Turizm sah?sind? biznesin t?skili pdf



Yüklə 17,39 Mb.
Pdf görüntüsü
səhifə5/121
tarix20.01.2023
ölçüsü17,39 Mb.
#98883
1   2   3   4   5   6   7   8   9   ...   121
turizm-sahasinda-biznesin-taskili

7) Qanunlar və qaydalar.
Sizin işinizi və sahənizi tənzimləyən hansı qanunlar və qaydalar vardır? Siz 
7


təsərrüfatınızın, müəssisənizin, ümumiyyətlə biznesinizin inkişafında və müdafiəsində bu qanun 
və qaydalara necə əməl edəcək və onlardan necə istifadə edəcəksiniz?
8) Marketinq planı.
Bu bölmənin şərhindən əvvəl marketinq anlayışını izah etmək lazımdır. 
Marketinq bizneslə məşğul olanların, biznesmenlərin istehsal və satış prosesinə fəal təsirlərini 
əks etdirən bir anlayışdır. Bazarın kompleks təhlilinə əsaslanaraq məhsulu, xidmətə təlabatı 
məqsədyönlü formalaşdırmaq vasitəsilə, məhsul satışı probleminin həllinə yönəldilmiş, istehsal və 
satışın idarə edilməsi sisteminə marketinq deyilir.
Belə bir misal: Bir nəfər əla məhsul istehsal edirdi, lakin hələ təkcə əla məhsul istehsal etmək 
ona heç bir müvəffəqiyyət vermirdi. Nə qədər ki, adamlar onun əla məhsul istehsal etməsindən 
xəbərsiz idilər o, məhsulunu nə sata və nə də ondan mənfəət götürə bilirdi. Bu adam çıxış yolu tapdı. 
O öz məhsulunu təbliğ etməyə, tanıtmağa başladı: adamlara öz məhsulu barədə məlumat verdi
qəzetlərdə elanlar dərc etdi, dükanlarda və bazarda məhsulunu əks etdirən plakatlar asdı və s. Bir 
müddətdən sonra onu hamı tanıdı və bu məhsulun satışı artdı. İstehsalın və satışın artması onun 
gəlirini də artırdı.
Bu bölmədə siz öz reklam planlarınızı geniş şərh edin. Öz nüfuzunuzun artması üçün nə 
edəcəksiniz? Siz daha çox nəyə əhəmiyyət verəcəksiniz – keyfiyyətə, yaxud qiymətə?
9) İşçilər.
Siz kimlə işləyəcəksiniz, ailə üzvlərinizlə, yoxsa əlavə işçilər də tələb olunacaq? Neçə 
nəfər? Siz işçiləri hansı əlamətlərinə görə seçəcəksiniz?
10) İdarəetmənin təşkili.
Siz öz təsərrüfatınızı, müəssisənizi tək, yaxud şərikli idarə edəcəksiniz? 
İzah edin; şəriklik nə əsasda həyata keçiriləcək, kimin payına nə düşəcək?

Yüklə 17,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə