Turizm sah?sind? biznesin t?skili pdf



Yüklə 17,39 Mb.
Pdf görüntüsü
səhifə7/121
tarix20.01.2023
ölçüsü17,39 Mb.
#98883
1   2   3   4   5   6   7   8   9   10   ...   121
turizm-sahasinda-biznesin-taskili

8Œ1ā23Œ8ā(Œā
1
9
1.2.1. BİZNESİN MƏQSƏDİNİ VƏ NÖVLƏRİNİ ŞƏRH EDİR
N¬c)„Ncaǚ}„ǚ%N


- bazarda, sahədə qabaqcıl mövqeyə nail olunması; 
- istehlakçıların tələbatının optimal ödənilməsi
- öz əməkdaşlarına səmərəli fəaliyyət göstərmələri üçün əlverişli şəraitin yaradılması.
Biznesin məqsədinə çatmaq üçün konkret vəzifələrin həlli nəzərdə tutulur. Biznes məqsədlərinin 
düzgün seçilməsi və yerinə yetiriləcək konkret vəzifələrin müəyyənləşdirilməsi müəssisənin 
potensial imkanlarının tam səfərbərliyə alınmasına, əmək, material və maliyyə resurslarından daha 
səmərəli istifadə edilməsinə imkan verir.
Biznes fəaliyyəti bir sıra əlamətlər üzrə təsnifləşdirilir. Buna aşağıdakıları aid etmək olar:
- fəaliyyət növünə görə (istehsal, kommersiya, maliyyə və konsaltik biznes);
- fəaliyyət miqyasına görə (kiçik, orta və iri biznes); 
- mülkiyyət formasına görə (dövlət, xüsusi və bələdiyyə 
biznesi); 
- mülkiyyətçilərin sayına görə (fərdi və kollektiv biznes); 
- təşkilati-hüquqi formasına görə (təsərrüfat yoldaşlıq, 
təsərrüfat cəmiyyət, kooperativ);
- təşkilati-iqtisadi formasına görə (konsern, assosiasiya, 
sindikat, karter, maliyyə-sənaye qrupları).
Biznesin növləri sahibkarın əsas fəaliyyət sferasını müəyyənləşdirir. Biznesin bütün növləri 
ayrıca, yaxud birlikdə fəaliyyət göstərə bilər.
Biznes növlərinin təsnifatı onlardan hər birinin spesifikasını əks etdirir.
İstehsal biznesi - çoxşaxəli biznes fəaliyyətinin aparıcı və mürəkkəb növü hesab edilir. 
İstehsal biznesində məhsul istehsal edilir, iş və xidmətlər yerinə yetirilir, müəyyən mənəvi 
dəyərlər yaradılır. İstehsal biznesinin üstün sürətlə inkişaf etdirilməsinə xüsusi diqqət 
yetirilməlidir, çünki o, digər biznes növlərinin inkişaf istiqamətlərini müəyyənləşdirir. İstehsal 
biznesinin tərkibinə məhsul və xidmətlər istehsalı və onların istehsal istehlakı, innovasiya, elmi-
texniki fəaliyyət və s. aiddir.
İstehsal biznesi ilə məşğul olan şəxs, hər şeydən əvvəl, istehsal edəcəyi məhsulu və 
göstərəcəyi xidmət növünü müəyyənləşdirməli, potensial istehlakçını axtarıb tapmalı və onunla 
əlaqə qurmalıdır. Bazar iqtisadiyyatının inkişaf etdiyi qərb dövlətlərində sahibkarla potensial 
istehlakçı arasında şifahi razılaşmalar etibarlı təminat sayılır, yalnız zəruri hallarda bu razılaşma 
sonradan saziş formasında bağlanıla bilər. Bazar iqtisadiyyatına keçid dövründə sahibkarla 
istehlakçı arasında şifahi razılaşma çox vaxt etibarlı olmur.

Yüklə 17,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə