Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr



Yüklə 0,84 Mb.
səhifə8/9
tarix29.09.2017
ölçüsü0,84 Mb.
#2304
1   2   3   4   5   6   7   8   9

Beşinci fəsil: Yumşaq müharibə


Yumşaq müharibənin hərbi müharibə qədər təhlükəli olması

Biz bu planın hər tərəfini aydın şəkildə görməli və göstərməliyik. Bizim vəzifəmiz budur. Bu gün bizə qarşı hərbi müharibə çox da ehtimal olunmur. Demirik ki, əsla mümkün deyil, amma çox ehtimal olunmur. İndiki müharibənin təhlükəsi isə hərbi müharibədən çox olmasa da, az deyil; əgər daha çox ehtiyat tələb etmirsə, az ehtiyat da tələb etmir. Hərbi müharibədə düşmən bizim sərhədlərimizdəki səngərlərə hücum edir, sərhədlərimizi yarıb keçməyə çalışır. Bu gün yumşaq müharibə adlanan psixoloji müharibədə isə düşmən mənəvi səngərləri dağıtmağa çalışır; imanlara, etiqadlara, iradələrə, bir quruluşun və bir ölkənin əsas təməllərinə hücum edir. Düşmən bunları dağıtmağa və öz təbliğatında müsbət cəhətləri mənfi cəhətlərə çevirməyə çalışır; bir quruluşun fürsətlərini təhdidə çevirmək istəyir.209


Yumşaq müharibənin mənşəyi: quruluşla ağır mübarizədə düşmənin məğlubiyyəti və İslam Respublikasının güclənməsi

Bu güc (İran) bütün hegemon istəklərlə və yer üzündə fəsad törədən nəhəng iqtisadi kompaniya və şəbəkələrə müxalifdir; istismarçı düzənə müxalifdir, istismarçılığa müxalifdir, zülmə müxalifdir. Bu, hegemon qüvvələr üçün çox əhəmiyyətli məsələdir. Hegemon qüvvələr yalnız Amerika Birləşmiş Ştatları, yaxud Amerikanın və ya hansısa Avropa ölkəsinin hansısa prezidenti və hökuməti deyil. Hegemon qüvvələr bunlara şamil olan daha möhtəşəm bir şəbəkədir; sionizm şəbəkəsidir, əsas beynəlxalq biznesmenlər şəbəkəsidir, dünyanın nəhəng valyuta mərkəzləridir. Dünya siyasətini planlaşdıran bunlardır; hökumətləri bunlar gətirirlər, bunlar aparırlar. Daxilində Amerika Birləşmiş Ştatları hökumətinin, Avropa hökumətlərinin və öz regionumuzun sərvətli neftyeyənlərinin çoxunun olduğu bu birlik inkişaf etməkdə, ucalmaqda və boy atmaqda olan belə bir güclə sərt müxalifdirlər. Buna görə onunla mübarizədə bacardıqları hər bir işi görürlər.210

İnqilabdan sonra İslam quruluşuna qarşı mübarizənin otuzillik bir keçmişi var, yeni bir şey deyil. Mübarizənin formaları müxtəlif olsa da, özü həmişə olmuşdur; güclü, yaxud zəif, bizim daxili vəziyyətimizlə münasib olmuşdur. Harada və nə vaxt güclü təsir göstərə biləcəklərini duymuşlarsa, bacardıqları zərbəni vurmuşlar. İnqilab bu otuz il ərzində bu zərbələrin qarşısında möhkəm dayanmış, nəinki zəifləməmiş, hətta Allahın lütfü ilə günbəgün güclənmişdir də. Lakin burada bir məqam var. O da budur ki, biz İslam Respublikası quruluşunda nə zaman güclənmiş, irəliləmiş və işlərimizi mürəkkəbləşdirmişiksə, düşmənin təxribatı da mürəkkəbləşmişdir. Buna diqqət yetirmək lazımdır.211
Yumşaq müharibənin mənası

Həmişə bütün ehtimallara hazır olmaq lazımdır, lakin bu, İslam quruluşuna qarşı mübarizədə hegemonizm üçün prioritet deyil. Prioritet bu gün yumşaq müharibə deyilən məsələdir; yəni mədəni üsullarla, yalanla və şayiə yaymaqla müharibə etmək; on il, on beş il, otuz il öncə mövcud olmayan və bu gün geniş yayılmış mütərəqqi üsullarla müharibə etmək. Yumşaq müharibə xalqın qəlbində və beynində şübhə yaratmaqdır.212

Düşmən oyaqdır. Dünyanın mühüm siyasi təhlükəsizlik mərkəzlərindən bizə çatan xəbərlər göstərir ki, böyük, əzəmətli və nəhəng qurumlar çoxlu büdcələrlə daim İslam Respublikası quruluşu üzərində işləyirlər. Onların məqsədləri deyilmişdir, bizə və sizə bəllidir. Onlar işləyir, hər gün bir layihə qəbul edir və İslam Respublikası qarşısında yeni bir problem yaradırlar. Onlar bu işləri görürlər; bu işdə təcrübələri var, çox çalışırlar, ixtiyarlarında çoxlu imkanlar da var.213
Yumşaq müharibədə düşmənin məqsədi

Hərbi müharibədə düşmən bizim sərhədlərimizdəki səngərlərə hücum edir, sərhədlərimizi yarıb keçməyə çalışır. Bu gün yumşaq müharibə adlanan psixoloji müharibədə isə düşmən mənəvi səngərləri dağıtmağa çalışır; imanlara, etiqadlara, iradələrə, bir quruluşun və bir ölkənin əsas təməllərinə hücum edir. Düşmən bunları dağıtmağa və öz təbliğatında müsbət cəhətləri mənfi cəhətlərə çevirməyə çalışır; bir quruluşun fürsətlərini təhdidə çevirmək istəyir.214


Yumşaq müharibədə əsas xətlər

Ölkənin siyasi sabitliyini pozmaq

Bu gün yumşaq müharibədə düşmənin əsas işi ölkənin siyasi mühitini bulaşdırmaqdır; bunu nəzərdən qaçırmayın. Bu gün düşmənin ən mühüm işi budur. Siyasi işlərlə məşğul olan və məlumatlı insanlar bilirlər ki, bu gün böyük güclərin qüdrəti atom bombalarından və banklarında yığılmış sərvətlərdən daha çox onların təbliğat imkanlarındadır, hər yerə çatan gur səslərindədir. Təbliğat üsullarını da yaxşı bilirlər; bu sahədə doğrudan da inkişaf etmişlər. Bu gün qərblilər - istər avropalılar, istər amerikalılar təbliğat işində modern və çox mütərəqqi üsullar bilirlər. Biz bu sahədə geridəyik. Onların ən əsas işlərindən biri təbliğatı bacarmalarıdır. Bu təbliğat üsulları ilə, ajiotajla, həqiqətin ziddinə olan söz yığını göndərməklə cəmiyyətlərin vəziyyətini dəyişdirməyə və təsir göstərməyə çalışırlar. Bu məsələyə diqqət yetirmək və bundan ehtiyatlı olmaq lazımdır. Bu gün bu baxımdan bizim gənclərimizin üzərinə ağır vəzifə düşür. Sizin yalnız özünüzün həqiqəti təyin etməniz kifayət etmir, öz ətraf mühitinizi də məlumatlandırmalı və onlar üçün də məsələləri aydınlaşdırmalısınız.

Bir mühüm məsələ budur ki, nahaq insanın qarşısında həmişə çılpaq görünmür ki, nahaq olduğu anlaşılsın. Nahaq çox zaman haqq libası ilə, yaxud haqqın bir parçası ilə meydana çıxır. Əmirəlmöminin (ə) buyurmuşdur ki, əgər haqq və nahaq açıq şəkildə və pərdəsiz meydana çıxsa, ixtilaf olmaz; hamı haqqı sevər və nahağa nifrət bəsləyər. Lakin haqqın bir hissəsini nahağın bir hissəsi ilə qarışdırırlar, tamamən nahaq olmasına qoymurlar. Odur ki, insanlar səhvə düşürlər. Bundan çox ehtiyatlı olmaq lazımdır. Bu gün beynəlxalq təbliğat şəbəkələri sizin ölkənizdə, cəmiyyətinizdə, sizin İslam quruluşunuzda həqiqətləri tərsinə göstərməkdə çox israrlıdır. Təbliğat imkanları da çoxdur, daim çalışırlar. Əlbəttə, bəzi şəxslər də bilərəkdən, bəziləri də bilmədən daxildə həmin sözləri təkrarlayır və işıqlandırırlar.215
Cəmiyyətdə ixtilaf və təfriqə yaratmaq

Yumşaq müharibənin yollarından biri bir cəmiyyətdə xalqı bir-birinə qarşı bədbin etmək, ixtilaf yaratmaq, bir bəhanə tapıb onunla xalqın arasına təfriqə salmaqdır. Gördünüz ki, builki seçkilərdən sonra bir bəhanə tapıb xalq arasında ixtilaf yaratdılar. Xoşbəxtlikdən, bizim xalqımız ayıqdır. Belə bir iş digər ölkələrdə vəziyyəti tamamilə dəyişdirdi; digər yerlərdə xalqda bir-birinə qarşı şübhə yaratdı. Seçkiləri bəhanə edib şübhə yaratmağa, qəlblərdə bir-birinə qarşı nifrət oyatmağa, insanları bir-birinin qarşısında qoymağa cəhd etdilər. Sonra da muzdur, qərəzli və düşmən qüvvələri cinayət əməllərinə vadar etdilər ki, məmurlar kimin nə etdiyini bilməsinlər. Bu mühüm layihələrdəndir. Belə işlər planlaşdırırlar.216

İnkişafa tam zidd olan amillərdən biri ixtilaf və təfriqədir; xalq arasında təfriqə, məmurlar arasında təfriqə, quruluşun müxtəlif orqanları arasında təfriqə, quruluşla xalq arasında təfriqə. İniqlabın bizə verdiyi bu birlik və həmrəylik müqəddəs bir namus kimi qorunmalıdır. Düşmənin yumşaq müharibədə həmişə gördüyü və bu gün də görməkdə olduğu ən mühüm işlərdən biri bu birliyi zəiflədib paçalanma yaratmaqdır. Bunun üçün çalışır, şiə və sünni məzhəbləri arasında ixtilaflar yaradırlar, fars, ərəb, türk, kürd və digərləri arasında irqi ixtilaflar yaradırlar, bölgə ixtilafları yaradırlar, təşkilat və partiya ixtilafları yaradırlar.

Bunların hamısına qarşı tam diqqətlə, yəni bizim ayıqlıq adlandırdığımız amillə tədbir görmək lazımdır. Gərək harada olduğumuzu bilək, bu gün durduğumuz səngəri tanıyaq. Həssas bir səngərdə durub səngərinin nə qədər həssas, işinin və mövqeyinin nə qədər əhəmiyyətli olduğunu bilən bir əsgərlə həmin səngərdə duran, lakin onun nə qədər mühüm olduğunu bilməyən, yatan, diqqətsizlik edən, səngəri tərk edən, səngər daxilində yoldaşı ilə dalaşan şəxs arasında fərq vardır. Biz İran xalqının mövqeyinin nə qədər həssas olduğunu bilməliyik.217


Ümid əlamətlərini gözdən salmaq və cəmiyyətə ümidsizlik aşılamaq

Bizim düşmənlərimiz, inqilabın və İslam Respublikası quruluşunun düşmənləri bir neçə xətti əsas tutmuşlar. Bu onların təbliğatlarında və işlərində açıq-aydın görünür, gizli və məxfi məsələ deyil. Biz bunları daim diqqətdə saxlamalıyıq:



Biri ümid əlamətlərini qırıb sıradan çıxarmaqdır. Onların biri bu seçkilər idi. Xalqın 85 faizinin iştirak etməsi ümidverici bir haldır, mühüm bir işdir. Qeyd etdiyimiz kimi, bir inqilabdan otuz il sonra ölkənin əhalisi gəlib bu inqilabdan yaranmış quruluşa belə böyük səs verir. Bunun bu quruluşa etimaddan və onu sevməkdən başqa mənası yoxdur. Bu baş verdi. Yaxud prezidenti belə yüksək səslə seçmələri bənzərsiz bir şey idi. Bu iş baş verdi və ölkədə görüldü. Bu, əhəmiyyəti çox böyük olan müsbət cəhətdir. Onlar bu müsbət cəhəti mənfi cəhətə, ümid amilini şübhə və məyusluq amilinə çevirməyə çalışdılar. Bu iş qərəzlidir. Ölkədə ümid amilləri çoxdur. Bu gün ölkənin infrastrukturu çox güclüdür. Bu illərdə mühüm işlər görülmüşdür və bu gün ölkə inkişafa doğru sürətli bir hərəkətə hazırdır. Bu gün elmi inkişaflar çox nəzərə çarpır; digər ölkələrin siyasi qərəzi olmayan alimləri də bunu etiraf edirlər. Bir nümunəsini bu gecə televiziyada gördünüz. Kök hüceyrələr məsələsinə toxunaraq etiraf etdilər ki, İranın bu qədər inkişaf etdiyinə inanmazdıq. Deyir mən ötən il də bu elmi konfransda iştirak etdim, bu il də. Bu il ötən illə çox fərqlənmiş, böyük inkişaf yaranmışdır. Bu bir nümunəsidir. Onlarla belə nümunə var. Bunlar elmi inkişaflardır, ümid amilləridir. Bizim arxamızda və ixtiyarımızda otuzillik bir təcrübə dayanır. Enerjili və təhsilli gənc nəsil səhnədədir və onların hamısı ümid amilləri və müsbət cəhətlərdir. Həm təhsili, həm özünə inamı olan, həm də öz ölkəsini inkişaf etdirə biləcəyini duyan gənc nəslimiz var. Bizim bir mənzərə sənədimiz var və 2025-ci ilə qədər ölkənin inkiaşfları və maddi inkişaflar baxımından xəttimizin harada olduğunu müəyyən etmişdir. Bu çox mühüm məsələdir. Müəyyən edilmişdir ki, hansı mərhələyə çatmalı və hansı yolla hərəkət etməliyik. Bunlar ümid amilləridir, müsbət cəhətlərdir. Bunları məyusluq amillərinə çevirmək istəyirlər. Mənzərə sənədindən söhbət düşəndə deyirlər ki, bu sənədə baxan yoxdur; elmi inkişaflardan söhbət düşəndə deyirlər ki, bunlar çox əhəmiyyətli deyil; seçkilər barədə danışanda bu şübhə və iradları qarşıya qoyurlar; gənclər haqda söhbət gedəndə bir tərəfdə bir neçə gəncin qanun pozuntusuna işarə vururlar. Yəni bütün bu müsbət cəhətləri, hamısı ümidverici olan bütün bu dəyərli nailiyyətləri əhəmiyyətsiz göstərməyə çalışırlar. Digər tərəfdən, bunun qarşısında təbii ki, mövcud olan kiçik mənfi cəhətləri böyüdür, yaxud kiçik olmasa da, hər halda onları böyüdürlər, olduğundan bir neçə dəfə böyük göstərir, ümidsizlik yaradır, quruluşa qarşı bədbin təsəvvürləri gücləndirirlər. Özünüz görürsünüz ki, ümidsizliyi zorla cəmiyyyətə sırımaq istəyirlər. Cəmiyyət ümidsiz olanda hərəkətdən dayanır, yaradıcı və aparıcı adamlar, gənc və aktiv qüvvələr təcrid olunurlar, kənara çəkilirlər, əlləri işə getmir, həmkarlıqlar azalır, cəmiyyət dinamikliyini itirir. Düşmənin xətlərindən biri budur. Daim vəziyyətin çıxılmaz olduğunu təlqin edirlər. Bir zaman deyirdik ki, radiolarda təbliğat aparırlar, bu gün isə yalnız radio deyil. Bir zaman deyirdik ki, onlarla radio, bu gün isə söhbət minlərdən gedir; radio var, televiziya var, internet səhifələri var. Müəyyən mərkəzlərdən idarə olunan bütün bu təbliğatlar daim vəziyyətin çıxılmaz, böhranlı və ümidsiz olduğunu təlqin edirlər; nə qədər alınsa, nə qədər dinləyici cəlb etsələr və onlar üçün inanılası görünsə, bu sahədə işləyirlər. Bu, düşmənin xətlərindən biridir.218
Xalqın diqqətini düşmənlərdən yayındırmaq

Bizim fikrimizcə, düşmənin sərmayə qoyduğu başqa bir xətt xalqın zehnini düşmənlərdən yayındırmaqdır. Biz cəmiyyətdə yaranan çoxlu problemlərdə və müxtəlif çatışmazlıqlarda daxildəki şəxsi və ictimai təqsirləri inkar etmirik; bunda heç bir şübhə yoxdur və kimsə bunu inkar etmir. "Sənə yetişən hər bir yaxşılıq Allahdan, sənə üz verən hər bir pislik isə özündəndir". Bu bəllidir. Düşmən bizə zərbə vurdusa və bu zərbə təsirli oldusa, bu da özümüzdəndir; bunda şübhə yoxdur. Ühüd döyüşündə düşmən hücum edib zərbə vuranda əslində müsəlmanlar özləri zərbə vurdular. Bu məlumdur, amma məsələ burasındadır ki, insan zərbə vurulmasını istəmirsə, düşmənin əlini görməlidir. Vurulmamaq üçün diqqətli olmağın şərtlərindən biri bizə zərbə vurmaq istəyən düşməni görməkdir. Bunu unutmaq olmaz. Xüsusən görkəmli və aparıcı şəxslərə düşmənin təsirini unutdurmaq düşmənin təlqin və təbliğ etdiyi xətlərdən biridir. Şübhəsiz ki, bu iş üçün müxtəlif yollar vardır. Kimsə düşməndən danışan kimi deyirlər ki, siz hər şeyi düşmənin boynuna atırsınız. Bəli, düşmən var, nə üçün onu görmürük? Nə üçün burada seçkilərdən sonra düşmənin bizim ixtilafımızdan, müxtəlif hadisə və müsibətlərdən yaranan böyük sevincini görmürük? Səbəbkar şəxsləri həvəsləndirirlər. Orada böyük bir ölkənin başçısı adamların adlarını çəkir. Bu, düşmənlik yaratmaq deyil, bəs nədir?! Quruluşun əleyhdarlarının adlarını çəkib tərifləyir və deyirlər ki, biz onun şücaətinə heyran olduq. Nə üçün? Çünki onların xoşuna gələn bir söz demişdir. Bunları görmək, bunlara diqqət yetirmək və düşmənin düşmənliyini yadda saxlamaq lazımdır. Əlbəttə, onun düşmənliyi gözləntidən kənar deyil, bizim diqqətsizliyimiz gözləntidən kənardır.219


Düşmənin yumşaq hücumuna qarşı mübarizənin yolları

Ayıqlıq yaratmaq və ağıllı davranmaq

Düşmən belə bir "puzzle" düzəldib ki, içindən bir söz çıxarsın. Bu hərflərin bir neçəsini də biz qoyaq?! Bundan ehtiyatlı olmaq lazımdır. Söhbət bundan gedir. Biz düşmənin "puzzle" fiqurunu tamamlamamalıyıq. Düşmənin gördüyü və görmək istədiyi işi bilməli, açıq məqsədlərini və rolunu görməliyik.

...Bu gün düşmən və müxaliflər əleyhinə ən təsirli beynəlxalq silah təbliğat silahıdır, media silahıdır. Bu gün bu ən güclü silahdır, atom bombasından da pis və təhlükəlidir. Seçkilərdən sonrakı iğtişaşlarda düşmənin bu silahını görmədiniz? Düşmən bu silahla bizim hadisələrimizi anbaan izləyir və fitnəkarlara tövsiyələr verirdi: "Həqiqətən şeytanlar sizinlə mücadilə etmək üçün öz dostlarına ilham edirlər". Daim öz dostlarına ilham edirdilər. Bu düşmənin roludur. Düşmənin rolunu bundan da aydın və aşkar fərz etmək olarmı?!

Ayıq olmaq lazımdır. Cəmiyyətin aparıcı şəxslərindən, siyasi cərəyan və qruplardan gözlənilən budur ki, bu hadisələrlə, düşmənin bu xətləri ilə ayıq şəkildə rəftar etsinlər. Əgər ayıqlıq və mübarizə əzmi olsa, bizim rəftarlarımızın çoxu dəyişə bilər. O zaman vəziyyət daha yaxşı olar. Bəzi işlər ayıqlığın olmamasına görədir.220


İnqilabın və ölkənin müstəqilliyinin müxalifləri qarşısında xalqın birliyi

Mənim təkidim budur ki, hamı, bütün İran xalqı, müxtəlif siyasi cinahlar bu inqilabın və ölkənin müstəqilliyinə qarşı çıxan, ölkəni ikiəlli ABŞ və hegemonizmə təqdim etmək istəyən azsaylı şəxslər qarşısında bir olsunlar. Bütün xalqların daxilində düşmənin belə ünsürləri var. Bizim xalqımızın arasında da belə insanlardan az da olsa, tapılır. Xalqın özünü, kütlələri, aparıcı və adi insanlardan ibarət olan böyük toplumu həmin azsaylı satqın ünsürlərdən ayırmaq lazımdır; səhv salınmamalıdır. Bəzi fikirlərdə, bəzi sözlərdə vəziyyət elə qarışdırılır ki, insanlar çaş-baş qalırlar, xalq bir-birinə, görkəmli şəxslərinə və məmurlarına bədbin olur. Bu düzgün deyil.221


Tələbələr - yumşaq müharibədə cəbhənin gənc zabitləri

Zabitliyin mənası

Biz düşmən tərəfindən yumşaq müharibəyə məruz qalmışıq. Əlbəttə, gənclərin özü də bunu təkrar-təkrar deyirdilər. Məndən öncə onlar bunu dəfələrlə dedilər və hamısı bilirdilər. Mənim əlavə etdiyim bu idi ki, dedim: "Bu yumşaq müharibədə siz tələbə gənclər bu cəbhənin gənc zabitlərisiniz". Demədim ki, əsgərləri; çünki əsgər gözləyir ki, ona “irəli” desinlər, o da irəliyə getsin, “geri çəkil” desinlər, o da geri çəkilsin. Yəni əsgər heç zaman özü qərar vermir, iradə göstərmir, komandirin dediyini icra edir. Həm də demədik ki, böyük qərargahların əməliyyatçı zabitlərisiniz. Çünki onlar irimiqyaslı planlar hazırlayırlar. Gənc zabit isə səhnədədir; həm əmri icra edir, həm səhnəni yaxşı görür, öz cismi və canı ilə səhnəni sınayır. Odur ki, bunlar gənc zabitlərdir. Tələbənin yeri budur. Həqiqətən gənc zabitlərin düşüncəsi də var, əməli də var, səhnədədirlər, vəziyyəti də görür və çərçivə daxilində işləyirlər.222


Yumşaq müharibə cəbhəsində zabitliyin şərtləri

Nə iş görməli olduğunuzu, necə etməli olduğunuzu, necə açıqlamalı olduğunuzu mən yazmalı və deməli deyiləm. Sizin özünüz iclaslarınızda, düşüncə mərkəzlərinizdə və fikir otaqlarınızda oturub bunların yollarını tapmalısınız. Lakin məqsəd bəllidir. Məqsəd şiddətə, hiyləyə, pula, əzəmətli və mütərəqqi elm və media imkanlarına arxalanan kompleks bir hücum qarşısında İslam quruluşunu və İslam Respublikasını mudafiə etməkdir. Bu təhlükəli şeytani cərəyanla vuruşmaq lazımdır.

...Burada sizə deyirəm ki, ehtiyatlı olun, universitet bu kiçik və dəyərsiz siyasi hadisələrin təsiri altına düşməsin, onun elmi işi zəifləməsin, bizim laboratoriyalarımıza, siniflərimizə, tədqiqat mərkəzlərimizə ziyan toxunmasın; diqqətinizi toplayın. Yəni sizin qarşınızdakı mühüm məsələlərdən biri universitetlərin elmi hərəkətini qorumaqdır. Düşmənlər çox istəyirdilər ki, bizim universitetlərimiz ən azı bir müddət tətil olsun, onda iğtişaşlar törədilsin və müxtəlif ziyanlara uğrasın. Bu həm siyasi baxımdan, həm də uzunmüddətli iş baxımından onlar üçün ideal bir məsələdir. Çünki sizin elminiz uzunmüddətli iş baxımından onların zərərinədir və buna görə elmdən uzaqlaşmağınızı istəyirlər.

Dedik ki, siz gənclər yumşaq müharibədə gənc zabitlərsiniz. Məndən soruşmayın ki, indiki zirar məscidini uçurmaqda biz tələbələrin rolu nədir; özünüz axtarıb tapın. Yaxud yeni nifaqla mübarizə necə olmalıdır və ya ədalətin tərifi nədir. Mən də gəlib burada fəlsəfi bir mövzu açım ki, ədalətin bir neçə şaxəsi var, filan.223


Yumşaq müharibənin komandirləri olan müəllimlərin rolu

Əgər ictimai məsələlərdə, siyasi məsələlərdə, ölkə hadisələrində, açıq gözə və yetərli ayıqlığa ehtiyac olan yerlərdə bizim tələbə gəncimiz gənc zabitdirsə, onun müəllimləri olan sizin rütbəniz daha yüksəkdir. Siz irimiqyaslı məsələləri görməli olan komandirsiniz; düşməni düzgün təyin edin, onun məqsədlərini öyrənin, bəzən düşmənin xəbəri olmadan onun qərargahlarına baş çəkin, bunun əsasında irimiqyaslı planlar hazırlayın və bu planlarla hərəkət edin. Müxtəlif rütbələrdə yüksək komandirlər bu rolları ifa edirlər.

Bu rolu ifa etməyi bacaran müəllim İslam Respublikası quruluşunun indisi və gələcəyi üçün layiqli müəllimdir. Möhtərəm müəllimlərdən gözlənilən budur. Gənclərə diqqət yetirin. Məqsədim bu deyil ki, oturub siyasətçiləri onlara tanıtdırasınız. Xeyr, mən əsla bununla müvafiq deyiləm. Kimlərinsə adını çəkmək problemin həllinə kömək etmir. Bunlarda təhlil qabiliyyəti yaradın, bunlara iş bacarığı verin və işə həvəs aşılayın. Necə? Ümid verməklə, ümid bağışlamaqla. Sinfi, dərs otağını və universiteti gələcəyə ümid məkanı edin. Bir ölkədə bir nəsil üçün ən pis bəla ümidsizlikdir, məyusluqdur; yəni desinlər ki, cənab, faydasızdır. “Faydasızdır” düşüncəsi və gələcəyə ümidsizlik bütün fəaliyyətlər üçün - istər ictimai və siyasi fəaliyyətlər üçün, istər hətta elm və tədqiqat fəaliyyətləri üçün həlakedici zəhərdir. Təcrübi elmlərdə və müxtəlif fənlərdə böyük kəşfləri etmiş şəxslər nəticəyə ümidsiz olsaydılar, şübhəsiz, buna nail olmazdılar. Ümid insanı irəliyə doğru aparan möhtəşəm qüvvədir. Bizim gəncimizi ölkəsinə, inqilabına, gələcəyinə, hökumətinə, universitetinə, elmi və peşə gələcəyinə ümidsiz etmək istəyirlər. Bu çox zərərlidir. Bu, bizim düşmənlərimizin və quruluşun müxaliflərinin proqramlarında var. Mənim fikrimcə, əsaslı işlərdən biri budur: tələbələri həvəskar, ümidli və inkişafa inanan yetişdirin.

Müxtəlif ictimai, siyasi və elmi sahələrdə görülməsi lazım olan işlərdən biri də fikir bildirməsi üçün tələbəyə imkan yaratmaqdır. Fikir bildirməkdən qorxmaq lazım deyil. Universitetlərdə bizim dediyimiz bu azad düşüncə kürsüləri həyata keçməli və təşkil olunmalıdır. Əgər siyasi, ictimai, hətta düşüncə və din kimi müxtəlif sahələrdə mühüm ixtisaslı mövzular sağlam mühitlərdə və uyğun mövzuda güclü şəxslər tərəfindən incələnsə, daha ümumi və ictimai yerlərdə müzakirə olunmaz, bəlli ziyanlar da baş verməz. Adi camaatla üz-üzə gələndə hamı özünü qoruya bilmir. Adi camaatla üzləşmək insanları yayınmalara, tənəzzülə və çoxlu səhvlərə düçar edir. Təəssüf ki, biz bunları görmüşük. Siz çoxlarını görürsünüz ki, adi camaat qaşrısında bəlkə də ürəklərində çox da inanmadıqları bir sözü deyirlər; bəzilərinin təbirincə desək, məclisə düşürlər. Bu çox pis haldır. Əgər xüsusi çevrələrdə, azad düşüncə mühitlərində bu ixtisaslı, elmi və problemli məsələlər bəhs olunsa, şübhəsiz, az hallarda ziyanlı olacaq.224


Son nöqtə: inkişaf etmək və kompleks iqtidara yiyələnmək

İnkişaf dedikdə məqsəd kompleks inkişafdır. Bu xalq ölkənin bütün sahələrində inkişafa layiqdir: milli sərvətin istehsalında, elm və texnologiyada, milli iqtidarda və beynəlxalq başucalığında, əxlaq və mənəviyyatda, ölkənin ictimai və əxlaqi təhlükəsizliyində, xidmət səviyyəsinin yüksəldilməsində. Xidmət səviyyəsinin yüksəldilməsinin mənası budur ki, biz malik olduqlarımızdan ən yaxşı şəkildə istifadə edə bilək; neftdən, qazdan, zavoddan, yoldan və ixtiyarımızda olan digər amillərdən maksimum və ən yaxşı şəkildə bəhrələnək. Həmçinin qanunçuluqda və ictimai nizam-intizamda inkişaf edək. Əgər bir xalq qanunsuzluğa düçar olsa, xalqın zehninə və əməlinə qanunu pozmaq ruhu hakim olsa, o xalqa və o ölkəyə heç bir ağıllı və düzgün inkişaf nəsib olmaz. Biri də vəhdətdə və milli birlikdə inkişafdır. Düşmənlər inqilabın əvvəlindən bunu pozmağa çalışmışlar, lakin xoşbəxtlikdən bizim xalqımız sui-istifadəyə yararlı olan bütün sahələrdə öz birliyini qorumuşdur. Biz bunu bacardıqca artırmalı və yüksəltməliyik. İnkişafın başqa birisi ümumi rifahda inkişafdır. Bütün təbəqələr rifah içərisində yaşamalıdırlar. Bir inkişaf siyasi səviyyədə inkişafdır. Bizim xalqımız kimi böyük bir cəmiyyət üçün siyasi dərk, siyasi yetkinlik və siyasi təhlil qabiliyyəti düşmənlərin bədxahlığı qarşısında polad bir hasar kimidir. Odur ki, biz öz siyasi yetkinliyimizi yüksəltməliyik. Bizim xalqımız siyasi yetkinlik baxımından bu gün də çoxlu xalqlardan öndədir, amma yenə də inkişaf etməliyik. Məsuliyyət qəbul etmək, milli əzmkarlıq, iradə və digər sahələrdə də inkişaf etmək lazımdır.225



Həm tələbələrin, həm əziz universitet mənsublarının, həm bütün xalqın, xüsusən də alim və ziyalıların diqqət yetirməli olduğu əsas məsələ budur ki, İslam Respublikası quruluşu bu bacarığa və bu iqtidara malikdir; necə ki, bu günə qədər bu otuz il boyu dayana bilmişdir. Onların bütün səyləri İslam Respublikasını məhv etməyə yönəlmişdi, lakin nəinki məhv olmadı, hətta günbəgün müxtəlif sahələrdə gücləndi də. Hegemonizmin siyasətləri, Amerikanın siyasətləri, aydın dəlillərə əsasən ilk düşmənlik hədəfi İslam Respublikasından ibarət olan dünya sionist şəbəkəsinin siyasətləri İslam Respublikasını ayaqdan sala bilməz; nəinki ayaqdan sala bilməz, heç zəiflədə də bilməz. Biz sürətlə öz hərəkətimizi davam etdirə bilərik. Sözsüz ki, düşmənin hiyləsini gözləyirik. Bu hiylələr bir dövrə qədər davam edəcək. O dövr ölkənin hərtərəfli iqtidarından ibarətdir və bu siz tələbələrin, siz gənc nəslin işidir. Siz ölkəni elmi və iqtisadi iqtidara çatdırdıqda və ölkə üçün elmi izzəti təmin etdikdə, o zaman sözsüz ki, hiylələr azalacaq, məyus olacaqlar. O nöqtəyə çatmayınca hiylələri gözləmək və onlara qarşı mübarizəyə hazır olmaq lazımdır. İnşallah zaman ötdükcə siz daha güclü, düşməniniz isə daha zəif olacaq. Son qələbənin xalqa nəsib olacağı gün uzaqda deyil.226

1 Həzrət Əli ibn Musa Rzanın (ə) ziyarətçilərinin böyük toplantısındakı çıxışdan: 2009.

2 İmam Xomeyninin vəfatının iyirmci ildönümü mərasimində çıxışından: 2009.

Kataloq: lib -> doc
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: İman, İslam və mənəviyyat
doc -> Vilayət bağçası altıncı cİld
doc -> Zeynəlabidin Bəhrami
doc -> Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə
doc -> AşİQLİK ŞƏRİƏTİ Ustad Əli Şəriətinin fikirləri və hikmətli kəlamları
doc -> İsraf İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin israf haqda tövsiyələri
doc -> Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə