Turizm sah?sind? biznesin t?skili pdf



Yüklə 17,39 Mb.
Pdf görüntüsü
səhifə8/121
tarix20.01.2023
ölçüsü17,39 Mb.
#98883
1   ...   4   5   6   7   8   9   10   11   ...   121
turizm-sahasinda-biznesin-taskili

8Œ1ā23Œ8ā(Œā
1
10


Biznes növlərinin təsnifatı
Elmi-texniki tərəqqi bir-biri ilə sıx əlaqəli vahid “elm-texnika-istehsal- istehlak” kompleksini əmələ 
gətirən elm, texnika və texnologiyanın fasiləsiz inkişafı və istehsalın təşkilinin təkmilləşdirilməsi 
prosesidir. Elmi-texniki tərəqqinin ayrı-ayrı mərhələlərini əks etdirən əsas kateqoriyalar elmi 
kəşflər, ixtiralar, texniki yeniliklərdir.
Elmi-texniki tərəqqi təkamül və inqilab formasında təzahür edir. Təkamül forması ənənəvi 
texniki vasitələrin və texnologiyaların tədricən, fasiləsiz təkmilləşdirilməsi və onların toplanması ilə 
səciyyələnir. İnqilab forması isə elm və texnikanın nailiyyətlərinə əsaslanır, prinsipcə yeni texnoloji 
proseslərin və mütərəqqi materialların işlənilməsi və tətbiqi ilə səciyyələnir.
Kommersiya biznesi
Əmtəə və xidmətlərin alqı-satqısı üzrə əməliyyatların həyata keçirilməsi ilə məşğul olur. Biznesin 
bu növü böyük həcmdə maliyyə vəsaiti tələb etmir və qoyulan vəsait daha tez gəlir gətirir. Məhz ona 
8Œ1ā23Œ8ā(Œā
1
11


görə də kommersiya biznesi ən geniş yayılmışdır. 
Kommersiya biznesinin rentabellik səviyyəsi 20 faizdən 
yüksəkdir.
Kommersiya biznesinin ümumi sxemi istehsal 
sahibkarlığının fəaliyyət sxeminə müəyyən dərəcədə 
oxşardır. Lakin fərq ondan ibarətdir ki, kommersiya 
biznesində material resurslarının əvəzinə hazır məhsul 
alınır və sonradan müəyyən qiymət fərqi qoyaraq 
istehlakçılara çatdırılır.
Kommersiya biznesinin fəaliyyət sahəsi əmtəə birjası və ticarət təşkilatlarıdır. Əmtəə 
birjası satıcıları və alıcıları bir yerə toplamağa imkan verən təşkilati cəhətdən qanunlaşdırılmış 
daim fəaliyyətdə olan bazardır. Əmtəə birjasında birgə istənilən qaydalara uyğun olaraq ticarət 
əməliyyatları aparmaq üçün kommersiya vasitəçiləri könüllü surətdə birləşirlər. Əmtəə birjasının 
məqsədi azad rəqabətin idarə olunması mexanizmini yaratmaq və onun köməyi ilə tələb və təklifin 
dəyişdirilməsini nəzərə almaqla real bazar qiymətlərini aşkara çıxarmaqdır.

Yüklə 17,39 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə