Turizm sah?sind? biznesin t?skili pdf



Yüklə 17,39 Mb.
Pdf görüntüsü
səhifə4/121
tarix20.01.2023
ölçüsü17,39 Mb.
#98883
1   2   3   4   5   6   7   8   9   ...   121
turizm-sahasinda-biznesin-taskili

Biznesin təsviri
1) Ehtiyatlar. Bu bölmədə biznesi aparmaq üçün mövcud ehtiyatlarınızı göstərməlisiniz. Yəni nə 
qədər torpaq sahəniz, bina, maşın, avadanlıq və işçi qüvvəniz vardır? Avadanlığınız nə vəziyyətdədir, 
8Œ1ā23Œ8ā(Œā
1
6
1.1.1. BİZNES ANLAYIŞININ VƏ BİZNESİN İQTİSADİ MAHİYYƏTİNİ İZAH EDİR
N¬c)„ecXe¥FƦF


8Œ1ā23Œ8ā(Œā
1
onu qaydaya salmaq üçün nə etmək lazımdır? Əlavə istehsal vasitələrinə ehtiyac varmı və onlar necə 
və haradan alınacaqdır və ya icarəyə götürüləcəkdir.
2) Məqsəd.
Bu bölmədə aşağıdakı suallara cavab verilməlidir:
Siz başlamaq istədiyiniz biznesi necə təsəvvür edirsiniz?
Siz onun inkişafını necə təmin edəcəksiniz: əqlinizlə, fiziki
əməyinizlə, maliyyə vəsaitinizlə?
Nə vaxt bu biznesdən gəlir götürmək fikrindəsiniz?
Siz bu işlə nə qədər (neçə il) məşğul olmaq istəyirsiniz?
Bu biznesdən əldə edəcəyiniz gəliri təsərrüfatın (müəssisənin) inkişafına sərf etmək
fikriniz varmı və yaxud başqa bir işə yönəltmək istəyirsiniz?
3) Təsərrüfatın
(müəssisənin) yerləşəcəyi yer. Siz öz bisnesinizlə harada məşğul olacaqsınız? 
Təsərrüfatın (müəssisənin) yerləşdiyi sahə biznesin inkişafına təminat verirmi? Təsərrüfatın 
yerləşdiyi sahənin infrastrukturu (su, elektrik enerjisi və nəqliyyatla təminatı) müştərinizlə əlaqə 
yaratmağa imkan verirmi?
4) Məhsul və ya xidmət.
İstehsal etdiyiniz və ya edəcəyiniz məhsul (xidmət) barəsində ətraflı yazın. 
Sizin məhsulunuzun alınmasına (və ya göstərəcəyiniz xidmətə) olan ehtiyacı əsaslandırın, ətraflı 
şərh edin. Bu maddəni yazmağa başlayarkən özünüzə aşağıdakı sualları verin:
Mən insanları necə inandıra bilərəm ki, onlar mənim istehsal etdiyim məhsulu alsınlar və ya 
mənim xidmətimdən istifadə etsinlər?
Bu məhsul və ya xidmət istənilən olacaqmı?
Hazırda bu məhsulu alacaq və ya bu xidmətdən istifadə edəcəklərmi?
Mənim müştərilərim üçün bu məhsul zəruridirmi, yoxsa bundan bir zövq, ləzzət və ya şöhrət 
üçün istifadə edəcəklər?
İqtisadi inkişaf bu məhsula və ya xidmətə necə təsir edəcəkdir?
Bu məhsula və ya xidmətə olan ehtiyac davam edəcəkmi?
Yeni texnologiyanın inkişafı bu məhsulu və ya xidməti köhnəldə bilərmi?
5) Rəqabət.
Sizin seçdiyiniz fəaliyyət sahəsi nə dərəcədə rəqabətlidir? Bu fəaliyyətlə çoxmu 
adam məşğul olur? Siz öz məhsulunuzu və ya xidmətinizi necə hamıdan yaxşı edəcəksiniz? Siz 
məhsulunuzun qiymətində, nadirliyində, keyfiyyətində rəqabət edəcəksinizmi?
6) Bazar.
Sizin alıcılarınız kimlərdir? Onların gəlirləri, maraq və ehtiyacları nədən ibarətdir? Sizin 
məhsula bənzər məhsulları onlar necə (tez-tezmi, gecmi) alırlar? Sizin daimi müştəriləriniz barədə 
ətraflı məlumatınızın olması, bazarınızın həcmini müəyyən etməkdə sizə kömək edər.

Yüklə 17,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə