Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə1/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
  1   2   3   4   5   6   7   8   9   ...   292


1

AĞAYEVA MƏNZƏR

“İSLAM DİNİN HƏQİQƏTLƏRİ 

MÖVZUSULAR ÜZRƏ”


2

Redaktor: Ağayeva Könül

Korrektorlar:Qulamova Arzu, Ağayeva Nərminə

Rəyçilər: Hacı Fuad Nurullah

Bakı İslam Universiteti, İslamşunaslıq Fakultəsinin dekanı

İlahiyyatçı: Ağayeva Mənzər

“İslam Dinin Həqiqətləri mövzusular üzrə”

“Adiloğlu” nəşriyyatı, Bakı 2012.930 səh.

Azərbaycan  Respublikasının  Dini  Qrumlar  iş  üzrə  Dövlət 

Komitəsinin 18 dekabr 2012-ci il tarixi DK-912\ə saylı məktubuna 

əsasən kitabın nəşrinə icazə verilmişdir.

4722110018 qrifli nəşr 

 121-2012 

 ”ADİLOĞLU”,2012




3

  BİSMİLLƏHİR RAHMƏNİR RAHİM

Həmd,  şükr  və  tərif  olsun,  aləmlərin  Rəbbi  olan  o  bir  Allaha! 



(Fatihə-1)

ÖN SÖZ

Ya  Muhəmməd!  Bu  Quran  sənə  nazil  etdiyimiz  mübarək,  xeyirli-

bərəkətli bir kitabdır ki, insanlar Allahın ayələrini düşünüb dərk etsinlər 

və ağıl sahibləri də ondan ibrət alsınlar. (Sad-29)

“Qurani-Kərim” bütün kainatın yaradıcısı olan, hər şeyin xaliqi Al-

lah-taalanın birliyini, onun qüdrət və əzəmətini, əzəli və əbədi varlıq 

olmasını tərənnüm edən ilahi gözəlliyə malik olan bir kitabdır. 

“Qurani-Kərim”milyardlarla insanın qəlbinə hakim kəsilmiş, onların 

canına, qanına hopmuş, beyninə nüfuz etmişdir. Bütün dünya insanları-

nı heyrətdə qoyan “Qurani-Kərim “min dörd yüz illik tarixi ərzində bu 

günə kimi bir hərfində də dəyişiklik olmadan insanların istifadəsində və 

daima Allahın nəzarətindədir.

  Allah-taala  “Qurani-Kərim”də  buyurur:  -“Şübhəsiz  ki,  Qura-

nı  Biz  nazil  etdik!  Sözsüz  ki,  Biz  də  onu  hər  cür  təhrifdən  qoruyub 

saxlayacağıq!”(Hicr-9.)

Dünya  mədəniyyətinin  ən  möhtəşəm  abidələrindən  biri  olan 

“Qurani-Kərim”müsəlmanlığın  dini-fəlsəfi,  hüquqi  qaynağı  olmaq-

la yanaşı,həm də çox mühüm bir əbədi tarixi salnamədir. Onun misli 

görunməmiş fəsahət və bəlağəti ən yüksək səviyyədə, bəşər fövqindən, 

qüdrətindən kənar, ali dərəcədədir. “Qurani-Kərim”yerin, günəşin, ayın, 

səyyarələrin hərəkət etməsini heyrətamiz bir şəkildə bəyan etmiş, son-

radan baş verəcək bir çox hadisələr, elmi kəşflər barəsində doğru-düz-

gün məlumatlar vermişdir.”Qurani-Kərim”də elmlər: astronomiya, ana-

tomiya, kimya, fizika və bütün dünya elmləri, həmçinin insan hissləri 

(psixologiyası) haqqında da geniş məlumatlar və faktlar verilmişdir. 

Bu  müqəddəs  kitabda  çətin,  mütəşabih(oxşar,bir-birinə  bənzər) 

ayələr deyil, eyni zamanda zahirən asan anlaşılan ayələrin də arxasında 

batini bir məna, rəmz vardır. Peyğəmbər Muhəmməd (s.ə.s.) tərəfindən 

rəvayət olunmuş mötəbər bir hədisdə bu barədə belə buyurulur:“Quranın 

zahiri və batini vardır. Batinində də bir batini, ondan sonra isə yeddiyə 

qədər batini vardır”.

Bu  səbəbdən”Qurani-Kərim”nazil  olduğu  gündən  indiyə  qədər  bir 

çox mötəbər alimlər tərəfindən minlərcə çoxcildli təfsirlər yazılmasına, 



4

müxtəlif tədqiqatlar aparılmasına baxmayaraq onun elmi mahiyyəti hələ 

də açılmamış qalmış, onlar barəsində müxtəlif mülahizələr söylənilmiş, 

nəhayət, ”ən yaxşısını,ən doğrusunu Allah bilir,” -deyə əsas məna elmi-

ilahinin özünə həvalə edilmişdir.

Zülmətləri yaran bir nur, haqq yol göstərən bir çıraq olan Quran, əsl 

Allah kəlamı kimi dövrə, zamana görə açıqlanır. Həmin dövrdə yaşayan 

insanların əqli, elmi səviyyəsinə müvafiq şəkildə təfsir edilir. Hər gələn 

nəsil özünü narahat edən məsələlərə Quranda cavab tapa bilir. Bundan 

da böyük möcüzə olarmı?

Müasir  dövrümüzdə“Qurani-Kərim”ə  və  dinimizə  cəmiyyətimizdə 

böyük  maraq  və  həvəs  yaranmışdır.  Daha  çox  maraq  göstərənlər 

hər  hansı  bir  məsələ  və  yaxud  hadisə  ilə  bağlı  olaraq  nazil  olun-

muş  ayələri  öyrənmək  və  dinimizin  göstərişlərini  bilmək  üçün  bir 

neçə dini mənbələrə, kitablara, təşkilat və qurumlara müraciət etmək 

məcburiyyətində qalırlar.

Bu  səbəbdən  Hacı  xanım  Mənzərin  bütün  dini  elmi  mənbələrdən 

istifadə  edərək  toplayıb,  özünün  də  bir  vətəndaş,  ana  və  ilahiy-

yatçı  kimi  düşüncələrini  əlavə  edərək,  ərsəyə  gətirdiyi  bu  kitabda 

cəmiyyətimizi maraqlandıran bir çox dini mövzular və suallar haqqın-

da  müəyyən  dərəcədə  məlumatlar  verilmişdir.  Bu  kitabda  dinimizin 

həqiqətləri,tək  bir  olan  Uca  Allahın  vəsfi,İlahi  dinlər  haqqında  qısa 

məlumat, Peyğəmbərlərin həyat və fəaliyyətləri, kainatın, yerin, göyün, 

günəşin, ayın, göy cisimlərinin yaranışı, dünya həyatı, insanların qu-

ruluşu,  xüsusiyyətləri,  İslam  tarixi,  həyat,  ölüm,  ruhlar  şəriət  qanun-

ları, Qiyamət, Cənnət Cəhənnəm və sair mövzular haqqında“Qurani-

Kərimə”  və  səhih  hədislərə  istinad  edilərək  məlumatlar  verilmişdir. 

Klassik və müasir şairlərin, xüsusən dahi şairlərimiz Nizami Gəncəvinin 

və Muhəmməd Füzulinin əsərlərindən istifadə edilmişdir. Əsasən Ni-

zamı  Gəncəvinin  əsərlərindən  hər  mövzu  üzrə  şeirlər  seçılərək  qeyd 

edilmişdir.

Həmçinin burada insanın həyatda yaşadığı zaman rast gəldiyi bir çox 

müşküllərin, çətinliklərin həll edilməsi, Allaha sığınmaq, səbir, tövbə və 

Allahın bizə buyurduğu “Qurani-Kərim”in ayələrindən istifadə edərək 

ins və cinsdən qorunma yolları haqqında dualar da öz əksini tapmışdır.

Mən bir ilahiyyatçı kimi düşünürəm ki, toplanıb ərsəyə gətirilən bu 

kitab bizim cəmiyyətimizi, xüsusən də cavan oğul və qızlarımızı ma-

raqlandıran dini və həyati suallara müəyyən qədər cavab verə biləcək 

bir  mənbədir.  Gənclərimiz  həyatı,  canlı-cansız  bütün  yaranmışları 

sevmək,  daim  mütaliə  etmək,  elm  öyrənmək,  xurafat  və  mövhumat 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə