deyin, lakin anladığınızın düzgün olmasına çalışın. Çünki fitnə zamanı həqiqəti tapmaq, hadisənin ətrafını tanımaq, hücum edəni və müdafiə olunanı, zalımı və məzlumu, düşməni və dostu tanımaq çətin olur.203


Ağlı meyar seçmək

Aparıcı şəxslər imtahan otağındadırlar. Böyük bir imtahan gedir. Bu imtahandan kəsilməyin nəticəsi yalnız bir il geri düşmək deyil, süqutdur. Əgər buna düçar olmaq istəmiriksə, insanı bəndəliyə dəvət edən ağlı meyar seçməliyik.

Ağıl bu siyasətbazlıqları tövsiyə etmir. Bunlar ağlın ziddinədir. Ağıl insanı doğru yola yönəldir. Siyasətbazlıqla ağıllı rəftar etdiklərini düşünənlər səhv edirlər. Xeyr, ağıl Allaha ibadət yolunu açan amildir. Özümüzlə Allah arasında meyar budur ki, bu sözü deməkdə ixlasımızın olub-olmadığına baxaq; görək Allahı düşünürük, yoxsa yox? Mən Allahdan ötrü və Allahın razılığı üçün danışıram, yoxsa sizin diqqətinizi cəlb etməkdən ötrü? Allahdan ötrüdür, yoxsa insanların ürəyindən ötrü? Meyar budur. Özümüzə müraciət edək. İnsan üçün ən yaxşı hakim onun özüdür. Özümüzü aldatmayaq, nə iş gördüyümüzü, nə dediyimizi və hansı hərəkəti etdiyimizi bilək.204
Anı tanımaq

Bəzi şəxs və təşkilatların problemi budur: imansız, həvəssiz və sevgisiz deyillər, ancaq anı tanımırlar. Anı tanımaq və ehtiyacı bilmək lazımdır. Kufədə qəlbləri İmam Hüseynə (ə) imanla dolu olan və Əhli-beytə (ə) məhəbbət bəsləyən insanlar vardı, lakin onlar bir neçə ay gec səhnəyə çıxdılar və hamısı şəhid oldular. Allahın yanında mükafatları da var, lakin görməli olduqları iş bu deyildi. Onlar zamanı tanımadılar, Aşuranı tanımadılar, işi zamanında görmədilər. Əgər təvvabin (tövbə edənlər) Aşuradan bir müddət sonra gördükləri işi cənab Müslimin Küfəyə gəldiyi zaman etsəydilər, vəziyyət dəyişərdi, hadisələr başqa məcrada hərəkət edərdi. Anları tanımaq və ehtiyac anında işi görmək çox mühüm məsələdir.

Sonuncusu bu 9 dey məsələsidir, ondan qabaqkı 10 il bundan əvvəl baş verən və burada işarə vurulan 23 tir hadisəsidir. O da anın ehtiyacı idi. Bu adi və normal bir iş deyildi. Bütün əzəməti ilə yanaşı 22 Bəhməndə xalqın yürüşü normal və tanınmış bir işdir; baş verməsi gözlənilir və baş verir. Lakin 1999-cu ilin 23 tiri adi və gözlənilən bir iş deyildi. Bu şuranın o şəraitdə bu işin lazım olduğunu bilməsi, anlaması və yerinə yetirməsi mühüm məsələ idi.

Builki 9 dey hadisəsi də belədir. Zamanı tanımaq, ehtiyacı anlamaq, münasib və ehtiyaclı anda meydana atılmaq əsas məsələdir. Mömin belə olmalıdır ki, varlığı təsirli olsun və görməli olduğu görə bilsin. Allaha şükür olsun ki, Təbliğat komitəsinin Əlaqələndirmə şurası bu xüsusiyyətə malik olduğunu göstərmişdir. Həm birinci onillikdə o dövrün müxtəlif hadisələri zamanı - müqəddəs müdafiə dövründə, müqəddəs müdafiədən öncə və sonra, həm də imamın vəfatından sonrakı müxtəlif məsələlərdə. Bunlar bizim tariximizdə uca zirvələr yaratdı. Bu unudulmaz zirvələrdən biri builki 9 dey idi.205


Ayıqlıq əldə etmək üçün uzunmüddətli proqram hazırlamaq

Düşmən cəbhənin uzunmüddətli proqramı var. Onlar bu gün məğlub olduqlarına görə məyus olub əl çəkmirlər. Xeyr, növbəti on il, iyirmi il, qırx il üçün planlar hazırlayırlar. Gərək hazır olasınız.

Bizim uzunmüddətli proqramımız olmalıdır. Əlbəttə, uzunmüddətli proqram hazırlamağın yeri bura deyil. Düşüncə mərkəzləri, siyasi və mədəni mərkəzlər bu işlərlə məşğul olurlar. Onlar bu işləri görməlidirlər və görürlər də. Mənim ümumi şəkildə demək istədiyim budur ki, uzunmüddətli proqram üçün əsas şərt vardır. Mən bunu dəfələrlə demişəm. Burada da onun barəsində bir qədər söhbət etməyi lazım bilirəm. Bu, ayıqlıq məsələsidir.

Mən ayıqlıq barədə ötən il və ondan öncə çox söhbət etmişəm; digər şəxslər də bu haqda danışıblar. Gördüm ki, bəzi gənclər də bu sahədə çox yaxşı işlər görmüşlər. Mən yenə də ayıqlıq üzərində təkid etmək istəyirəm. Mənim təkidim əslində bu məqsədlədir ki, müraciət tərəfi, meydan sahibi və vəzifəyə məsuliyyətli olan sizin özünüz bu işlərlə və ayıqlıq əldə etməyə dair proqramlarla məşğul ola, bu mühüm ehtiyacı təmin edəsiniz.206


Meyar: Düşmənlərin qəzəblənməsinə, yaxud sevinməsinə diqqət yetirmək

Bu gün hələlik islamçılığın zirvəsi olan İslam Respublikası quruluşu qarşısında düşmən sıraları düzülmüşdür; qlobal hegemonizm o sıraların mərkəzindədir, sionizm o sıraların mərkəzindədir. Bunlar açıq şəkildə İslamın qan düşmənləridir. Deməli, İslam Respublikasının da qan düşmənləridir. Bu bir meyardır. Əgər bu düşmənin xeyrinə bir hərəkət etsək və bir iş görsək, qafiliksə, ayılmalı və yanlış yol getdiyimizi bilməliyik. Əgər bir hərəkət etsək və bu hərəkətin düşməni qəzəbləndirdiyini görsək, yolumuzün düz olduğunu bilməliyik. Düşmənin İran xalqının inkişafına, sizin uğurlarınıza, İslam quruluşunun güclənməsinə qəzəbi tutur. Siz görün bizim işlərimizin hansı düşməni qəzəbləndirir. Düşməni qəzəbləndirən iş düzgün, onu sevindirən, həvəsləndirən, təbliğatda və siyasətdə daim uğrunda təkidlə çalışdığı iş isə səhv işdir. Bu meyarları diqqətdə saxlayın. Bunlar həqiqəti aydınlaşdırır. Çox zaman səhvlər qarşıya çıxanda onları bu meyarlarla aradan qaldırmaq mümkündür.207


Aparıcı şəxslərin vəzifəsi: həqiqətləri anlamaq, izah etmək, özlərində və digərlərində ayıqlıq yaratmaq

Görkəmli və aparıcı şəxslərin mühüm işlərindən biri maarifləndirmədir. Onlar həqiqətləri təəssübsüz şəkildə, qrup və cinah maraqlarının təsiri olmadan aydınlatmalıdırlar. Bunlar zərərlidir. Cinah və bu kimi məsələləri kənara qoyub həqiqəti anlamaq lazımdır. Siffeyn döyüşündə cənab Əmmar Yasirin mühüm işlərindən biri həqiqəti başa salmaq idi. Çünki qarşıdakı Müaviyə cinahı müxtəlif təbliğatlar aparırdı. Bu gün psixoloji müharibə adlanan məsələ yeni kəşflərdən deyil, onun üsulları fərqlənmiş, özü isə əvvəldən olmuşdur. Onlar bu psixoloji müharibədə çox püxtələşmişdilər. İnsan onların işlərinə baxanda psixoloji müharibədə necə peşəkar olduqlarını görür. Digər tərəfdən də zehinləri çaşdırmaq onları bərpa etməkdən asandır. Sizə bir söz deyəndə qəlbinizdə şübhə yaranır. Bədgümanlıq yaratmaq asan, onu beyindən silmək isə çətindir. Onlar da şübhə yayır, bədgümanlıq yaradırdılar. Bu, asan idi. Bu tərəfdən özünü bu psixoloji müharibənin qarşısında dayanıb müqavimət göstərməyə borclu bilən şəxs cənab Əmmar Yasir idi. Siffeyn döyüşünün hadisələrində yazmışlar ki, atla cəbhənin o tərəf-bu tərəfinə və öz qoşunlarının müxtəilf sıralarına gedir, bugünkü sözlə desək, bir-birindən ayrı düzülmüş batalyon, yaxud alayların hansına çatırdısa, onların qarşısında dayanır, bir qədər söhbət edir, qaranlıq məsələləri aydınlaşdırır və təsir göstərirdi. Bir yerdə ixtilaf yarandığını və bir qrupun şübhəyə düşdüyünü görən kimi cəld özünü oraya çatdırır, onlarla söhbət edir, məsələni başa salır və işləri yoluna qoyurdu.208




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə